1. Kredit İttifaqı kredit vermə mənbəyi olan qarşılıqlı kredit fondu yaradır. Qarşılıqlı kredit fondu nizamnamə kapitalı, Kredit İttifaqının mənfəətindən, habelə bu Qanuna müvafiq digər mənbələrdən cəlb olunmuş vəsaitlər hesabına formalaşır. Bu fondun vəsaitlərindən yalnız üzvlərə kredit verilməsi üçün istifadə olunur.
2. Kredit fondundan verilən kreditin məbləği kredit alan üzvün payının 10 mislindən (kredit kooperativinin üzvü istisna olmaqla) və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox ola bilməz.