Qanunvericilik › Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Maliyyə-sənaye qrupunun iştirakçıları

Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqaviləni imzalayan hüquqi şəxslər və onlar tərəfindən təsis edilən maliyyə-sənaye qrupunun baş şirkəti və ya qrupu formalaşdıran əsas və törəmə müəssisələr maliyyə-sənaye qrupunun iştirakçıları hesab olunurlar.

2. Maliyyə-sənaye qrupunun tərkibinə ictimai və dini təşkilatlar istisna olmaqla, istənilən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər daxil ola bilər.

3. Maliyyə-sənaye qrupunun tərkibində istehsal və xidmət sahəsində fəaliyyət göstərən müəssisələrlə yanaşı, mütləq maliyyə-kredit təşkilatları da iştirak etməlidirlər.

4. Dövlət və bələdiyyə müəssisələri maliyyə-sənaye qrupunda onların əmlakının mülkiyyətçisi tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə iştirak edə bilərlər.

5. Dövlət və yerli özünüidarə orqanları maliyyə-sənaye qrupunun iştirakçıları ola bilməzlər.

6. Törəmə müəssisələr maliyyə-sənaye qrupunun tərkibinə yalnız onları təsis edən əsas müəssisələrlə birlikdə daxil ola bilərlər.

7. Maliyyə-sənaye qrupunun iştirakçısı olan müəssisə və təşkilatlar digər maliyyə-sənaye qruplarına daxil ola bilməzlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver