Qanunvericilik › “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.09.1998) › Tam mətn

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.09.1998)

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 15.09.1998) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nin təsdiq edilməsi barədə

Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Qaydanın tətbiqi ilə bağlı izahatlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

3. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat”da aşağıdakı dəyişikliklər edilsin:

3.1. II bölmənin 6-cı bəndinin üçüncü abzasında birinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir.”;

3.2. təlimatın mətnində “həkim-əmək ekspert komissiyası” sözləri “tibbi-sosial ekspert komissiyası” sözləri ilə əvəz edilsin.

4. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 3 nömrəli əlavələr, “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 3 iyul tarixli 158 nömrəli qərarının II bölməsi qüvvədən düşmüş hesab edilsin.

Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

Bakı şəhəri, 15 sentyabr 1998-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə

1.1. Bu Qayda “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 16-cı maddəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə əsasən hazırlanmışdır və məcburi dövlət sosial sığortası üzrə (əmək pensiyaları və könüllü (əlavə) sosial sığorta əsasında əmək pensiyalarına əlavələr istisna olmaqla) ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına müavinətin (bundan sonra - sosial sığorta ödəmələri) təyin edilməsi, hesablanması və ödənilməsi qaydasını müəyyən edir.

1.2. Sosial sığorta ödəmələri Qanunda nəzərdə tutulmuş sosial sığorta hadisələri baş verdiyi tarixə məcburi dövlət sosial sığortasına cəlb olunan sığortaolunanlara Qanunun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına uyğun olaraq sığortaedənin fəaliyyəti olduğu dövrdə verilən pul ödənişidir.

1.3. Bu Qayda ilə tənzimlənən sosial sığorta ödəmələri aşağıdakılardır:

1.3.1. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün);

1.3.2. hamiləliyə və doğuma görə müavinət;

1.3.3. uşağın anadan olmasına görə birdəfəlik müavinət;

1.3.4. 3 yaşınadək uşağa qulluğa görə müavinət;

1.3.5. dəfn üçün birdəfəlik müavinət;

1.3.6. sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin tam və ya qismən ödənişi.

1.4. Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən həyata keçirilir.

1.5. Bu Qaydanın 1.3.1-ci və 1.3.2-ci yarımbəndlərində nəzərdə tutulmuş müavinətləri almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan sığortaolunanlara şamil edilir və həmin müavinətlər təyin edilərkən sosial sığorta stajı kimi sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddəti nəzərə alınır. Digər sosial sığorta ödəmələri (əmək pensiyası istisna olmaqla) təyin edilərkən qanunvericiliyə uyğun olaraq sosial sığorta stajı tələb edilmir. “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinə əsasən hərbi qulluqçulara münasibətdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinət ödənilmir, həmin dövr üçün onlara təminat xərcliyinin ödənilməsi davam etdirilir.

1.6. Bu Qaydanın 1.3.6-cı yarımbəndi istisna olmaqla, sosial sığorta ödəmələri bu Qaydanın məqsədləri üçün zəruri olan məlumatların Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə aidiyyəti dövlət orqanlarının elektron informasiya sistemlərindən əldə olunması mümkün olduqda (bu Qaydanın 1.7-ci və 1.8-ci bəndləri nəzərə alınmaqla) avtomatlaşdırılmış qaydada təyin edilir.

1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 may tarixli 153 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının və işçilərinin, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan digər işçilərin və şəxslərin fərdi uçotu Qaydası”nın 4.4-cü bəndinin tələbləri nəzərə alınmaqla, həmin Qaydada nəzərdə tutulmuş sığortaolunanlara (bu Qaydanın 1.5-ci bəndinin üçüncü cümləsi nəzərə alınmaqla) bu Qaydaya uyğun olaraq sosial sığorta ödəmələrinin təyin edilməsi və verilməsi onların xidmət etdiyi (işlədiyi) dövlət orqanları tərəfindən müraciət əsasında həyata keçirilir. Məcburi dövlət sosial sığorta vəsaiti hesabına verilən müavinətlərin ödənilməsi üçün tələb olunan vəsaitlər sığortaçı tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş məlumatlara uyğun olaraq həmin orqanların bu məqsədlər üçün nəzərdə tutulmuş müvafiq hesabına köçürülür.

1.8. Bu Qaydanın 1.6-cı bəndinə uyğun olaraq təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, habelə aşağıdakı sığortaolunanlara sosial sığorta ödəmələri müraciət əsasında təyin edilir:

1.8.1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nda nəzərdə tutulan vəzifələrdə çalışan;

1.8.2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin a, b, c və d bəndlərində nəzərdə tutulan;

1.8.3. Qanunun 14.5-ci maddəsində nəzərdə tutulan;

1.8.4. bu Qaydanın 1.3.1-ci və 1.3.2-ci yarımbəndlərində nəzərdə tutulmuş müavinətlərə münasibətdə ümumilikdə 6 aydan çox, lakin 2005-ci il dekabrın 31-dən sonra 6 aydan az sosial sığorta stajı olan.

1.9. Bu Qaydada istifadə olunan anlayışlar Qanunla müəyyən edilmiş mənaları ifadə edir.

2.1. Sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət EHİS vasitəsilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”ndən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra - MEİS) ötürülən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”a uyğun olaraq elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqinə dair məlumatlara (bundan sonra - Məlumatlar) əsasən əmək qabiliyyətinin müvəqqəti itirildiyi təqvim günləri üçün verilir.

