1. Tərkibində xarici hüquqi şəxslərin iştirak etdiyi maliyyə-sənaye qrupu bu Qanuna müvafiq surətdə transmilli maliyyə-sənaye qrupu hesab olunur.
2. Hökumətlərarası saziş əsasında yaradılan maliyyə-sənaye qrupları dövlətlərarası (beynəlxalq) maliyyə-sənaye qrupu statusuna malik olur. Dövlətlərarası (beynəlxalq) transmilli maliyyə-sənaye qruplarının təşkili, fəaliyyəti və ləğvi xüsusiyyətləri göstərilən sazişlərlə müəyyən edilir.
3. Transmilli maliyyə-sənaye qrupunun iştirakçıları üçün milli rejim hökumətlərarası sazişlə qarşılıqlı əsasda müəyyən edilir.