Qanunvericilik › “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 14.09.2021) › Tam mətn

“Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 14.09.2021)

“Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 14.09.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

1. “Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası” dərc edildiyi gündən bir ay sonra qüvvəyə minir və həmin tarixdən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2002-ci il 10 aprel tarixli qərarı (7 nömrəli protokol) ilə təsdiq edilmiş və 2002-ci il 29 aprel tarixli 2825 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları” (Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2005-ci il 10 may tarixli qərarı (11 nömrəli protokol) ilə təsdiq edilmiş və 2005-ci il 23 may tarixli 3150 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış dəyişikliklər; Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2006-cı il 18 iyul tarixli qərarı (21 nömrəli protokol) ilə təsdiq edilmiş və 2006-cı il 04 avqust tarixli 3234 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış dəyişikliklər) və Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin "Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Milli Bankının bəzi normativ aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 2005-ci il 23 dekabr tarixində təsdiq edilmiş və 2005-ci il 30 dekabr 3211 nömrəli şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış qərarının (38 nömrəli protokol) 2-ci hissəsi) ləğv edilir.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

1.1. Bu Qayda “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Banklar haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında (bundan sonra birlikdə işləndikdə - təşkilat) kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması (qiymətlilərin seyf qutularında saxlanması əməliyyatları istisna olmaqla) və inkassasiyası qaydalarını, habelə təşkilatda istifadə olunan nağd pul avadanlıqlarına (pulsayan, nağd pulu emal edən və nağd pulun mədaxili və (və ya) məxarici əməliyyatlarını aparan digər avadanlıqlar) dair minimum tələbləri müəyyən edir.

1.2. Təşkilatında bu Qaydada nəzərdə tutulan adlarla vəzifələr olmadıqda, bu Qayda ilə müəyyən edilmiş səlahiyyətləri həmin funksiyaları həyata keçirən əməkdaşlar icra edir.

1.3. Bu Qaydanın tələbləri nəzərə alınmaqla hər bir təşkilatında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması, eləcə də inkassasiya işinin təşkilinə dair daxili qaydalar qəbul edilir.

1.4. Təşkilatda kassa əməliyyatları aparılarkən (o cümlədən ödəniş terminalları vasitəsilə) “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarına riayət olunmalıdır.

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. axşam kassası – iş günlərində əməliyyat günü bitdikdən sonra, qeyri-iş günlərində isə müəyyən edilmiş iş rejimi çərçivəsində kassa əməliyyatlarını həyata keçirən kassa;

2.1.2. əməliyyat informasiya sistemləri (ƏİS) – nağd pul və qiymətlilərlə aparılan əməliyyatların uçotunu real vaxt rejimində əks etdirən informasiya sistemi;

2.1.3. bağlama – eyni nominal dəyərdən olan 10 (on) ədəd dəstdən (1000 vərəq) ibarət kağız pul nişanlarının bağlanması;

2.1.4. banderol – pul dəstlərini bağlamaq üçün kağız lent;

2.1.5. dəst – banderol ilə bağlanmış eyni nominaldan olan 100 (yüz) vərəqdən ibarət kağız pullar;

2.1.6. digər qiymətlilər – sənədli qiymətli kağızlar, ciddi hesabat blankları, qiymətli metallar, qiymətli daşlar, zinət əşyaları, pul saxlanclarının və ödəniş terminallarının ehtiyat açarları;

2.1.7. əməliyyat günü – təşkilatının daxili qaydaları ilə iş günü ərzində müştərilərə xidmət göstərilən vaxt;

2.1.8. əməliyyatçı – kassa əməliyyatları istisna olmaqla səlahiyyətləri daxilində müştərilərlə əməliyyat aparan təşkilatının əməkdaşı;

2.1.9. əməliyyatçı-kassir – həm kassir, həm də əməliyyatçı funksiyalarını həyata keçirən təşkilatın əməkdaşı;

2.1.10. formalaşdırma – kağız və metal pul nişanlarının müvafiq olaraq vərəq-vərəq və ya ədədlə sayılması, onların nominalına, keyfiyyət parametrlərinə (tədavülə yararlı və tədavülə yararsız pullar) görə çeşidlənməsi və bağlanması proseslərinin məcmusu;

2.1.11. günün kassa sənədləri – təşkilatında aparılan kassa əməliyyatlarına dair gün ərzində rəsmiləşdirilmiş sənədlər;

2.1.12. gündüz kassası – əməliyyat günü ərzində kassa əməliyyatlarının həyata keçirildiyi kassa;

2.1.13. xüsusi daşınma vasitəsi – pul nişanlarının təhlükəsiz saxlanması və daşınmasını təmin edən, habelə qanunsuz müdaxilə cəhdləri zamanı pul nişanlarını xüsusi vasitələrlə (xüsusi boya, kimyəvi, yapışdırıcı vasitə və s.) avtomatik tədavülə yararsız hala salan daşınma vasitəsi;

2.1.14. inkassasiya – nağd pul və digər qiymətlilərin olduğu yerdən təyinatı yerinə daşınması;

2.1.15. inkassator – nağd pul və digər qiymətlilərin inkassasiyasını həyata keçirən təşkilatının əməkdaşı;

2.1.16. kassa əməliyyatları – nağd pul və digər qiymətlilərin qəbulu, verilməsi, saxlanması, o cümlədən valyuta mübadiləsi və pul köçürmələri üzrə nağd pulla əməliyyatların məcmusu;

2.1.17. kassa qovşağı – kassa əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş, texniki və təhlükəsizlik tələblərinə cavab verən xüsusi təchiz edilmiş yer;

2.1.18. kassa müdiri – pul saxlancı inzibatçılarından biri olaraq kassa əməliyyatlarına məsul rəhbər şəxs;

2.1.19. kassir – müştərilərlə kassa əməliyyatlarını həyata keçirən, habelə ödəniş terminallarının inkassasiyası proseslərində iştirak edən təşkilatının əməkdaşı;

2.1.20. klişe – vakuum aparatına quraşdırılan, üzərində təşkilatının və (və ya) təşkilatının bölməsinin adını əks etdirən çap forması;

2.1.21. təşkilatın bölməsi – təşkilatın baş ofisi, filialı, şöbəsi, habelə təşkilatda kassa əməliyyatlarını və (və ya) inkassasiya işini həyata keçirən digər bölməsi;

2.1.22. qablaşdırma vahidi – nağd pul və digər qiymətlilərin daşınması və saxlanması üçün nəzərdə tutulmuş konteyner, qutu, polietilen torba, kisə, kaset, zərf və sair bağlana bilən vasitə;

2.1.23. ödəniş terminalı – ödəniş əməliyyatını ödəniş alətləri, o cümlədən nağd pul vasitəsilə həyata keçirmək imkanı verən avadanlıq;

2.1.24. plomb – nağd pul və digər qiymətlilərlə əməliyyat aparılan sahələrin, qablaşdırma və saxlanc vahidlərinin bağlanması üçün nəzərdə tutulan və təkrar istifadəsi mümkün olmayan nömrəli və (və ya) barkodlu bağlama vasitəsi;

2.1.25. pul çeki – müştərinin təşkilatda olan hesabından nağd pul vəsaitini almaq üçün yazılı sərəncamdan ibarət olan çek;

2.1.26. pul saxlancı – təşkilatında nağd pul və digər qiymətlilərin saxlanması üçün istifadə olunan və müştərilərə xidmət üçün nəzərdə tutulmayan xüsusi sahə;

2.1.27. pul saxlancı inzibatçısı – pul saxlancı açarlarına, pul saxlancında olan nağd pul və digər qiymətlilərin uçotunun və onlarla əməliyyatların aparılmasına cavabdeh olan təşkilatının əməkdaşı;

2.1.28. ştamp – üzərində təşkilatının və (və ya) təşkilatının bölməsinin adını, kassa növünü (gündüz və ya axşam), əməliyyat tarixini əks etdirən çap forması;

2.1.29. inkassator-kassir – ödəniş terminallarının nağd pulla yüklənməsi və (və ya) boşaldılması proseslərini həyata keçirən təşkilatın inkassatoru;

2.1.30. pulsayan avadanlıq – kağız pul nişanlarını vərəq-vərəq sayaraq onların həqiqiliyini müəyyən edən, metal pul nişanlarının isə ədədlə sayılmasını həyata keçirən avadanlıq;

2.1.31. kağız pul nişanlarını emal edən avadanlıq - pul nişanlarının vərəq-vərəq sayılmasını, nominalına, həqiqiliyinə, tədavülə yararlı və yararsızlığına görə ayrılmasını həyata keçirən avtomatlaşdırılmış avadanlıq.

2.2. Bu Qaydada istifadə olunan “operator bank” və “emal” anlayışları Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 may 2020-ci il tarixli, 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nda nəzərdə tutulan mənaları, digər anlayışlar normativ hüquqi aktlarda və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) digər normativ xarakterli aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2.3. Bu Qaydanın təşkilatın rəhbərinin səlahiyyətinə dair müddəaları təşkilatın daxili qaydalarına görə təşkilatın kollegial idarəetmə orqanının səlahiyyətinə aid olmadığı halda tətbiq edilir.

3.1. Təşkilatının bölmələrində kassa əməliyyatlarının aparılması məqsədilə kassa qovşağı yaradılır. Kassa qovşağına aşağıdakı sahələr aid edilir:

3.1.1. nağd pul və digər qiymətlilərin (bundan sonra birlikdə işləndikdə - qiymətlilər) saxlanması üçün pul saxlancı;

3.1.2. pul saxlancı qabağı sahə;

3.1.3. gündüz (axşam) kassası otağı - müştərilərlə kassa əməliyyatlarının aparılması üçün ayrılmış yer;

3.1.4. qiymətlilərin formalaşdırılması və yenidən sayılması üçün yer;

3.1.5. müştərinin aldığı pulun sayılması üçün yer.

3.2. Kassa qovşağında bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan pul saxlancı qabağı sahə olmadıqda pul saxlancından çıxarılan və pul saxlancına gətirilən qiymətlilərin təhvil-təslimi gündüz (axşam) kassası otağında və ya kassa qovşağının təşkilatın daxili qaydaları ilə müəyyən edilmiş digər otağında həyata keçirilir.

3.3. Kassa qovşağında bu Qaydanın 3.1.4-cü yarımbəndində nəzərdə tutulan ayrıca yer olmadıqda qiymətlilərin formalaşdırılması və yenidən sayılması gündüz (axşam) kassası otağında həyata keçirilir.

3.4. Kassa qovşağının sahəsi bu Qayda ilə müəyyən edilmiş texniki və təhlükəsizlik tələbləri nəzərə alınmaqla orada yerləşdiriləcək qiymətlilərin və (və ya) aparılacaq əməliyyatların həcminə uyğun olaraq təşkilat tərəfindən müəyyən olunur.

3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanları tərəfindən mühafizə olunan obyektlərin Siyahısı”na uyğun olaraq pul vəsaitləri saxlanılan banklar aidiyyatı dövlət orqanı tərəfindən mühafizə olunmalıdır. Kredit təşkilatlarının elektron mühafizə sistemləri mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır. Bu sistemlərin işlək vəziyyətdə olması ilə bağlı yoxlamaların təşkili, tezliyi və həyata keçirilməsi təşkilatının daxili qaydaları ilə müəyyən olunur.

3.6. Pul vəsaitləri saxlanılan təşkilat 24 saat ərzində silahlı mühafizə olunmalıdır (qeyri-iş saatlarında elektron mühafizə sistemlərinin polis mühafizə pultuna qoşulması halları istisna olmaqla).

3.7. Kassa əməliyyatlarının aparılması üçün ayrılmış sahələr təsvirləri aydın çəkmək imkanına malik olan müşahidə kameraları ilə təchiz edilir. Müşahidə kameraları kassa əməliyyatlarını, bu əməliyyatları həyata keçirən əməkdaşları və müştəriləri qeydə almalıdır. Müşahidə kameralarının görüntüləri ən azı 6 (altı) ay müddətində saxlanılır.

3.8. təşkilatının bölmələrində müştərilərlə kassa əməliyyatların aparılması üçün aşağıdakı kassalar təşkil edilə bilər: gündüz kassaları, axşam kassaları, valyuta mübadiləsi kassaları və ödəniş terminalları.

3.9. Ödəniş terminalları təşkilatının bölmələrinin inzibati binalarında və (və ya) kənar yerlərdə quraşdırıla bilər.

3.10. Təşkilatında müştərilərlə kassa əməliyyatları kassir və (və ya) əməliyyatçı-kassir tərəfindən aparılır. Kassa əməliyyatları əməliyyatçı-kassir tərəfindən həyata keçirildikdə qiymətlilər birbaşa əməliyyatçı-kassirə təqdim edilir və ondan təhvil alınır. Əməliyyatçı-kassir tərəfindən aparılan kassa əməliyyatlarının limiti əməliyyat risklərinin idarə olunması və ikili nəzarətin təmin edilməsi çərçivəsində bu Qaydanın 8.4-8.6-cı bəndlərinin tələbləri nəzərə alınmaqla təşkilat tərəfindən müəyyən edilir.

3.11. Kassirlər (əməliyyatçı-kassirlər) hesablama, pulsayan və pulların həqiqiliyini yoxlayan avadanlıqlarla, ştamp, plomb və klişe ilə təmin edilir.

3.12. Kassirlər (əməliyyatçı-kassirlər) kassa mədaxil (məxaric) sənədlərində (elektron daşıyıcılarında tərtib edilən sənədlər istisna olmaqla) onlara məxsus ştamplardan, bağlamaların və metal pulların polietilen torbalarının formalaşdırılması zamanı isə təşkilatın klişelərindən istifadə etməlidirlər. Ştampların və klişelərin hazırlanması, istifadəsi, onlara nəzarət və məhv edilməsi təşkilatın daxili qaydalarına uyğun olaraq həyata keçirilir.

3.13. Təşkilatda pul saxlanclarının açarları, kassa əməliyyatlarında istifadə olunan klişelər və ştamplar balansdankənar hesablarda uçota alınır. Pul saxlancının açarları, klişelər və ştamplar təşkilatın əməkdaşlarının istifadəsinə verildikdə balansdankənar hesablardan uçotdan çıxarılır və “Pul saxlancının açarları klişelər və ştampların qeydiyyatı kitabı”nda (Əlavə 1) qeydiyyata alınır. Həmin kitabda qeydlərin aparılması təşkilatın bölməsinin rəhbərinin sərəncamverici aktı ilə təyin edilmiş bilavasitə qiymətlilərlə əməliyyat aparmayan vəzifəli şəxs tərəfindən həyata keçirilir. Pul saxlancının açarlarının, klişelərin və ştampların əməkdaşlara verilməsi və geri alınması həmin kitabda imzalamaqla həyata keçirilir (kitabın elektron formada aparıldığı hal istisna olmaqla). Əməkdaşlardan geri alınan pul saxlancının açarları, klişelər və ştamplar yenidən balansdankənar hesablarda uçota alınır.

3.14. İş yerini müvəqqəti tərk edərkən kassirlər (əməliyyatçı-kassirlər) tərəfindən qiymətlilər, açarlar, plomblar, klişelər və ştamplar bağlı seyfdə və ya açar (qıfıl) ilə bağlanan və müşahidə kameralarının nəzarəti olan sahədə yerləşən dolablarda saxlanılır. Pul saxlanclarının, seyf və dolabların açarlarının təhvil-təslimi, saxlanılması, zədələnməsi və ya itirilməsi halında yenilənməsi ilə bağlı prosedurlar bu Qayda və təşkilatının daxili qaydaları ilə tənzimlənir.

3.15. Kassirin (əməliyyatçı-kassirin) şəxsi nağd pulu və digər qiymətliləri kassa qovşağında və ya müştərilərlə kassa əməliyyatlarının aparılması üçün ayrılmış sahədə saxlanıla bilməz.

3.16. Kassirlər (əməliyyatçı-kassirlər) kassa sənədlərini imzalamaq səlahiyyəti olan əməkdaşların imza nümunələri ilə təmin olunur. İmza nümunələrinin vaxtında verilməsinə, dəyişdirilməsinə və ləğv olunmasına təşkilatının daxili prosedurlarına uyğun olaraq təyin edilmiş vəzifəli şəxs tərəfindən nəzarət olunur.

3.17. Bir kassiri olan təşkilatının bölmələrində bu Qayda ilə kassirə və kassa müdirinə aid edilmiş funksiyalar təkbaşına kassir tərəfindən yerinə yetirilir və bu zaman “Qəbul edilmiş və təhvil verilmiş nağd pulun və digər qiymətlilərin uçotu kitabı” (Əlavə 2) tərtib olunmur.

3.18. təşkilatının daxilində kassa əməliyyatlarını aparan əməkdaşlar arasında nağd pulun təhvil-təslimi aşağıdakı qaydada həyata keçirilir:

3.18.1. bağlamalarla - bağlamanın üzərində olan üst örtüyün yazılarına görə, bağlamanın tamlığı, üst örtüyün rekvizitləri, klişe izi və bağlamanın dəstlərinin sayı yoxlanılmaqla;

3.18.2. qablaşdırma vahidləri ilə - qablaşdırma vahidinin və plombların üzərində olan örtüyün yazılarına görə, qablaşdırma vahidinin və plombların tamlığı, örtüyün rekvizitləri və klişe izi yoxlanılmaqla;

3.18.3. dəstlərlə - dəstlərin sayı yoxlanılmaqla;

3.18.4. açıq formada kağız və metal pul nişanları ilə - vərəq-vərəq və ya ədədlə sayılmaqla.

3.19. təşkilatının qiymətlilərlə əməliyyat aparan əməkdaşları ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanılır.

3.20. Gün ərzində aparılan kassa əməliyyatları, həmin gün təşkilatın əməkdaşları tərəfindən ƏİS-də verilən müxabirləşmələr vasitəsilə real vaxt rejimində, uçot üsulundan asılı olaraq balans və ya balansdankənar hesablarda əks etdirilir. Bu əməliyyatlarla bağlı ƏİS-də tərtib edilən mədaxil (məxaric) sənədləri və arayışlar (bundan sonra birlikdə işləndikdə – kassa sənədləri) həmin əməliyyatları aparan təşkilatın əməkdaşları tərəfindən ƏİS-də təsdiq edildikdən sonra elektron formada və (və ya) fiziki şəkildə imzalanmaqla rəsmiləşdirilir və müştəriyə kağız və (və ya) digər davamlı daşıyıcıda təqdim edilir.

3.21. Kassa əməliyyatlarına dair sənədlər hər iş gününün sonunda yığılmalı, dövriyyələr üzrə üzləşdirilməli və “Günün kassa sənədləri” adlı qovluqda hər gün üçün ayrıca tikilməlidir. “Günün kassa sənədləri”ni təşkilatının bölməsinin maliyyə və uçot sahəsinə məsul rəhbər şəxsi və kassa müdiri imzalayır.

3.22. Kassa əməliyyatlarının elektron formada rəsmiləşdirilməsi üçün təşkilatında istifadə olunan ƏİS Mərkəzi Bank tərəfindən müəyyən edilən informasiya təhlükəsizliyi tələblərinə cavab verməlidir. Təşkilatında istifadə olunan ƏİS kassa əməliyyatlarının uçotunu, bu əməliyyatları həyata keçirən əməkdaşların eyniləşdirməsini, təsdiqin tarixi və vaxtını, kassa əməliyyatlarına dair məlumatların saxlanılmasını, arxivləşdirilməsini və hesabatlığını təmin etməlidir.

3.23. Kassa sənədlərinin üzərində düzəlişlərin edilməsinə yol verilmir.

3.24. Kassa əməliyyatlarına dair uçot kitabları kağız daşıyıcılarında tərtib oluna bilər və ya təşkilat tərəfindən istifadə olunan informasiya sistemləri vasitəsi ilə elektron formada aparıla bilər. Kitablar kağız daşıyıcılarında tərtib olunduqda onların səhifələri tikilir, vərəqləri nömrələnir, arxa tərəfində səhifələrin sayı göstərilməklə təşkilatının bilavasitə qiymətlilərlə əməliyyat aparmayan səlahiyyətli rəhbər vəzifəli şəxsinin imzası və möhürü ilə təsdiq edilir. Kağız daşıyıcısında tərtib olunan kitablarda səhv aşkar edildikdə düzəliş edilir və düzəlişin edildiyi tarix göstərilməklə kitabın aparılmasına cavabdeh olan şəxs(lər)in imzaları ilə təsdiq olunur.

3.25. təşkilat bu Qayda ilə müəyyən edilmiş kassa sənədlərinin və kitabların formalarını rekvizitlər saxlanılmaqla dəyişdirə bilər.

4.1. İş gününün sonuna təşkilatının bir bölməsində saxlanılan qiymətlilərin ümumi dəyəri (təşkilatının bölməsində quraşdırılmış ödəniş terminallarında saxlanılan nağd pul istisna olmaqla) 200 (iki yüz) min manatdan (o cümlədən xarici valyutada ekvivalent məbləğdən) artıq olduqda, qiymətlilər aşağıdakı texniki və təhlükəsizlik tələblərinə cavab verən pul saxlancında saxlanılır:

4.1.1. hündürlüyü döşəmədən daxili tavana qədər 2.7 metrdən az olmamalı;

4.1.2. divarların qalınlığı 40 santimetrdən az olmayan dəmir-beton (dəmir-beton qurşaqlar ilə gücləndirilmiş kərpic, daş) və ya həmin möhkəmliyə ekvivalent olan istənilən qalınlıqda digər konstruksiya materiallarından olmalı (divarlar digər konstruksiya materiallarından inşa edildikdə onların möhkəmliyi tikinti sənədləri və ya müvafiq sertifikatlarla təsdiq edilməlidir);

4.1.3. döşəməsi 60 santimetrdən az olmayan dəmir-beton və ya həmin möhkəmliyə ekvivalent olan istənilən qalınlıqda digər konstruksiya materiallarından olmalı (döşəmə digər konstruksiya materiallarından inşa edildikdə onun möhkəmliyi tikinti sənədləri və ya müvafiq sertifikatlarla təsdiq edilməlidir);

4.1.4. alt hissəsində boşluq və ya zirzəmi olmamalı;

4.1.5. tavanı təcrid olunmalı;

4.1.6. divarları təşkilatının bayır divarlarından tam təcrid olunmalı;

4.1.7. yanğına qarşı siqnalizasiya vasitələri ilə təchiz olunmalı;

4.1.8. iki ardıcıl qapı ilə bağlanmalı: birinci qapı dəmir barmaqlıqdan, ikinci bayır qapı dəmirdən hazırlanmalı, hər iki qapının çərçivəsi divarın metal konstruksiyasına qaynaq edilməli;

4.1.9. qapılarının açılıb bağlanmasını müşahidə etmək məqsədi ilə müşahidə kameralarından ən azı biri pul saxlancının girişinə yönəldilməli;

4.1.10. metal stellajlarla, dolablarla və ya seyflərlə təchiz olunmalıdır.

Qeyd: təşkilatının pul saxlancının döşəməsi, divarları və tavanı kənar müdaxilələrin qarşısının alınması məqsədi ilə titrəyiş sensorları, habelə ətrafındakı sahələr müşahidə kameraları ilə təchiz edildiyi təqdirdə bu Qaydanın 4.1.4 - 4.1.6-cı yarımbəndlərində göstərilən tələblər tətbiq edilməyə bilər.

4.2. Pul saxlancından çıxarılan və pul saxlancına gətirilən qiymətlilərin təhvil-təslimi pul saxlancı qabağı sahədə həyata keçirilməlidir (bu Qaydanın 3.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla). Pul saxlancı qabağı sahənin ölçüləri orada aparılacaq əməliyyatların həcminə uyğun olaraq təşkilat tərəfindən müəyyən olunur.

4.3. İş gününün sonuna təşkilatın bir bölməsində saxlanılan qiymətlilərin ümumi dəyəri (təşkilatın bölməsində quraşdırılmış ödəniş terminallarında saxlanılan nağd pul istisna olmaqla) 200 (iki yüz) min manat (o cümlədən xarici valyutada ekvivalent məbləğ) və ondan az olduqda qiymətlilər təhlükəsizliyin təmin edilməsi məqsədilə müşahidə kameraları ilə təchiz edilmiş ayrıca sahədə, daşınması mümkün olmayan (həmin sahənin divar və ya döşəməsinin metal konstruksiyasına qaynaq edilmiş, yaxud divar və ya döşəməyə yivlənmiş) odadavamlı seyfdə saxlanıla bilər. Bank olmayan kredit təşkilatı, ödəniş təşkilatı və elektron pul təşkilatının bir bölməsində ümumi dəyəri 20 (iyirmi) min manatdan (xarici valyutada ekvivalent məbləğdən) artıq olmayan qiymətlilər odadavamlı seyfdə saxlanıla bilər.

4.4. Təşkilatın bölməsində bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verən pul saxlancı olmadıqda, qiymətlilər təşkilatın həmin tələblərə cavab verən pul saxlancı olan digər bölməsinə təhvil verilir. Təşkilatın bölməsinin yerləşdiyi inzibati ərazidə bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verən pul saxlancı olan digər bölməsi olmadıqda qiymətlilər həmin tələblərə cavab verən digər təşkilata (bankın bölmələri tərəfindən yalnız müvafiq tələblərə cavab verən digər banka) təhvil verilməlidir.

4.5. təşkilatında kassa əməliyyatlarının aparılması zamanı yalnız ödəniş terminallarından istifadə edildikdə bu Qaydanın müvafiq olaraq 4.1-ci və 4.3-cü bəndləri ilə müəyyən edilmiş pul saxlancının və ya seyfin quraşdırılması tələb olunmur.

5.1. Bu Qaydanın müvafiq olaraq 4.1-ci və 4.3-cü bəndləri ilə müəyyən edilmiş pul saxlancı və seyf (bundan sonra birlikdə işləndikdə - pul saxlancı) təşkilatın bölməsinin pul saxlancı inzibatçıları tərəfindən əməliyyat gününün əvvəlində və sonunda ən azı iki açarla açılıb-bağlanılır. Açarların biri pul saxlancı inzibatçısı kimi təşkilatın bölməsinin kassa müdirinə, digəri isə təşkilatın rəhbərinə və ya onun müvəkkil etdiyi digər vəzifəli şəxsə təhkim edilir. Əməliyyat günü ərzində təşkilatda kassa əməliyyatlarının aparılması üçün zəruri olduqda pul saxlancı kassa müdirinin açarı ilə açılıb-bağlanıla bilər.

5.2. Pul saxlancının qapılarının ikidən çox açarı və əlavə olaraq elektron açarları varsa, hər bir açar üzrə məsul pul saxlancı inzibatçısı təşkilatın rəhbərinin sərəncamverici aktı ilə müəyyən olunur.

5.3. Pul saxlancı bu Qaydanın tələbləri nəzərə alınmaqla müasir vasitələrdən (elektron açar, şifrə, göz, barmaq izləri skaneri və digər oxşar üsullar) istifadə edilməklə də açılıb bağlana bilər.

5.4. Pul saxlancı qapılarının ehtiyat açarları olmalıdır. Ehtiyat açarlar qablaşdırma vahidinə qoyulmalı və təşkilatının möhürü ilə möhürlənərək saxlanılmaq üçün həmin təşkilatının yaxınlığında yerləşən və pul saxlancı olan digər bölməsinə, Mərkəzi Banka və ya digər təşkilatına təhvil verilməlidir.

5.5. Pul saxlancı inzibatçısı müəyyən səbəblərə (xəstəlik, məzuniyyət, ezamiyyət və s.) görə vəzifələrini icra edə bilmədikdə, pul saxlancının açarı təşkilatın rəhbərinin sərəncamverici aktına əsasən pul saxlancında olan qiymətlilərin qalıqları yoxlanılmaqla digər əməkdaşa təhvil-təslim aktı tərtib olunmaqla verilir. Bu zaman:

5.5.1. pul saxlancı inzibatçısı təhvil-təslimdə iştirak edə bilmədikdə pul saxlancı açarı təşkilatın rəhbərinin sərəncamverici aktı ilə müəyyən edilmiş təşkilatın əməkdaş(lar)ı tərəfindən pul saxlancı inzibatçısından təhvil alınaraq onu əvəz edəcək şəxsə təhvil verilir və təhvil-təslim aktında pul saxlancı inzibatçısının təhvil-təslim prosesində iştirak etməməsi barədə qeyd olunur;

5.5.2. pul saxlancı açarının pul saxlancı inzibatçısından təhvil almaq mümkün olmadıqda, həmin açarın ehtiyat nüsxəsi (ehtiyat açarı) təşkilatın rəhbərinin sərəncamverici aktı ilə ehtiyat açarın saxlandığı pul saxlancından götürülərək pul saxlancı inzibatçısını əvəz edəcək şəxsə təhvil verilir.

5.6. Bu Qaydanın 5.5-ci bəndi istisna olmaqla pul saxlancı inzibatçısı tərəfindən ona təhkim edilən pul saxlancı açarının digər pul saxlancı inzibatçısına və ya başqa şəxslərə verilməsi qadağandır.

5.8. Pul saxlancına aşağıdakı şəxslər daxil ola bilərlər:

5.8.1. təşkilatının pul saxlancı inzibatçıları və onların nəzarəti altında təşkilatın kassirləri (əməliyyatçı-kassirləri);

5.8.2. yoxlama ilə əlaqədar Mərkəzi Bankın, təşkilatının daxili audit xidmətinin əməkdaşları və kənar auditorlar (yoxlama müddətində);

5.8.3. pul saxlancında təhvil-təslim işləri və qiymətlilərin yoxlanılması ilə əlaqədar təşkilat tərəfindən yaradılmış komissiyanın sədri və üzvləri (yoxlama müddətində).

5.9. Bu Qaydanın 5.8-ci bəndində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin pul saxlancına buraxılışı təşkilatın rəhbərinin yazılı icazəsi əsasında həyata keçirilir.

5.9-1. Bu Qaydanın 5.8-ci və 5.9-cu bəndlərində göstərilən şəxslərin pul saxlancına üst geyimləri, özlərinə məxsus çantaları və qiymətlilərlə daxil olması qadağandır.

5.10. Bu Qaydanın 5.8.2-ci, 5.8.3-cü yarımbəndləri və 5.9-cü bəndində qeyd edilmiş şəxslərin pul saxlancına girişi zamanı onları pul saxlancı inzibatçılarından ən azı biri müşayiət etməlidir.

5.11. Pul saxlancı açılmazdan əvvəl pul saxlancı inzibatçıları tərəfindən qapılara, qapı kilidlərinə, plomblara və ştamplara (istifadə edildikdə) və pul saxlancının ətrafında olan sahələrə kənar müdaxilənin olub-olmaması yoxlanılır.

5.12. Pul saxlancına kənar müdaxilə faktı və ya cəhdi aşkar olunduqda və ya bu barədə şübhə yarandıqda, dərhal təşkilatının rəhbərliyinə və pul saxlancının mühafizəsini həyata keçirən dövlət orqanına məlumat verilir. Bu zaman pul saxlancının qapısı açılanadək pul saxlancı inzibatçıları tərəfindən dövlət orqanının mühafizə işçisinin iştirakı ilə faktı təsdiq edən akt tərtib edilir.

5.13. Pul saxlancının qapısı (seyf istisna olmaqla) açıldıqdan sonra onun döşəməsinin, tavanının və divarlarının, eləcə də orada olan metal stellaj, dolab və seyflərin qapı və kilidlərinin və qablaşdırma vahidlərinin bütövlüyü yoxlanılır. Zədələnmə halları aşkar edildikdə dərhal təşkilatının rəhbərliyinə və pul saxlancının mühafizəsini həyata keçirən dövlət orqanına məlumat verilir, faktı təsdiq edən akt tərtib edilir və göstərişə müvafiq olaraq tədbir görülür.

5.14. Əməliyyat günü ərzində pul saxlancının qapıları açıldıqdan sonra kassa müdiri qiymətliləri kassirlərə (əməliyyatçı-kassirlərə) “Qəbul edilmiş və təhvil verilmiş nağd pulun və digər qiymətlilərin uçotu kitabı”nda imzalatdırmaqla və ya ƏİS-də təsdiq olunmaqla təhvil verir.

5.15. Əməliyyat günü tamamlandıqdan sonra kassirlər (əməliyyatçı-kassirlər) ƏİS-də bütün mədaxil və məxaric əməliyyatları əsasında formalaşmış məlumatları kassa sənədləri və qiymətlilərin faktiki qalığı ilə tutuşdururlar.

5.16. Mədaxil və ya məxaric olunmuş qiymətlilərin məbləği ilə kassada olan faktiki məbləğ arasında kənarlaşmalar aşkar olunduqda, əskik (artıq) vəsait kənarlaşma hesabına köçürülür. Aşkar edilmiş fakt üzrə və fərqin səbəblərinin müəyyən edilməsi üçün təşkilatının daxili qaydalarına uyğun olaraq araşdırma aparılır.

5.17. Kənarlaşma aşkar olunmadıqda, kassir (əməliyyatçı-kassir) kassa qalığını kassa sənədləri ilə birlikdə kassa müdirinə “Qəbul edilmiş və təhvil verilmiş nağd pulun və digər qiymətlilərin uçotu kitabı”nda imzalatdırmaqla və ya ƏİS-də təsdiq olunmaqla təhvil verir. Kassa müdiri bu məlumatlar əsasında ƏİS-də formalaşmış “Gün ərzində kassa dövriyyələri haqqında ümumi arayış”ı (Əlavə 4) təsdiqləyir.

5.18. “Gün ərzində kassa dövriyyələri haqqında ümumi arayış” təşkilatının bölmələrinin maliyyə və uçot sahəsinə məsul rəhbər şəxsinə ƏİS vasitəsi ilə ötürülür. Həmin şəxs bu arayışda qeyd olunan qiymətlilərin yekununu mühasibat uçotunda olan qalıqlar ilə tutuşdurur və uyğunsuzluq olmadıqda “Gün ərzində kassa dövriyyələri haqqında ümumi arayış”ı ƏİS-də təsdiq edir. Uyğunsuzluq olduqda, “Gün ərzində kassa dövriyyələri haqqında ümumi arayış” kassa müdirinə uyğunsuzluğun aradan qaldırılması üçün ƏİS vasitəsi ilə geri qaytarılır.

5.19. “Gün ərzində kassa dövriyyələri haqqında ümumi arayış” əsasında kassa müdiri tərəfindən “Pul saxlancında olan nağd pulun və digər qiymətlilərin uçotu kitabı”nda (Əlavə 5) əməliyyat gününün sonunda nağd milli valyuta üzrə kassa dövriyyələri və qalıqlar, xarici valyuta və digər qiymətlilər üzrə isə qalıqlar qeyd edilir və pul saxlancı inzibatçıları tərəfindən imzaları ilə təsdiq edilir (kitabın elektron formada aparıldığı hal istisna olmaqla). Kitab pul saxlancında saxlanılır.

5.20. Pul saxlancının qapıları pul saxlancı inzibatçıları tərəfindən bağlandıqdan sonra elektron mühafizə sisteminə qoşulur. Növbəti iş günü pul saxlancının qapıları açılmazdan əvvəl elektron mühafizə sistemindən çıxarılır. Mühafizə sisteminə qoşulmanın və sistemdən çıxarılmanın təsdiqi kimi təşkilatının təhlükəsizlik bölməsinə təsdiqedici bildiriş (məktub) daxil olur və həmin bildirişlər sistemdə saxlanılır.

5.21. Elektron mühafizə sistemi olmadıqda və ya onun istifadəsində texniki problemlər yarandıqda pul saxlancı “Pul saxlancının açılması və bağlanması kitabı”nda (Əlavə 6) dövlət orqanının mühafizə işçisinə imzalatdırmaqla mühafizəyə təhvil verilir. Pul saxlancı inzibatçıları kitabda qapıların bağlanma tarixini və saatını qeyd etməklə imzalayırlar. Növbəti iş günü mühafizə işçisi kitabı imzalamaqla pul saxlancını pul saxlancı inzibatçılarına təhvil verir. Pul saxlancı inzibatçıları pul saxlancının ətrafını bu Qaydanın 5.11-ci bəndinə uyğun yoxlayır və heç bir kənarlaşma aşkar edilmədikdə kitabda qapıların açılma tarixini və saatını qeyd etməklə imzalayırlar.

5.22. İş günlərində pul saxlancının açılması nağd pulun mədaxilinə və məxaricinə zərurət yarandıqda həyata keçirilir.

5.23. Qeyri-iş günlərində pul saxlancının açılması təşkilatın rəhbərinin sərəncamverici aktı və ya təşkilatın daxili qaydaları əsasında həyata keçirilir.

5.24. Fövqəladə və təxirəsalınmaz hallarda pul saxlancının açılması təşkilatının fövqəladə hallarda biznes proseslərinin davamlılığının idarə olunmasını tənzimləyən daxili qaydalarına əsasən həyata keçirilir.

5.25. Qiymətlilərlə əməliyyatlar aparılmayan pul saxlancının qapıları ayda bir dəfədən az olmayaraq pul saxlancı inzibatçıları tərəfindən açılır və pul saxlancı bu Qaydanın 5.13-cü bəndinə uyğun olaraq yoxlanılır və yoxlamanın nəticələri rəsmiləşdirilir.

5.26. Bu Qaydanın 5.17-ci bəndində qeyd edilən arayışın rəsmiləşdirilməsi kağız daşıyıcılarında həyata keçirildikdə ƏİS-də təsdiqlənmiş arayış çap edilib onu təsdiqləmiş əməkdaşlar tərəfindən imzalanmaqla rəsmiləşdirilir.

6.1. Banklar müştərilərlə aşağıdakı kassa əməliyyatlarını həyata keçirə bilər:

6.1.1. ödəniş hesabları üzrə pul vəsaitinin nağd formada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;

6.1.2. ödəniş hesabı açılmadan ödəniş sərəncamlarının icrası üçün pul vəsaitinin nağd formada qəbul edilməsi və ya verilməsi;

6.1.3. pul nişanlarının dəyişdirilməsi;

6.1.4. Mərkəzi Bankın tədavülə buraxdığı investisiya, yubiley və xatirə pul nişanlarının müştərilərə satışı;

6.1.5. valyuta mübadiləsi əməliyyatlarının aparılması;

6.1.6. qiymətlilərlə qanunvericiliyə zidd olmayan başqa əməliyyatların aparılması.

6.1-1. Bank olmayan kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatları bu Qaydanın 6.1.3-cü, 6.1.4-cü və 6.1.5-ci yarımbəndləri istisna olmaqla, müştərilərlə bu Qaydanın 6.1-ci bəndi ilə nəzərdə tutulmuş kassa əməliyyatlarını həyata keçirə bilərlər.

6.1-2. Bankda aparılan nağd valyuta mübadiləsi əməliyyatlarına bu Qaydanın tələbləri Mərkəzi Bankın İdarə Heyətinin 20 dekabr 2023-cü il tarixli 62/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nda ayrı qayda nəzərdə tutulmadığı hallarda şamil edilir.

6.2. Təşkilatın əməkdaşı nağd pulun qəbul edilməsi, dəyişdirilməsi və formalaşdırılması zamanı onun həqiqiliyini və nominal dəyərinin ödənilməsini Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na uyğun olaraq yoxlamalıdır.

6.4. Müştərilərlə kassa əməliyyatlarının aparılması zamanı kassa əməliyyatlarını aparan təşkilatın əməkdaşları tərəfindən ƏİS-də elektron qaydada təsdiqlənmiş mədaxil (məxaric) sənədləri bu Qaydanın 3.20-ci bəndinə uyğun olaraq rəsmiləşdirilir və müştəriyə təqdim edilir.

7.1. Müştərilərdən nağd pulun kassaya qəbulu “Nağd pulun mədaxili üçün Elan” (Əlavə 7), digər qiymətlilərin qəbulu isə “Digər qiymətlilərin balansdankənar mədaxili üçün Elan” (Əlavə 8) (bundan sonra birlikdə işləndikdə - “mədaxil sənədi”) əsasında həyata keçirilir.

7.2. Əməliyyatçı müvafiq müxabirləşmə yaradaraq ƏİS-də mədaxil sənədini qiymətlini təhvil verən şəxsin adına hazırlayır və çap edərək sənədin elan və qəbz hissəsini imzalayır (bu Qaydanın 3.20-ci bəndinin tələbləri nəzərə alınmaqla). Mədaxil sənədində qiymətlini təhvil verənin adı, soyadı, atasının adı, onun şəxsiyyətini təsdiq edən sənədin rekvizitləri (tələb olunduğu halda) qeyd olunur. Bu zaman:

7.2.1. nağd pul mədaxil edildikdə “Nağd pulun mədaxili üçün Elan”da mədaxil edilən valyutanın növü və məbləği (rəqəm və yazı ilə) göstərilir;

7.2.2. digər qiymətlilər “Digər qiymətlilərin balansdankənar mədaxili üçün Elan” əsasında qəbul edilir. “Digər qiymətlilərin balansdankənar mədaxil üçün Elan”da qəbul edilən digər qiymətlilərin təsviri (qiymətli metal, qiymətli daş, zinət əşyaları üzrə - növü, ümumi çəkisi və sayı; sənədli qiymətli kağızlar və ciddi hesabat blankları üzrə - növü, sayı və qeydiyyat nömrələri; ehtiyat açarları üzrə - açarların aid olduğu obyektin adı və açarların sayı) qeyd edilir. Ehtiyat açarlar, qiymətli metal, qiymətli daş və zinət əşyaları qablaşdırılır, plomblanır və qablaşdırma vahidinin üzərinə rekvizitli örtük əlavə edilir. Örtükdə qablaşdırma vahidini təqdim edən müştərinin soyadı və adı, vahidi formalaşdıran təşkilat əməkdaş(lar)ının soyadı və adı, imzaları, formalaşdırma tarixi, qiymətlinin adı və plombun nömrəsi göstərilir. Qablaşdırma vahid(lər)inin, həmçinin sənədli qiymətli kağızların və ciddi hesabat blanklarının hər biri bir manat kimi “Digər qiymətlilərin balansdankənar mədaxili üçün Elan”da qeyd edilərək balansdankənar uçota alınır.

7.3. Müştəri mədaxil sənədinin elan və qəbz hissəsini imzalayır və qiymətliləri (qablaşdırma vahidlərini) kassirə təqdim edir.

7.4. Qiymətlini təhvil verən şəxsdən alınan nağd pul və digər qiymətlilər (qablaşdırma vahidləri) vərəq-vərəq (ədəd-ədəd) sayılır. Kassir nağd pulu elə qəbul etməlidir ki, müştəri onun hərəkətlərini və ya pulsayan avadanlığın göstəricilərini görə bilsin.

7.5. Kassir mədaxil sənədində tərtib olunma tarixinin göstərilməsini, məbləğin rəqəm və yazı ilə eyniliyini, əməliyyatçının imzasının özündə olan imza nümunəsi ilə uyğunluğunu, ƏİS-ə daxil edilmiş məbləğin mədaxil sənədində qeyd edilmiş məbləğ ilə düzgünlüyünü, müştəri tərəfindən imzalandığını yoxlayır və şəxsiyyəti təsdiq edən sənəddə (tələb olunduğu halda) qeyd olunan rekvizitləri mədaxil sənədində qeyd olunan məlumatlarla, mədaxil sənədində göstərilən məbləği isə qəbul etdiyi faktiki məbləğ ilə tutuşdurur. Digər qiymətlilər mədaxil edildikdə kassir digər qiymətlilərin üzərində olan örtüklərin rekvizitlərini və plombları mədaxil sənədində göstərilən məlumatlarla tutuşdurur:

7.5.1. uyğunsuzluq aşkar edilmədikdə kassir mədaxil sənədinin elan və qəbz hissəsini imzalayır, qəbz hissəsinə öz ştampını vurur və ƏİS-də mədaxil əməliyyatının başa çatmasını təsdiq edir. Mədaxil sənədinin elan hissəsi “Günün kassa sənədləri”nə tikilmək üçün kassirdə qalır, ştamp vurulan qəbz hissəsi isə qiymətlini təhvil verən şəxsə təqdim edilir;

7.5.2. uyğunsuzluq aşkar edildikdə, uyğunsuzluq aşağıdakı qaydada aradan qaldırılır:

7.5.2.1. nağd pulun məbləği mədaxil sənədində qeyd olunan məbləğdən az olduqda çatışmayan məbləğ müştəri tərəfindən ödənilir və ya faktiki qəbul edilmiş pulun məbləği mədaxil sənədinin arxa tərəfində qeyd olunur, kassirin imzası və ştampı ilə təsdiqlənir, yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır;

7.5.2.2. nağd pulun məbləği mədaxil sənədində qeyd olunan məbləğdən artıq olduqda, artıq məbləğ müştəriyə qaytarılır və ya müştəri faktiki olan məbləği mədaxil etmək istəsə, qəbul edilmiş nağd pulun məbləği mədaxil sənədinin arxa tərəfində qeyd olunur, kassirin imzası və ştampı ilə təsdiqlənir, yeni sənədin tərtib edilməsi üçün müştəriyə qaytarılır;

7.5.2.3. digər qiymətlilər (qablaşdırma vahidləri) yeni sənəd(lər)in (mədaxil sənədi, örtük) tərtib edilməsi üçün müştəriyə qaytarılır.

7.6. Təşkilatında əməliyyatçı və kassir funksiyaları əməliyyatçı-kassir tərəfindən həyata keçirildikdə ƏİS vasitəsilə müvafiq müxabirləşmənin yaradılması və təsdiqlənməsi, mədaxil sənədlərinin rəsmiləşdirilməsi və imzalanması, habelə qiymətlilərin müştəridən yoxlanılaraq qəbul edilməsi əməliyyatçı-kassir tərəfindən həyata keçirilir. Bu zaman kassa mədaxil sənədində “əməliyyatçı” və “kassir” adlı imza yerləri ləğv edilir, əvəzinə “əməliyyatçı-kassir” adlı imza yeri qoyulur.

7.7. Bank tərəfindən mədaxil olunmuş nağd pul bu Qaydanın 10-cu hissəsində müəyyən edilmiş qaydada formalaşdırılır.

7.8. Müştərilərdən nağd pulun ödəniş terminalları vasitəsi ilə qəbulu həyata keçirildikdən sonra müştəriyə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində müəyyən edilmiş məlumatlar kağız və ya digər davamlı daşıyıcıda təqdim edilir.

8.1. Kassadan nağd pulun verilməsi “Kassa məxaric orderi” (Əlavə 9) və ya “Pul çeki” (Əlavə 11), digər qiymətlilərin məxarici isə “Digər qiymətlilərin balansdankənar məxaric orderi” (Əlavə 10) əsasında həyata keçirilir.

8.2. Fiziki şəxslər, o cümlədən hesab üzrə rəsmiləşdirilmiş imza və möhür nümunəsi vərəqəsində möhürün olmaması barədə qeydi olan fərdi sahibkarlar tərəfindən nağd pulun məxarici “Kassa məxaric orderi”, hüquqi şəxslər və hesab üzrə rəsmiləşdirilmiş imza və möhür nümunəsi vərəqəsində möhürü qeyd olunan fərdi sahibkarlar tərəfindən nağd pulun məxarici isə pul çeki əsasında həyata keçirilir.

8.3. Kassa məxaric əməliyyatları “Kassa məxaric orderi” və ya “Digər qiymətlilərin balansdankənar məxaric orderi” (bundan sonra birlikdə işləndikdə - “məxaric sənədi”) əsasında aparıldıqda, əməliyyatçı müştəri hesabında əməliyyatın aparılması üçün kifayət qədər vəsaitin olmasını yoxladıqdan sonra müvafiq müxabirləşmə yaradaraq ƏİS-də məxaric sənədini qiymətlini təhvil alan şəxsin adına hazırlayır və çap edərək onu imzalayır (bu Qaydanın 3.20-ci bəndinin tələbləri nəzərə alınmaqla). Məxaric sənədində qiymətlini təhvil alanın adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin rekvizitləri qeyd olunur. Bu zaman:

8.3.1. nağd pul məxaric edildikdə “Kassa məxaric orderi”ndə məxaric edilən valyutanın növü və məbləği (rəqəm və yazı ilə) göstərilir;

8.3.2. digər qiymətlilər “Digər qiymətlilərin balansdankənar məxaric orderi” əsasında müştəriyə təhvil verilir. “Digər qiymətlilərin balansdankənar məxaric orderi”ndə təhvil verilən digər qiymətlilərin təsviri (qiymətli metal, qiymətli daş, zinət əşyaları üzrə - növü, ümumi çəkisi və sayı; sənədli qiymətli kağızlar və ciddi hesabat blankları üzrə - növü, sayı və qeydiyyat nömrələri; ehtiyat açarları üzrə - açarların aid olduğu obyektin adı və açarların sayı) və ya onların yerləşdiyi qablaşdırma vahidlərinin rekvizitləri və sayı (qiymətlilər qablaşdırma vahidləri ilə təhvil verildikdə) qeyd edilir. Qablaşdırma vahid(lər)inin, həmçinin sənədli qiymətli kağızların və ciddi hesabat blanklarının hər biri bir manat kimi “Digər qiymətlilərin balansdankənar məxaric orderi”ndə qeyd edilərək balansdankənar uçotdan çıxarılır.

8.4. Əməliyyatçı məxaric sənədini çap edir və onları imzalayaraq təşkilatının daxili qaydaları ilə müəyyən edilmiş nəzarət funksiyasını həyata keçirən məsul əməkdaşına (bundan sonra - nəzarətçi) təqdim edir.

8.5. Nəzarətçi məxaric sənədini bütün rekvizitlər üzrə yoxlayır, uyğunsuzluq olduqda məxaric sənədini əməliyyatçıya yeni sənədin tərtib edilməsi üçün qaytarır. Uyğunsuzluq olmadıqda nəzarətçi məxaric sənədini imzalayır və onu əməliyyatçıya, o isə müştəriyə təqdim edir.

8.6. Əməliyyat risklərinin idarə olunması çərçivəsində təşkilatında məxaric əməliyyatlarına effektiv nəzarətin təmin olunması məqsədilə müəyyən olunmuş limitdən artıq məxaric sənədi üzrə nəzarətçi qismində təşkilatının bölməsinin rəhbəri və ya digər səlahiyyətli rəhbər vəzifəli şəxsi çıxış edə və məxaric sənədini imzalaya bilər.

8.7. Müştəri məxaric sənədini kassirə təqdim edir. Kassa məxaric əməliyyatları zamanı müştəri bu Qaydanın 11.12-ci bəndi nəzərə alınmaqla şəxsiyyətini təsdiq edən sənəd və ya dövlət informasiya ehtiyatlarındakı məlumatlar əsasında eyniləşdirilir.

8.8. Kassir məxaric sənədində tərtib olunma tarixinin göstərilməsini, məbləğin rəqəm və yazı ilə eyniliyini, sənədləri imzalayan şəlahiyyətli şəxslərin onda olan imza nümunələri ilə uyğunluğunu, ƏİS-ə daxil edilmiş məbləğin məxaric sənədində qeyd edilmiş məbləğ ilə düzgünlüyünü yoxlayır və şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və (və ya) fərdi identifikasiya nömrəsini (FİN) məxaric sənədində qeyd olunan məlumatlarla tutuşdurur. Digər qiymətlilər məxaric edildikdə kassir digər qiymətlilərin üzərində olan örtüklərin rekvizitlərini və plombları məxaric sənədində göstərilən məlumatlarla tutuşdurur:

8.8.1. uyğunsuzluq aşkar olunmadıqda kassir kassa məxaric sənədində qeyd olunan məbləği və ya digər qiymətliləri hazırlayır, məxaric sənədinin hər iki hissəsini imzalayır və ƏİS-də məxaric əməliyyatının başa çatmasını təsdiq etməklə qiymətlini təhvil alan şəxsə verir. Qiymətlini qəbul etdikdən sonra onu alan şəxs məxaric sənədini imzalayır. Məxaric sənədinin birinci hissəsi “Günün kassa sənədləri”nə tikilmək üçün kassirdə qalır, ştamp vurulan ikinci hissəsi isə qiymətlini təhvil alan şəxsə təqdim edilir;

8.8.2. uyğunsuzluq aşkar olunduqda, məxaric sənədi yenidən tərtib edilməsi üçün əməliyyatçıya qaytarılır.

8.9. Nağd pulun məxarici əməliyyatları pul çeki vasitəsilə aşağıdakı qaydada həyata keçirilir:

8.9.1. pul çeki müştəri tərəfindən doldurulur, pul çeki əsasında vəsaiti alan şəxsin adı, soyadı, atasının adı və şəxsiyyətini təsdiq edən sənədin məlumatları və digər tələb olunan rekvizitlər qeyd olunduqdan sonra, çek verənin birinci və ikinci imza səlahiyyətinə (mövcuddursa) malik şəxs(lər) tərəfindən imzalanır və möhürlənir;

8.9.2. nağd pulu pul çeki vasitəsi ilə alan şəxs çeki təşkilatın əməliyyatçısına təqdim edir;

8.9.3. əməliyyatçı müştəri hesabında əməliyyatın aparılması üçün kifayət qədər vəsaitin olmasını, çekin düzgün doldurulmasını və çek verənin imza səlahiyyətinə malik şəxs(lər)in imzalarının və möhürün özündə olan imza və möhür nümunələri ilə uyğunluğunu yoxlayır, pul çeki əsasında ƏİS-də müvafiq müxabirləşməni yaradır, pul çekinin sağ küncündəki nəzarət hissəsini (kontrol markanı) nağd pulu alan şəxsə qaytarır və pul çekinin əsas hissəsini imzalayaraq nəzarətçiyə təqdim edir;

8.9.4. nəzarətçi pul çekinin əsas hissəsini bütün rekvizitlər üzrə yoxlayır, uyğunsuzluq aşkar edildikdə əməliyyatçıya yeni sənədin tərtib etməsi üçün qaytarır. Uyğunsuzluq olmadıqda nəzarətçi pul çekinin əsas hissəsini imzalamaqla əməliyyatçıya, o isə kassirə təqdim edir;

8.9.5. pulu alan şəxs pul çekinin nəzarət hissəsini kassirə təqdim edir. Kassir pul çekində qeyd olunan məlumatları, məsul şəxslərin imzalarının özündə olan imza nümunələri ilə uyğunluğunu yoxlayır, pulu alan şəxsi şəxsiyyəti təsdiq edən sənəd və ya dövlət informasiya ehtiyatlarındakı məlumatlar əsasında eyniləşdirir və şəxsiyyəti təsdiq edən sənədin nömrəsini və (və ya) FİN-i pul çekində göstərilən məlumatlarla tutuşdurur:

8.9.5.1. uyğunsuzluq aşkar edilmədikdə, kassir pul çekinin nəzarət hissəsini (kontrol markanı) çekin üzərində olan müvafiq yerə yapışdıraraq pul çekini imzalayır, ƏİS-də məxaric əməliyyatının başa çatmasını təsdiq edir və nağd pulu təhvil alan şəxsə verir. Pulu alan şəxs nağd vəsaiti qəbul etdikdən sonra pul çekini imzalayır;

8.9.5.2. uyğunsuzluq aşkar edildikdə kassir pul çekinin əsas hissəsini nəzarətçiyə, nəzarətçi əməliyyatçıya, o isə yeni sənədin tərtib edilməsi üçün pulu alan şəxsə qaytarır.

8.10. Təşkilatında əməliyyatçı və kassir funksiyaları əməliyyatçı-kassir tərəfindən həyata keçirildikdə ƏİS vasitəsilə müvafiq müxabirləşmənin yaradılması və təsdiqlənməsi, məxaric sənədlərinin rəsmiləşdirilməsi və imzalanması, habelə qiymətlilərin müştəriyə təhvil verilməsi əməliyyatçı-kassir tərəfindən həyata keçirilir. Bu zaman məxaric sənədində və pul çekində “əməliyyatçı” və “kassir” adlı imza yerləri ləğv edilir, əvəzinə “əməliyyatçı-kassir” adlı imza yeri qoyulur.

8.13. Kassa məxaric əməliyyatlarının aparılması zamanı təkrar tədavülə bank tərəfindən Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na uyğun emal edilmiş tədavülə yararlı pul nişanları, Mərkəzi Bankın və ya operator bankların formalaşdırdığı tədavülə yararlı pul nişanları buraxıla bilər.

8.14. Müştəri kassirdən (əməliyyatçı-kassirdən) aldığı nağd pulu müştəri xidmətləri bölməsində və ya bu Qaydanın 3.1.5-ci yarımbəndinə uyğun olaraq kassa qovşağında bu məqsəd üçün ayrılmış yerdə təşkilatının əməkdaşının iştirakı ilə saya bilər. Sayılma nəticəsində kənarlaşma aşkar edilərsə, iki nüsxədə akt tərtib edilir, pulu alan şəxs və təşkilatının əməkdaşı tərəfindən imzalanır. Aktın bir nüsxəsi nağd pulu alan şəxsə verilir, digər nüsxəsi isə kassirdə (əməliyyatçı-kassirdə) saxlanılır. Bu zaman yaranmış çatışmazlıq kassir (əməliyyatçı-kassir) tərəfindən pulu alan şəxsə ödənilir, artıqgəlmə isə müştəri tərəfindən kassirə (əməliyyatçı-kassirə) geri qaytarılır.

8.15. Təşkilatı tərk etdikdən sonra nağd pulu qəbul edən müştərinin ödəniş əməliyyatının məbləği ilə bağlı hər hansı müraciətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən və təşkilatın daxili qaydalarına uyğun olaraq baxılır, görülən tədbirlər nəticəsində (müşahidə kameralarının görüntüsü, əlavə yoxlama tədbirləri və s.) müştərinin müraciətinin əsaslı olması müəyyən edildiyi təqdirdə çatışmayan məbləğ müştəriyə təqdim edilir.

8.16. Müştərilərə nağd pulun ödəniş terminalları vasitəsi ilə verilməsi (məxarici) müştəri tərəfindən ödəniş kartları və ya digər ödəniş alətləri vasitəsi ilə müştərilərin eyniləşdirilməsi üçün tətbiq edilən üsulların istifadə edilməsi ilə həyata keçirilir. POS-terminal vasitəsilə aparılan əməliyyat başa çatdıqdan sonra kassir (əməliyyatçı-kassir) tərəfindən müştəriyə POS-terminalın qəbzi və kassa məxaric orderi, digər ödəniş terminalları ilə aparılan məxaric əməliyyatları üzrə isə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində müəyyən edilmiş məlumatlar kağız və ya digər davamlı daşıyıcıda təqdim edilir.

9.1. Təşkilatda axşam kassaları yaradıldıqda həmin kassaların iş rejimi, axşam kassalarında aparılan kassa əməliyyatlarının növləri, limitləri, bu əməliyyatların aparılmasına məsul şəxslər təşkilatın daxili qaydalarına əsasən müəyyən olunur. Axşam kassasında aparılmış kassa əməliyyatları növbəti əməliyyat günü ƏİS-də əks etdirilir.

9.2. Qiymətlilərin saxlanılması üçün axşam kassası ayrıca seyflə təmin olunur. Seyf minimum iki açarla açılıb-bağlanmalıdır. Axşam kassasında kassa əməliyyatlarını aparan məsul əməkdaşlara (kassir və nəzarətçi) mexaniki açarların təhvil verilməsi (alınması), eyni zamanda elektron açarların (olduqda) kodlarının saxlanması təşkilatının daxili qaydalarına müvafiq olaraq həyata keçirilir.

9.3. Axşam kassasının iş vaxtı bitdikdən sonra, kassir və nəzarətçi tərəfindən kassa qalıqlarının faktiki məbləği mədaxil və məxaric sənədlərində qeyd olunan məbləğlə tutuşdurulur. Kassa qalıqları və müvafiq kassa sənədləri axşam kassasının seyfində saxlanılır. Seyf təşkilatın kassirinə və nəzarətçiyə məxsus olan iki açarla bağlanılır.”;

9.4. Növbəti iş günü seyf axşam kassasının kassiri və nəzarətçisi tərəfindən açılır və qiymətlilər “Qəbul edilmiş və təhvil verilmiş nağd pulun və digər qiymətlilərin uçotu Kitabı”nda imzalatdırmaqla və ya ƏİS-də təsdiq edilməklə kassa müdirinə təhvil verilir. Axşam kassasının kassa sənədləri “Günün kassa sənədləri”nə tikilir.

10.1. Bankın kassasına milli valyutada qəbul edilmiş nağd pul nominalına, tədavülə yararlılığı və yararsızlığına görə çeşidlənir. Çeşidləmə imkanları olmayan bank pul nişanlarını emal üçün Mərkəzi Banka və ya operator banklara təhvil verə bilər. Banklar tərəfindən tədavülə yararsız pul nişanları Mərkəzi Banka təhvil verilir.

10.2. Çeşidlənmiş kağız pul nişanları eyni nominalda 100 vərəq dəst halında, üz tərəfi yuxarı eyni istiqamətdə olmaqla formalaşdırılır və kağız lentlə pul nişanının eninə banderollanır.

10.3. Kağız pul nişanlarının hər 10 dəsti yığılır, altdan və üstdən karton örtük qoyulmaqla polietilen torbalarda vakuum aparatı ilə bağlanır. Vakuum aparatı olmayan təşkilatında nağd pul kəndirlə (iplə) çarpaz sarınaraq bağlama şəklində formalaşdırılır.

10.4. Üst örtükdə bağlamanı formalaşdırmış bankın, onun bölməsinin adı, pulun nominalı və ümumi məbləği, bağlanma tarixi, həmçinin nağd pulu formalaşdıran əməkdaşın soyadı, adı və atasının adının baş hərfləri və imzası olmalıdır.

10.5. Yararsız nağd puldan ibarət dəstlərin banderollarında və bağlamaların üzərində "Yararsız" ştampı vurulur və ya sözü yazılır.

10.6. Sayılıb çeşidlənmiş metal pullar nominallar üzrə aşağıdakı sayda polietilen torbalara yığılaraq formalaşdırılır:

10.6.1. 1 və 3 qәpiklik metal pullar – 2 000 әdәd;

10.6.2. 5, 10 və 20 qәpiklik metal pullar – 1 000 әdәd;

10.6.3. 50 qәpiklik metal pullar – 500 әdәd.

10.7. Metal pul nişanları olan polietilen torbalara bu Qaydanın 10.4-cü bəndində qeyd olunan məlumatlar əks olunan karton örtük qoyulur.

10.8. Tam bağlamanın və ya qablaşdırma vahidlərinin formalaşdırılması mümkün olmadıqda eyni və ya müxtəlif nominal dəyəri olan kağız (metal) pul nişanları yarımçıq bağlamalar (qablaşdırma vahidləri) şəklində formalaşdırılır. Müxtəlif nominal dəyəri olan kağız (metal) pullardan formalaşdırılmış yarımçıq bağlamaların (qablaşdırma vahidlərinin) üzərində “Yığma” sözü qeyd olunur. Hər yarımçıq bağlamanın üst örtüyündə (qablaşdırma vahidinin örtüyündə) bankın adı, nağd pulun nominal dəyəri, məbləği, bağlanma tarixi, nağd pulu formalaşdıran əməkdaşın soyadı, adının və atasının adının baş hərfləri və imzası olmalıdır. Yığma bağlamanın (qablaşdırma vahidinin) üst örtüyünün üzərində isə əlavə olaraq hər bir nominaldan olan pul nişanlarının ayrı-ayrılıqda sayı və məbləği qeyd olunur.

10.9. Bankda formalaşdırılmış nağd pulun yenidən sayılması nəticəsində kənarlaşma aşkar edildikdə yenidənsaymada iştirak edən əməkdaşlar tərəfindən “Pulsayma prosesində aşkar edilmiş kənarlaşmalar barədə akt” (Əlavə 12) tərtib olunur və imzalanır. Kənarlaşmanın məbləği kənarlaşma hesabına köçürülür. Aşkar edilmiş fakt üzrə və fərqin səbəblərinin müəyyən edilməsi üçün Bankın daxili qaydalarına uyğun olaraq araşdırma aparılır.

10.10. Xarici valyutada nağd pulun formalaşdırılması və yenidən sayılması proseduru bankın daxili qaydaları ilə müəyyən edilir.

10.11. Bank olmayan kredit təşkilatı, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən nağd pulun yenidən sayılması və formalaşdırılması həmin təşkilatların daxili qaydalarına uyğun olaraq həyata keçirilir.

11.1. Təşkilat tərəfindən hər bir ödəniş terminalı (POS terminallar istisna olmaqla) üçün onun mühafizə olunma səviyyəsindən və fasiləsiz işinin təmin edilməsi zərurətindən asılı olaraq terminalın seyf hissəsinə yüklənən nağd pulun limiti müəyyən edilir.

11.2. Bank olmayan kredit təşkilatı, ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən ödəniş terminallarına yalnız onların Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na uyğun olaraq avtomatlaşdırılmış avadanlıqlarda emal etdiyi tədavülə yararlı pul nişanları yüklənə bilər. Bank olmayan kredit təşkilatı, ödəniş təşkilatı və elektron pul təşkilatında avtomatlaşdırılmış emal avadanlığı mövcud olmadıqda, həmin təşkilatlar ödəniş terminallarına yalnız banklar, Mərkəzi Bank və ya operator banklar tərəfindən formalaşdırdığı tədavülə yararlı pul nişanlarını yükləyə bilər. Banklar tərəfindən ödəniş terminallarına onların avtomatlaşdırılmış avadanlıqlarda emal etdiyi tədavülə yararlı pul nişanları ilə yanaşı Mərkəzi Bank və ya operator banklar tərəfindən formalaşdırdığı tədavülə yararlı pul nişanları yüklənə bilər. Ödəniş terminallarının inkassasiyası proseslərində kassirlər və ya inkassator-kassirlər iştirak etməlidir. Bu zaman ödəniş terminallarının nağd pulla yüklənməsi və (və ya) boşaldılması kassirlər və ya inkassator-kassirlər tərəfindən həyata keçirilir.

11.3. Təşkilatının bölməsinin inzibati binasında yerləşən ödəniş terminalının nağd pulla yüklənməsi və (və ya) boşaldılması bölmənin kassiri (əməliyyatçı-kassiri), kassa müdiri, təhlükəsizlik işçisi və ya bölmədə olan mühafizə orqanının nümayəndəsinin iştirakı ilə inkassasiya xidməti cəlb edilmədən həyata keçirilə bilər.

11.10 Ödəniş terminallarına texniki xidmət onların istismarına (texniki xidmətə) dair sənəddə göstərilmiş qaydada həyata keçirilir. Ödəniş terminalında baş vermiş texniki nasazlığın (o cümlədən köhnəlmiş və tükənmiş materialların dəyişdirilməsi) aradan qaldırılması terminalın seyf hissəsinin açılmasını tələb etmədikdə, nasazlıq inkassasiya həyata keçirilmədən aradan qaldırılır. Texniki nasazlığın aradan qaldırılması ödəniş terminalının seyf hissəsinin açılmasını tələb etdikdə, terminal boşaldılır, nağd pul həmin terminala inkassasiya xidməti göstərən təşkilatına təhvil verilir və növbəti yüklənmə ödəniş terminalı işlək vəziyyətdə olduqdan sonra həyata keçirilir.

11.11. Ödəniş terminalına yüklənən, habelə ödəniş terminalından çıxarılan pul nişanlarının sayılması, uçotu, rəsmiləşdirilməsi və ödəniş terminalları ilə işin təşkilinə dair digər məsələlər təşkilatın daxili qaydaları ilə tənzimlənir.

11.12. Ödəniş terminalları vasitəsilə nağd pulun mədaxili və məxarici əməliyyatları üzrə risklərin idarə edilməsi, o cümlədən aparılan əməliyyat(lar) üzrə limitlərin tətbiq edilməsi bu Qaydanın 11.1-ci bəndinin və Mərkəzi Bankın İdarə Heyətinin 22 fevral 2023-cü il tarixli 09/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Maliyyə vəsaitlərinin elektron köçürülməsi zamanı müştəri uyğunluğu tədbirlərinin tətbiq edilməsi Qaydası”nın tələbləri nəzərə alınmaqla təşkilatın daxili qaydaları ilə tənzimlənir.

12.1. Qiymətlilərin inkassasıyasını, o cümlədən ödəniş terminallarının nağd pulla yüklənməsi və (və ya) boşaldılmasını həyata keçirmək üçün bank tərəfindən inkassasiya xidməti yaradılır.

12.2. İnkassasiya xidməti olmayan bank qiymətlilərin inkassasiyasını inkassasiya xidməti olan digər bank vasitəsi ilə müqavilə əsasında həyata keçirə bilər. Bank olmayan kredit təşkilatı bir daşınmada həcmi 20 (iyirmi) min manat (o cümlədən xarici valyutada ekvivalent məbləğ) və bu məbləğdən az olan qiymətlilərin inkassasiyasını bankların inkassasiya xidmətindən istifadə etmədən həyata keçirə bilər.

12.3. Qiymətlilərin inkassasiyası bankın inkassasiya xidmətində iki inkassator və (və ya) inkassator-kassirdən az olmamaqla yaradılan inkassator briqadası tərəfindən həyata keçirilir. İnkassator briqadasının tərkibindən bir nəfər rəhbər təyin olunur.

12.4. İnkassasiya xidməti olan bank tərəfindən qiymətlilərin inkassasiyası ilə bağlı işin təşkili bu Qaydanın tələbləri nəzərə alınmaqla bankın daxili qaydaları və bankla müştəri arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

12.5. Bankın daxili qaydalarında ən azı aşağıdakılar müəyyən edilməlidir:

12.5.1. inkassasiya zamanı qiymətlilərin təhvil-təslimi;

12.5.2. inkassasiya zamanı qiymətlilərin təhlükəsizliyinin təmin edilməsi;

12.5.3. silahlı inkassasiya xidməti olan bankda silah və sursatların saxlanması və təhvil-təslimi;

12.5.4. qiymətlilərin inkassasiyasında məsuliyyət.

12.6. Bankın müştərilərinə məxsus qiymətlilərin inkassasiyasını həyata keçirmək məqsədilə müştəri ilə bank arasında bağlanan müqavilənin şərtlərində ən azı aşağıdakı məsələlər nəzərdə tutulmalıdır:

12.6.2. inkassasiya zamanı qiymətlilərin təhvil-təslimi qaydaları;

12.6.3. xidmət haqqı (tətbiq olunduqda);

12.6.4. tərəflərin məsuliyyəti.

12.7. Silahlı inkassasiya xidməti olan bankda inkassator briqadasının ən azı bir üzvü “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidməti silah və döyüş sursatları ilə təmin olunmalıdır.

12.8. Silahlı inkassasiya xidməti olmayan bankda inkassator briqadası dövlət mühafizə orqanları ilə bağlanmış müqavilə əsasında həmin orqanların ən azı bir silahlı mühafizəçisi tərəfindən müşayiət olunmalıdır.

12.8-1. Daşınacaq qiymətlilərin həcmi, inkassasiya marşrutu və inkassasiya zamanı yarana biləcək risklər nəzərə alınmaqla bankın daxili qaydalarında silahlı inkassatorların və ya silahlı mühafizəçilərin (silahlı inkassasiya xidməti olmayan bankda) sayına dair tələblər müəyyən edilməlidir.

12.9. İnkassatorlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlara uyğun olaraq işə qəbul zamanı sağlamlıq haqqında tibbi arayış təqdim etməli və dövri olaraq tibbi müayinədən keçməlidir.

12.10. İnkassator briqadası ən azı aşağıdakı texniki vasitələrlə təchiz olunmalıdır:

12.10.1. zirehli nəqliyyat vasitəsi;

12.10.2. zirehli gödəkçə;

12.10.3. mobil rabitə vasitəsi.

12.11. Qiymətlilərin inkassasiyasında istifadə olunan nəqliyyat vasitələri ən azı aşağıdakılarla təchiz edilir:

12.11.1. qlobal məsafədən mövqe təyinetmə (GPS);

12.11.2. həyəcan siqnalı, sayrışan işıqlar;

12.11.3. müvafiq tibbi vasitələrlə təchiz edilmiş ilk tibbi yardım çantaları;

12.11.4. müşahidə kameraları;

12.11.5. yanğınsöndürmə balonları.

12.12. İnkassasiya xidmətinin rəhbəri bu Qaydanın 12.11-ci bəndində göstərilən qurğu və cihazların işlək vəziyyətdə olmasını təmin etməlidir.

12.13. İnkassasiya zamanı qiymətlilərin qəbulu və təhvil verilməsi prosesində təhlükəsizliyin təmin edilməsi məqsədilə qiymətlilərin inkassasiyasında istifadə olunan zirehli nəqliyyat vasitələri inkassatorların daimi nəzarəti altında saxlanılır.

12.14. İnkassasiya marşrutu inkassasiya xidmətinin rəhbəri və (və ya) bankın müvəkkil etdiyi digər vəzifəli şəxs tərəfindən müəyyən olunur.

12.15. Qiymətlilərin inkassasiyası zamanı inkassator briqadasının müəyyən olunmuş marşrutdan və qrafikdən kənarlaşması, nəzərdə tutulmayan yerlərdə dayanması (kənarlaşma və ya dayanmanın inkassator briqadasından asılı olmayan səbəblərə görə baş verməsi halları istisna olmaqla), habelə zirehli nəqliyyat vasitəsində kənar şəxslərin (o cümlədən inkassasiyanı sifariş edən müştərinin) və digər yüklərin daşınması qadağandır. İnkassasiyanı sifariş edən müştəri kredit təşkilatı olduqda onun nümayəndəsi inkassasiya briqadasının tərkibində iştirak edə bilər.

12.16. Qiymətlilərin inkassasiyası zamanı zirehli nəqliyyat vasitəsi sıradan çıxarsa və ya inkassasiyanın həyata keçirilməsinə mane olan digər hadisə baş verərsə, dərhal bankın rəhbərliyinə məlumat verilməli, qiymətlilərin mühafizəsi təşkil edilməli və onların təyinat yerinə çatdırılması üçün şəraitə uyğun olaraq tədbir görülməlidir.

12.17. Silahlı inkassasiya xidməti olan bankda xidməti silahların və döyüş sursatlarının əldə edilməsi, saxlanması, uçotu, gəzdirilməsi və təyinatı üzrə istifadə edilməsi məsələləri “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilən normativ hüquqi aktlarla tənzimlənir.

12.18. Pul nişanlarının inkassasiyası xüsusi qablaşdırma vahidlərində həyata keçirildikdə, bank tərəfindən zirehli nəqliyyat vasitələri, silahlı inkassasiya və ya mühafizə xidmətləri istifadə edilməyə bilər.

12.19. Hava, su və dəmir yolu nəqliyyatı vasitələri ilə qiymətlilərin inkassasiyası bu Qaydanın tələbləri nəzərə alınmaqla bankın daxili qaydaları əsasında həyata keçirilir.

12.20. Ödəniş təşkilatı və elektron pul təşkilatı tərəfindən daşınacaq pul nişanlarının həcmi, daşınma marşrutu, daşınma zamanı yarana biləcək risklər, habelə daşınacaq pul nişanlarının təhlükəsizliyi ilə bağlı digər məsələlər həmin təşkilatların daxili qaydaları ilə tənzimlənməli və daşınmalar zamanı həmin qaydaların tələblərinə əməl edilməlidir.

13.1. Təşkilatının daxili audit xidməti ildə bir dəfədən az olmayaraq təşkilatında kassa əməliyyatlarının aparılması prosesinin bu Qaydaya, habelə kredit təşkilatlarının daxili qaydalarına və prosedurlarına uyğun təşkil edilməsini yoxlamalıdır.

13.2. Təşkilatının hər bir bölməsində qiymətlilərin uçotunun doğruluğunu təsdiq etmək məqsədilə ildə iki dəfədən az olmamaq şərti ilə uçot məlumatları qiymətlilərin faktiki qalıqları ilə üzləşdirilir. Bu üzləşdirmələrin tezliyi, aparılması qaydaları və digər şərtlər bu Qaydanın tələbləri nəzərə alınmaqla təşkilatının daxili qaydaları ilə müəyyən olunur.

13.3. Üzləşdirmələrin həyata keçirilməsi üçün yoxlamalar təşkilatın yoxlanılan bölməsinin bilavasitə qiymətlilərlə əməliyyat aparmayan məsul əməkdaşları, təşkilatın daxili audit xidməti və ya kənar audit tərəfindən aparıla bilər.

13.4. Yoxlamalar iş günü ərzində aparılmalı və təşkilatının bölməsində qiymətlilərlə aparılan əməliyyatların gedişinə mane olmamalıdır.

13.5. Yoxlama eyni tarixə təşkilatının bölməsində bütün qiymətlilərin faktiki qalığının ƏİS-də əks olunan qalıq məbləğləri, qeydiyyat kitabları və digər uçot məlumatları ilə üzləşdirilməsi və uyğunluğunun yoxlanılması yolu ilə aparılır.

