Qanunvericilik › Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 10

Maddə 10. Layihə sahibinin vəzifələri və məsuliyyəti

Kraudfandinq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

10.1. Layihə sahibinin vəzifələri aşağıdakılardır:

10.1.1. kraudfandinq layihəsinin maliyyələşdirilməsi üçün hədəflədiyi pul vəsaitinin maksimum məbləği Mərkəzi Bank tərəfindən müəyyən edilən həddən artıq olmamasını təmin etməlidir;

10.1.2. eyni kraudfandinq layihəsini birdən çox platformada yerləşdirməməlidir;

10.1.3. platformada yerləşdirilməsi nəzərdə tutulan bütün məlumatların tamlığını və doğrululuğunu təmin etməlidir;

10.1.4. aşağıdakı hallarda dərhal operatoru məlumatlandırmalıdır:

10.1.4.1. əsas məlumat vərəqəsində göstərilən məlumatlarda hər hansı dəyişiklik olduqda;

10.1.4.2. kraudfandinq layihəsi geri çağırıldıqda;

10.1.5. tərtib etdiyi və bu Qanunun 9.3-cü maddəsində göstərilən məlumatları əks etdirən əsas məlumat vərəqəsi ilə birlikdə azı aşağıdakı məlumatları və sənədləri operatora təqdim etməlidir:

10.1.5.1. idarəetmə funksiyalarını yerinə yetirən şəxslərinin, mühüm iştirak pay sahiblərinin (hüquqi şəxs olduqda icra orqanının rəhbərinin) və benefisiar mülkiyyətçilərinin vətəndaş qüsursuzluğuna dair normativ hüquqi aktlara uyğun olaraq əldə etdiyi arayış (arayışlar);

10.1.5.2. vergilər və digər məcburi ödənişlərlə bağlı borcunun olmamasına dair məlumat;

10.1.5.3. özü, habelə onun mühüm iştirak pay sahibləri və benefisiar mülkiyyətçiləri barəsində cinayət-hüquqi tədbirlərin görülməməsi, layihə sahibi barəsində iflas prosedurunun başlanılması faktının olmaması və ya müflis elan olunmaması barədə məlumat;

10.1.5.4. bu Qanunun 10.2-ci maddəsinə uyğun olaraq platformada yerləşdirilməsi üçün müraciət edilən kraudfandinq layihəsinin digər platformada yerləşdirilməməsi və ya yerləşdirilməsi üçün müraciət edilməməsi barədə məlumat;

10.1.5.5. kraudfandinq layihəsi çərçivəsində yerləşdirilən səhmlərin və (və ya) istiqrazların buraxılışının normativ hüquqi aktlara uyğun olaraq dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd.

10.1.6. bu Qanunun 10.1.5.1 – 10.1.5.3-cü maddələrində göstərilən faktlar müvafiq məlumatlar operatora təqdim edildikdən sonra da baş verdikdə bu barədə məlumatı dərhal operatora təqdim etməlidir.

10.2. Layihə sahibi əsas məlumat vərəqəsində göstərilən məlumatların düzgünlüyünə, habelə kraudfandinq layihəsinin həyata keçirilməsi ilə bağlı səhm və istiqrazların emitenti qismində normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə və öhdəliklərin yerinə yetirilməsinə görə investorlar qarşısında cavabdehdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver