«Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli, 38-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli, 1215 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığorta ödəmələrinin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin 62-ci bəndinə aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:
«iş stajından asılı olmayaraq hərbi qulluqçuların arvadlarına, məcburi köçkünlərə və vərəm xəstəliyinə tutulmuş şəxslərə.».
II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 30 yanvar 2006-cı il