Qanunvericilik › “Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyənləşdirilməsi üçün iqtisadi şəraitin təhlilinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2013) › Tam mətn

“Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyənləşdirilməsi üçün iqtisadi şəraitin təhlilinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2013)

“Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyənləşdirilməsi üçün iqtisadi şəraitin təhlilinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 25.06.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyənləşdirilməsi üçün iqtisadi şəraitin təhlilinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 25 iyun 2013-cü il

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 167.5-ci maddəsinə əsasən hazırlanmışdır və malların emal və ya xüsusi istifadə gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyənləşdirilməsi üçün iqtisadi şəraitin təhlilinin aparılması qaydalarını müəyyən edir.

2.1. İqtisadi şəraitin təhlili gömrük orqanları tərəfindən aşağıdakı hallarda aparılır:

2.1.1. malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin alınması üçün müraciət olunduqda;

2.1.2. malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərməsi barədə kifayət qədər əsas olduqda;

2.1.3. yerli istehsalçıların və ya aidiyyəti qurumların əsaslandırılmış müraciəti olduqda.

3.1. İqtisadi şəraitin təhlilinin aparılması zamanı aşağıdakılar nəzərə alınır:

3.1.1. emal və ya xüsusi istifadə gömrük proseduru altında yerləşdirilməsi məqsədi ilə gömrük ərazisinə gətirilən malların yerli istehsalçılar tərəfindən istehsal edilən mallarla rəqabət qabiliyyətliliyi;

3.1.2. daxili malların xaricdə emal edilməsi məqsədi ilə gömrük ərazisindən kənara aparılması nəticəsində daxili istehsal gücünün istifadəsi;

3.1.3. xarici malların xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi məqsədi ilə daha güzəştli şərtlərlə idxalı nəticəsində eyni daxili mallara tələbat;

3.1.4. ölkənin iqtisadi göstəriciləri.

3.2. İqtisadi şəraitin təhlili aparılarkən, xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların istismar olunduğu sahənin iqtisadi artım tempinə təsir dərəcəsi müqayisə edilir.

3.3. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsi iqtisadi şəraitə dair əldə edilmiş bütün məlumatların təhlilinin nəticəsi əsasında müəyyənləşdirilir.

3.4. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərməsi ilə bağlı gömrük orqanlarına təqdim edilmiş məlumatlar yalnız müvafiq təhlilin aparılması məqsədi ilə istifadə olunur.

4.1. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ixtisaslaşdırılmış qurumlar da cəlb edilə bilər.

4.2. Aparılmış təhlilin nəticəsi üzrə malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərdiyi müəyyən edildikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icazənin verilməsindən imtina edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver