1. Kredit İttifaqının nizamnamə kapitalı üzvlərin paylarından formalaşır.
2. Kredit İttifaqı nizamnamə kapitalının minimum məbləği Mərkəzi Bank tərəfindən, üzvlərin payının həcmi, ödənilmə qaydası və qaydanın pozulmasına görə məsuliyyət isə nizamnamə ilə müəyyən olunur.
3. Nizamnamə kapitalı qarşılıqlı kreditləşmə məqsədi ilə istifadə olunur. Ümumi yığıncağın qərarı ilə nizamnamə kapitalından Kredit İttifaqının fəaliyyətə başlaması üçün zəruri olan bina, avadanlıq və inventar əldə olunmasına vəsait yönəldilə bilər.
4. Nizamnamə kapitalının formalaşması üçün Kredit İttifaqının aldığı borcdan istifadə olunması qadağandır.
5. Kredit İttifaqının üzvləri öz paylarını yalnız üzvlükdən çıxarkən geri götürə bilərlər.