13.6. Yoxlamaların nəticələri aktla rəsmiləşdirilir. Aktda təşkilatının bölməsinin adı, yoxlamanın başlandığı və bitdiyi tarix, yoxlamanın başlandığı tarixə təşkilatının bölməsində olan qiymətlilərin qalıq məbləği, qiymətlilərin qalıq məbləğinin uçot məlumatlarına uyğunluğu, habelə aşkar olunmuş uyğunsuzluqlar barədə məlumatlar əks olunur.

13.7. Yoxlama aktı yoxlamanı həyata keçirən və yoxlamada iştirak edən əməkdaşlar tərəfindən imzalanır və yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün təşkilatının rəhbərliyi müvafiq tədbirlər görür.

14.1. Təşkilat tərəfindən istifadə olunan nağd pul avadanlıqları (pulsayan, nağd pulu emal edən və nağd pulun mədaxili və (və ya) məxarici əməliyyatlarını aparan digər avadanlıqlar) aşağıdakı texniki xüsusiyyətlərə və parametrləri təyin etməyə imkan verən sensorlara malik olmalıdır:

14.1.1. Kağız pul nişanlarını sayan avadanlıqlar:

14.1.1.1. kağız pul nişanının ölçülərini, qalınlığını, nominalını, dizaynını və vizual təsvirini;

14.1.1.2. kağız pul nişanının infraqırmızı işıqlanma altında olan mühafizə elementlərini;

14.1.1.3. kağız pul nişanının ultrabənövşəyi işıqlanma altında olan mühafizə elementlərini;

14.1.1.4. kağız pul nişanının maqnit xüsusiyyətlərini;

14.1.1.5. avadanlığın ən azı 2 ədəd çıxış (1 ədəd əsas + 1 ədəd qaytarma) cibi olmalı.

14.1.2. Kağız pul nişanlarını emal edən avadanlıqlar:

14.1.2.1. bu Qaydanın 14.1.1.1-14.1.1.4-cü yarımbəndlərdə müəyyən edilmiş parametrlərini;

14.1.2.2. kağız pul nişanının Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yarasızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları” ilə müəyyən edilmiş tədavülə yararsızlıq əlamətlərini;

14.1.2.3. avadanlığın ən azı 3 ədəd çıxış (2 ədəd əsas + 1 ədəd qaytarma) cibi olmalı.

14.1.3. Kağız pul nişanlarının mədaxili və (və ya) məxarici əməliyyatlarını aparan digər avadanlıqlar:

14.1.3.1. kağız pul nişanının ölçülərini, dizaynını, vizual təsvirini və nominalını;

14.1.3.2. kağız pul nişanının ultrabənövşəyi işıqlanma altında olan mühafizə elementlərini;

14.1.3.3. kağız pul nişanının maqnit xüsusiyyətlərini.

14.1.4. Metal pul nişanlarını sayan və ya qəbul edən avadanlıqlar:

14.1.4.1. metal pul nişanının diametri və qalınlığını.

14.2. Pul nişanlarının emal avadanlığında keyfiyyətə görə emalı zamanı 5%-dək kənarlaşma olduqda (tədavülə yararlı kimi emal edilmiş pul nişanlarının içərisində 5%-dək tədavülə yararsız, tədavülə yararsız kimi emal edilmiş pul nişanlarının içərisində 5%-dək tədavülə yararlı pul nişanları aşkar edildikdə) həmin emal avadanlığı istismara yararlı hesab olunur.

Bu kitabda …....…...vərəq tikilib, səhifələnib və möhürlənib

(təşkilatının rəhbər vəzifəli şəxsin vəzifəsi, adı, soyadı və imzası)

«___»________________20 __ci il.

“___” _________________ 20__ il

Azərbaycan Manatı (AZN)

Ciddi hesabat blankları

Kassa müdiri: ____________ ________________________

(imza) (soyadı, adı, atasının adı)

Mühasibatlıq tərəfindən yoxlanılıb:

Maliyyə və uçot sahəsinə məsul

rəhbər şəxs __________ _______________________

(imza) (soyadı, adı, atasının adı)

Mədaxil _______________

Məxaric _______________

Qalıq _________________

Kassa (xarici valyuta ilə):

Qalıq _________________

Balansdankənar hesabların adı:

Ciddi hesabat blankları_____________

Digər qiymətlilər və sənədlər____________

Pul saxlancı inzibatçıları:

_________________________

(soyadı, adı, atasının adı və vəzifəsi)

_________________________

(soyadı, adı, atasının adı və vəzifəsi)

_______________ Mədaxil

_______________ Məxaric

_________________ Qalıq

Kassa (xarici valyuta ilə):

_________________ Qalıq

Balansdankənar hesabların adı:

Ciddi hesabat blankları_____________

Digər qiymətlilər və sənədlər__________

Pul saxlancı inzibatçıları:

_________________________

(soyadı, adı, atasının adı və vəzifəsi)

_________________________

(soyadı, adı, atasının adı və vəzifəsi)

“Kredit təşkilatlarında kassa əməliyyatlarınaparılması,

nağd pul və digər qiymətlilərin saxlanması

və inkassasiyası Qaydası”na

Qeyd: *- təşkilatında pul saxlancının açılması və ya bağlanması mühafizəçinin iştirakı olmadan aparıldıqda, bu hissə doldurulmur.

Bu kitabda …....…...vərəq tikilib, səhifələnib və möhürlənib

____________________________________________________

(təşkilatının rəhbər vəzifəli şəxsin vəzifəsi, adı, soyadı və imzası)

«___»________________20 __ci il.

Təqdim edilən sənəd (tələb olunduqda)

şəxs _______ Kassir ______ Əməliyyatçı _____

Təqdim edilən sənəd (tələb olunduqda)

şəxs _______ Kassir ______ Əməliyyatçı _____

Qeyd: təşkilatında əməliyyatçı və kassir funksiyaları əməliyyatçı-kassir tərəfindən həyata keçirildikdə mədaxil sənədində “əməliyyatçı” və “kassir” adlı imza yerləri ləğv edilir, əvəzinə “əməliyyatçı-kassir” adlı imza yeri qoyulur.

Təqdim edilən sənəd (tələb olunduqda)

Qiymətlini təhvil verən

şəxs _______ Kassir ______ Əməliyyatçı _____

Təqdim edilən sənəd (tələb olunduqda)

Qiymətlini təhvil verən

şəxs _______ Kassir ______ Əməliyyatçı _____

Qeyd: Təşkilatında əməliyyatçı və kassir funksiyaları əməliyyatçı-kassir tərəfindən həyata keçirildikdə mədaxil sənədində “əməliyyatçı” və “kassir” adlı imza yerləri ləğv edilir, əvəzinə “əməliyyatçı-kassir” adlı imza yeri qoyulur.

Kassa məxaric orderi №

Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və (və ya) FİN-i

Orderdə yazılmış məbləği aldım ___________

Əməliyyatçı _______ Nəzarətçi ______ Kassir _____

Kassa məxaric orderi №

Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və (və ya) FİN-i

Orderdə yazılmış məbləği aldım ___________

Əməliyyatçı _______ Nəzarətçi ______ Kassir _____

Qeyd: Təşkilatında əməliyyatçı və kassir funksiyaları əməliyyatçı-kassir tərəfindən həyata keçirildikdə məxaric sənədində “əməliyyatçı” və “kassir” adlı imza yerləri ləğv edilir, əvəzinə “əməliyyatçı-kassir” adlı imza yeri qoyulur.

Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və (və ya) FİN-i

Orderdə yazılmış qiymətlini aldım ___________

Əməliyyatçı _______ Nəzarətçi ______ Kassir _____

Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və (və ya) FİN-i

Orderdə yazılmış qiymətlini aldım ___________

Əməliyyatçı _______ Nəzarətçi ______ Kassir _____

Qeyd: Təşkilatında əməliyyatçı və kassir funksiyaları əməliyyatçı-kassir tərəfindən həyata keçirildikdə məxaric sənədində “əməliyyatçı” və “kassir” adlı imza yerləri ləğv edilir, əvəzinə “əməliyyatçı-kassir” adlı imza yeri qoyulur.

Çekin kötüyü ____ № _______

(məbləği və valyutası)

“__” ___________ 20__ il.

_____________________

“__” ___________ 20__ il.

________________________

________________________________________________

____________________________ __________________

ÇEK ____ № _______ ____________________

(seriya) (məbləği və valyutası)

____________________ “__” ___________ 20__ il.

Bankın rekvizitləri: Ödəyin: ________________________

VÖEN _______________________________

S.W.I.F.T. _______________________________

Ünvan (məbləğ yazı ilə)

______________________________

Kassaya - kontrol marka

Çekdə göstərilən məbləği aldım ____________

Sənədin nömrəsi ______ və (və ya) FİN________

“___” ___________ 20__ il

“Yoxlanılıb” “Ödənilsin” “Ödənilib”

Əməliyyatçı Nəzarətçi Kassir

“___” ___________ 20__ il

Qeyd: təşkilatında əməliyyatçı və kassir funksiyaları əməliyyatçı-kassir tərəfindən həyata keçirildikdə pul çekində “əməliyyatçı” və “kassir” adlı imza yerləri ləğv edilir, əvəzinə “əməliyyatçı-kassir” adlı imza yeri qoyulur.

Bu akt ____________________________________________________________

tərtib edilmişdir ona görə ki, həmin tarixdə

_______________________________________________________________________

(nağd pulun yenidən sayılmasında iştirak edən birinci əməkdaşın vəzifəsi, soyadı, adı və atasının adı)

tərəfindən kassada pullar sayılarkən _________________________________________

(bankın və onun bölməsinin adı)

kassiri _______________________________ ___________________________

(soyadı, adı, atasının adı) (gün, ay, il)

tarixdə sayıb bağladığı pul bağlamasında (qablaşdırma vahidində)

______________________ manat (ABŞ dolları, Avro, Funt sterlinq və s.) məbləğində

(məbləğ rəqəmlə və sözlə)

_____________________ nominallı ________________________________ artıq

(nominalın adı) (miqdarı rəqəmlə və sözlə)

(əskik, nominal dəyəri ödənilməyən, şübhəli) pul(lar) aşkar edildi.

Artıq (əskik, nominal dəyəri ödənilməyən, şübhəli) pul(lar) aşkar edilmiş həmin

bağlama (qablaşdırma vahidi)

_____________________________________________________________________ (nağd pulun yenidən sayılmasında iştirak edən ikinci əməkdaşın vəzifəsi, soyadı, adı, atasının adı)

iştirakı ilə yenidən sayıldı, bununla da ______________________________________

(məbləğ rəqəmlə və sözlə)

manat (ABŞ dolları, Avro, Funt sterlinq və s.) məbləğində pulun artıq (əskik, nominal dəyəri ödənilməyən, şübhəli) olması təsdiq edildi.

Nağd pulun yenidən sayılmasında iştirak edən şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı və imzaları

1. Bağlama və ya qablaşdırma vahidinin üzərində olan karton örtük;

2. Bütün dəstlərin banderolları (tam həcmdə);

3. Klişe izi olan polietilen torba.

Qeyd: banderollar korlandıqda da tam həcmdə olmalıdır.

1. 31 yanvar 2024-cü il tarixli 06/3 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23202401310063, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 fevral 2024-cü il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver