“Texniki Təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2000-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Qaydalar 2002-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemləri üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi tərəfindən işlənilmiş və 01.01.2008-ci il tarixindən bir il qüvvədə qalma müddəti Sənaye və Energetika Nazirliyinin 57 nömrəli 21 noyabr 2007-ci il tarixli əmri ilə uzadılmışdır.
ARDNŞ-in Neft kəmərləri idarəsi ilə Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış TET 09/78-3 nömrəli 15.03.2009-cu il tarixli müqaviləyə əsasən Qaydalar yenidən işlənmişdir. Qeyd olunanları nəzərə alaraq
1. “” adlı sənəd təsdiq edilsin.
2. Qaydaların qüvvəyə minməsi 01.09.2010-cu ildən və qüvvədə qalma müddəti isə 01.09.2015-ci ilədək hesab edilsin.
3. Sənaye və Energetika Nazirliyinin 21.10.2007-ci il tarixli 57 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
4. Əmrin icrasına nəzarət nazir müavini NAbbasova həvalə edilsin.