Qanunvericilik › Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8-2

Maddə 8-2. Elektron və virtual lotereyaların təşkili və keçirilməsi

Lotereyalar haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8-2.1. Lotereya təşkilatçısı elektron və virtual lotereyaların təşkilini və keçirilməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemləri vasitəsilə həyata keçirir.

8-2.2. Bu Qanunun 8-2.1-ci maddəsində nəzərdə tutulan fərdi məlumatların informasiya sistemlərində əks olunmalı məlumatların siyahısı səlahiyyətli orqan tərəfindən müəyyən edilir.

8-2.3. Virtual lotereyanın təşkili və keçirilməsi qaydası səlahiyyətli orqan tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver