Qanunvericilik › Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə

Maliyyə-sənaye qrupları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilə aşağıdakıları müəyyən etməlidir:

maliyyə-sənaye qrupunun adını;

müəyyən təşkilati-hüquqi formaya malik olan və maliyyə-sənaye qrupunun işlərini həyata keçirməyə müvəkkil edilmiş hüquqi şəxs kimi qrupun baş şirkətinin təsis edilməsinin qayda və şərtlərini;

maliyyə-sənaye qrupu iştirakçılarının tərkibində dəyişikliklərin edilməsi qaydalarını;

aktivlərin birləşdirilməsinin qayda və şərtlərini;

nizamnamə fondunu və qrup iştirakçılarının hər birinin bu fonddakı payını;

qrup iştirakçılarının birləşməsinin məqsədini;

mənfəətin qrup iştirakçıları arasında bölüşdürülməsi qaydalarını;

qrup işirakçılarının öhdəliklərini və məsuliyyətini;

müqavilənin fəaliyyət müddətini.

2. Maliyyə-sənaye qrupunun yaradılmasına dair müqavilənin digər şərtləri qrup iştirakçıları tərəfindən maliyyə-sənaye qrupunun məqsəd və vəzifələrindən asılı olaraq Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver