Qanunvericilik › Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Kredit bürolarının yenidən təşkili və ləğvi

Kredit büroları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1 Kredit bürolarının yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

11.2. Yenidən təşkil edilən kredit bürosunun məlumat bazası onun hüquq varisi olan başqa kredit bürosuna təhvil verilir. Bu halda kredit tarixçələrinin məlumat bazasını qəbul etmiş kredit bürosu kredit tarixçələrini qəbul etdiyi gündən 10 iş günü ərzində bu barədə məlumat təchizatçılarına məlumat verməli və ölkə ərazisində yayılan media məhsullarında elan dərc etdirməlidir.

11.3. Kredit bürosu ləğv edildikdə, yaxud yenidən təşkil edilən kredit bürosunun hüquq varisi bu Qanunun 5.1-5.5-ci və 5.7-ci maddələrinin tələblərinə cavab vermədikdə, ləğv (yenidən təşkil) edilən kredit bürosunun müəyyən etdiyi şərtlərlə kredit tarixçələrinin məlumat bazası (bu Qanunun 15.1.4-cü maddəsinə uyğun olaraq razılıq verilmiş hissədə) fəaliyyətdə olan başqa kredit bürosuna verilə bilər. Kredit bürosunun kredit tarixçələrinin məlumat bazası (onun müvafiq hissəsi) başqa kredit bürosuna verilmədikdə, məlumat bazasından istifadə edilməsi (bu Qanunun 15.1.4-cü maddəsi nəzərə alınmaqla), onun saxlanması, yaxud məhv edilməsi barədə qərarı Mərkəzi Bank qəbul edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver