Qanunvericilik › Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Kolxozlar, sovxozlar, təsərrüfatlararası kənd təsərrüfatı müəssisələri və kəndli (fermer) təsərrüfatlarının:

Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1997-ci il iyulun 1-nə olan məcburi dövlət sosial sığorta ödəmələri üzrə borclarına tətbiq olunmuş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilir;

1998-ci il yanvarın 1-nə olan məcburi dövlət sosial sığorta ödəmələri üzrə vaxtı keçmiş borc məbləğinin 1998-ci il aprelin 1-dək 25 faizi ödənildikdə onların borclarının qalan 75 faizi ləğv edilir;

1998-ci il yanvarın 1-nə olan məcburi dövlət sosial sığorta ödəmələri üzrə vaxtı keçmiş borclarının 1998-ci il iyulun 1-dək 50 faizi ödənildikdə onların borclarının qalan 50 faizi ləğv edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver