“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 450-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında lotereya fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 23 noyabr tarixli 599 nömrəli, “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 26 may tarixli 64 nömrəli, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 156-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 9 mart tarixli 824 nömrəli, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2019-cu il 30 dekabr tarixli 911 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 dekabr tarixli 1557 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 12 yanvar tarixli 23s nömrəli Sərəncamının müvafiq olaraq 3-cü hissələrinin icrasının təmin edilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin 5.11.2-ci yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyası
1. “Lotereyaların təşkili və keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Virtual lotereyanın təşkili və keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
4. Hüquq şöbəsinin müdiri Tural İsgəndərova tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi üçün zəruri tədbirlər görülməsini təmin etsin.
5. Kollegiyanın məsul katibi, Daxili nəzarət şöbəsinin müdir müavini Elnur Əliyevə tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.
6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
Əsas: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiya iclasının protokolu.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 5 dekabr tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qayda “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 3.2.1-ci, 3.2.3-cü, 3.2.4-cü, 7.9-cu, 7.10-cu, 8-2.2-ci, 10.1.7-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və lotereya təşkilatçısı (bundan sonra - Təşkilatçı) tərəfindən lotereyaların (virtual və stimullaşdırıcı lotereyalar istisna olmaqla) qeydiyyatı qaydalarını, lotereyaların təşkili və keçirilməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, elektron kod formasında olan biletlərin istifadə qaydaları və onların rekvizitləri, satılmamış lotereya biletlərinin satıcılardan geri alınması və məhv edilməsi, elektron lotereyalarla bağlı fərdi məlumatların informasiya sistemlərində əks olunmalı məlumatların siyahısı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra - Nazirlik) lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatların təqdim edilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qaydada istifadə edilən “elektron bilet” anlayışı elektron lotereyaların təşkili və (və ya) lotereya biletlərinin lotereya terminalları və ya virtual mühit vasitəsi ilə satışı zamanı lotereyada iştirak hüququ verən və uduşlu olduğu halda uduş fondunun müəyyən hissəsinə və/və ya uduşa mülkiyyət hüququnu təsdiq edən elektron kodu ifadə edir.
1.3. Bu Qaydada istifadə edilən “elektron kod” anlayışı lotereya terminalları vasitəsi ilə çap olunan kağız daşıyıcıda və ya lotereya iştirakçısının virtual mühitdəki şəxsi kabinetində əks olunan və lotereya iştirakçısının oynadığı konkret lotereya oyununa dair aşağıdakı rekvizitləri özündə ehtiva edən təsadüfi seçilən rəqəm(lər)i və ya ştrix kodu ifadə edir:
1.3.1. lotereyanın adı və forması;
1.3.2. lotereyanın keçirilməsi və ya oynanılması tarixi (ani lotereya istisna olmaqla);
1.3.3. lotereya biletinin nömrəsi və (və ya) seriyası;
1.3.4. lotereya biletinin və ya bir variantın qiyməti;
1.3.5 lotereya oynanıldıqdan sonra, həmin biletin uduşlu olub-olmaması haqqında məlumat və uduşlu olduğu halda, uduşun məbləği haqqında məlumat.
2.1. Lotereyanın şərtlərində aşağıdakı məlumatlar göstərilməlidir:
2.1.1. Təşkilatçı haqqında məlumat (adı və olduğu yer);
2.1.2. lotereyanın adı və forması;
2.1.3. lotereyanın keçirilməsi müddəti;
2.1.4. lotereyanın keçirildiyi ərazi;
2.1.5. lotereya biletinin sənəd, ona bərabər tutulan məlumat daşıyıcıları və ya elektron kod formasında olması və onların əldə edilməsi qaydaları haqqında məlumat;
2.1.6. lotereyanın uduş fondu haqqında məlumat (əgər tətbiq olunursa);
2.1.7. lotereyanın oynanılması və uduşun müəyyən edilməsi qaydası haqqında məlumat;
2.1.8. uduşlu lotereya biletlərinin (elektron biletlər üzrə təsdiqi) Təşkilatçı tərəfindən qəbulu və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat;
2.1.9. tirajlı lotereyaya münasibətdə lotereyanın uduş fondunun məbləğinin satılmış lotereya biletlərinin miqdarından asılı olaraq müəyyən edilməsi və ya uduş fondunun təsbit edilmiş məbləği göstərilməlidir, uduş fondunun məbləği satılmış lotereya biletlərinin miqdarından asılı olaraq müəyyənləşdirildikdə uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə faizin nisbətinin aşağı həddi, lotereyanın uduş fondunun ümumi məbləği göstərildiyi halda hər uduşun adı, miqdarı və dəyəri (qiyməti);
2.1.10. Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda, lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə (qeyri-pul uduşlarının pul dəyəri haqqında məlumat əks olunmaqla) onların pul ekvivalentinin ödənilməsi imkanının olub-olmaması;
2.1.11. Təşkilatçı tərəfindən uduş fonduna əlavə vəsaitin qoyulmasının və həmin vəsaitin udulmamış hissəsinin geri götürülməsinin mümkün olub-olmaması haqqında məlumat.
2.2. Lotereya şərtləri Təşkilatçının icra orqanının rəhbəri tərəfindən imzalanır.
2.3. Təşkilatçı qanunla qadağan edilməyən digər məlumatları lotereyanın şərtlərinə daxil edə bilər.
2.4. Məqsədli lotereyanın şərtlərində bu Qaydanın 2.1-ci bəndində göstərilən məlumatlardan əlavə lotereyanın keçirilməsi barədə Nazirliyin qərarı və maliyyələşdirilən dövlət əhəmiyyətli layihə haqqında məlumat göstərilməlidir.
2.5. Təşkilatçı lotereya iştirakçısının tələbi ilə lotereyanın şərtlərinə daxil olmuş məlumatları ona təqdim etməlidir.
2.6. Təşkilatçı lotereyanın şərtlərini lotereya qeydiyyata alındıqdan sonra, lotereya biletlərinin satışına başlamazdan əvvəl mediada elan etməlidir.
3.1. Lotereya biletində aşağıdakı məlumatlar göstərilməlidir:
3.1.1. Təşkilatçının adı və ya loqosu;
3.1.2. lotereyanın adı və forması;
3.1.3. lotereya biletinin nömrəsi və (və ya) seriyası;
3.1.4. lotereyanın keçirilməsi və ya oynanılması tarixi (ani lotereya istisna olmaqla);
3.1.5. lotereya biletinin və ya bir variantın qiyməti (stimullaşdırıcı lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla);
3.1.6. bu Qaydanın 3.2-ci bəndində sadalanan məlumatın əldə oluna biləcəyi mənbə.
3.2. Bu Qaydanın 3.1-ci bəndində sadalanan məlumata əlavə olaraq, lotereya haqqında aşağıdakı məlumatlar Təşkilatçının internet səhifəsində əks olunmalıdır:
3.2.1. tətbiq olunduğu halda, lotereyanın uduş fondu haqqında məlumat (uduş fonduna daxil olan uduşların adları, habelə lotereya şərtlərində nəzərdə tutulduğu halda qeyri-pul uduşlarının hər birinin dəyəri, uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə, uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbətinin aşağı həddi);
3.2.2. uduş fondunun oynanılması və ya uduşun müəyyən edilməsi şərtləri haqqında məlumat;
3.2.3. uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat;
3.2.4. lotereyanın qeydiyyata alınması haqqında məlumat (qeydiyyat tarixi və nömrəsi).
3.3. Bu Qaydanın 3.1-ci bəndinin tələbləri elektron biletlərə və digər məlumat daşıyıcıları formasında olan biletlərə tətbiq olunmur.
4.1. Lotereya biletlərinin satışını Təşkilatçı və (və ya) onunla müqavilə bağlamış satıcılar və (və ya) satıcı ilə müqavilə və ya onun tapşırığı əsasında hərəkət edən digər şəxslər (sub-satıcılar) tərəfindən həyata keçirir.
4.2. Təşkilatçı lotereyaların təşkili və keçirilməsi ilə bağlı məlumatların uçotunu aparmalı və bu məlumatları istifadə etdiyi informasiya sistemlərində 3 (üç) il ərzində saxlamalıdır. Uçotu aparılacaq məlumatların siyahısına ən azı aşağıdakılar daxildir:
4.2.1. uduşlu lotereya biletlərinin aid olduğu oyunun adı, növü, sayı, lotereyanın oynanılma tarixi, lotereya biletinin nömrəsi (əgər varsa) və (və ya) seriyası;
4.2.2. uduşu ödənilmiş lotereya biletlərinin aid olduğu oyunun adı, növü, sayı, lotereyanın oynanılma və uduşun ödənilmə tarixləri, lotereya biletinin nömrəsi (əgər varsa) və (və ya) seriyası;
4.2.3. uduşu ödənilməmiş lotereya biletlərinin aid olduğu oyunun adı, növü, sayı, lotereyanın oynanılma tarixi, lotereya biletinin nömrəsi (əgər varsa) və (və ya) seriyası.
4.3. Bu Qaydanın 4.2-ci bəndində qeyd olunan məlumatlar Nazirlik tərəfindən sorğu edildikdə Təşkilatçı həmin məlumatları 10 (on) iş günü ərzində Nazirliyə təqdim etməlidir.
5.1. Təşkilatçı elektron lotereyaların təşkili və keçirilməsini, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemləri vasitəsilə həyata keçirir.
5.2. Elektron bilet (lotereya terminalları vasitəsi ilə əldə olunan elektron biletlər istisna olmaqla) əldə etmək istəyən 18 yaşı tamam olmuş şəxslər informasiya sisteminə istifadəçi adını, şifrəni və bu Qaydanın 5.4.1-ci və 5.4.2-ci bəndlərində qeyd edilən fərdi məlumatlarını daxil edərək şəxsi kabinet yaradır.
5.2.1. Şəxsi kabinet hər bir lotereya iştirakçısının fərdi məlumatlarının, habelə virtual mühitdə sərəncamında olan pul vəsaitinin dövriyyəsi, aldığı biletlərin dəyəri, əldə etdiyi uduşlar (mükafatlar), eləcə də lotereya iştirakçısının Təşkilatçı ilə bağladığı müqaviləyə uyğun digər məlumatlarının əks olunduğu, təhlükəsizliyinin Təşkilatçı tərəfindən təmin edildiyi, elektron pul kisəsi funksionallığı (“pay” funksiyası) olmayan, virtual mühitin tərkib hissəsi olan, lotereya iştirakçısının istifadəsinə verilən elektron səhifədir.
5.3. 18 yaşına çatmamış şəxslər tərəfindən şəxsi kabinet yaradıla bilməz. Lotereya iştirakçısının fərdi məlumatlarında dəyişikliklər baş verərsə, lotereya iştirakçısı həmin məlumatların yenilənməsi vəzifəsini daşıyır.
5.4. İnformasiya sistemində əks olunmalı məlumatların siyahısı aşağıdakı kimidir:
5.4.1. lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu;
5.4.2. lotereya iştirakçısının mobil nömrəsi və ya elektron poçt ünvanı;
5.4.3. lotereya iştirakçısının Təşkilatçı ilə bağladığı müqavilə.
5.5. Təşkilatçı virtual mühit vasitəsi ilə qeydiyyatdan keçmiş lotereya iştirakçısı barəsində əldə etmiş olduğu fərdi məlumatların təhlükəsizliyini təmin etməli, qanunla və lotereya iştirakçısı ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla digər şəxslərə verməməlidir.
5.6. Lotereya iştirakçılarının şəxsi kabinetində müvafiq olaraq aşağıdakı məlumatlar əks olunmalı və imkanlar nəzərdə tutulmalıdır:
5.6.1. hər bir lotereya iştirakçısı üçün şəxsi kabinetin yaradılması, o cümlədən “istifadəçi adı” və “şifrə”nin müəyyən edilməsi və dəyişdirilməsi, unudulmuş şifrənin bərpa edilmə mexanizmi;
5.6.2. lotereya iştirakçısı tərəfindən lotereya biletlərinin seçilməsi, alınması və virtual mühitdə aldığı lotereya biletlərinin uduşlu olub-olmamasının yoxlanılması;
5.6.3. lotereya iştirakçısının istəyi ilə uduşun (uduşların) iştirakçının qeyd etdiyi bank hesabına köçürülməsi;
5.6.4. lotereya iştirakçısı tərəfindən şəxsi kabinetdən edilmiş ödənişlərlə bağlı məlumatlar və iştirak etdiyi lotereyalara dair məlumatlar.
5.7. Şəxsi kabinet yaradılarkən Təşkilatçı ilə lotereya iştirakçısı arasında müqavilə elektron qaydada bağlanır. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan lotereya iştirakçısı tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa imkan verən formada hazırlanmalıdır. Müqavilə lotereya iştirakçısının dialoq pəncərəsində “Qəbul edirəm” seçməklə qəbul edilmiş və bağlanmış sayılır.
5.8. Təşkilatçı hər bir lotereya iştirakçısının şəxsi kabinetində apardığı əməliyyatların tarixçəsinin ən azı bir il ərzində saxlanılmasını təmin etməlidir.
5.9. Lotereya iştirakçılarının şəxsi kabineti lotereya iştirakçısı tərəfindən şəxsi kabinetdən edilmiş ödənişlərlə bağlı məlumatların və alınmış lotereya biletlərinin nüsxəsinin onun elektron poçt ünvanına göndərilməsi və ya şəxsi kabinetində əks olunması, eləcə də lotereya iştirakçısının istəyi ilə balansında olan pul vəsaitinin bank vasitəsilə ona təqdim edilməsi imkanlarına malik olmalıdır.
5.10. Təşkilatçı elektron sistemə nəzarətin təmin edilməsi məqsədi ilə lotereyanın adı, forması, lotereyanın oynanılması tarixi və hər bir lotereya üzrə ödənilmiş uduşlar haqqında məlumatı istifadə etdiyi informasiya sistemində elektron formada 3 (üç) il ərzində saxlamalıdır. Qeyd olunan məlumatlar Nazirlik tərəfindən sorğu edildikdə Təşkilatçı həmin məlumatları 10 (on) iş günü ərzində Nazirliyə təqdim etməlidir.
5.11. Əgər Təşkilatçı lotereya iştirakçısının Qanuna, bu Qaydaya və ya Təşkilatçı ilə bağladığı müqavilə şərtlərinə zidd fəaliyyətini aşkar edərsə, həmin lotereya iştirakçısının şəxsi kabinetə girişini bağlaya bilər.
6.1. Lotereyanın uduş fondu lotereya şərtlərində müəyyən olunur və həmin fondun oynanılmasına qədər formalaşdırılır. Təşkilatçı uduş fonduna öz vəsaiti hesabına əlavələr edə bilər.
6.2. Uduş fondu (Təşkilatçının qoyduğu və udulmamış əlavə vəsait istisna olmaqla) yalnız lotereya iştirakçıları qarşısındakı öhdəliklərin yerinə yetirilməsi məqsədlərinə istifadə oluna bilər.
6.3. Tirajlı lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) uduş fondunun minimum həcmi lotereyanın şərtlərindən asılı olaraq, müvafiq tiraj üzrə buraxılmış, yaxud satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz və bu zaman Təşkilatçı tərəfindən qoyulan əlavə vəsait nəzərə alınmır.
6.4. Ani lotereyanın uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az olmamalıdır.
6.5. Elektron lotereyaların uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz və bu zaman Təşkilatçı tərəfindən qoyulan əlavə vəsait nəzərə alınmır.
6.6. Tirajlı lotereyanın uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə, bir tirajın uduş fondunun oynanılmamış hissəsi lotereyanın şərtlərində nəzərdə tutulduqda növbəti tirajda oynanıla bilər.
6.7. Bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsi lotereyanın şərtlərində göstərildiyi qaydada növbəti tirajda oynanılır. Təşkilatçının uduş fonduna qoyduğu əlavə vəsaitin udulmamış hissəsi Təşkilatçı tərəfindən geri götürülə bilər.
6.8. Tirajlı lotereyanın uduş fondunun oynanılmasında yalnız satılmış lotereya biletləri iştirak edir.
7.1. Lotereyanın qeydiyyata (stimullaşdırıcı lotereya istisna olmaqla) alınması üçün Təşkilatçı həmin lotereyanın ilk oyunun keçirilməsinə azı 10 (on) iş günü qalmış Nazirliyə aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim edir:
7.1.1. lotereyanın qeydiyyata alınması üçün ərizə. Ərizədə Təşkilatçının adı, olduğu yer, lotereyanın adı və forması göstərilməlidir;
7.1.2. lotereyanın şərtləri;
7.1.3. lotereyada istifadə olunacaq lotereya biletinin (elektron kod formasında olan lotereya biletlər istisna olmaqla) nümunəsi;
7.1.4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;
7.1.5. son maliyyə ili üzrə, bir ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə təsdiq edilmiş maliyyə hesabatları (lotereyanın ilk dəfə qeydiyyata alınması halı istisna olmaqla).
7.2. Nazirlik lotereyanın şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə ərizədə (bildirişdə) və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və imtinaya (qadağaya) səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, onları təqdim edildiyi tarixdən etibarən 7 (yeddi) iş günü müddətində Təşkilatçıdan tələb etmək hüququna malikdir. Bu halda lotereyanın qeydiyyatı barədə qərarın qəbul edilməsi müddətinin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müddətin axımı bərpa olunur.
7.3. Bu Qaydanın 7.1-ci bəndində göstərilən sənədlər Nazirliyə təqdim edildiyi tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq o, lotereyanın qeydiyyata alınması və ya bundan imtina barədə əsaslandırılmış qərar qəbul edib, bu barədə Təşkilatçıya məlumat təqdim etməlidir.
7.4. Nazirlik aşağıdakı əsaslarla lotereyanın qeydiyyata alınmasından imtina edir:
7.4.1. bu Qaydanın 7.1-ci bəndində (bu Qaydanın 7.2-ci bəndi ilə müəyyən edilmiş hal nəzərə alınmaqla) göstərilən sənədlər Nazirliyə tam şəkildə təqdim edilmədikdə;
7.4.2. ərizəyə (bildirişə) və ona əlavə olunmuş sənədlərə Qanunun tələblərinə cavab verməyən və ya təhrif olunmuş məlumatlar daxil edildikdə;
7.4.3. Təşkilatçı Nazirliyə onunla bağlı qəbul etdiyi Qanunla müəyyən olunmuş icrası məcburi göstərişləri icra etmədən yeni lotereyanın keçirilməsi ilə bağlı müraciət etdikdə.
7.5. Təşkilatçı lotereyanın şərtlərində dəyişikliklər edilməsindən və ya qeydiyyata alınmasından imtina barədə qərardan, habelə keçirilməsinin qadağan edilməsindən inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
7.6. Qeydiyyata alınmamış lotereyaların keçirilməsinə yol verilmir.
7.7. Təşkilatçı Nazirliyə təqdim etdiyi sənədlərdə olan məlumatların tamlığına və düzgünlüyünə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
8.1. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir.
8.2. Lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün Təşkilatçı dəyişilmiş şərtlərlə keçiriləcək ilk oyun tarixinə azı 7 (yeddi) iş günü qalmış yazılı və ya elektron formada Nazirliyə müraciət edərək aşağıdakı sənədləri təqdim edir:
8.2.1. lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi üçün ərizə. Ərizədə Təşkilatçının adı, olduğu yer, lotereyanın adı və forması, lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi haqqında qərarın tarixi və nömrəsi, habelə həmin əlavə və (və ya) dəyişikliklərin qüvvəyə minməsi tarixi göstərilməlidir;
8.2.2. lotereya şərtlərinin yeni redaksiyası.
8.3. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq Nazirlik lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi və ya bundan imtina haqqında qərar qəbul edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq Təşkilatçıya təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
8.4. Nazirlik lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsindən aşağıdakı əsaslarla imtina edir:
8.4.1. bu Qaydanın 8.2-ci bəndində göstərilən sənədlər Nazirliyə tam şəkildə təqdim edilmədikdə;
8.4.2. qanunvericiliyin dəyişilməsi nəticəsində edilməli dəyişikliklər istisna olmaqla, Nazirliyə təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyə zidd olan, o cümlədən lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasının dəyişməsinə təsir göstərən, lotereyanın uduş fondunun tərkibini dəyişən və ya onun həcmini azaldan müddəalar daxil edildikdə.
8.5. Təşkilatçı lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklər haqqında məlumatı lotereyanın oynanılması tarixinə azı 3 (üç) iş günü qalmış mediada elan etməlidir.
9.1. Tirajlı lotereyalarda (elektron və virtual lotereyalar istisna olmaqla) uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata keçirən tiraj komissiyası Təşkilatçı tərəfindən yaradılır.
9.2. Tiraj komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən az olmamaq şərti ilə tək sayda yaradılır. Təşkilatçının vəzifəli şəxsləri, onların ailə üzvləri (ər, arvad, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər) tiraj komissiyasının üzvü ola bilməz.
9.3. Təşkilatçı tiraj komissiyasına üzv ola biləcək şəxslərin siyahısını və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədləri tiraj komissiyasının tərkibi formalaşana qədər Nazirliklə razılaşdırmalıdır. Nazirlik siyahı təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində siyahıda olan şəxslərdən hər hansı biri barədə səhv və ya təhrif olunmuş məlumatın təqdim edildiyini aşkar etdikdə, Təşkilatçıya məlumat verir və həmin şəxsin siyahıdan çıxarılmasını tələb edir. Bu müddət ərzində Nazirlik Təşkilatçıya təqdim olunan məlumatların səhv olması və ya təhrif olunması barədə məlumat verməzsə, siyahı Nazirliklə razılaşdırılmış hesab olunur. Siyahı Nazirliklə razılaşdırıldıqdan sonra siyahıya daxil edilmiş şəxslərdən hər hansı birinin vətəndaş qüsursuzluğunu itirdiyi məlum olduqda, Nazirlik həmin şəxsin siyahıdan çıxarılmasını tələb edir. Təşkilatçı siyahıya daxil edilmiş şəxslərdən hər hansı birinin vətəndaş qüsursuzluğunu itirdiyini özü müəyyən etdikdə, həmin şəxsi tiraj komissiyasına üzv ola biləcək şəxslərin siyahısından çıxarır və bu barədə Nazirliyə məlumat verir.
9.4. Nazirliklə razılaşdırılmış siyahıda olan şəxslər Nazirliklə təkrar razılaşdırılmadan tiraj komissiyasının tərkibinə daxil edilir. Təşkilatçı bu Qaydanın 9.3-cü bəndi ilə müəyyən edilmiş qaydada Nazirliklə razılaşdırılmaqla siyahıda dəyişiklik və əlavələr edə bilər.
9.5. Təşkilatçı uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış tiraj komissiyasının üzvləri və həmin üzvləri əvəz edə biləcək daha 5 (beş) şəxs haqqında məlumatı özündə əks etdirən siyahını Nazirliyə təqdim etməlidir. Nazirlik bu bəndin birinci cümləsində göstərilən məlumatı aldıqdan sonra tiraj komissiyasının Qanunun tələbləri pozulmaqla yaradıldığını müəyyən etdikdə, tiraj komissiyasının tərkibində və (və ya) əvəzləyici şəxslərin siyahısında dəyişiklik edilməsi barədə Təşkilatçıya dərhal, lakin hər bir halda uduş fondunun oynanılmasına azı 12 (on iki) saat qalmış icrası məcburi olan göstəriş verir. Nazirliyə barəsində məlumat təqdim edilmiş siyahı üzrə tiraj komissiyasının üzvlərindən hər hansı biri (bir neçəsi) üzrlü və ya üzrsüz səbəbdən tiraj komissiyasında iştirak edə bilmədikdə, Təşkilatçının əvvəlcədən razılaşdırdığı əvəzedici üzvlər istisna olmaqla, bu barədə Nazirliyi məlumatlandırmaqla onu (onları) digər şəxslə (şəxslərlə) əvəz edə bilər.
9.6. Tiraj komissiyasının sədri tiraj komissiyasının üzvləri tərəfindən adi səs çoxluğu ilə seçilir.
9.7. Tiraj komissiyasının qərarları adi səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən tiraj komissiyasının üzvü bitərəf qala bilməz.
9.8. Tirajlı lotereyanın uduş fondunun oynanılmasının nəticələri tiraj komissiyasının üzvləri tərəfindən imzalanan aktla təsdiq olunur. Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması aşkar edildikdə bu, uduş fondunun oynanılmasının nəticələri haqqında aktda qeyd edilir. Tiraj komissiyası aşkar olunmuş pozuntular barədə 3 (üç) iş günü ərzində Nazirliyə və Təşkilatçıya məlumat verir.
9.9. Nazirlik uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldığı tarixdən etibarən 30 (otuz) gün müddətində müvafiq qərar qəbul etməli və qərarın surətini Təşkilatçıya təqdim etməlidir.
10.1. Təşkilatçı tirajlı lotereyada uduş fondunun oynanılması tarixindən etibarən (ani lotereya istisna olmaqla) 5 (beş) iş günündən gec olmayaraq oynanılmış uduş fondu və uduşa düşmüş lotereya biletlərinin nömrələri və (və ya) seriyaları barədə məlumatı mediada elan etməlidir.
10.2. Satıcı və ya Təşkilatçı tərəfindən lotereya iştirakçısına uduşun ödənilməsi zamanı lotereya biletinin uduşlu olması yoxlanılmalıdır.
10.3. Təşkilatçı uduşları lotereya iştirakçısına əvvəlcədən ödənilmiş kartlar vasitəsilə ödəmək istədikdə, belə ödənişlər “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” əsasında həyata keçirilir.
10.4. Təşkilatçı uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərini lotereyanın şərtlərində göstərilmiş qəbul müddəti ərzində lotereya iştirakçılarının ilk tələbi ilə qəbul etməlidir.
10.5. Virtual mühitdə əldə olunan elektron bilet uduşa düşdüyü halda, bu haqda məlumat lotereya iştirakçısının şəxsi kabinetində əks olunur. Lotereya iştirakçısı şəxsi kabinet vasitəsilə uduşa düşmüş vəsaitin ona bank vasitəsilə köçürülməsi üçün zəruri məlumatları informasiya sisteminə daxil etməlidir.
10.6. Virtual mühitdən kənarda əldə olunan elektron bilet və digər lotereya biletləri lotereya iştirakçısı tərəfindən Təşkilatçı ilə müqavilə əsasında lotereya biletlərinin satışını həyata keçirən satıcıya təqdim edilməli, uduşlu olduğu halda müvafiq uduş satıcı tərəfindən, uduşun məbləği qanunvericiliklə müəyyən olunmuş həddən artıq olduğu halda isə Təşkilatçı tərəfindən bank köçürməsi yolu ilə bu Qayda ilə müəyyən olunmuş qaydada və müddətdə lotereya iştirakçısına ödənilməlidir.
10.7-1. Lotereya təşkilatçısı terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.
10.8. Tirajlı lotereyada uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti həmin tirajın uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.
10.9. Ani lotereyada uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu lotereya keçirilməyə başlandığı tarixdən başlamalı və lotereyanın keçirilməsi başa çatdığı tarixdən ən azı 90 (doxsan) iş günü davam etməlidir. Ani lotereyanın başa çatması barədə məlumatın Təşkilatçı tərəfindən elan edildiyi tarix ani lotereyanın başa çatdığı tarix hesab olunur.
10.10. Uduş Təşkilatçı tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir (ödənilməlidir).
10.11. Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda, lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə yol verilir. Bu halda lotereyanın şərtlərində qeyri-pul uduşlarının pul dəyəri müəyyən edilməlidir.
10.12. Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldıqda, Təşkilatçı Nazirlik tərəfindən müvafiq qərar qəbul edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırmalıdır.
10.13 Lotereya iştirakçısı lotereya biletinin itirilməsinə, zədələnməsinə və oğurlanmasına görə tam məsuliyyət daşıyır. Bilet saxta deyilsə və onun eyniləşdirilməsi mümkündürsə həmin bilet üzrə uduşlar ödənilməlidir. Təşkilatçı satılmış biletin itirilməsi, eyniləşdirilməsini mümkün etməyən dərəcədə zədələnməsi, qanunsuz olaraq nüsxələrinin çıxarılması və saxtalaşdırılması səbəbi ilə meydana gələn zərərlərə görə məsuliyyət daşımır. Oğurlanmış, itirilmiş, tam və ya qismən zədələnmiş və ya saxtalaşdırılmış biletlər üzrə uduş ödənilmir. Satıcılar və səlahiyyətli banklar belə biletlərin mövcudluğunu aşkar etdikdə bu barədə dərhal Təşkilatçıya məlumat verməli və Təşkilatçının bununla bağlı göstərişlərini yerinə yetirməlidirlər.
11.1. Təşkilatçı satılmamış lotereya biletlərinin satıcıdan qəbulunu uduş fondunun oynanılmasınadək başa çatdırmalıdır. Bu müddət bitdikdən sonra sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab olunurlar.
11.2. Satılmamış və geri qaytarılmış lotereya biletləri Təşkilatçının yaratdığı ləğvetmə komissiyası tərəfindən məhv edilir.
11.3. Lotereya biletlərinin məhv edilməsi onların tamlığını pozan, təyinatı üzrə istifadəsini və eyniləşdirilməsini qeyri-mümkün edən üsullarla (lotereya biletlərinin şrederdən keçirilməsi, yandırılması və s.) həyata keçirilir.
11.4. Ləğvetmə komissiyası üzvlərinin sayı 3 (üç) nəfərdən az olmamaq şərti ilə tək saylı olmalıdır.
11.5. Lotereya biletlərinin məhv edilməsi ləğvetmə komissiyası tərəfindən tərtib edilən məhvetmə aktı ilə rəsmiləşdirilir. Lotereya biletlərinin məhv edilməsi haqqında məhvetmə aktında aşağıdakılar göstərilməlidir:
11.5.1. Təşkilatçının adı;
11.5.2. ləğvetmə komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və iş yeri;
11.5.3. məhv edilən lotereya biletlərinin istifadə edildiyi lotereyanın adı, növü, oynanılması və ya keçirilməsi tarixi;
11.5.4. lotereya biletlərinin məhv edilməsi tarixi və yeri;
11.5.5. tirajın nömrəsi (əgər varsa) və həmin tiraj üzrə məhv edilən uduşlu lotereya biletlərinin ümumi sayı (tirajlı lotereyalar üçün);
11.5.6. tirajın nömrəsi (əgər varsa) və həmin tiraj üzrə məhv edilən satılmamış lotereya biletlərinin ümumi sayı (tirajlı lotereyalar üçün);
11.5.7. ani lotereya üzrə məhv edilən uduşlu lotereya biletlərinin ümumi sayı;
11.5.8. ani lotereya üzrə məhv edilən satılmamış lotereya biletlərinin ümumi sayı;
11.5.9. lotereya biletlərinin məhv edilməsi üsulu.
11.6. Lotereya biletlərinin məhv edilməsi haqqında aktın hər səhifəsi ləğvetmə komissiyasının üzvləri tərəfindən imzalanır. Ləğvetmə komissiyasının üzvü aktı imzalamaqdan imtina etdikdə, bunun səbəblərini aktda göstərməlidir.
11.7. Təşkilatçı aktın tərtib edildiyi tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq məhvetmə aktının bir nüsxəsini kağız daşıyıcıda və ya elektron formada Nazirliyə təqdim etməlidir.
11.8. Tirajlı lotereyada tirajın uduş fondunun oynanılması başa çatanadək həmin tiraj üzrə satılmamış lotereya biletlərinin məhv edilməsinə yol verilmir.
11.9. Ani lotereyada uduşların verilməsi müddəti başa çatanadək həmin lotereya üzrə satılmamış lotereya biletlərinin məhv edilməsinə yol verilmir.
11.10. Bu Qaydanın 11.1-11.9-cu bəndlərinin tələbləri elektron biletlərə tətbiq olunmur. Elektron biletlər uduş fondu oynanılanadək Təşkilatçıya qaytarıldıqda lotereya şərtlərinə uyğun olaraq müvafiq elektron bilet qəbul edilərək ləğv edilə bilər və ya geri qəbul olunmaya bilər. Təşkilatçı ləğv edilən elektron biletlərə dair məlumatı elektron biletlər ləğv edildiyi tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq kağız daşıyıcıda və ya elektron formada Nazirliyə təqdim etməlidir.
12.1. Bu Qaydanın 12.3-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, Qanunun və Qanuna uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin və ya lotereyanın şərtlərinin Təşkilatçı tərəfindən pozulması aşkar edildikdə, Nazirlik həmin pozuntuların aradan qaldırılmasına dair ona yazılı bildiriş göndərir.
12.2. Təşkilatçı bildirişi aldığı tarixdən etibarən 20 (iyirmi) iş günü ərzində aşkar edilmiş pozuntuları aradan qaldırmalı və bu barədə Nazirliyə məlumat verməlidir.
12.3. Nazirlik aşağıdakı hallarda lotereyanın keçirilməsini dayandırır:
12.3.1. bu Qaydanın 12.1-ci bəndində nəzərdə tutulmuş bildirişin icrası məhkəmə tərəfindən və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırıldığı və ya bildiriş ləğv edildiyi hallar istisna olmaqla, Təşkilatçı həmin göstərişi müəyyən edilmiş müddətdə icra etmədikdə;
12.3.2. lotereyanın təşkili və keçirilməsi zamanı törətmiş olduğu dələduzluq, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə görə Təşkilatçının vəzifəli şəxsinə və (və ya) tiraj komissiyasının üzvünə qarşı cinayət işi başlandıqda;
12.3.3. lotereyanın təşkilinə və ya keçirilməsinə qanunsuz müdaxilə (uduş şansının dəyişdirilməsinə səbəb olan müdaxilə) aşkar edildikdə;
12.3.4 lotereya şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halları aşkar edildikdə.
Qeyd: “əhəmiyyətli dərəcədə pozulma” dedikdə 1000 və ya daha çox lotereya iştirakçısının hüquqlarının pozulması və ya pozuntu (pozuntular) nəticəsində iştirakçılara dəyən zərərin ümumi məbləğinin 100 000 (yüz min) manat və daha artıq təşkil etməsi başa düşülür.
12.4 Nazirlik bu Qaydanın 12.6-cı bəndi ilə müəyyən edilmiş müddət ərzində lotereyanın dayandırılması üçün əsas olan pozuntuların aradan qaldırılması və zərərin ödənilməsi (olduğu halda) barədə Təşkilatçıdan məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq lotereyanın dayandırılması barədə qərarını ləğv edir və lotereyanın bərpa edilməsi barədə Təşkilatçıya yazılı bildiriş göndərir.
12.5 Bu Qaydanın 12.3.2-ci bəndi üzrə barəsində cinayət işi başlanılmış Təşkilatçının vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verildikdə və ya həmin şəxs vəzifədən kənarlaşdırıldıqda və ya tiraj komissiyasının üzvü komissiyadan kənarlaşdırıldıqda, habelə bu Qanunun 12.3.4-cü bəndi üzrə əhəmiyyətli dərəcədə vurulmuş zərər ödənildikdə, lotereyanın dayandırılması üçün əsas olan pozuntular aradan qaldırılmış hesab olunur.
12.6. Təşkilatçı lotereyanın dayandırılması haqqında Nazirliyin qərarını aldığı tarixdən 30 (otuz) iş günü ərzində bu Qaydanın 12.3-cü bəndində nəzərdə tutulmuş lotereyanın dayandırılmasına səbəb olan halları aradan qaldırmadıqda və ya bu barədə məlumatı təqdim etmədikdə, Nazirlik lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldırır.
12.7. Təşkilatçı lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə müvafiq olaraq Nazirliyin və ya məhkəmə qərarının qəbul edilməsi barədə bildirişi aldıqda, bu barədə məlumatı mediada dərhal elan etməlidir.
12.8. Lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə Təşkilatçı tərəfindən verilən elanda aşağıdakılar göstərilməlidir:
12.8.1. Təşkilatçının adı;
12.8.2. lotereyanın adı, forması və növü;
12.8.3. lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən qurumun/məhkəmənin adı;
12.8.4. lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas;
12.8.5. keçirilməsi baş tutmamış tirajlı lotereyanın uduş fondunun oynanılması nəzərdə tutulduğu tarix (tirajlı lotereyalar üçün);
12.8.6. uduş fondu olduqda uduş fondunun oynanılmasında iştirak etməmiş satılmış lotereya biletlərinin dəyərinin lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsi müddəti;
12.8.7. uduş fondunun oynanılmasında iştirak etməmiş satılmış lotereya biletlərinin dəyərinin lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsinin həyata keçirildiyi yerlərin ünvanları və mövcud olan digər əlaqə məlumatları.
12.9. Təşkilatçı lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında müvafiq olaraq Nazirliyin və ya məhkəmə qərarının qəbul edilməsi barədə bildirişi aldıqda, satılmış və oynanılmamış lotereya biletlərinin yığılaraq məhv edilməsini və ya informasiya sistemində ləğv edilməsini və onların dəyərini lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsini təmin etməlidir. Lotereya biletinin sahibinin razılığı ilə lotereya biletinin dəyərinin ödənilməsi əvəzinə, ona digər lotereyada iştirak üçün eyni dəyərli lotereya bileti verilə bilər.
12.10. Təşkilatçı lotereyanın şərtlərində müəyyən olunan hallarda Nazirliyə qabaqcadan məlumat verməklə lotereyanı dayandıra və ya ona xitam verə bilər. Lotereya Təşkilatçının təşəbbüsü ilə dayandırıldıqda və ya ona xitam verildikdə bu Qaydanın 12.9-cu bəndi tətbiq olunur.
12.11. Lotereyanın dayandırılması və ya ona xitam verilməsi Təşkilatçını oynanılmış uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.
12.12. Oynanılmamış lotereya biletlərinin dəyərinin ödənilməsi müddəti bu Qaydanın 12.7-ci bəndində göstərilən elan dərc edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.
12.13. Oynanılmamış lotereya biletlərinin dəyəri bu Qaydanın 12.9-cu bəndinin tələbləri nəzərə alınmaqla, Təşkilatçı tərəfindən qəbul edildiyi (ləğv edilidyi) tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq ödənilməlidir.
Lotereyaların reklamı “Lotereyalar haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olmalıdır.
14.1. Lotereyaların təşkili və keçirilməsinə nəzarət Təşkilatçı tərəfindən təqdim edilmiş hesabatlar və Nazirlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yerində yoxlamalar əsasında həyata keçirilir.
14.2. Nazirlik tərəfindən Təşkilatçının sahibkarlıq fəaliyyətinin yoxlanılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.
15.1. Təşkilatçı aşağıdakı hesabatları (məlumatları) Nazirliyə təqdim edir:
15.1.1. tiraj komissiyasının üzvləri haqqında hesabat - uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış;
15.1.2. tirajlı lotereyada lotereya biletləri haqqında hesabat – Nazirlik tələb etdiyi təqdirdə və müvafiq dövr üzrə;
15.1.3. tirajın yekunları haqqında hesabat - tirajlı lotereyada tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq;
15.1.4. tirajın satılmamış lotereya biletlərinin məhv edilməsi (ləğv edilməsi) haqqında hesabat - tirajlı lotereyada tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq;
15.1.5. uduş fondunun oynanılmasının nəticələri haqqında tiraj komissiyası tərəfindən tərtib olunmuş aktın bir nüsxəsi - tirajlı lotereyada tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq;
15.1.6. tirajlı lotereyada uduşlu lotereya biletlərinin qəbulu haqqında hesabat - tirajlı lotereyanın keçirilməsi və həmin lotereyada uduşların ödənilməsi müddəti ərzində hər təqvim ayı bitdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq;
15.1.7. ani lotereyalar üzrə çap olunmuş və satışa buraxılmış lotereya biletləri haqqında hesabat - ani lotereyaların keçirilməsinə başlandıqdan sonra 5 (beş) iş günü ərzində;
15.1.8. ani lotereyada uduşlu lotereya biletlərinin qəbulu haqqında aylıq hesabat - ani lotereyanın keçirilməsi və həmin lotereyada uduşların ödənilməsi müddəti ərzində hər təqvim ayı bitdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq.
15.2. Tiraj komissiyasının üzvləri haqqında hesabatda aşağıdakılar göstərilir:
15.2.1. Təşkilatçının adı;
15.2.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
15.2.3. tirajın uduş fondunun oynanılması tarixi;
15.2.4. tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və iş yeri.
15.3. Tirajlı lotereyada lotereya biletləri haqqında hesabatda aşağıdakılar göstərilir:
15.3.1. Təşkilatçının adı;
15.3.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
15.3.3. tirajın uduş fondunun oynanılması tarixi və vaxtı;
15.3.4. uduş fondunun oynanılmasında iştirak edən (satılmış) lotereya biletlərinin sayı və siyahısı (Nazirlik tələb etdiyi təqdirdə və müvafiq dövr üzrə);
15.3.5. uduş fondunun oynanılmasında iştirak etməyən (satılmamış) lotereya biletlərinin sayı və siyahısı (Nazirlik tələb etdiyi təqdirdə və müvafiq dövr üzrə).
15.4. Tirajın yekunları haqqında hesabatda aşağıdakılar göstərilir:
15.4.1. Təşkilatçının adı;
15.4.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
15.4.3. tirajın uduş fondunun oynanılması tarixi və vaxtı;
15.4.4. lotereyanı yayımlayan media subyekti;
15.4.5. lotereyanın nəticələrinin dərc olunduğu/olunacağı media subyekti;
15.4.6. tiraj komissiyasının üzvləri haqqında məlumat (ad, soyad, ata adı, iş yeri);
15.4.7. uduş fondunun məbləği;
15.4.8. lotereya biletlərinin uduşlu olmasını müəyyən etmək imkanı verən ardıcıl göstəricilər (uduş fondunun oynanılması bir neçə mərhələdən ibarət olduqda, hər mərhələ üçün ayrı-ayrılıqda göstərilir);
15.4.9. uduşlu biletlərin say, Nazirlik tələb etdiyi təqdirdə və müvafiq dövr üzrə siyahısı və uduş məbləğləri.
15.5. Tirajın satılmamış lotereya biletlərinin məhv edilməsi (ləğv edilməsi) haqqında hesabatda aşağıdakılar göstərilir:
15.5.1. Təşkilatçının adı;
15.5.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
15.5.3. tirajın uduş fondunun oynanılması tarixi;
15.5.4. lotereya biletlərinin məhv edilmə (ləğv edilmə) tarixi və yeri;
15.5.5. ləğvetmə komissiyasının üzvlərinin adı, soyadı, ata adı və iş yerləri (elektron biletlər istisna olmaqla);
15.5.6. ləğv edilən lotereya biletlərinin sayı və siyahısı (Nazirlik tələb etdiyi təqdirdə və müvafiq dövr üzrə).
15.6. Tirajlı lotereyada uduşlu lotereya biletlərinin qəbulu haqqında hesabatda aşağıdakılar göstərilir:
15.6.1. Təşkilatçının adı;
15.6.2. hesabatın əhatə etdiyi dövr (hesabat ayı);
15.6.3. lotereyanın adı, növü və tirajın nömrəsi;
15.6.4. tirajın uduş fondunun oynanılması tarixi;
15.6.5. qəbul edilmiş uduşlu lotereya biletlərinin sayı, Nazirlik tələb etdiyi təqdirdə və müvafiq dövr üzrə siyahısı və uduş məbləğləri;
15.6.6. qəbul edilməmiş uduşlu lotereya biletlərinin sayı, Nazirlik tələb etdiyi təqdirdə və müvafiq dövr üzrə siyahısı və uduş məbləğləri.
15.7. Ani lotereyalar üzrə çap olunmuş və satışa buraxılmış lotereya biletləri haqqında hesabatda aşağıdakılar göstərilir:
15.7.1. Təşkilatçının adı;
15.7.2. lotereyanın adı, onun başlanılma və bitmə tarixləri;
15.7.3. çap olunmuş lotereya biletlərinin sayı və siyahısı (Nazirlik tələb etdiyi təqdirdə və müvafiq dövr üzrə).
15.8. Ani lotereyada uduşlu lotereya biletlərinin qəbulu haqqında aylıq hesabatda aşağıdakılar göstərilir:
15.8.1. Təşkilatçının adı;
15.8.2. lotereyanın adı;
15.8.3. hesabatın əhatə etdiyi dövr (hesabat ayı);
15.8.4. qəbul edilmiş uduşlu lotereya biletlərinin sayı, Nazirlik tələb etdiyi təqdirdə və müvafiq dövr üzrə siyahısı və uduş məbləğləri.
15.9. Bu Qaydanın 15.1-ci bəndində göstərilən hesabatlar Təşkilatçı tərəfindən yaradılmış elektron platforma vasitəsilə təqdim edilmədiyi halda, Təşkilatçının icra orqanının rəhbər şəxsinin və ya onun həvalə etdiyi vəzifəli şəxsin imzası və möhürü və ya gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.
15.10. Təşkilatçı tərəfindən bu Qaydanın 15.1-ci bəndində qeyd olunan hesabat və məlumatlar tələb olunan müddətə Nazirliyə təqdim olunmadıqda Təşkilatçıya Nazirlik tərəfindən 5 (beş) iş günü müddətində icrası məcburi olan yazılı göstəriş verilir. Göstərişdə 7 (yeddi) iş günü ərzində hesabatlarla birgə onların vaxtında təqdim olunmama səbəbi barədə izahat verilməsi tələb edilir.
15.11. Nazirlik tərəfindən hesabatların bu Qaydanın tələblərinə uyğunluğu yoxlanılır, çatışmazlıqlar aşkar edildikdə, hesabatlara müvafiq düzəlişlərin edilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstəriş verilir. Hesabatlardakı çatışmazlıqlar Təşkilatçıya bildirildikdən sonra 5 (beş) iş günü ərzində Təşkilatçı həmin çatışmazlıqları aradan qaldıraraq hesabatları və tələb olunan yazılı məlumatları yenidən Nazirliyə təqdim edir.
15.12. Bu Qayda qüvvəyə mindikdən sonra 6 (altı) ay ərzində Təşkilatçı Nazirlik tərəfindən nəzarət funksiyalarının yerinə yetirilməsini asanlaşdırmaq məqsədilə bu Qayda ilə Təşkilatçı tərəfindən Nazirliyə təqdim edilməsi tələb olunan hesabatların və digər məlumatların saxlanılacağı elektron platforma yaradaraq Nazirliyi həmin platformada məlumatlara baxış və axtarış rejimində çıxışla təmin edir. Nazirlik elektron platformanın fəaliyyətinə və platforma vasitəsilə müvafiq məlumatlara mütəmadi nəzarəti həyata keçirir.
15.13. Təşkilatçı tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada hesabatların təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur.
16.1. Təşkilatçı lototron avadanlığının sazlığının və dürüst istismarının təmin edilməsinə görə məsuliyyət daşıyır.
16.2. Təşkilatçı lototron avadanlığının sazlığının və dürüst istismarının təmin edilməsinə dair daxili qaydalara malik olmalıdır.
16.3. Tiraj komissiyasının üzvləri lotereyanın keçirilməsindən əvvəl daxili qaydalarla tanış olmalı və lototron avadanlığının prosedura uyğun fəaliyyət göstərdiyinə əmin olmalıdırlar.
16.4. Lotereya müvafiq əşyaların (şar, kupon və s.) ixtiyari seçiminə əsaslanaraq keçirildikdə həmin əşyalar eyni çəkidə (istehsalçının həmin məhsulla bağlı spesifikasiya sənədlərində göstərilən kənarlaşmalar istisna olmaqla), eyni həcmdə və eyni formada olmalıdır.
16.5. Hər hansı lototron avadanlığı deformasiyaya uğradıqda və ya bu Qaydanın 16.4-cü bəndində göstərilən tələblərdən fərqləndikdə həmin avadanlıq dərhal yenisi ilə dəyişdirilməli və bu dəyişiklik aktlaşdırılmalıdır.
16.6. Müvafiq əşyaları avtomatik qarışdıran avadanlıq (lototron) şəffaf plastik və ya şüşə örtüklü olmalı və qarışdırılanlar kənardan aydın görünməlidir.
16.7. Tirajlı lotereyada istifadə olunan lototron avadanlığı istifadə edilmədiyi zamanlarda növbəti istifadəyə qədər onlara müdaxilə edilməməsi üçün qapalı yerlərdə saxlanılmalı və ya plomblanmalıdır.
16.8. Plombların qoyulması və açılması Təşkilatçı tərəfindən məsul edilən şəxs tərəfindən həyata keçirilir.
16.9. Təşkilatçı “böyük dördlüyə” daxil olan audit şirkəti vasitəsilə maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun olaraq auditini həyata keçirməli və nəticələri barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin may ayının 31-dən gec olmayaraq Nazirliyə təqdim etməlidir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 5 dekabr tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qayda “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 3.2.1-ci, 3.2.3-cü, 3.2.4-cü, 7.10-cu, 8-2.2-ci, 8-2.3-cü və 10.1.7-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və lotereya təşkilatçısı (bundan sonra - Təşkilatçı) tərəfindən virtual lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkili, keçirilməsi və qeydiyyatı qaydalarını, virtual lotereyaların təşkili və keçirilməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, elektron kod formasında olan lotereya biletlərinin istifadə qaydaları və onların rekvizitləri, virtual lotereyalarla bağlı fərdi məlumatların informasiya sistemlərində əks olunmalı məlumatların siyahısı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra – Nazirlik) virtual lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatların təqdim edilməsi qaydalarını müəyyən edir.
1.2. Bu qaydada istifadə edilən “virtual lotereya” anlayışı uduşlu lotereya biletlərinin sahiblərinə uduşların təqdim edilməsi ilə müşayiət olunan və (və ya) mərc imkanları yaradan, kompüter alqoritmləri vasitəsilə keçmişdə baş vermiş real idman və digər yarışlar sırasından seçilmiş yarışlar əsasında və (və ya) kompüter alqoritmləri vasitəsilə simulyasiya edilən və ya yaradılan lotereya formasını ifadə edir.
1.3. Virtual lotereyalar virtual idman lotereyaları, virtual ani lotereyalar, virtual ədədli lotereyalar və sair növlərdə yaradıla bilər.
1.3.1. Virtual idman lotereyası - kompüter alqoritmləri vasitəsilə keçmişdə baş vermiş real idman və digər (tazı yarışları, at yarışları və s) yarışlar sırasından seçilmiş yarışlar əsasında və (və ya) kompüter alqoritmləri vasitəsilə idman və ya digər yarış formasında simulyasiya edilən və ya yaradılan virtual lotereya növüdür.
1.3.2. Virtual ani lotereya - lotereyanın iştirakçısı tərəfindən lotereyada iştirak hüququ əldə etdikdən dərhal sonra digər lotereya iştirakçılarından asılı olmadan uduşu müəyyən olunan virtual lotereya növüdür.
1.3.3. Virtual ədədli lotereya - uduş təyin edilmiş vaxtda oynanılan və kompüter alqoritmləri vasitəsilə yaradılan lotereya növüdür.
1.4. Bu Qaydada lotereya iştirakçısı dedikdə, 18 yaşına çatmış və lotereyada iştirak etmək üçün könüllü şəkildə virtual mühitdə qeydiyyatdan keçərək şəxsi kabinet açmış və ya lotereya terminalları vasitəsi ilə elektron bilet əldə etmiş şəxs nəzərdə tutulur.
1.5. Bu Qaydada istifadə edilən “elektron bilet” anlayışı elektron lotereyaların təşkili və (və ya) lotereya biletlərinin lotereya terminalları və ya virtual mühit vasitəsi ilə satışı zamanı lotereyada iştirak hüququ verən və uduşlu olduğu halda uduşa mülkiyyət hüququnu təsdiq edən elektron kodu ifadə edir.
1.6. Bu Qaydada istifadə edilən “elektron kod” anlayışı lotereya terminalları vasitəsi ilə çap olunan kağız daşıyıcıda və ya lotereya iştirakçısının virtual mühitdəki şəxsi kabinetində əks olunan və lotereya iştirakçısının oynadığı konkret lotereya oyununa dair aşağıdakı rekvizitləri özündə ehtiva edən təsadüfi seçilən rəqəm(lər)i və ya ştrix kodu ifadə edir:
1.6.1. lotereyanın adı və forması;
1.6.2. lotereyanın keçirilməsi və ya oynanılması tarixi (ani lotereya istisna olmaqla);
1.6.3. elektron biletin nömrəsi və (və ya) seriyası;
1.6.4. elektron biletin və ya bir variantın qiyməti;
1.6.5. lotereya oynanıldıqdan sonra, həmin biletin uduşlu olub-olmaması haqqında məlumat və uduşlu olduğu halda, uduşun məbləği haqqında məlumat.
1.7. Virtual lotereya oyunlarının qrafik dizaynı müəyyənləşdirilərkən qumar oyunu kartları və rulet simvollarından istifadə edilə bilməz.
2.1. Lotereyanın şərtlərində aşağıdakı məlumatlar göstərilməlidir:
2.1.1. Təşkilatçı haqqında məlumat (adı və olduğu yer);
2.1.2. lotereyanın adı və forması;
2.1.3. lotereyanın keçirilməsi müddəti;
2.1.4. lotereyanın keçirildiyi ərazi;
2.1.5. elektron biletin əldə edilməsi qaydaları haqqında məlumat;
2.1.6. lotereyanın oynanılması və uduşun müəyyən edilməsi qaydası haqqında məlumat;
2.1.7. uduşlu elektron biletlərin Təşkilatçı tərəfindən təsdiqi və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat;
2.1.8. lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsi imkanının olub-olmaması. Bu imkan olduğu halda, lotereyanın şərtlərində qeyri-pul uduşlarının pul dəyəri haqqında məlumat əks olunmalıdır.
2.2. Lotereya şərtləri Təşkilatçının icra orqanının rəhbəri tərəfindən imzalanır.
2.3. Təşkilatçı qanunla qadağan edilməyən digər məlumatları lotereyanın şərtlərinə daxil edə bilər.
2.4. Təşkilatçı lotereya iştirakçısının tələbi ilə lotereyanın şərtlərini ona təqdim etməlidir.
2.5. Təşkilatçı lotereyanın şərtlərini lotereya qeydiyyata alındıqdan sonra, elektron biletlərin satışı başlanana qədər mediada elan etməlidir.
3.1. Elektron biletdə bu Qaydanın 1.6-cı bəndində əks olunan məlumatlar ehtiva edilməlidir.
3.2. Elektron bilet müvafiq olaraq virtual mühitdə (virtual mühitdə əldə edildiyi halda) və ya lotereya satıcısına təqdim etməklə (lotereya terminalı vasitəsi ilə əldə edildiyi halda) uduşun alınması üçün istifadə olunur.
4.1. Elektron biletlərin satışını Təşkilatçı və (və ya) lotereya terminalları vasitəsi ilə satışına münasibətdə isə onunla müqavilə bağlamış satıcılar və (və ya) satıcı ilə müqavilə və ya onun tapşırığı əsasında hərəkət edən digər şəxslər (sub-satıcılar) həyata keçirir.
4.2. Təşkilatçı lotereyaların təşkili və keçirilməsi ilə bağlı məlumatların uçotunu aparmalı və bu məlumatları istifadə etdiyi informasiya sistemlərində 3 (üç) il ərzində saxlamalıdır. Uçotu aparılacaq məlumatların siyahısına ən azı aşağıdakılar daxildir:
4.2.1. uduşlu elektron biletlərin aid olduğu oyunun adı, növü, sayı, lotereyanın oynanılma tarixi, lotereya biletinin nömrəsi (əgər varsa) və (və ya) seriyası;
4.2.3. uduşu ödənilmiş elektron biletlərin aid olduğu oyunun adı, növü, sayı, lotereyanın oynanılma və uduşun ödənilmə tarixləri, elektron biletin nömrəsi (əgər varsa) və (və ya) seriyası;
4.2.4. uduşu ödənilməmiş elektron biletlərin aid olduğu oyunun adı, növü, biletlərin sayı, lotereyanın oynanılma tarixi, elektron biletinin nömrəsi (əgər varsa) və (və ya) seriyası.
4.3. Bu Qaydanın 4.2-ci bəndində qeyd olunan məlumatlar Nazirlik tərəfindən sorğu edildikdə Təşkilatçı həmin məlumatları 10 (on) iş günü ərzində Nazirliyə təqdim etməlidir.
4.4. Elektron biletlər lotereya keçirilənədək Təşkilatçıya qaytarıldıqda, lotereya şərtlərinə uyğun olaraq müvafiq elektron bilet qəbul edilərək ləğv edilə bilər və ya geri qəbul olunmaya bilər.
5.1. Təşkilatçı virtual lotereyaların təşkili və keçirilməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemləri vasitəsilə həyata keçirir.
5.2. Elektron bilet (lotereya terminalları vasitəsi ilə əldə olunan elektron biletlər istisna olmaqla) əldə etmək istəyən 18 yaşı tamam olmuş şəxslər informasiya sisteminə istifadəçi adını, şifrəni və bu Qaydanın 5.4.1-ci və 5.4.2-ci bəndlərində qeyd edilən fərdi məlumatlarını daxil edərək şəxsi kabinet yaradır.
5.2.1. Şəxsi kabinet hər bir lotereya iştirakçısının fərdi məlumatlarının, habelə virtual mühitdə sərəncamında olan pul vəsaitinin dövriyyəsi, aldığı biletlərin dəyəri, əldə etdiyi uduşlar (mükafatlar), eləcə də lotereya iştirakçısının Təşkilatçı ilə bağladığı müqaviləyə uyğun olaraq digər məlumatlarının əks olunduğu, təhlükəsizliyinin Təşkilatçı tərəfindən təmin edildiyi, elektron pul kisəsi funksionallığı (“pay” funksiyası) olmayan, virtual mühitin tərkib hissəsi olan, lotereya iştirakçısının istifadəsinə verilən elektron səhifədir.
5.3. 18 yaşına çatmamış şəxslər tərəfindən şəxsi kabinet yaradıla bilməz. Lotereya iştirakçısının fərdi məlumatlarında dəyişikliklər baş verərsə, lotereya iştirakçısı həmin məlumatların yenilənməsi vəzifəsini daşıyır.
5.4. İnformasiya sistemində əks olunmalı məlumatların siyahısı aşağıdakı kimidir:
5.4.1. lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu;
5.4.2. lotereya iştirakçısının mobil nömrəsi və ya elektron poçt ünvanı;
5.4.3. lotereya iştirakçısının Təşkilatçı ilə bağladığı müqavilə.
5.5. Təşkilatçı virtual mühit vasitəsi ilə qeydiyyatdan keçmiş lotereya iştirakçısı barəsində əldə etmiş olduğu fərdi məlumatların təhlükəsizliyini təmin etməli, qanunla və lotereya iştirakçısı ilə bağlanmış müqavilədə nəzərdə tutulmuş hallar istisna olmaqla digər şəxslərə verməməlidir.
5.6. Lotereya iştirakçılarının şəxsi kabinetində müvafiq olaraq aşağıdakı məlumatlar əks olunmalı və imkanlar nəzərdə tutulmalıdır:
5.6.1. hər bir lotereya iştirakçısı üçün şəxsi kabinetin yaradılması, o cümlədən “istifadəçi adı” və “şifrə”nin müəyyən edilməsi və dəyişdirilməsi, unudulmuş şifrənin bərpa edilmə mexanizmi;
5.6.2. lotereya iştirakçısı tərəfindən elektron biletlərinin seçilməsi, alınması və virtual mühitdə aldığı elektron biletlərinin uduşlu olub-olmamasının yoxlanılması;
5.6.3. lotereya iştirakçısının istəyi ilə virtual mühitdə aldığı elektron biletlər üzrə uduşun (uduşların) iştirakçının qeyd etdiyi bank hesabına köçürülməsi;
5.6.4. lotereya iştirakçısı tərəfindən şəxsi kabinetdən edilmiş ödənişlərlə bağlı məlumatlar və virtual mühitdə iştirak etdiyi lotereyalara dair məlumatlar.
5.7. Şəxsi kabinet yaradılarkən Təşkilatçı ilə lotereya iştirakçısı arasında müqavilə elektron qaydada bağlanır. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan lotereya iştirakçısı tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa imkan verən formada hazırlanmalıdır. Müqavilə lotereya iştirakçısının dialoq pəncərəsində “Qəbul edirəm” seçməklə qəbul edilmiş və bağlanmış sayılır.
5.8. Təşkilatçı hər bir lotereya iştirakçısının şəxsi kabinetində apardığı əməliyyatların tarixçəsinin ən azı bir il ərzində saxlanılmasını təmin etməlidir.
5.9. Lotereya iştirakçılarının şəxsi kabineti lotereya iştirakçısı tərəfindən şəxsi kabinetdən edilmiş ödənişlərlə bağlı məlumatların və alınmış lotereya biletlərinin nüsxəsinin onun elektron poçt ünvanına göndərilməsi və ya şəxsi kabinetində əks etdirilməsi, eləcə də lotereya iştirakçısının istəyi ilə balansında olan pul vəsaitinin onun bank hesabına köçürülməsi imkanlarına malik olmalıdır.
5.10. Təşkilatçı elektron sistemə nəzarətin təmin edilməsi məqsədi ilə lotereyanın adı, forması, lotereyanın oynanılması tarixi və hər bir lotereya üzrə ödənilmiş uduşlar haqqında məlumatı istifadə etdiyi informasiya sistemində elektron formada 3 (üç) il ərzində saxlamalıdır. Qeyd olunan məlumatlar Nazirlik tərəfindən sorğu edildikdə Təşkilatçı həmin məlumatları 10 (on) iş günü ərzində Nazirliyə təqdim etməlidir.
5.11. Əgər Təşkilatçı lotereya iştirakçısının Qanuna, bu Qaydaya və ya Təşkilatçı ilə bağladığı müqavilə şərtlərinə zidd fəaliyyətini aşkar edərsə, həmin lotereya iştirakçısının şəxsi kabinetə girişini bağlaya bilər.
5.12. Virtual ani lotereyaların təşkili zamanı kompüter alqoritmləri lotereyanın qüvvədə olan müddəti ərzində uduşun minimum həcminin oyunlarda iştirak edən elektron lotereya biletlərinin ümumi dəyərinin 50%-dən az olmamasını təmin etməlidir.
6.1. Lotereya şərtlərinə uyğun olaraq müəyyən edilmiş hər bir uduşlu elektron bilet sahibinə ödənilməli uduş məbləği əvvəlcədən elan edilən əmsala uyğun olaraq və (və ya) kompüter alqoritmi ilə müəyyən edilən uduş ehtimalları əsasında lotereya şərtlərində müəyyən olunan qaydada hesablanır.
6.2. Təşkilatçı uduşların lotereya iştirakçısına əvvəlcədən ödənilmiş kartlar vasitəsilə ödəmək istədikdə, belə ödənişlər “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” əsasında həyata keçirilir.
6.3. Uduşun lotereya iştirakçısının şəxsi kabinetində balansında əks olunduğu hallar istisna olmaqla, Təşkilatçı ilə müqavilə bağlamış satıcı uduşların verilməsi (ödənilməsi) üçün uduşun lotereyanın şərtlərində göstərilmiş qəbul müddəti ərzində lotereya iştirakçılarının ilk tələbi ilə qəbul etməlidir.
6.4. Virtual mühitdə əldə olunan elektron bilet uduşa düşdüyü halda, bu haqda məlumat lotereya iştirakçısının şəxsi kabinetində əks olunur. Lotereya iştirakçısı şəxsi kabinet vasitəsilə uduşa düşmüş vəsaitin ona bank vasitəsilə köçürülməsi üçün zəruri məlumatları informasiya sisteminə daxil etməlidir.
6.5-1. Lotereya təşkilatçısı terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.
6.6. Uduş Təşkilatçı tərəfindən uduşlu elektron bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir (ödənilməlidir).
6.7. Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda, lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul dəyərinin ödənilməsinə yol verilir. Bu halda lotereyanın şərtlərində qeyri-pul uduşlarının pul dəyəri müəyyən edilməlidir.
6.8. Lotereya iştirakçısının bir neçə oyunda iştirak edən uduşlu bileti varsa, o zaman biletin iştirak hüququ son oyuna qədər qalır və uduş son oyundan sonra ödənilir.
7.1. Lotereyanın qeydiyyata alınması üçün Təşkilatçı həmin lotereyanın ilk oyunun keçirilməsinə azı 10 (on) iş günü qalmış Nazirliyə aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim edir:
7.1.1. lotereyanın qeydiyyata alınması üçün ərizə. Ərizədə Təşkilatçının adı, olduğu yer, lotereyanın adı və forması göstərilməlidir;
7.1.2. lotereyanın şərtləri;
7.1.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;
7.1.4. son maliyyə ili üzrə, bir ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə təsdiq edilmiş maliyyə hesabatları (lotereyanın ilk dəfə qeydiyyata alınması halı istisna olmaqla).
7.2. Nazirlik lotereyanın şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə ərizədə (bildirişdə) və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və imtinaya (qadağaya) səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, onları təqdim edildiyi tarixdən etibarən 7 (yeddi) iş günü müddətində Təşkilatçıdan tələb etmək hüququna malikdir. Bu halda lotereyanın qeydiyyatı barədə qərarın qəbul edilməsi müddətinin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müddətin axımı bərpa olunur.
7.3. Bu Qaydanın 7.1-ci bəndində göstərilən sənədlər Nazirliyə təqdim edildiyi tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq o, lotereyanın qeydiyyata alınması və ya bundan imtina barədə qərar qəbul edib, bu barədə Təşkilatçıya məlumat təqdim etməlidir.
7.4. Nazirlik aşağıdakı əsaslarla lotereyanın qeydiyyata alınmasından imtina edir:
7.4.1. bu Qaydanın 7.1-ci bəndində (bu Qaydanın 7.2-ci bəndi ilə müəyyən edilmiş hal nəzərə alınmaqla) göstərilən sənədlər Nazirliyə tam şəkildə təqdim edilmədikdə;
7.4.2. ərizəyə (bildirişə) və ona əlavə olunmuş sənədlərə Qanunun tələblərinə cavab verməyən və ya təhrif olunmuş məlumatlar daxil edildikdə;
7.4.3. Təşkilatçı Nazirliyə onunla bağlı qəbul etdiyi Qanunla müəyyən olunmuş icrası məcburi göstərişləri icra etmədən yeni lotereyanın keçirilməsi ilə bağlı müraciət etdikdə.
7.5. Təşkilatçı lotereyanın şərtlərində dəyişikliklər edilməsindən və ya qeydiyyata alınmasından imtina barədə qərardan, habelə keçirilməsinin qadağan edilməsindən inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
7.6. Qeydiyyata alınmamış lotereyaların keçirilməsinə yol verilmir.
7.7. Təşkilatçı Nazirliyə təqdim etdiyi sənədlərdə olan məlumatların tamlığına və düzgünlüyünə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
7.8. Bu Qayda qüvvəyə mindikdən sonra qeydiyyata alınan virtual lotereyaların qüvvədə olma müddəti 12 (on iki) aydır. Bu müddətin bitməsinə 1 (bir) ay qalmış Tərəflərdən hər hansı biri lotereyanın dayandırılması barədə niyyətini bəyan etməzsə, (bu Qaydanın 7.9-cu bəndində göstərilən monitorinqin nəticəsindən asılı olan hallar istisna olmaqla) müddət avtomatik olaraq növbəti 12 (on iki) aylıq müddətə uzadılır.
7.9. Nazirlik virtual lotereyaların qüvvədə olma müddətinin bitməsinə 1 (bir) ay qalmış müddətin uzadılması üçün lotereyaların qanunvericiliyə uyğun şəkildə təşkil edilib-edilməməsini müəyyənləşdirmək məqsədilə monitorinq aparır.
8.1. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir.
8.2. Lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün Təşkilatçı dəyişilmiş şərtlərlə keçiriləcək ilk oyun tarixinə azı 7 (yeddi) iş günü qalmış yazılı və ya elektron formada Nazirliyə müraciət edərək aşağıdakı sənədləri təqdim edir:
8.2.1. lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi üçün ərizə. Ərizədə Təşkilatçının adı, olduğu yer, lotereyanın adı və forması, habelə həmin əlavə və (və ya) dəyişikliklərin qüvvəyə minməsi tarixi göstərilməlidir;
8.2.2. lotereya şərtlərinin yeni redaksiyası.
8.3. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət Nazirliyə daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq Nazirlik lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi və ya bundan imtina haqqında qərar qəbul edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq Təşkilatçıya təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
8.4. Nazirlik lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsindən aşağıdakı əsaslarla imtina edir:
8.4.1. bu Qaydanın 8.2-ci bəndində göstərilən sənədlər Nazirliyə tam şəkildə təqdim edilmədikdə;
8.4.2. qanunvericiliyin dəyişilməsi nəticəsində edilməli dəyişikliklər istisna olmaqla, Nazirliyə təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyə zidd olan, o cümlədən lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasının dəyişməsinə təsir göstərən, lotereyanın uduşunun həcmini azaldan müddəalar daxil edildikdə.
8.5. Təşkilatçı lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklər haqqında məlumatı lotereyanın oynanılması tarixinə azı 3 (üç) iş günü qalmış mediada elan etməlidir.
9.1. Bu Qaydanın 9.3-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, Qanunun və Qanuna uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin və ya lotereyanın şərtlərinin Təşkilatçı tərəfindən pozulması aşkar edildikdə, Nazirlik həmin pozuntuların aradan qaldırılmasına dair ona yazılı bildiriş göndərir.
9.2. Təşkilatçı bildirişi aldığı tarixdən etibarən 20 (iyirmi) iş günü ərzində aşkar edilmiş pozuntuları aradan qaldırmalı və bu barədə Nazirliyə məlumat verməlidir.
9.3. Nazirlik aşağıdakı hallarda lotereyanın keçirilməsini dayandırır:
9.3.1. bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulmuş bildirişin icrası məhkəmə tərəfindən və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırıldığı və ya bildiriş ləğv edildiyi hallar istisna olmaqla, Təşkilatçı həmin göstərişi müəyyən edilmiş müddətdə icra etmədikdə;
9.3.2. lotereyanın təşkili və keçirilməsi zamanı törətmiş olduğu dələduzluq, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə görə Təşkilatçının vəzifəli şəxsinə qarşı cinayət işi başlandıqda;
9.3.3. lotereyanın təşkilinə və ya keçirilməsinə qanunsuz müdaxilə (uduş şansının dəyişdirilməsinə səbəb olan müdaxilə) aşkar edildikdə;
9.3.4. lotereya şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halları aşkar edildikdə;
9.3.5. lotereyanın təşkili və keçirilməsi ictimai qayda və sosial sabitliyin təmin edilməsinə zərər vurduqda və ya zərər vurma təhlükəsi yaratdıqda.
Qeyd: “əhəmiyyətli dərəcədə pozulma” dedikdə 1000 və ya daha çox lotereya iştirakçısının hüquqlarının pozulması və ya pozuntu (pozuntular) nəticəsində iştirakçılara dəyən zərərin ümumi məbləğinin 100 000 (yüz min) manat və daha artıq təşkil etməsi başa düşülür.
9.4. Nazirlik bu Qaydanın 9.6-cı bəndi ilə müəyyən edilmiş müddət ərzində lotereyanın dayandırılması üçün əsas olan pozuntuların aradan qaldırılması və zərərin ödənilməsi (olduğu halda) barədə Təşkilatçıdan məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq lotereyanın dayandırılması barədə qərarını ləğv edir və lotereyanın bərpa edilməsi barədə Təşkilatçıya yazılı bildiriş göndərir.
9.5. Bu Qaydanın 9.3.2-ci bəndi üzrə barəsində cinayət işi başlanılmış Təşkilatçının vəzifəli şəxsi ilə əmək münasibətlərinə xitam verildikdə və ya həmin şəxs vəzifədən kənarlaşdırıldıqda, habelə bu Qaydanın 9.3.4-cü bəndi üzrə əhəmiyyətli dərəcədə vurulmuş zərər ödənildikdə, lotereyanın dayandırılması üçün əsas olan pozuntular aradan qaldırılmış hesab olunur.
9.6. Təşkilatçı lotereyanın dayandırılması haqqında Nazirliyin qərarını aldığı tarixdən 30 (otuz) iş günü ərzində bu Qaydanın 9.3-cü bəndində nəzərdə tutulmuş lotereyanın dayandırılmasına səbəb olan halları aradan qaldırmadıqda və ya bu barədə məlumatı təqdim etmədikdə, Nazirlik lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldırır.
9.7. Təşkilatçı lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə müvafiq olaraq Nazirliyin və ya məhkəmə qərarının qəbul edilməsi barədə bildirişi aldıqda, bu barədə məlumatı mediada dərhal elan etməlidir.
9.8. Lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə Təşkilatçı tərəfindən verilən elanda aşağıdakılar göstərilməlidir:
9.8.1. Təşkilatçının adı;
9.8.2. lotereyanın adı, forması və növü;
9.8.3. lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən qurumun/məhkəmənin adı;
9.8.4. lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas;
9.8.5. satılmış lakin oynanılmamış elektron biletlərin dəyərinin elektron biletlərin sahiblərinin ilk tələbi ilə ödənilməsi müddəti;
9.8.6. satılmış lakin oynanılmamış elektron biletlərin dəyərinin elektron biletlərin sahiblərinin ilk tələbi ilə ödənilməsinin həyata keçirildiyi yerlərin ünvanları və mövcud olan digər əlaqə məlumatları.
9.9. Təşkilatçı lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında müvafiq olaraq Nazirliyin və ya məhkəmə qərarının qəbul edilməsi barədə bildiriş aldıqda, satılmış və oynanılmamış elektron biletlərin informasiya sistemində ləğv edilməsini və onların dəyərini elektron biletlərin sahiblərinin ilk tələbi ilə ödənilməsini təmin etməlidir. Elektron biletin sahibinin razılığı ilə elektron biletin dəyərinin ödənilməsi əvəzinə, ona digər lotereyada iştirak üçün eyni dəyərli elektron bilet verilə bilər.
9.10. Təşkilatçı lotereyanın şərtlərində müəyyən olunan hallarda Nazirliyə qabaqcadan məlumat verməklə lotereyanı dayandıra və ya ona xitam verə bilər. Lotereya Təşkilatçının təşəbbüsü ilə dayandırıldıqda və ya ona xitam verildikdə bu Qaydanın 9.9-cu bəndi tətbiq olunur.
9.11. Lotereyanın dayandırılması və ya ona xitam verilməsi Təşkilatçını oynanılmış uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.
9.12. Oynanılmamış elektron biletlərin dəyərinin ödənilməsi müddəti bu Qaydanın 9.8-ci bəndində göstərilən elan dərc edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.
9.13. Oynanılmamış elektron biletlərin dəyəri bu Qaydanın 9.9-cu bəndinin tələbləri nəzərə alınmaqla, Təşkilatçı tərəfindən qəbul edildiyi (ləğv edildiyi) tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq ödənilməlidir.
Lotereyaların reklamı “Lotereyalar haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olmalıdır.
11.1. Lotereyaların təşkili və keçirilməsinə nəzarət Təşkilatçı tərəfindən təqdim edilmiş hesabatlar və Nazirlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yerində yoxlamalar əsasında həyata keçirilir.
11.2. Nazirlik tərəfindən Təşkilatçının sahibkarlıq fəaliyyətinin yoxlanılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.
12.1. Təşkilatçı ay ərzində keçirilmiş oyunların yekunları haqqında hesabatı növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Nazirliyə təqdim edir.
12.2. Ay ərzində keçirilmiş oyunların yekunları haqqında hesabatda aşağıdakılar göstərilir:
12.2.1. Təşkilatçının adı;
12.2.2. lotereyaların adı və növü;
12.2.4. hər oyun növü üzrə uduşun məbləği;
12.2.5. əgər varsa, biletlərin uduşlu olmasını müəyyən etmək imkanı verən ardıcıl göstəricilər (uduşun oynanılması bir neçə mərhələdən ibarət olduqda, hər mərhələ üçün ayrı-ayrılıqda göstərilir);
12.2.6. hər növ üzrə oyunlarda iştirak edən (satılmış) biletlərin sayı;
12.2.7. uduşlu biletlərin ümumi sayı və uduş məbləğləri;
12.2.8. bir neçə oyunda iştirak edən uduşlu biletlər haqqında məlumat.
12.3. Bu Qaydanın 12.1-ci bəndində göstərilən hesabat Təşkilatçı tərəfindən yaradılmış elektron platforma vasitəsilə təqdim edilmədiyi halda, Təşkilatçının icra orqanının rəhbər şəxsinin və ya onun həvalə etdiyi vəzifəli şəxsin imzası və möhürü və ya gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.
12.4. Təşkilatçı tərəfindən bu Qaydanın 12.1-ci bəndində qeyd olunan hesabat tələb olunan müddətə Nazirliyə təqdim olunmadıqda Təşkilatçıya Nazirlik tərəfindən 5 (beş) iş günü müddətində icrası məcburi olan yazılı göstəriş verilir. Göstərişdə 7 (yeddi) iş günü ərzində hesabatla birgə onların vaxtında təqdim olunmama səbəbi barədə izahat verilməsi tələb edilir.
12.5. Nazirlik tərəfindən hesabatın bu Qaydanın tələblərinə uyğunluğu yoxlanılır, çatışmazlıqlar aşkar edildikdə, hesabata müvafiq düzəlişlərin edilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstəriş verilir. Hesabatdakı çatışmazlıqlar Təşkilatçıya bildirildikdən sonra 5 (beş) iş günü ərzində Təşkilatçı həmin çatışmazlıqları aradan qaldıraraq hesabatı və tələb olunan yazılı məlumatı yenidən Nazirliyə təqdim edir.
12.6. Bu Qayda qüvvəyə mindikdən sonra 6 (altı) ay ərzində Təşkilatçı Nazirlik tərəfindən nəzarət funksiyalarının yerinə yetirilməsini asanlaşdırmaq məqsədilə bu Qayda ilə Təşkilatçı tərəfindən Nazirliyə təqdim edilməsi tələb olunan hesabatların və digər məlumatların saxlanılacağı elektron platforma yaradaraq Nazirliyi həmin platformada məlumatlara baxış və axtarış rejimində çıxışla təmin edir. Nazirlik elektron platformanın fəaliyyətinə və platforma vasitəsilə müvafiq məlumatlara mütəmadi nəzarəti həyata keçirir.
12.7. Təşkilatçı tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada hesabatın təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur.
13.1. Bu Qayda qüvvəyə mindikdən sonra 1 (bir) il ərzində Təşkilatçı özü tərəfindən və ya onun sifarişi əsasında yaradılmış virtual lotereya oyunlarını simulyasiya edən proqramlar üçün informasiya texnologiyaları üzrə aşağıdakı effektiv nəzarət mexanizmlərini yaratmalıdır:
13.1.1. sistem inkişafının funksional prosesi üzrə nəzarət mexanizmləri;
13.1.2. sistemlərin dayanıqlılığı və məlumatların ehtiyat surəti və bərpası üzrə nəzarət mexanizmləri;
13.1.3. kibertəhlükəsizliyin qorunmasına nəzarət mexanizmləri;
13.1.4. məlumat mərkəzinin fiziki təhlükəsizliyinə nəzarət mexanizmləri.
13.2. Təşkilatçı kritik virtual lotereyaların informasiya sistemlərinin bu Qaydanın 13.1-ci bəndində qeyd olunan ümumi İT riskləri və nəzarət mexanizmlərinə uyğun şəkildə qurulmaması, sazlığının və dürüst istismarının təmin edilməməsi nəticəsində dəyən zərərə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
13.3. Təşkilatçı bu Qaydanın 13.1-ci bəndində göstərilən tələblərə dair daxili qaydalara malik olmalı və Təşkilatçının məsul şəxsi tərəfindən kritik virtual lotereyaların informasiya sistemlərin daxili qaydalara uyğun fəaliyyət göstərdiyi vaxtaşırı yoxlanılmalıdır.
13.4. Təşkilatçı “böyük dördlüyə” daxil olan audit şirkəti vasitəsilə maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun olaraq maliyyə auditini həyata keçirməli və nəticələri barədə məlumatı hesabat ili başa çatdıqdan sonra növbəti ilin may ayının 31-dən gec olmayaraq Nazirliyə təqdim etməlidir.
13.5. Bu Qayda qüvvəyə mindikdən sonra 18 (on səkkiz) ay ərzində kritik virtual lotereyaların informasiya sistemlərinin Beynəlxalq Standartlaşdırma Təşkilatının Beynəlxalq Elektrotexnika Komissiyasının Standartına (ISO/IEC) və ya Ümumdünya Lotereya Assosiasiyasının Təhlükəsizliyə Nəzarət (WLA-SCS) standartına uyğun olaraq auditini həyata keçirməlidir və sertifikat əldə etməlidir.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2022-ci il 5 dekabr tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qayda “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 3.2.4-cü, 7.10-cu və 10.1.7-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və lotereya təşkilatçısı (bundan sonra – Təşkilatçı) tərəfindən stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi ilə bağlı nəzarətin həyata keçirilməsi, digər məlumat daşıyıcıları və ya elektron kod formasında olan lotereya biletlərinin istifadə qaydaları və onların rekvizitləri və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra – Nazirlik) stimullaşdırıcı lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatların təqdim edilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Qayda iştirakçıların bilik və bacarığına əsaslanan müsabiqələrin təşkili və keçirilməsi hallarına şamil edilmir.
1.3. Bu Qaydada “lotereya bileti” anlayışı lotereyada iştirak hüququ verən, uduşlu olduğu halda uduş fondunun müəyyən hissəsinə və (və ya) uduşa mülkiyyət hüququnu təsdiq edən sənədi, ona bərabər tutulan digər məlumat daşıyıcısını və ya elektron kodu ifadə edir.
1.4. Bu Qaydada istifadə edilən “digər məlumat daşıyıcısı” anlayışı stimullaşdırıcı lotereyanın obyekti olan malın (işin, xidmətin) alıcısına (istifadəçisinə) lotereyada iştirak hüququ verən, uduşlu olduğu halda iştirakçının uduş fondunun müəyyən hissəsinə və (və ya) uduşa mülkiyyət hüququnu təsdiq edən hər hansı bir etiketi, ödəniş çeklərini, əməliyyat nömrəsinin əks olunduğu daşıyıcını və ya elektron kodu ifadə edir.
1.5. Bu Qaydada istifadə edilən “elektron kod” anlayışı kağız daşıyıcıda və ya lotereya iştirakçısının virtual mühitdəki şəxsi kabinetində əks olunan və lotereya iştirakçısının oynadığı konkret lotereya oyununa dair aşağıdakı rekvizitləri özündə ehtiva edən təsadüfi seçilən rəqəm(lər)i və ya ştrix kodu ifadə edir:
1.5.1. lotereyanın adı və forması;
1.5.2. lotereyanın keçirilməsi və ya oynanılması tarixi;
1.5.3. lotereya biletinin nömrəsi və (və ya) seriyası;
1.5.4. lotereya oynanıldıqdan sonra, həmin biletin uduşlu olub-olmaması haqqında məlumat və uduşlu olduğu halda, uduşun məbləği haqqında məlumat.
1.6. Bu Qayda virtual lotereyalara tətbiq olunmur.
2.1. Lotereyanın şərtlərinin təsdiq edilməsi haqqında qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiq edilir və lotereyanın şərtləri ilə birlikdə təqdim edilir.
2.2. Lotereyanın şərtlərində aşağıdakılar göstərilməlidir:
2.2.1. Təşkilatçı haqqında məlumat (adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer və əlaqə vasitələri);
2.2.2. lotereyanın adı və forması;
2.2.3. lotereyanın keçirilmə müddəti;
2.2.4. lotereyanın keçirildiyi ərazi;
2.2.5. lotereya biletinin sənəd, ona bərabər tutulan məlumat daşıyıcıları və ya elektron kod formasında olması və onların əldə edilməsi qaydaları haqqında məlumat;
2.2.6. lotereyanın uduş fondu haqqında məlumat (lotereyanın (hər tirajın) uduş fonduna daxil olan hər bir uduşun adı və miqdarı, yaxud yalnız pul vəsaitlərindən ibarət olan uduş fondunun uduşlara bölgüsü aparılmadan ümumi məbləği) (əgər tətbiq olunursa);
2.2.7. lotereyanın oynanılması və uduşun müəyyən edilməsi qaydaları (tarix(lər)i daxil olmaqla) haqqında məlumat;
2.2.8. uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu (elektron biletlər üzrə təsdiqi) və uduşların verilməsi (ödənilməsi) müddəti və qaydası haqqında məlumat;
2.2.9. lotereyanın şərtlərində nəzərdə tutulduğu halda qeyri-pul uduşlarının pul dəyəri haqqında məlumat;
2.2.10. Təşkilatçı tərəfindən uduş fonduna əlavə vəsaitin qoyulmasının və həmin vəsaitin udulmamış hissəsinin geri götürülməsinin mümkün olub-olmaması haqqında məlumat.
2.3. Təşkilatçı qanunla qadağan edilməyən digər məlumatları lotereyanın şərtlərinə daxil edə bilər.
2.4. Stimullaşdırıcı lotereyada iştirak etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına yol verilmir.
3.1. Lotereya biletlərində (onlara bərabər tutulan digər məlumat daşıyıcılarında) aşağıdakı məlumatlar göstərilməlidir:
3.1.1. Təşkilatçının adı və ya loqosu;
3.1.2. lotereyanın adı və forması, o cümlədən "stimullaşdırıcı lotereya" sözləri;
3.1.3. lotereya biletinin nömrəsi və (və ya) seriyası (digər məlumat daşıyıcılarında və elektron kod formasında olan lotereya biletlərində isə identifikasiya nömrəsi və ya ştrix kod);
3.1.4. tirajın uduş fondunun oynanılması tarixi;
3.1.5. lotereya iki və daha artıq sayda tirajdan ibarət olduqda, lotereya biletinin istifadə edildiyi tirajın sıra nömrəsi (lotereya bileti ilə bir neçə tirajın uduş fondlarının oynanılmasında iştirak hüququnun təsbit olunduğu hallar istisna olmaqla);
3.1.6. bu Qaydanın 3.5-ci bəndində qeyd olunmuş məlumatların əldə oluna biləcəyi mənbə.
3.2. Lotereya biletlərində bu Qaydanın 3.1-ci bəndində qeyd edilən məlumatları tam əks etdirmək mümkün olmadıqda həmin məlumatlar lotereya iştirakçılarına kağız daşıyıcılarda və ya elektron formada (elektron poçt ünvanına və ya mobil nömrəyə məlumatın göndərilməsi yolu ilə) təqdim edilməlidir.
3.3. Lotereya biletlərində göstərilən məlumatlar həmin lotereyanın şərtlərində göstərilən məlumatlara uyğun olmalıdır.
3.4. Lotereya biletləri onların istifadə edildiyi lotereyanın (tirajın) eyniləşdirilməsinə, həmçinin onların uduşlu olub-olmamasının müəyyən edilməsinə imkan verməlidir.
3.5. Bu Qaydanın 3.1-ci bəndində sadalanan məlumata əlavə olaraq, lotereya haqqında aşağıdakı məlumatlar Təşkilatçının internet səhifəsində əks olunmalıdır:
3.5.1. lotereyanın uduş fondu haqqında məlumat (əgər tətbiq olunursa);
3.5.2. lotereyanın uduş fondunun oynanılması və ya uduşun müəyyən edilməsi şərtləri haqqında məlumat;
3.5.3. uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbul müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat;
3.5.4. lotereyanın keçirilmə hüququnun verilməsihaqqında məlumat.
4.1. Təşkilatçı lotereyanın keçirilməsinin başlanmasına azı 20 (iyirmi) iş günü qalmış bu Qaydanın 4.2-ci bəndinin tələbləri nəzərə alınmaqla, Nazirliyə aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir:
4.1.1. lotereyanı keçirmək niyyətində olduğu barədə bildiriş (bildirişdə Təşkilatçının adı, olduğu yer, lotereyanın adı və növü göstərilməlidir) (Əlavə № 1);
4.1.2. lotereyanın şərtləri;
4.1.3. lotereyada istifadə olunacaq lotereya biletinin (elektron kod formasında olan lotereya biletləri istisna olmaqla) nümunəsi;
4.1.4. Təşkilatçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
4.1.5. Təşkilatçının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti;
4.1.6. stimullaşdırıcı lotereya tapşırıq müqaviləsinə əsasən keçirildiyi halda həmin müqavilənin lotereyanın keçirilməsini tapşıran şəxs tərəfindən təsdiq edilmiş surəti;
4.1.7. stimullaşdırıcı lotereyanın obyekti (satışı stimullaşdırıcı lotereya ilə müşayiət olunan mal (iş, xidmət)) barədə məlumat.
4.2. Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar Təşkilatçıdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi Təşkilatçının razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya Təşkilatçı tərəfindən təmin edilir.
4.3. Bu Qaydanın 4.1.4-cü və 4.1.5-ci yarımbəndlərində göstərilən sənədlərin surətinin (bu sənədlərdə baş vermiş dəyişikliklərin olması halları istisna olmaqla) eyni Təşkilatçı tərəfindən sonrakı stimullaşdırıcı lotereyaların keçirilməsi məqsədilə edilən müraciətlər zamanı təqdim edilməsi tələb olunmur.
4.4. Nazirlik lotereya şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə ərizədə (bildirişdə) və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və imtinaya (qadağaya) səbəb olmayan çatışmazlıqlar aşkar etdikdə, onları təqdim edildiyi tarixdən etibarən 7 (yeddi) iş günü müddətində Təşkilatçıdan tələb edə bilər. Bu halda lotereyanın keçirilmə hüququnun verilməsi barədə qərarın qəbul edilməsi müddətinin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müddətin axımı bərpa olunur.
4.5. Bu Qaydanın 4.1-ci bəndində göstərilən sənədlər Nazirliyə təqdim edildiyi tarixdən 15 (on beş) iş günündən gec olmayaraq o, stimullaşdırıcı lotereyanın keçirilməsini qadağan edə bilər. Bu müddət ərzində stimullaşdırıcı lotereyanın keçirilməsi qadağan olunmadıqda, Təşkilatçı lotereyanı keçirmək hüququnu əldə edir.
4.6. Nazirlik aşağıdakı əsaslarla stimullaşdırıcı lotereyanın keçirilməsini qadağan edə bilər:
4.6.1. bu Qaydanın 4.1-ci bəndində (bu Qaydanın 4.4-cü bəndi ilə müəyyən edilmiş hal nəzərə alınmaqla) göstərilən sənədlər Nazirliyə tam şəkildə təqdim edilmədikdə(bu Qaydanın 4.2-ci bəndinin tələbləri nəzərə alınmaqla);
4.6.2. bildirişə və ona əlavə olunmuş sənədlərə bu Qaydanın tələblərinə cavab verməyən və ya təhrif olunmuş məlumatlar daxil edildikdə;
4.6.3. Təşkilatçı Nazirliyin onunla bağlı qəbul etdiyi Qanunla müəyyən olunmuş icrası məcburi göstərişləri icra etmədən, yeni lotereyanın keçirilməsi ilə bağlı müraciət etdikdə;
4.6.4. Təşkilatçının keçirdiyi stimullaşdırıcı lotereyanı keçirməsinə məhkəmə tərəfindən xitam verildiyi tarixdən 6 (altı) aydan az vaxt keçdikdə.
4.7. Təşkilatçı lotereyanın şərtlərində əlavə və (və ya) dəyişikliklər edilməsindən imtina edilməsi barədə qərardan, habelə lotereyanın keçirilməsinin qadağan edilməsindən inzibati və ya məhkəmə qaydasında şikayət edə bilər.
4.8. Keçirilməsi qadağan olunmuş, habelə keçirilmə hüququ əldə olunmamış stimullaşdırıcı lotereyaların keçirilməsinə yol verilmir.
4.9. Təşkilatçı lotereya başlamazdan əvvəl onun şərtlərini mediada elan etməlidir.
4.10. Təşkilatçı satışı lotereya ilə stimullaşdırılan malı (işi, xidməti) əldə etmək, habelə lotereyada iştirak etmək barədə təkliflərdə, o cümlədən uduş əldə etmək imkanının ifadə olunduğu təkliflərdə lotereya şərtlərinin və ya onlarla tanış olmaq üçün mümkün olan yerlərin göstərilməsini, yaxud bu barədə məlumatı əldə etmək üçün istinadın verilməsini təmin etməlidir.
5.1. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir. Təşkilatçı tərəfindən lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə yalnız Nazirliyin icazəsi ilə yol verilir.
5.2. Lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsinə icazə almaq üçün Təşkilatçı dəyişilmiş şərtlərlə keçiriləcək ilk oyun tarixinə azı 7 (yeddi) iş günü qalmış Nazirliyə aşağıdakıları təqdim etməlidir:
5.2.1. lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi üçün ərizə. Ərizədə Təşkilatçının adı, olduğu yer, lotereyanın adı və forması, lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi haqqında qərarın tarixi və nömrəsi, habelə həmin əlavə və (və ya) dəyişikliklərin qüvvəyə minməsi tarixi göstərilməlidir;
5.2.2. lotereya şərtlərinə əlavə və (və ya) dəyişikliklərin Təşkilatçının möhürü ilə təsdiq edilmiş və icra orqanının rəhbəri tərəfindən imzalanmış mətni;
5.2.3. lotereya şərtlərinin yeni redaksiyası.
5.3. Bu Qaydanın 5.2-ci bəndində göstərilən sənədlər Nazirliyə daxil olduğu tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq Nazirlik lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi və ya bundan imtina haqqında qərar qəbul edir. Lotereyanın şərtlərində əlavə və (və ya) dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq Təşkilatçıya təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
5.4. Nazirlik lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:
5.4.1. bu Qaydanın 5.2-ci bəndində göstərilən sənədlər Nazirliyə tam şəkildə təqdim edilmədikdə;
5.4.2. Nazirliyə təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyə zidd olan, o cümlədən lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasınının dəyişməsinə təsir göstərən, yayılmış lotereya biletlərinin iştirak etdiyi tirajın uduş fondunun tərkibini dəyişən və ya uduş fondunun həcmini azaldan əlavələr və (və ya) dəyişikliklər, habelə natamam və ya qeyri-dürüst müddəalar daxil edildikdə.
5.5. Təşkilatçı lotereyanın şərtlərinə edilmiş əlavələri və (və ya) dəyişiklikləri lotereyanın oynanılması tarixinə azı 3 (üç) iş günü qalmış mediada elan etməlidir.
6.1. Təşkilatçı elektron lotereyaların təşkili və keçirilməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemləri vasitəsi ilə və elektron ticarət haqqında qanunvericiliyə uyğun olaraq və yalnız tirajlı formada həyata keçirir.
6.2. İnformasiya sistemi Təşkilatçı tərəfindən (və ya onun sifarişi əsasında) hazırlanır.
6.3. İnformasiya sistemində aşağıdakı məlumatlar əks olunur:
6.3.1. lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu;
6.3.2. lotereya iştirakçısının mobil nömrəsi və elektron poçt ünvanı.
6.4. Lotereya iştirakçısı olmaq hüququnu yalnız 18 yaşına çatmış və könüllü şəkildə lotereyada iştirak etmək niyyətində olan lotereya biletinin sahibləri əldə edir.
6.5. Təşkilatçı elektron informasiya sisteminə nəzarətin təmin edilməsi və lotereyanın adı, forması, tirajın nömrəsi və uduş fondunun oynanılması tarixi, lotereya biletinin nömrəsi və (və ya) seriyası (lotereya biletlərinə bərabər tutulan məlumat daşıyıcıları və elektron biletlər üzrə identifikasiya nömrəsi və ya ştrix kod), habelə bu Qaydanın 6.3-cü bəndində qeyd edilən fərdi məlumatlar üzrə axtarışlar aparmaq məqsədilə Nazirliyi bu sistemə baxış rejimində birbaşa çıxışla təmin edir.
7.1. Lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata keçirən tiraj komissiyası Təşkilatçı tərəfindən yaradılır (elektron lotereyalar istisna olmaqla).
7.2. Tiraj komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən az olmamaq şərti ilə tək sayda yaradılır.
7.3. Təşkilatçının vəzifəli şəxsləri, onların ailə üzvləri (ər, arvad, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər), həmçinin stimullaşdırıcı lotereya obyektinin satıcısı (o, stimullaşdırıcı lotereyanın təşkilatçısı olduğu halda) tiraj komissiyasının üzvləri ola bilməzlər.
7.4. Təşkilatçı tiraj komissiyasına üzv ola biləcək şəxslərin siyahısını və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədləri tiraj komissiyasının tərkibi formalaşana qədər Nazirliklə razılaşdırmalıdır. Nazirlik siyahı təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində siyahıda olan şəxslərdən hər hansı biri barədə səhv və ya təhrif olunmuş məlumatın təqdim edildiyini aşkar etdikdə, Təşkilatçıya məlumat verir və həmin şəxsin siyahıdan çıxarılmasını tələb edir. Bu müddət ərzində Nazirlik Təşkilatçıya təqdim olunan məlumatların səhv olması və ya təhrif olunması barədə məlumat verməzsə, siyahı Nazirliklə razılaşdırılmış hesab olunur. Siyahı Nazirliklə razılaşdırıldıqdan sonra siyahıya daxil edilmiş şəxslərdən hər hansı birinin vətəndaş qüsursuzluğunu itirdiyi məlum olduqda, Nazirlik həmin şəxsin siyahıdan çıxarılmasını tələb edir. Təşkilatçı siyahıya daxil edilmiş şəxslərdən hər hansı birinin vətəndaş qüsursuzluğunu itirdiyini özü müəyyən etdikdə, həmin şəxsi tiraj komissiyasına üzv ola biləcək şəxslərin siyahısından çıxarır və bu barədə Nazirliyə məlumat verir.
7.5. Nazirliklə razılaşdırılmış siyahıda olan şəxslər təkrar razılaşdırılmadan tiraj komissiyasının tərkibinə daxil edilir. Təşkilatçı bu Qaydanın 7.4-cü bəndi ilə müəyyən edilmiş qaydada Nazirliklə razılaşdırılmaqla siyahıda dəyişiklik edə bilər.
7.6. Təşkilatçı uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış tiraj komissiyasının üzvləri və həmin üzvləri əvəz edə biləcək daha 5 (beş) şəxs haqqında məlumatı özündə əks etdirən siyahını Nazirliyə təqdim etməlidir. Nazirlik tiraj komissiyasının üzvləri və həmin üzvləri əvəz edə biləcək daha 5 (beş) şəxs haqqında məlumatı aldıqdan sonra tiraj komissiyasının “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla yaradıldığını müəyyən etdikdə, tiraj komissiyasının tərkibində və (və ya) əvəzləyici şəxslərin siyahısında dəyişiklik edilməsi barədə Təşkilatçıya dərhal, lakin hər bir halda uduş fondunun oynanılmasına azı 12 (on iki) saat qalmış icrası məcburi olan göstəriş verir. Nazirliyə barəsində məlumat təqdim edilmiş siyahı üzrə tiraj komissiyasının üzvlərindən hər hansı biri (bir neçəsi) üzrlü və ya üzrsüz səbəbdən tiraj komissiyasında iştirak edə bilmədikdə, Təşkilatçı bu barədə Nazirliyi məlumatlandırmaqla onu (onları) digər şəxslə (şəxslərlə) əvəz edə bilər.
7.7. Tiraj komissiyasının sədri tiraj komissiyasının üzvləri tərəfindən adi səs çoxluğu ilə seçilir.
7.8. Tiraj komissiyasının qərarları adi səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən tiraj komissiyasının üzvü bitərəf qala bilməz.
7.9. Lotereyanın uduş fondunun oynanılmasının nəticələri tiraj komissiyasının üzvləri tərəfindən imzalanan aktla təsdiq olunur.
7.10. Tiraj komissiyası uduş fondunun oynanılması zamanı aşkar olunmuş pozuntular barədə uduş fondunun oynanılmasının nəticələri haqqında aktda qeyd edir və 3 (üç) iş günündən gec olmayaraq Nazirliyə və Təşkilatçıya məlumat verir.
7.11. Nazirlik uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldığı tarixdən etibarən 30 (otuz) gün müddətində müvafiq qərar qəbul etməli və qərarın surətini Təşkilatçıya təqdim etməlidir.
8.1. Lotereyanın uduş fondu lotereya şərtlərində müəyyən olunur və həmin fondun oynanılmasına qədər formalaşdırılır.
8.2. Lotereyanın uduş fondu (Təşkilatçının qoyduğu və udulmamış əlavə vəsait istisna olmaqla) yalnız Təşkilatçının lotereyanın iştirakçıları qarşısındakı öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə istifadə olunmalıdır.
