1. Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.
2. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzun müddətli kreditdir.
3. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.
4. “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə fərqli qayda müəyyən edilmiş hallar istisna olmaqla, bu Qanunun müddəaları kredit kooperativlərinə də şamil olunur.