Qanunvericilik › Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 21

Maddə 21. İcarəyə verənin reyestrdən çıxarılması

Maliyyə icarəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

21.1. Aşağıdakı əsaslardan biri olduqda Mərkəzi Bank tərəfindən icarəyə verən reyestrdən çıxarılır:

21.1.1. icarəyə verən müraciət etdikdə;

21.1.2. icarəyə verən ləğv edildikdə və ya müflis elan edildikdə;

21.1.3. icarəyə verən reyestrə daxil edildiyi gündən 12 (on iki) ay müddətində maliyyə icarəsi fəaliyyətinə başlamadıqda və ya ardıcıl olaraq iki hesabat tarixinə fəaliyyəti barədə hesabatları Mərkəzi Banka təqdim etmədikdə;

21.1.4. icarəyə verənin reyestrə daxil edilməsi üçün ərizə verilərkən təqdim edilmiş məlumatların sonradan yanlış olduğu müəyyən edildikdə;

21.1.5. icarəyə verən bu Qanunun 20.1-ci və 20.3-cü maddələrinə uyğun olaraq verilən bir və ya bir neçə göstərişə tam və ya vaxtında əməl etmədikdə;

21.1.6. mühüm iştirak pay sahiblərinin və ya benefisiar mülkiyyətçilərin icarəyə verənə təsirinin onun etibarlı və prudensial idarə olunması üçün təhlükə törədəcəyinə əsaslar verən faktlar olduqda.

21.2. Reyestrdən çıxarılma barədə qərar 3 (üç) iş günü müddətində icarəyə verənə və müvafiq vergi orqanına təqdim edilir, həmçinin müvafiq qərar barədə Mərkəzi Bankın rəsmi internet informasiya ehtiyatında elan dərc edilir. Reyestrdən çıxarılma barədə qərarda ayrı müddət nəzərdə tutulmadıqda həmin qərar icarəyə verənə təqdim edildiyi vaxtdan qüvvəyə minir.

21.3. İcarəyə verənin adında “maliyyə icarəsi”, “maliyyə lizinqi”, “lizinq” sözləri və ya bu sözlərdən ibarət söz birləşməsindən istifadə edildikdə həmin icarəyə verən reyestrdən çıxarılma barədə Mərkəzi Bankın müvafiq qərarını aldığı tarixdən 2 (iki) ay müddətində adında müvafiq dəyişiklik etməlidir.

21.4. Reyestrdən çıxarılmış şəxs bu Qanunun 21.3-cü maddəsində nəzərdə tutulmuş tələbə riayət etmədikdə Mərkəzi Bank məhkəmə qaydasında həmin şəxsin adında müvafiq dəyişikliyin edilməsi üçün tədbirlər görür.

21.5. Bu Qanunun 21.1.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla reyestrdən çıxarılmış hüquqi şəxs müvafiq qərarın qəbul edildiyi tarixdən 1 (bir) il müddətində reyestrə yenidən daxil edilmək üçün müraciət edə bilməz.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver