19.1. İcarəyə verən tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
19.2. İcarəyə verən illik maliyyə hesabatını (maliyyə vəziyyətini əks etdirən hesabatları) və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə (qanunda nəzərdə tutulan hallarda) “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidir.
19.3. İcarəyə verəndə yoxlamanı aparan kənar auditor maliyyə icarəsi fəaliyyəti sahəsində aşkar etdiyi qanun pozuntuları və çatışmazlıqlar barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. İcarəyə verənin auditini aparan və ya aparmış kənar auditor nəzarət funksiyasının həyata keçirilməsi üçün tələb olunduqda Mərkəzi Bankın yazılı sorğusuna əsasən auditini həyata keçirdiyi icarəyə verənin fəaliyyətinə dair istənilən sənəd və məlumatları sorğuda müəyyən edilmiş müddətdə Mərkəzi Banka təqdim etməlidir.