Qanunvericilik › Kredit təşkilatları tərəfindən digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə edilməsi Qaydaları (Mərkəzi bankın qərarı, 25.05.2001) › Tam mətn

Kredit təşkilatları tərəfindən digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə edilməsi Qaydaları (Mərkəzi bankın qərarı, 25.05.2001)

Kredit təşkilatları tərəfindən digər hüquqi şəxslərin paylarının (səhmlərinin) əldə edilməsi Qaydaları (Mərkəzi bankın qərarı, 25.05.2001) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Milli Bankı haqqında" və "Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq hazırlanmışdır və respublikanın bütün kommersiya (səhmdar-kommersiya) banklarına və xarici bankların filiallarına (bundan sonra - "bank") şamil edilir.

1.2. Bu Qaydalar digər hüquqi şəxslərin kapitalında (paylarında, səhmlərində) bankların iştirakı şərtlərini (investisiya qoyuluşunu) və limitini müəyyən edir.

1.3. Bankların digər hüquqi şəxslərin kapitalında iştirakı böyük risklərlə bağlı olduğuna və nəticədə itkilərlə nəticələnə bildiyinə görə belə iştiraklara məhdudiyyətlər müəyyən olunur.

2.1. Bu Qaydaların 2.3 bəndi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla digər hüquqa şəxslərin kapitalına bankların birbaşa və ya dolayı yolla investisiyalarının məbləği aşağıdakı məhdudiyyətlərdən çox olmamalıdır:

(a) bir hüquqi şəxsin kapitalında iştirak bankın öz vəsaitinin 10 faizindən;

(b) digər hüquqi şəxslərin kapitalında məcmu iştirak bankın öz vəsaitinin 40 faizindən.

2.2. Bu Qaydalarda bankın öz vəsaiti dedikdə Milli Bankın normativ aktları ilə müəyyən edilmiş "tutulmalardan sonra məcmu kapital" başa düşülməlidir.

2.3. Bu Qaydaların 2.1 bəndində müəyyən edilmiş məhdudiyyətlər kredit borcunun ödənilməməsinə görə bankın mülkiyyətinə keçən paylara (səhmlərə) şamil edilmir, bir şərtlə ki, bu payların (səhmlərin) normadan artıq olan hissəsi banka mülkiyyət hüququ keçdiyi kündən etibarən iki il ərzində satılsın. Əkər bank onun mülkiyyətində normadan artıq olan payları (səhmləri) iki ildən çox saxlamaq niyyətindədirsə, səbəbi göstərilməklə o, Azərbaycan Respublikası Milli Bankının müvafiq icazəsini almalıdır. Normadan artıq paylar (səhmlər) üzərində mülkiyyət hüququnu icazə verildiyi müddətdən daha artıq müddətə saxlamış bank normativlərin hesablanması zamanı artıq payların (səhmlərin) məbləğini nəzərə almalıdır.

3.1. Digər hüquqi şəxslərin kapitalını əldə edən hər bir bankın bu işin təşkili barədə yazılı daxili prosedurları olmalıdır. Bu prosedurlar bankın Müşahidə Şurası və İdarə Heyəti tərəfindən təsdiq edilməli və aşağıdakılardan əks etdirilməlidir:

· bank investisiyalarının növləri və onların seçilməsi qaydası, investisiya qoyulan müəssisənin forması, iqtisadi sahələri və ölkə üzrə bölgüsü;

· investisiya qoyuluşu barədə qərarların qəbul edilməsi üçün səlahiyyətli şəxslər və investisiyaları həyata keçirəcək şəxslər üçün maksimum limitlər;

· uçot və hesabat qaydaları.

3.2. Digər hüquqi şəxslərin kapitalını əldə edən banklar bu müəssisələr barədə kifayət qədər operativ və mükəmməl informasiyaya və onların fəaliyyətini qiymətləndirmək və müşahidə etmək üçün müvafiq təcrübəyə malik olmalıdırlar. İnformasiya Müşahidə Şurasına və İdarə Heyətinə uçotu və nəzarəti müvafiq səviyyədə aparmağa və tədbir görməyə imkan verməlidir. Bank rəhbərliyinə təqdim olunan hesabatlarda ən azı kapitalı əldə edilmiş müəssisələrin bazarda mövqeyi, onların təsnifatı, iştirakın nominalı, bazar dəyəri, əldə edildiyi və ödənilməsi nəzərdə tutulan tarixlər barədə məlumatlar olmalıdır.

3.3. Banklar hesabat ayından sonrakı ayın 5 iş günündən gec olmayaraq Azərbaycan Respublikası Milli Bankına Qaydalara əlavə olunmuş formada (Əlavə N-1) kapitalını əldə etdikləri hüquqi şəxslərin adlarını, investisiyanın balans dəyərini, bazar dəyərini (əkər varsa), investisiyanın qoyulduğu və ödənilməsi nəzərdə tutulan tarixləri göstərməklə hesabat təqdim etməlidirlər.

Bu Qaydalar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Milli Bankının "Kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi" üzrə 1997-ci il 21 may tarixli 2 N-li Qaydalarının 8-ci bəndi öz qüvvəsini itirir.

Bu Qaydalar 1 iyul 2001-ci il tarixdən qüvvəyə minir.

KREDİT TƏŞKİLATLARI TƏRƏFİNDƏN

DİGƏR HÜQUQİ ŞƏXSLƏRİN PAYLARININ

(SƏHMLƏRİNİN) ƏLDƏ EDİLMƏSİ

Bankın adı_____________________________________

“____” ______________________________200 __ -ci il tarixinə

* Əgər investisiya borcun əvəzinə alınmışsa, onun balans dəyəri

(3-cü sütundan) göstərilməlidir.

* * 7-ci sütundakı məbləğ 3-cü sütundakı məbləğdən az və ya ona bərabər ola bilər.

Bankın İdarə Heyətinin sədri (A.A.S.)

1. 23 dekabr 2005-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Milli Bankının Protokolu (Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci il, № 12)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver