9.1. Kredit bürosunun vəzifəli şəxsləri və digər əməkdaşları xidməti vəzifələrinin icrası ilə əlaqədar kredit tarixçələrinin məlumat bazasında onlara məlum olan məlumatı yalnız bu Qanunla və digər qanunlarla müəyyən edilmiş hallarda açıqlaya bilərlər.
9.2. Kredit bürosunun vəzifəli şəxsləri və digər əməkdaşları kredit tarixçələrinin məlumat bazasında onlara məlum olan məlumatın fəaliyyət müddətlərində və işdən çıxdıqdan sonra qanunsuz yayılmaması barədə yazılı iltizam verməlidirlər.
9.3. Kredit tarixçələrini təşkil edən məlumatın bu Qanunla müəyyən edilmiş qaydada təqdim edilməsi informasiyanın konfidensiallığının pozulması hesab edilmir.
9.4. Mərkəzi Bank və onun əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən kredit bürosunun fəaliyyəti ilə bağlı onlara məlum olan məlumatın, o cümlədən kredit tarixçələrinin məlumat bazasında olan məlumatın konfidensiallığını fəaliyyət müddətlərində və işdən çıxdıqdan sonra qanunla müəyyən edilmiş qaydada qorumalıdırlar.