8.3. Bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsi lotereyanın şərtlərində göstərildiyi qaydada növbəti tirajda oynanılır. Təşkilatçının uduş fonduna qoyduğu əlavə vəsaitin udulmamış hissəsi isə Təşkilatçı tərəfindən geri götürülə bilər.
8.4. Lotereyanın hər tirajının uduş fondu oynanıldıqdan sonra 5 (beş) iş günü ərzində uduş fondu və uduşa düşmüş lotereya biletlərinin nömrələri və (və ya) seriyaları barədə məlumat mediada elan edilir.
8.5. Lotereyanın hər tirajının uduş fondunun oynanılmasının nəticələrinin açıqlanması həmin tiraj üzrə uduşlu lotereya biletlərinin identifikasiya nömrələrinin (olduqda), yaxud uduşlu lotereya biletlərini və ya onların sahiblərini eyniləşdirmək imkanı verən göstəricilərin, habelə onların hər birinə düşən uduşların mediada elan edilməsi yolu ilə həyata keçirilir.
8.6. Təşkilatçı uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərini lotereyanın şərtlərində göstərilmiş qaydada və müddətdə lotereya iştirakçılarının ilk tələbi ilə qəbul etməlidir.
8.7. Uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti həmin lotereyanın (tirajın) uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.
8.8. Uduş Təşkilatçı tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir (ödənilməlidir).
8.9-1. Lotereya təşkilatçısı terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.
8.10. Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda, Təşkilatçı lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşunun dəyərinin pul ekvivalentini ona ödəməlidir. Bu zaman “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.13-cü maddəsinin tələbi nəzərə alınmalıdır.
8.11. Təşkilatçı tərəfindən lotereya iştirakçısına uduşun ödənilməsi zamanı lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənəd və lotereya biletinin uduşlu olması yoxlanılmalıdır.
8.12. Uduşların lotereya iştirakçısına əvvəlcədən ödənilmiş kartlar vasitəsilə ödənilməsi tələbləri “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” əsasında həyata keçirilir.
8.13. Uduşlu lotereya biletləri barədə məlumat Təşkilatçının istifadə etdiyi informasiya sistemində 3 (üç) il ərzində saxlanılır.
8.14. Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldıqda, Təşkilatçı Nazirlik tərəfindən müvafiq qərar qəbul edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırmalıdır.
8.15. Təşkilatçı lotereya obyektinin keyfiyyətinə görə cavabdehdir.
9.1. Bu Qaydanın 9.3-cü bəndində qeyd olunan hallar istisna olmaqla, lotereyalar haqqında qanunvericiliyin tələblərinin və ya lotereyanın şərtlərinin Təşkilatçı tərəfindən pozulması aşkar edildikdə, Nazirlik həmin pozuntuların aradan qaldırılmasına dair ona yazılı bildiriş göndərir.
9.2. Təşkilatçı bildirişi aldığı tarixdən etibarən 20 (iyirmi) iş günü ərzində aşkar edilmiş pozuntuları aradan qaldırmalı və bu barədə Nazirliyə məlumat verməlidir.
9.3. Nazirlik aşağıdakı hallarda lotereyanın keçirilməsini dayandırır:
9.3.1. Təşkilatçı lotereyanın keçirilməsinin dayandırılması barədə ərizə ilə Nazirliyə müraciət etdikdə;
9.3.2. bu Qaydanın 9.1-ci bəndində maddəsində nəzərdə tutulmuş bildirişin icrası məhkəmə tərəfindən və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dayandırıldığı və ya bildiriş ləğv edildiyi hallar istisna olmaqla, Təşkilatçı həmin göstərişi müəyyən edilmiş müddətdə icra etmədikdə;
9.3.3. lotereyanın təşkili və keçirilməsi zamanı törətmiş olduğu dələduzluq, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə görə Təşkilatçının vəzifəli şəxsinə və (və ya) tiraj komissiyasının üzvünə qarşı cinayət işi başlandıqda;
9.3.4. lotereyanın təşkilinə və ya keçirilməsinə qanunsuz müdaxilə (uduş şansının dəyişdirilməsinə səbəb olan müdaxilə) aşkar edildikdə;
9.3.5. lotereya şərtlərinin əhəmiyyətli dərəcədə pozulması halları aşkar edildikdə.
Qeyd: Bu Qaydanın 9.3.5-ci maddəsində “əhəmiyyətli dərəcədə pozulma” dedikdə 1000 və ya daha çox lotereya iştirakçısının hüquqlarının pozulması və ya pozuntu (pozuntular) nəticəsində iştirakçılara dəyən zərərin ümumi məbləğinin 100 000 (yüz min) manat və daha artıq təşkil etməsi başa düşülür.
9.4. Nazirlik bu Qaydanın 9.5-ci bəndində müəyyən edilmiş müddət ərzində lotereyanın dayandırılması üçün əsas olan pozuntuların aradan qaldırılması və zərərin ödənilməsi (olduğu halda) barədə Təşkilatçıdan məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq, lotereyanın dayandırılması barədə qərarı ləğv edir və lotereyanın bərpa edilməsi barədə lotereya təşkilatçısına yazılı bildiriş göndərir.
9.5. Təşkilatçı lotereyanın dayandırılması haqqında Nazirliyin qərarını aldığı tarixdən 30 (otuz) iş günü müddətində bu Qaydanın 9.3-cü bəndində nəzərdə tutulmuş lotereyanın dayandırılmasına səbəb olan halları aradan qaldırmadıqda və ya bu barədə məlumatı təqdim etmədikdə, Nazirlik lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldırır.
9.6. Təşkilatçı stimullaşdırıcı lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edilməsi barədə bildirişi aldıqda, bu barədə məlumatı 1 (bir) iş günü ərzində mediada elan etməlidir.
9.7. Lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi Təşkilatçını uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.
9.8. Təşkilatçı lotereyanın şərtlərində müəyyən olunan hallarda Nazirliyə qabaqcadan məlumat verməklə həmin lotereyanı dayandıra və ya ona xitam verə bilər. Təşkilatçının təşəbbüsü ilə dayandırıldıqda və ya ona xitam verildikdə, bu Qaydanın 9.6-cı və 9.7-ci bəndləri tətbiq olunur.
9.9. Stimullaşdırıcı lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə Təşkilatçı tərəfindən verilən elanda aşağıdakılar göstərilməlidir:
9.9.1. Təşkilatçının adı;
9.9.2. lotereyanın adı və növü;
9.9.3. lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən səlahiyyətli orqanın və ya məhkəmənin adı;
9.9.4. lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas;
9.9.5. keçirilməsi baş tutmamış tirajın nömrəsi və onun uduş fondunun oynanılması nəzərdə tutulduğu tarix;
9.9.6. əvvəlki tirajlar üzrə uduşların verilməsi (ödənilməsi) üsulu, tarix(lər)i və yeri.
9.10. Lotereya dayandırıldıqda və ya onun keçirilməsinə xitam verildikdə, həmin lotereyada iştirak etmək barədə istənilən formada təkliflərin edilməsi qadağandır.
Lotereyaların reklamı “Lotereyalar haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olmalıdır.
11.1. Lotereyaların təşkili və keçirilməsinə nəzarət Təşkilatçı tərəfindən təqdim edilmiş hesabatlar və Nazirlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yerində yoxlamalar əsasında həyata keçirilir.
11.2. Nazirlik tərəfindən Təşkilatçının sahibkarlıq fəaliyyətinin yoxlanılması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.
12.1. Təşkilatçı aşağıdakı məlumat və hesabatları Nazirliyə təqdim edir:
12.1.1. lotereyanın uduş fondunun formalaşdırılmasını təsdiq edən sənədlərin nüsxələri - tirajın uduş fondunun oynanılmasına azı 30 (otuz) dəqiqə qalmış (elektron lotereyalarda uduş fondunun başlanılması anınadək);
12.1.2. lotereya biletləri haqqında hesabat (Əlavə №2) tirajın uduş fondunun oynanılmasına azı 30 (otuz) dəqiqə qalmış (elektron lotereyalar istisna olmaqla);
12.1.3. tiraj komissiyasının üzvləri haqqında məlumat (Əlavə №3) - uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış;
12.1.4. tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında tiraj komissiyası tərəfindən tərtib olunmuş aktın bir nüsxəsi (Əlavə №4) - tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 5 (iş) iş günündən gec olmayaraq.
12.2. Lotereya biletləri haqqında hesabatda aşağıdakılar göstərilməlidir:
12.2.1. Təşkilatçının adı;
12.2.2. lotereyanın adı, növü və tirajın nömrəsi;
12.2.3. tirajın uduş fondunun oynanılması tarixi və vaxtı;
12.2.4. uduş fondunun oynanılmasında iştirak edən lotereya biletlərinin sayı və identifikasiya nömrələri.
12.3. Tiraj komissiyasının üzvləri haqqında məlumatda aşağıdakılar göstərilməlidir:
12.3.1. Təşkilatçının adı;
12.3.2. lotereyanın adı, növü və forması;
12.3.3. tirajın nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və uduş fondunun oynanılması tarixi;
12.3.4. tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və iş yeri.
12.4. Tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında aktda aşağıdakılar göstərilməlidir:
12.4.1. Təşkilatçının adı;
12.4.2. lotereyanın adı, növü və forması;
12.4.3. lotereyanın başlama və bitmə tarixi;
12.4.4. tirajın sıra nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və onun uduş fondunun oynanılması tarixi;
12.4.5. tirajın uduş fondunun oynanılmasının nəticələrinin dərc olunduğu media subyektinin adı və buraxılış tarixi;
12.4.6. lotereya biletlərinin uduşlu olduğunu müəyyən etmək imkanı verən ardıcıl göstəricilər;
12.4.7. tiraj üzrə uduşlu lotereya biletlərinin identifikasiya nömrələri, yaxud uduşlu lotereya biletlərini və ya onların sahiblərini eyniləşdirmək imkanı verən digər göstəricilər və onların hər birinə düşən uduşlar;
12.4.8. tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı, iş yeri və imzası.
12.5. Bu Qaydanın 12.1-ci bəndində nəzərdə tutulmuş məlumat və hesabatlar Təşkilatçının icra orqanının rəhbər şəxsinin imza və möhürü və ya gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir.
12.6. Təşkilatçı tərəfindən bu Qaydanın 12.1-ci bəndində qeyd olunan hesabat və məlumatlar tələb olunan müddətə Nazirliyə təqdim olunmadıqda Təşkilatçıya Nazirlik tərəfindən 3 (üç) iş günü müddətində icrası məcburi olan yazılı göstəriş verilir. Göstərişdə 7 (yeddi) iş günü ərzində hesabatlarla birgə onların vaxtında təqdim olunmama səbəbi barədə izahat verilməsi tələb edilir.
12.7. Nazirlik tərəfindən hesabatların bu Qaydanın tələblərinə uyğunluğu yoxlanılır, çatışmazlıqlar aşkar edildikdə, hesabatlara müvafiq düzəlişlərin edilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı göstəriş verilir. Hesabatlardakı çatışmazlıqlar Təşkilatçıya bildirildikdən sonra 5 (beş) iş günü ərzində Təşkilatçı həmin çatışmazlıqları aradan qaldıraraq hesabatları və tələb olunan yazılı məlumatları yenidən Nazirliyə təqdim edir.
12.8. Təşkilatçı tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada hesabatların təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 1
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə
__________________________________________
________________________________ tərəfindən
________________________________________________________________________________
________________________________________________________________________________
________________________________________________________________________________
keçirilməsi barədə sənədləri Sizə təqdim edirik. Xahiş edirik baxasınız.
Vəzifəli şəxsin adı, soyadı: ________________________________________ / ______________ /
Vəzifəli şəxsin vəzifəsi: ___________________________________________________________
Tarix: /__ /_____ /20___ -__ il
“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 2
Lotereya təşkilatçısının adı: _________________________________________________________
Lotereyanın adı, növü və tirajın nömrəsi: _____________________________________________
Tirajın uduş fondunun oynanılması tarixi və vaxtı;_____________________________________
Uduş fondunun oynanılmasında iştirak edən lotereya biletlərinin sayı ___________________
Vəzifəli şəxsin ___________________________/ ____________________ /___________________/
(Adı, soyadı) (Vəzifəsi) (İmza)
“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 3
Lotereya təşkilatçısının adı: _________________________________________________________
Lotereyanın adı, növü və forması: ___________________________________________________
Tirajın nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və onun uduş fondunun oynanılması tarixi: ________________________________________________________________
1.________________ / ________________ /____________________ /________________________/
(Adı) (Ata adı) (Soyadı) (İşlədiyi yer)
2.________________ / ________________ /____________________ /________________________/
3.________________ / ________________ /____________________ /________________________/
4.________________ / ________________ /____________________ /________________________/
5.________________ / ________________ /____________________ /________________________/
Vəzifli şəxsin adı, soyadı: ___________________________/ _________________ /____________/
(Adı, soyadı) (Vəzifəsi) (İmza)
“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası”na Əlavə № 4
Lotereya təşkilatçısının adı:_________________________________________________________
Lotereyanın adı, növü və forması:____________________________________________________
Lotereyanın başlama və bitmə tarixi:_________________________________________________
Tirajın sıra nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və onun uduş fondunun oynanılması tarixi:_________________________________________________________________
Tirajın uduş fondunun oynanılmasının nəticələrinin dərc olunduğu media subyektlərinin adı və buraxılış tarixi:___________________________________________________
Lotereya biletlərinin uduşlu olduğunu müəyyən etmək imkanı verən ardıcıl göstəricilər:_______________________________________________________________________
Tiraj üzrə uduşlu lotereya biletinin identifikasiya nömrəsi, yaxud uduşlu lotereya biletinin və ya onların sahiblərini eyniləşdirmək imkanı verən göstəricilər
Lotereya biletinə düşən uduşlar
Tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı, iş yeri və imzası
1.____________/ ___________ /___________________/_______________________/___________/
2.____________/ ___________ /___________________/_______________________/___________/
3.____________/ ___________ /___________________/_______________________/___________/
4.____________/ ___________ /___________________/_______________________/___________/
5.____________/ ___________ /___________________/_______________________/___________/
Vəzifəli şəxsin adı, soyadı: ___________________________ / __________________ /_________/
Adı, soyadı Vəzifəsi İmza
1. 10 oktyabr 2023-cü il tarixli 22 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202310100022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 oktyabr 2023-cü il)
2. 15 noyabr 2023-cü il tarixli 25 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202311150025, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 noyabr 2023-cü il)
3. 29 dekabr 2023-cü il tarixli 29 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202312290029, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 yanvar 2023-cü il)
4. 22 iyul 2024-cü il tarixli 8 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202407220008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 avqust 2024-cü il)