2.2. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı hallarda verilmir:

2.2.1. əmək qabiliyyətinin müvəqqəti itirilməsi ödənişsiz, qismən ödənişli sosial, təhsil və yaradıcılıq məzuniyyəti dövründə baş verdikdə;

2.2.2. sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda;

2.2.3. sığortaolunan törətdiyi cinayət nəticəsində xəsarət aldıqda;

2.2.4. Qanunun 14.5-ci maddəsində göstərilən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi aydan etibarən əvvəlki son 4 rübün 6 ayına münasibətdə məcburi dövlət sosial sığorta haqqını qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödəmədikdə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olduqda və fəaliyyəti müvəqqəti dayandırıldıqda.

2.3. Qanunun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına uyğun olaraq bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulmuş dövrlər üzrə qanunvericiliyə uyğun formada hesabat təqdim edilmədikdə hesabat təqdim edilənədək, təqdim edilmiş hesabatda uyğunsuzluq aşkar edildikdə isə uyğunsuzluq aradan qaldırılanadək müavinətin verilməsi dayandırılır, bu barədə sığortaçı tərəfindən sığortaedənə və sığortaolunana müvafiq elektron bildiriş göndərilir, həmin dövr üçün hesabat təqdim edildikdən və sığortaedən tərəfindən bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.

2.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı Qanunun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasına əsasən hesabat təqdim edilməli dövrdə baş verdikdə müavinətin verilməsi hesabat təqdim edilən tarixə kimi təxirə salınır.

2.5. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı subyektlər tərəfindən təyin edilir və ödənilir:

2.5.1. əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı fasiləsiz olaraq ardıcıl davam etdikdə, ilk 14 təqvim günü üçün müavinət sığortaedən tərəfindən onun vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına sığortaçı tərəfindən;

2.5.2. əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı fasilələrlə davam etdikdə, ilk 14 təqvim günü üçün müavinət hər dəfə sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına sığortaçı tərəfindən.

2.6. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi birinci gündən başlayaraq əmək qabiliyyəti bərpa olunanadək, lakin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydinə uyğun olaraq bir ildən çox olmayan dövr üçün verilir.

2.7. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl gələn 4 rübə münasibətdə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd mislindən (bundan sonra – qazanc) hesablanır.

2.8. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləği aşağıdakı düsturlarla hesablanır:

MM – əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin məbləğini;

TGS – əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrdəki təqvim günlərinin sayını;

OQM – bir təqvim gününə düşən orta qazancın məbləğini bildirir;

OQM – bir təqvim gününə düşən orta qazancın məbləğini;

ÜQM – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancının məbləğini;

BTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayını bildirir;

BTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bölən təqvim günlərinin sayını;

ÜTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində cəmi təqvim günlərinin sayını;

ÇTG – əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb ərzində bu Qaydanın 2.13-cü bəndində göstərilən günlərin sayını bildirir.

2.9. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki ardıcıl gələn 4 rübdə əmək fəaliyyəti olmamışdırsa, bir təqvim gününə düşən orta gündəlik qazancın məbləği əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı təqvim günlərinin sayına bölünməsi ilə tapılır.

2.10. Bu Qaydanın 2.8-ci-ci bəndinə əsasən hesablanmış müavinətin aylıq məbləği aşağıdakı hədlərin heç birindən artıq ola bilməz:

2.10.1. sığortaolunanın (əlavə iş yeri olduqda isə əsas və əlavə iş yerində cəmi qazancı nəzərə alınmaqla) aylıq vəzifə maaşı və ya tarif dərəcəsinin (vaxtamuzd əməkhaqqı alanlar üçün vaxtamuzd, işəmuzd əməkhaqqı alanlar üçün isə işəmuzd əməkhaqqı) iki qatı (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi istisna olmaqla);

2.10.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 misli.

2.11. Sığortaolunan əsas iş yeri ilə yanaşı, əlavə iş yerində (yerlərində) də muzdlu işə aid olan fəaliyyətdən gəlir əldə etdikdə, bu zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı-ayrılıqda, qalan günlər üçün isə bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulan sığortaolunanlara həmin orqandakı qazancı əsasında bu Qaydanın 2.5-ci bəndinin tələbləri nəzərə alınmaqla həmin orqanlar tərəfindən, digər sığortaolunanlara sığortaçı tərəfindən onun ümumi qazancı əsasında hesablanır və ödənilir.

2.12. Əsas iş yerindən əlavə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunana əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət bu Qaydanın 2.11-ci bəndinə əsasən, lakin ilk 14 təqvim günü üçün yalnız əsas iş yeri üzrə sığortaedən tərəfindən hesablanır və ödənilir.

2.13. Bu Qaydanın 2.8-ci bəndində qeyd olunan bölən təqvim günlərinin sayını müəyyən etmək üçün ümumi təqvim günlərinin sayından aşağıdakı dövrə düşən təqvim günlərinin sayı çıxılır:

2.13.1. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmiş, həmçinin sosial sığorta stajı 6 aydan az olduğuna görə müavinət ödənilməmiş əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrlər;

2.13.2. hamiləliyə və doğuma görə müavinət ödənilmiş, həmçinin sosial sığorta stajı 6 aydan az olduğuna görə müavinət ödənilməmiş hamiləliyə və doğuma görə məzuniyyət dövrləri;

2.13.3. qismən ödənişli sosial məzuniyyət dövrü.

2.14. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənildiyi tarixdən sonrakı 180 təqvim günü ərzində müavinətin hesablanmasında nəzərə alınan dövr üçün sığortaedən tərəfindən məcburi dövlət sosial sığortası üzrə borc məbləği tam ödənildikdə və ya həmin dövrə dəqiqləşdirilmiş hesabat təqdim edilməsi səbəbindən sığortaolunanın qazancında artım olduqda, sığortaedənin müraciəti əsasında müavinət sığortaçı tərəfindən yenidən hesablanır və yaranmış fərqin sığortaolunana ödənilməsi təmin edilir.

2.15. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənildiyi tarixdən sonrakı 180 təqvim günü ərzində müavinətin hesablanmasında nəzərə alınan dövr üçün sığortaedən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməsi səbəbindən sığortaolunanın qazancında azalma olduqda, müavinət sığortaçı tərəfindən yenidən hesablanır və artıq verilmiş məbləğin bu Qaydanın 7.6.6-cı yarımbəndinə əsasən geri qaytarılması təmin edilir.

2.16. Bu Qaydanın 2.10-cu bəndində qeyd olunan şərt nəzərə alınmaqla, bu Qaydanın 2.8-ci bəndinə əsasən hesablanmış əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanlara 100 faiz miqdarında ödənilir.

2.17. Sığortaedənin təqsiri üzündən baş verən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün bu Qaydanın 2.11-ci və 2.12-ci bəndlərinin tələbləri nəzərə alınmaqla təqsirkar sığortaedənin vəsaiti hesabına ödənilir. Məlumatlara əsasən sığortaçı tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi bədbəxt hadisənin rəsmiləşdirilməsi barədə İZ formalı akt təqdim edilənədək dayandırılır. Sığortaedənin təqsiri İZ formalı akta əsasən öz təsdiqini tapmadıqda müavinət bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq sığortaedənin bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciəti əsasında təyin edilir və ödənilir.

2.18. Məlumatlarda sığortaolunanın aldığı xəsarət səbəbindən hüquq mühafizə orqanlarına məlumat verilməsi qeyd olunduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin avtomatlaşdırılmış qaydada təyin edilməsi və ödənilməsi xəsarətin sığortaolunanın qəsdən öz sağlamlığına zərər vurması və ya törətdiyi cinayət nəticəsində baş verməsi müəyyənləşdirilənədək dayandırılır. Sığortaolunanın qəsdən öz sağlamlığına zərər vurması və ya törətdiyi cinayət nəticəsində baş verməsi faktı təsdiq edilmədiyi halda, müavinət bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq sığortaedənin bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciəti əsasında təyin edilir və ödənilir.

2.19. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ödənişsiz məzuniyyət, təhsil və yaradıcılıq məzuniyyəti və qismən ödənişli sosial məzuniyyət dövründən sonra da davam etdikdə, bu zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət sığortaolunanın işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.

2.20. Qeyri-iş günlərinə düşməsinə görə xəstəlik müddəti üzrə kəsilmə baş verməsi səbəbindən Məlumatlarda rejim pozuntusuna dair qeyd olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi fasiləsiz və ardıcıl hesab edilir.

2.21. Bu Qaydanın 2.7-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan dövr üzrə sığorta hadisəsindən əvvəlki rüb üçün sığortaedən tərəfindən fəaliyyətin olmaması barədə Dövlət Vergi Xidmətinə arayış təqdim edildikdə, bu halda Qaydanın 1.6-cı bəndinə əsasən müavinət təyin edilmir, sığortaedən və sığortaolunana bu barədə müvafiq elektron bildiriş göndərilir və sığorta hadisəsi baş verdiyi dövrdə fəaliyyətinin olması ilə bağlı sığortaedənin müraciətinə əsasən ümumi əsaslarla yenidən baxılır.

3.1. Sığortaolunanlara hamiləliyə və doğuma görə müavinət sığortaedən tərəfindən MEİS-in “Əmək və məşğulluq” altsisteminə (bundan sonra – ƏMAS) hamiləliyə və doğuma görə məzuniyyət əmri daxil edildikdən sonra həmin altsistemdən əldə olunmuş məlumatlar əsasında bu Qaydanın 2.1-ci bəndinə uyğun olaraq verilir.

3.2. Hamiləliyə və doğuma görə məzuniyyət müddəti əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti, qismən ödənişli sosial məzuniyyət və ya ödənişsiz məzuniyyət dövrünə təsadüf etdikdə hamiləliyə və doğuma görə məzuniyyət dövrünə düşən bütün təqvim günləri üçün müavinət verilir.

3.3. Bu Qaydanın 2.8-ci bəndində göstərilən düsturlarla hesablanmış hamiləliyə və doğuma görə müavinətin aylıq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

3.4. Hamiləliyə və doğuma görə müavinət bu Qaydanın 2.3-cü, 2.4-cü və 2.21-ci bəndləri nəzərə alınmaqla, 2.8-ci, 2.9-cu, 2.11-ci, 2.13 - 2.15-ci bəndlərə uyğun olaraq hesablanır və 100 faizi miqdarında ödənilir.

3.5. Qanunun 14.5-ci maddəsində göstərilən və aşağıdakı şərtlərə cavab verən sığortaolunanlara (muzdlu işçi cəlb etməyən) hamiləliyə və doğuma görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövrü əhatə edən hesabat dövrü bitdikdən sonra bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciəti əsasında təyin edilir və ödənilir:

3.5.1. sığorta hadisəsi baş verdiyi aydan etibarən əvvəlki son 4 rübün 6 ayında məcburi dövlət sosial sığorta haqqını qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödədikdə;

3.5.2. sığorta hadisəsi baş verdiyi tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə borcu olmadıqda;

3.5.3. fəaliyyətini müvəqqəti dayandırdıqda.

4.1. Yeni doğulan (ölü doğulan uşaq istisna olmaqla), eləcə də övladlığa götürülmüş hər bir uşağa görə qanunvericiliklə müəyyən olunmuş məbləğdə uşağın anadan olmasına görə birdəfəlik müavinət verilir.

4.2. Uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın qeydiyyatına dair EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunur.

4.3. Uşağın anadan olmasına görə birdəfəlik müavinət yeni doğulan uşağın anasına verilir. Ana sığortaolunan olmadıqda və ya müavinətin anaya verilməsi mümkün olmayan digər hallarda müavinət sığortaolunan ataya verilir.

4.4. Uşağın valideynlərindən biri sığortaolunan olduqda bu müavinət məcburi dövlət sosial sığorta vəsaiti hesabına, əks halda isə dövlət büdcəsinin vəsaiti hesabına verilir.

5.1. Sığortaolunana üç yaşınadək uşağa qulluğa görə müavinət uşağın anadan olmasının qeydiyyatına dair EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən və qismən ödənişli sosial məzuniyyət əmrinə dair ƏMAS-dan əldə olunmuş məlumatlar əsasında hər uşaq üç yaşına çatanadək qanunvericiliklə müəyyən olunmuş məbləğdə avtomatlaşdırılmış qaydada təyin edilir.

5.2. Əlilliyi olan üç yaşınadək uşağa qulluğa görə müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğinin ikiqatı miqdarında verilir.

5.3. Övladlığa götürülmüş üç yaşınadək uşaqlara qulluğa görə müavinət ümumi əsaslarla verilir.

5.4. Uşaq üç yaşına çatanadək öldüyü halda, EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilmiş məlumat əsasında müavinətin verilməsi uşağın öldüyü gündən dayandırılır.

5.5. Üç yaşınadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövründə müəssisənin ləğv edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş sığortaolunana müavinət qismən ödənişli sosial məzuniyyət əmrinin rəsmiləşdirilmiş müddətinə uyğun olaraq verilir.

5.6. Sığortaolunanın öz xahişi ilə qismən ödənişli sosial məzuniyyət dövründə əmək müqaviləsinə xitam verildiyi və ya məzuniyyətdən öz arzusu ilə işə qayıtdığı tarixdən müavinətin verilməsi dayandırılır.

6.1. Sığortaolunan, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.1-4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş, yaxud “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs (bundan sonra - sosial müavinət alan şəxs) və ya əmək pensiyaçısı vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə dəfn üçün birdəfəlik müavinət verilir.

6.2. Sığortaolunanlar və sosial müavinət alan şəxslər üzrə dəfn üçün birdəfəlik müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə isə əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir.

6.3. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan və ya sosial müavinət alan şəxs, həm də əmək pensiyaçısı olduqda, bu müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.

6.4. Dəfn üçün müavinət əmək pensiyaçısına və sığortaolunana münasibətdə məcburi dövlət sosial sığorta vəsaiti hesabına, sosial müavinət alan şəxslərə münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

7.1. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət aşağıdakı qaydada təyin edilir və ödənilir:

7.1.1. bu Qaydanın 2.5-ci bəndi nəzərə alınmaqla sığortaedən tərəfindən aşağıdakı qaydada:

7.1.1.1. bu Qaydanın 2.1-ci bəndində göstərilmiş qaydada ötürülmüş Məlumatlar real vaxt rejimində ƏMAS-da həmin sığortaolunanın sığortaedəninə (sığortaedənlərinə) aid şəxsi kabinetinə əlavə edilir;

7.1.1.2. şəxsi kabinetə ötürülmüş Məlumatlar əsasında qanunvericiliyə uyğun olaraq sığortaolunanın müavinət alıb-almamaq hüququ ƏMAS-da sığortaedənin səlahiyyətli vəzifəli şəxsi (və ya onun səlahiyyət verdiyi şəxs) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir və sığortaedən tərəfindən müavinət məbləğinin hesablanması və ödənilməsi təmin edilir;

7.1.1.3. müavinətin məbləği bu Qaydanın 2-ci hissəsinə əsasən hesablanır;

7.1.1.4. hesablanmış müavinətlər üzrə sığortaolunanın gəlirlərindən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlir vergisinin hesablanması üzrə son haqq-hesab (vergi güzəştlərinin tətbiqi, tutulmuş vergilərin nəzərə alınması və yekun hesablamaların aparılması) sığortaedən tərəfindən həyata keçirilir;

7.1.2. bu Qaydanın 2.5-ci bəndi nəzərə alınmaqla sığortaçı tərəfindən məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı qaydada:

7.1.2.1. bu Qaydanın 2.1-ci bəndində göstərilmiş qaydada ötürülmüş Məlumatların MEİS tərəfindən real vaxt rejimində emalı zamanı sığortaolunanın əmək qabiliyyətini 14 təqvim günündən çox itirdiyi müəyyən edildikdə, 14 təqvim günündən artıq olan hissəyə münasibətdə müavinət sığortaçı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir;

7.1.2.2. müavinətin məbləği bu Qaydanın 2-ci hissəsinə əsasən MEİS tərəfindən avtomatlaşdırılmış qaydada hesablanaraq, sığortaçının səlahiyyətli vəzifəli şəxsinin (şəxslərinin) gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra ödənilməsi üçün sığortaçının mühasibatlığına ötürülür;

7.1.2.3. hesablanmış müavinətin məbləğindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq hesablanmış gəlir vergisinin tutularaq dövlət büdcəsinə, qalan məbləğin sığortaolunana ödənilməsi təmin edilir. Hesablanmış müavinət və sığortaolunandan tutulan gəlir vergisi üzrə məlumatlar son haqq-hesabın aparılması məqsədilə sığortaedənə ötürülür. Hesablanmış müavinət məbləği üzrə sığortaolunandan artıq tutulmuş vergi məbləğinin qaytarılması üçün sığortaedən məlumatı sığortaçıya ötürür;

7.1.2.4. ödəniş, tələb olunan rekvizitlər (bank hesabı, müxbir hesab, hesablaşma hesabı) EHİS vasitəsilə əldə edilməklə və ya rəqəmsal həllər tətbiq edilməklə həyata keçirilir;

7.1.2.5. müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Məlumatların ötürüldüyü gündən 5 iş günü müddətində təmin edilir. Bu zaman çatışmazlıqlar aşkar edildikdə, bu müddət hər dəfə 10 iş günü olmaqla, ən çox 2 dəfə uzadıla bilər;

7.1.2.6. hər hansı bir çatışmazlıq səbəbindən müavinətin ödənilməsi mümkün olmadıqda, bu barədə 5 iş günü müddətində sığortaedən və sığortaolunanın şəxsi kabinetinə səbəblər göstərilməklə bildiriş göndərilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sığortaçı tərəfindən müavinətin ödənilməsi həyata keçirilir;

7.1.2.7. Qanunun 14.5-ci maddəsində göstərilən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlara münasibətdə müavinət Məlumatların ötürüldüyü tarixdən əvvəlki son 4 rübün 6 ayına münasibətdə həmin şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı qanunvericiliklə müəyyən olunmuş məbləğdə tam ödənildiyi halda bu Qaydanın 2-ci hissəsinə uyğun olaraq və bu Qaydanın 2.21-ci bəndi nəzərə alınmaqla təyin olunur və ödənilir;

7.1.3. bu Qaydanın 1.8-ci və 2.21-ci bəndlərində qeyd olunan sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi sığortaedən tərəfindən onun vəsaiti hesabına, qalan günlər üçün isə sığortaedənin müraciəti əsasında sığortaçı tərəfindən həyata keçirilir. Müavinət bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciət əsasında təyin edilir və ödənilir;

7.1.4. bu Qaydanın 1.8.4-cü yarımbəndində qeyd olunan sığortaolunanlara münasibətdə bu Qaydanın 7.1.3-cü yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq əmək kitabçasının surəti əlavə olunur.

7.2. Hamiləliyə və doğuma görə müavinət aşağıdakı qaydada təyin edilir və ödənilir:

7.2.1. bu Qaydanın 3.1-ci bəndində göstərilmiş qaydada əldə olunmuş məlumatlar əsasında müavinət sığortaçı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir;

7.2.2. müavinətin məbləği bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla MEİS tərəfindən avtomatlaşdırılmış qaydada hesablanaraq, sığortaçının səlahiyyətli vəzifəli şəxsinin(şəxslərinin) gücləndirilmiş elektron imzası ilə təsdiq edildikdən sonra ödənilməsi üçün mühasibatlığa ötürülür;

7.2.3. ödəniş, tələb olunan rekvizitlər (bank hesabı, müxbir hesab, hesablaşma hesabı) EHİS vasitəsilə əldə edilməklə və ya rəqəmsal həllər tətbiq edilməklə həyata keçirilir;

7.2.4. bu Qaydanın 1.8-ci və 2.21-ci bəndlərində qeyd olunan sığortaolunanlara müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi sığortaedənin bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciəti əsasında sığortaçı tərəfindən həyata keçirilir;

7.2.5. bu Qaydanın 1.8.3-cü yarımbəndində nəzərdə tutulan sığortaolunanlar istisna olmaqla, bu Qaydanın 7.2.4-cü yarımbəndində nəzərdə tutulan müraciətə sığortaedən tərəfindən hamiləliyə və doğuma görə məzuniyyət verilməsi barədə əmrdən (sərəncamdan) çıxarış, bu Qaydanın 1.8.4-cü bəndində qeyd olunan sığortaolunanlara münasibətdə həm də əmək kitabçasının surəti əlavə olunur;

7.2.6. bu Qaydanın 3.5-ci bəndində qeyd olunan sığortaolunanlara münasibətdə bu Qaydanın 7.2.4-cü yarımbəndində nəzərdə tutulan müraciətə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun olmaması və fəaliyyətinin müvəqqəti dayandırılması haqqında Dövlət Vergi Xidmətindən əldə edilən sənəd əlavə olunur.

7.3. Uşağın anadan olmasına görə birdəfəlik müavinət aşağıdakı qaydada təyin edilir və ödənilir:

7.3.1. 2020-ci il 31 dekabr tarixindən sonra doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət uşağın anadan olmasının qeydiyyatına dair EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında sığortaçı tərəfindən avtomatlaşdırılmış qaydada təyin olunur;

7.3.2. 2021-ci il 1 yanvar tarixindən əvvəl doğulmuş uşaqlar üçün uşağın anadan olmasına görə birdəfəlik müavinət sığortaedənin müraciəti əsasında sığortaçı tərəfindən ödənilir. Bu zaman müraciət müddəti məhdudlaşdırılmır və müavinət uşaq anadan olan zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilir.

7.4. Üç yaşınadək uşağa qulluğa görə müavinət aşağıdakı qaydada təyin edilir və ödənilir:

7.4.1. 2026-cı il 30 aprel tarixindən sonra uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətə buraxılmış sığortaolunanlara bu müavinət ƏMAS-a daxil edilən sığortaolunana qismən ödənişli sosial məzuniyyət verilməsi barədə əmr və EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən uşağın anadan olması ilə bağlı əldə olunmuş məlumatlar əsasında MEİS tərəfindən avtomatlaşdırılmış qaydada təyin olunur və sığortaçı tərəfindən ödənilir. Tam olmayan ay üçün müavinət sığortaolunanın məzuniyyətdə olduğu həmin aydakı təqvim günlərinə mütənasib qaydada verilir;

7.4.2. 2026-cı il 1 may tarixindən əvvəl təyin edilmiş müavinətin ödənişi təyin olunan zaman qüvvədə olan qanunvericiliyə uyğun davam etdirilir;

7.4.3. 2026-cı il 1 may tarixinədək üç yaşadək uşağı olan və qismən ödənişli sosial məzuniyyətə çıxmış, lakin uşağa qulluğa görə müavinət almamış sığortaolunanlara bu müavinət bu Qaydanın 7.4.2-ci yarımbəndinə uyğun olaraq müraciət əsasında təyin edilir və ödənilir;

7.4.4. bu Qaydanın 1.8-ci və 2.21-ci bəndlərində qeyd olunan sığortaolunanlara müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi sığortaedənin bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciəti əsasında sığortaçı tərəfindən həyata keçirilir. Bu zaman müraciət müddəti məhdudlaşdırılmır;

7.4.5. bu Qaydanın 7.4.4-cü yarımbəndində nəzərdə tutulan müraciətə sığortaedən tərəfindən qismən ödənişli sosial məzuniyyət verilməsi barədə əmrdən (sərəncamdan) çıxarış əlavə olunur.

7.5. Dəfn üçün birdəfəlik müavinət aşağıdakı qaydada təyin edilir və ödənilir:

7.5.1. 2026-cı il 30 aprel tarixindən sonra vəfat etmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin I hissəsinə əsasən əmək müqaviləsi hüquqi qüvvədə olan sığortaolunanlara, əmək pensiyaçılarına və ya sosial müavinət alan şəxslərə münasibətdə dəfn üçün birdəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə (şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya və əlaqə nömrələri) EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin olunur;

7.5.2. 2026-cı il 1 may tarixindən əvvəl vəfat etmiş şəxsə görə dəfn üçün birdəfəlik müavinət sığortaedənin (Qanunun 14.5-ci maddəsində nəzərə tutulan sığortaolunanlar vəfat etdikdə dəfn xərcini çəkən şəxs) müraciəti əsasında ödənilir. Bu zaman müraciət müddəti məhdudlaşdırılmır və müavinət şəxs vəfat edən zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş məbləğdə onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxsə təyin edilir və ödənilir;

7.5.3. bu Qaydanın 1.8-ci və 2.21-ci bəndlərində qeyd olunan sığortaolunanlara müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi sığortaedənin bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş formada müraciəti əsasında sığortaçı tərəfindən həyata keçirilir.

7.6. Müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı digər məsələlər:

7.6.1. sığortaçı bu Qaydaya əsasən təyin edilmiş müavinətin 5 (beş) iş günü müddətində müavinət təyin edilən şəxsin bank hesabına köçürülməsini təmin edir. Bu zaman çəkilən xərclər və xidmət haqları sığortaçı tərəfindən ödənilir;

7.6.2. MEİS vasitəsilə müavinətin avtomatlaşdırılmış qaydada təyin olunmasına və köçürülmüş bank hesabına dair müavinət təyin edilən şəxsin EHİS-də formalaşdırılan şəxsi kabinetinə, mobil telefonuna və ya elektron ünvanına (olduğu halda) bildiriş göndərilir;

7.6.3. MEİS-ə ötürülmüş Məlumatlar sonradan etibarsız hesab edilə və silinə bilməz;

7.6.4. bu Qaydanın 1.8-ci və 2.213-ci bəndlərinə münasibətdə sığortaedən, digər hallarda isə bank tərəfindən rekvizitlərin düzgün göstərilməməsi səbəbindən müavinət səhvən başqa şəxsə ödənildikdə, sığortaçının müraciəti əsasında müvafiq olaraq sığortaedən və ya bank bu məbləği sığortaçıya geri qaytarır;

7.6.5. vəfat etmiş sığortaolunanın öldüyü günədək təyin edilmiş və alınmamış müavinəti onun vərəsələrinin almaq hüququ vardır. EHİS vasitəsilə sığortaolunanın vərəsələrinə dair əldə olunmuş məlumatlar əsasında müavinət avtomatlaşdırılmış qaydada təyin olunur;

7.6.6. artıq verilmiş məbləğ sığortaçının müraciəti əsasında sığortaedən tərəfindən sığortaolunanın razılığı ilə, razılığı olmadıqda isə Qanunun 29-cu maddəsinə uyğun olaraq, məhkəmənin müvafiq qərarına əsasən sığortaolunandan alınmaqla sığortaçıya geri qaytarılır;

7.6.7. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinətlərdən gəlir vergisi tutulduqdan sonra məhkəmənin qərarı ilə aliment, sağlamlığa vurulmuş ziyanın ödənilməsi və ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın əvəzi tutula bilər. Müavinətdən bunlardan başqa heç bir ödəniş tutulmur. Müavinətin məbləğindən alimentin tutulması sığortaolunanın hesabına inkasso sərəncamı qoyulmaqla həyata keçirilir;

7.6.8. bu Qaydanın məqsədləri üçün sığortaolunanlara təyin olunmuş müavinət əməkhaqqı ilə bağlı bank hesablarının rekvizitlərinin real vaxt rejimində əldə olunması mümkün olmadıqda, Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvəkkil banklarında açılan hesaba ödənilir;

7.6.9. bu Qaydada nəzərdə tutulmuş müavinətlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.

8.1. Məcburi dövlət sosial sığorta vəsaiti hesabına əmək pensiyaçılarına və sığortaolunanlara sanatoriya-kurort yollayışlarının dəyəri tam və ya qismən ödənilir.

8.2. Sanatoriya-kurort müalicəsi üzrə xərclərin maliyyələşdirilməsi Nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada tələb olunan vəsaitin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ayrılması yolu ilə həyata keçirilir. Bu vəsaitlərin ilin sonuna Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən istifadə olunmayan hissəsi Dövlət Sosial Müdafiə Fondunun hesabına qaytarılır və növbəti ilin büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

8.3. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sanatoriya-kurort müalicəsi üçün ayrılan vəsait aşağıdakı məqsədlərə sərf olunur:

8.3.1. sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların (putyovkaların) alınmasına;

8.3.2. sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrinə istirahətinin təşkilinə;

8.3.3. sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanmasına;

8.3.4. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanmasına;

8.3.5. həmkarlar ittifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanmasına.

8.4. Sanatoriya-kurort müalicəsi üçün ayrılan vəsaitlərin məqsədyönlü xərclənməsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası məsuliyyət daşıyır.

8.5. Nazirlik və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sığortaolunanların sanatoriya-kurort müalicəsinə tələb olunan xərclər smetasını hər il təsdiq edirlər. İl ərzində xərclər smetasında dəqiqləşdirmə aparıla bilər.

8.6. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sanatoriya-kurort müalicəsi üçün daxil olan vəsaitin və xərclərin uçotunu aparır, bu barədə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna hər rüb artan yekunla müəyyən olunmuş formada hesabat təqdim edir.

8.7. Həmkarlar ittifaqlarının orqanları sanatoriya-kurort müalicəsi vəsaitlərinin düzgün və məqsədyönlü xərclənməsinə nəzarət edirlər.

8.8. Nazirlik və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə yollayışların verilməsi normativlərini, onların qismən dəyərinin ödənilməsi faizlərini, digər təlimat və normativ sənədləri öz səlahiyyətləri daxilində birlikdə təsdiq edirlər.

8.9. Nazirlik tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sığortaolunanların sanatoriya-kurort müalicəsinə ayrılan vəsaitlərin düzgün və məqsədyönlü xərclənməsi ildə bir dəfədən az olmayaraq yoxlanılır.

Azərbaycan Həmkarlar İttifaqları komitələri tələb olunan sənədləri, hesabatları, məlumatları Nazirliyin yoxlama aparan vəzifəli və müvəkkil edilmiş şəxslərinə maneəsiz olaraq təqdim etməlidirlər.

8.10. Sanatoriya-kurort müalicəsinə ayrılan vəsaitin başqa məqsədlərə yönəldilməsinə yol verilmir. Sanatoriya-kurort müalicəsi üçün ayrılmış vəsaitin başqa məqsədlərə xərclənməsində təqsirkar olan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Sosial sığorta ödəmələrinin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı mübahisələrə Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmələr tərəfindən baxılır.

Qeyd. Cədvəldə göstərilən məlumatların dəqiqliyinə görə sığortaedən məsuliyyət daşıyır.

Sığortaedənin adı, SUN və VÖEN-i: _____________ _________ ___________

Sığortaedən: ________________________ ___________

(soyadı, adı, atasının adı) (imza)

Baş (böyük) mühasib: ________________________ __________

(soyadı, adı, atasının adı) (imza)

1. Sığortaedən haqqında məlumat:

1.1. Sığortaedənin adı ________________________________________________________________________________

1.2. Sığortaedənin uçot nömrəsi _______________________________________________________________________

1.3. Sığortaedənin VÖEN-i ____________________________________________________________________________

1.4. Sığortaedənin məcburi dövlət sosial sığorta vəsaiti hesabına müavinətlərin ödənilməsi ilə bağlı müraciətinin tarixi və nömrəsi____________________________________________________________________________________________

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (məcburi dövlət sosial sığorta vəsaiti hesabına 14 təqvim günündən sonraya düşən hissəsi)

Hamiləliyə və doğuma görə müavinət

3 yaşınadək uşağa qulluğa görə müavinət

Qeyd olunan məlumatların doğruluğunu imzamla təsdiq edirəm.

Sığortaedən tərəfindən məsul şəxs

____________________________________

__________________________ M.Y.

Tarix “____” ___________________20____ il

ƏƏSMN-nin tabeliyində DSMF-nin struktur bölməsinin adı _______________________________________________________

__________________________ M.Y.

Tarix “____” ___________________20____ il

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 oktyabr 2000-ci il tarixli 184 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 10, maddə 764)

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2001-ci il tarixli 59 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 3, maddə 214)

3. 2 iyun 2001-ci il tarixli 73 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 6, maddə 342)

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyul 2005-ci il tarixli 127 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 7, maddə 661)

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 sentyabr 2005-ci il tarixli 166 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 857)

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 sentyabr 2005-ci il tarixli 167 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 858)

7. 29 dekabr 2005-ci il tarixli 245 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №12, maddə 1244)

8. 30 yanvar 2006-cı il tarixli 29 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 58)

9. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)

10. 6 mart 2006-cı il tarixli 63 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 63)

11. 13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 819)

12. 13 sentyabr 2006-cı il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 821)

13. 14 oktyabr 2006-cı il tarixli 206 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 902)

14. 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 10, maddə 903)

15. 6 fevral 2007-ci il tarixli 25 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 185)

16. 10 fevral 2007-ci il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 188)

17. 11 may 2007-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 544)

18. 07 fevral 2008-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 114)

19. 21 fevral 2008-ci il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 129)

20. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

21. 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853)

22. 19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 857)

23. 19 mart 2010-cu il tarixli 52 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 263)

24. 29 mart 2010-cu il tarixli 53 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)

25. 20 avqust 2010-cu il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 08, maddə 763)

26. 24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1123)

27. 10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 5, maddə 449)

28. 13 iyul 2011-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 07, maddə 742)

29. 13 fevral 2012-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 180)

30. 4 iyul 2012-ci il tarixli 146 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 iyul 2012-ci il, № 146, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 773)

31. 29 aprel 2014-cü il tarixli 115 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 may 2014-cü il, № 92, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 459)

32. 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343)

33. 28 noyabr 2016-cı il tarixli 485 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1973)

34. 7 aprel 2017-ci il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 610)

35. 26 may 2017-ci il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 995)

36. 12 sentyabr 2017-ci il tarixli 371 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9, maddə 1728)

37. 18 oktyabr 2017-ci il tarixli 451 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2017-ci il, № 231, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10, maddə 1913)

38. 28 dekabr 2017-ci il tarixli 603 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, II kitab, maddə 2548)

39. 4 iyun 2018-ci il tarixli 249 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyun 2018-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 6, maddə 1348)

40. 3 sentyabr 2018-ci il tarixli 373 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 sentyabr 2018-ci il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1903)

41. 28 noyabr 2018-ci il tarixli 509 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il, № 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2458)

42. 19 dekabr 2018-ci il tarixli 540 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2736)

43. 26 aprel 2019-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 781)

44. 9 iyul 2019-cu il tarixli 296 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1319)

45. 9 aprel 2020-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 aprel 2020-ci il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №4, maddə 480)

46. 29 sentyabr 2020-ci il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 sentyabr 2020-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1232)

47. 10 oktyabr 2020-ci il tarixli 385 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 oktyabr 2020-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1273)

48. 5 mart 2021-ci il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2021-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 275)

49. 17 iyul 2021-ci il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 875)

50. 13 sentyabr 2021-ci il tarixli 260 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 sentyabr 2021-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1060)

51. 6 oktyabr 2021-ci il tarixli 295 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 oktyabr 2021-ci il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1164)

52. 30 oktyabr 2021-ci il tarixli 325 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1192)

53. 30 oktyabr 2021-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1195)

54. 19 avqust 2022-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 20 avqust 2022-ci il, “Xalq” qəzeti, 21 avqust 2022-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1007)

55. 21 sentyabr 2022-ci il tarixli 365 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1098)

56. 15 sentyabr 2023-cü il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 sentyabr 2023-cü il, “Xalq” qəzeti, 17 sentyabr 2023-cü il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 9, maddə 1351)

57. 14 mart 2024-cü il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 mart 2024-cü il, “Xalq” qəzeti, 20 mart 2024-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 335)

58. 6 sentyabr 2024-cü il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 11 sentyabr 2024-cü il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1067)

59. 12 may 2025-ci il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 may 2025-ci il, “Xalq” qəzeti, 16 may 2025-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 5, maddə 507)

60. 17 sentyabr 2025-ci il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 870)

61. 30 yanvar 2026-cı il tarixli 31 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 fevral 2026-cı il, “Xalq” qəzeti, 6 fevral 2026-cı il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 101)

62. 21 sentyabr 2026-cı il tarixli 307 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 21 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 30 sentyabr 2026-cı il, № 178)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver