1. Maliyyə-sənaye qrupunda uçot və hesabat “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Maliyyə-sənaye qrupunda həmçinin ümumiləşdirilmiş balans, uçot və hesabat aparıla bilər.
2. Maliyyə-sənaye qrupunun ümumiləşdirilmiş uçotu, hesabatı və balansının tərtib edilməsi qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.