Qanunvericilik › “Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.10.2012) › Tam mətn

“Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.10.2012)

“Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 31.10.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 31 oktyabr 2012-ci il

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 128.4-cü maddəsinə əsasən hazırlanmışdır və malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydaların müddəaları aşağıdakı mallara tətbiq edilmir:

1.2.1. gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara;

1.2.2. sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;

1.2.3. müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.

2.1. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş xarici mallar Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisindən kənara aparıldıqda təkrar ixrac proseduru altında yerləşdirilir.

2.2. Təkrar ixrac zamanı mallara görə ödənilmiş gömrük ödənişləri aşağıdakı şərtlər daxilində şəxsə qaytarılır:

2.2.1. idxal anında malların qüsurlu olması və ya sövdələşmə şərtlərinə cavab verməməsi aşkar edildikdə;

2.2.2. malların onları göndərən şəxsə və ya onun təyin etdiyi digər şəxsə geri qaytarılması nəzərdə tutulduqda;

2.2.3. mallar gömrük ərazisində emal əməliyyatlarına məruz qalmadıqda və ya istifadə olunmadıqda və Gömrük Məcəlləsinin 128.3-cü maddəsi ilə müəyyən edilmiş 1 (bir) il müddətində təkrar ixrac edildikdə.

2.3. Malları istifadə etmədən onların qüsurlu olmasını və ya təkrar ixraca səbəb olmuş şərtlərini aşkar etmək mümkün deyildirsə, belə istifadə gömrük ödənişlərinin qaytarılmasına mane olmamalıdır.

2.4. Təkrar ixraca alternativ olaraq, mallardan dövlətin xeyrinə imtina edilə və ya gömrük orqanının icazəsi ilə gömrük nəzarəti altında həmin mallar məhv edilə bilər. Belə imtina və ya məhvetmə dövlət büdcəsindən xərcə səbəb olmamalıdır.

2.5. Səlahiyyətli şəxs və ya onun nümayəndəsi müraciət etdiyi andan gömrük orqanı bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş halları 3 (üç) iş günü müddətində təsdiqləyib akt tərtib edərək, həmin şəxsə təqdim etməli və ya yazılı şəkildə əsaslandırılmış məktubla təkzib etməlidir.

2.6. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş şərtlərə cavab verən mallar, təbii aşınma nəticəsində dəyişikliklər və ya normal şəraitdə daşınma və saxlanc itkiləri istisna olmaqla, idxal olunduğu andakı vəziyyətində olmalıdır.

2.7. Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsinə gömrük orqanları tərəfindən onların eyniləşdirilməsi mümkün olduqda icazə verilir.

3.1. Təkrar ixrac olunan mallar aparılarkən onların gömrük rəsmiləşdirilməsi zamanı mallara dair səlahiyyətli şəxs və ya onun nümayəndəsi tərəfindən gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına bu Qaydaların əlavəsi ilə müəyyən olunmuş formada ərizə ilə müraciət edilir.

3.2. Səlahiyyətli şəxs və ya onun nümayəndəsi malları, onlara dair idxal gömrük bəyannaməsini, kommersiya və nəqliyyat sənədlərini gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına təqdim edir.

3.3. Şəxs tərəfindən səlahiyyətli gömrük orqanına təkrar ixrac bildirişi verilir. Rəsmiləşdirməni həyata keçirən gömrük orqanında təqdim olunmuş sənədlərdə göstərilən məlumatların düzgünlüyü yoxlanılır, malların eyniləşdirilməsi aparılır və onların ixrac rəsmiləşdirilməsi həyata keçirilərək, sərhəd gömrük orqanına məlumat ötürülür.

3.4. Malların gömrük ərazisindən aparılmasını rəsmiləşdirən gömrük orqanına 1 (bir) ay müddətində malların faktiki çıxarılmasına dair məlumat daxil olmadıqda, gömrük orqanı bu prosedura verilmiş təkrar ixrac bildirişinin ləğv edilməsi haqqında qərarı 2 (iki) iş günü müddətində qəbul edir və onun surətini 1 (bir) iş günü müddətində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə göndərir.

1. Gömrük orqanının adı _______________________________________________________

2. Müraciət edən şəxsin rekvizitləri ______________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

3. Gömrük proseduru və əməliyyatlar ___________________________________________

_____________________________________________________________________________

4. Mallar haqqında məlumatlar

5. Nəqliyyat qaiməsinin nömrəsi _______________________________________________

6. Gömrük prosedurlarının və gömrük orqanlarının tələblərinin yerinə yetirilməsi təmin ediləcəkdir

7. Müraciət edən şəxsin təsdiqi

Səlahiyyətli şəxs _________ M.Y.

İmza ________________ Tarix “____” __________ 20___ il

8. Gömrük orqanının qeydləri __________________________________________________

_____________________________________________________________________________

Gömrük orqanının rəisi

və ya onu əvəz edən şəxs

İmza _______________ Tarix “____” __________ 20___ il

1. 13 mart 2015-ci il tarixli 68 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 aprel 2015-ci il, № 70, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 4, maddə 445)

2. 01 may 2015-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 641)

3. 10 noyabr 2017-ci il tarixli 483 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2017-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2147)

4. 12 mart 2024-cü il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 314)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver