Qanunvericilik › “Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alman məlumatların verilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə (Dövlət Gömrük Komitəsi, 30.01.2018) › Tam mətn

“Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alman məlumatların verilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə (Dövlət Gömrük Komitəsi, 30.01.2018)

“Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alman məlumatların verilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə (Dövlət Gömrük Komitəsi, 30.01.2018) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN KOLLEGİYASININ QƏRARI

“Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alman məlumatların verilməsi üzrə inzibati reqlament”in təsdiqi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.3-cü və 5.11.1-ci yarımbəndlərini rəhbər tutaraq

1. “Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (əlavə olunur).

2. Hüquqi təminat şöbəsi (Sənan Muxtarov) qeyd olunan inzibati reqlamentin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Qərar aidiyyəti üzrə göndərilsin.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 30 yanvar 2018-ci il tarixli, 100/01/005 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı:

Mallar haqqında gömrük sərhəd buraxılış məntəqələrində qeydə alınan məlumatların verilməsi.

1.2. Elektron xidmətin məzmunu:

Bu xidmət vasitəsilə Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş xarici ticarət iştirakçıları onlara ünvanlanmış (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) əsasında), gömrük sərhəd buraxılış məntəqələrindən Respublika ərazisinə buraxılmış, lakin gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar haqqında məlumatları əldə edə bilərlər.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 37-ci maddəsi;

1.3.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 22.14-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra – Komitə).

1.5. Elektron xidmətin digər icraçıları:

Xidmət yalnız Komitə tərəfindən həyata keçirilir.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:

Xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti:

Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Xarici ticarət iştirakçıları onlara ünvanlanmış, gömrük sərhəd buraxılış məntəqələrindən Respublika ərazisinə buraxılmış, lakin gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar haqqında məlumatları əldə edə bilərlər.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri:

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş xarici ticarət iştirakçıları

2.4. Elektron xidmətin təqdim olunma yeri:

2.4.1. http://www.e-gov.az

2.4.2. http://dgk.gov.az/az/e-xidnew.html

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. elektron ünvan: http://www.customs.gov.az, www.dxr.az

2.5.2. Elektron poçt: office@ customs.gov.az

2.5.3. Telefon: (+99412) 404-22-00

2.5.4. Çağrı Mərkəzi: “195(6)”

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda:

3.1. Xidmət istifadəçilər üçün daim açıqdır. Xidmət istifadəçilərinin gücləndirilmiş elektron imzası olmalıdır.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması:

Sorğu istifadəçinin gücləndirilmiş elektron imzasında göstərilən VÖEN əsasında avtomatik olaraq formalaşdırılır.

3.2.2. Sorğunun qəbulu:

istifadəçinin gücləndirilmiş elektron imzası əsasında formalaşdırılmış sorğu sistem tərəfindən avtomatik olaraq qəbul edilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

Sorğunun yerinə yetirilməsindən imtina halları nəzərdə tutulmamışdır.

3.4. Sorğunun icrası:

İstifadəçilər real vaxt rejimində elektron xidmət vasitəsilə onlara ünvanlanmış, gömrük sərhəd buraxılış məntəqələrindən Respublika ərazisinə buraxılmış, lakin gömrük rəsmiləşdirilməsi başa çatmamış mallar haqqında məlumatları əldə edə bilərlər.

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Elektron xidmətin göstərilməsinə Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilmə qaydası:

İstifadəçi onlayn müraciət edir və müraciət sistem tərəfindən cavablandırılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarət forması

Xidmətin yerinə yetirilməsinə nəzarət informasiya sistemi vasitəsi ilə real-vaxt rejimində həyata keçirilir. Xidmətin göstərilməsi üçün edilən elektron müraciətlərin uçotu və göstərilən xidmətin nəticəsinin qeydiyyatı aparılır.

3.5.2. Nəzarət qaydası.

Elektron xidmətə nəzarət Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsi tərəfindən həyata keçirilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:

Şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti:

Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver