Qanunvericilik › Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, 05.02.2002) › Tam mətn

Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, 05.02.2002)

Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, 05.02.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Dövlət qeydiyyatına alınmışdır" TƏSDİQ EDİRƏM

Azərbaycan Respublikası

Azərbaycan Respublikasının Baş nazirinin müavini -

Ədliyyə Nazirliyi Qaçqınların və Məcburi Köçkünlərin

Qeydiyyat № 2744 İşləri üzrə Dövlət Komitəsinin Sədri

Nazir _____________F. Məmmədov __________________ Ə. Həsənov

"15" _02_ 2002-ci il "5" _ 02__ 2002-ci il

Razılaşdırılıb: Razılaşdırılıb:

Azərbaycan Respublikası Azərbaycan Respublikası

Maliyyə Nazirliyi Milli Bankı

Nazir ___________ Ə. Ələkbərov Sədr ____________ E. Rüstəmov

"04" fevral 2002-ci il "29" yanvar 2002-ci il

Sədr __________ Z.Zeynalov

"29" yanvar 2002-ci il

Bu təlimat "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", " Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", " Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunlarının, Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətlərin artırılması haqqında" 13 oktyabr 2000-ci il tarixli 543 nömrəli Sərəncamının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 1999-cu il tarixli 184 nömrəli, 20 avqust 2001-ci il tarixli 139 nömrəli qərarlarının tələblərinə uyğun olaraq məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin paylanılması qaydalarını, həmin müavinətin verilməsinin hansı şəxslərə şamil olunmasını və bu proses zamanı meydana çıxan münasibətləri tənzimləyir.

Məcburi köçkün-xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanılması, təbii və texnogen fəlakət nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub ölkə hüquqlarında başqa yerə köçmüş şəxsdir.

Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qocalar və əlillər evləri və digər bu kimi yaşayış yerləri başa düşülür.

On dörd yaşı olmayan, yetkinlik yaşına çatmayan və ya qəyyumluq altında olan məcburi köçkün uşaqlarının yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

Yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır.

1.1. Məcburi köçkünlərə (onların uşaqlarına ) yemək xərci üçün verilən aylıq müavinət (mütəmadi pul yardımları) dövlət büdcəsi hesabına ödənilir.

1.2. İşğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin ayda bir dəfə dəqiq, dürüstləşdirilmiş siyahılarını (əlavə olunmuş 1 №-li forma əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir.

Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (əlavə olunmuş 1 №-li formaya uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir.

1.3. Məcburi köçkünlərin aylıq siyahılarının tərtibi təsərrüfatbaşına kitaba əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər (pasport, doğum haqqında şəhadətnamə və s.) əsasında həyata keçirilir.

Təsərrüfatbaşına kitabda məcburi köçkünlərin hərəkəti barədə məlumatların düzgünlüyü rayon icra hakimiyyətlərinin müəyyən etdikləri komissiya tərəfindən rayon statistika idarələrinin nümayəndəsinin iştirakı ilə rübdə bir dəfə yoxlanılaraq bu barədə müvafiq akt tərtib edilir və rayon icra hakimiyyətləri başçıları tərəfindən təsdiq olunaraq nəticəsi üzrə müvafiq tədbirlər görülür. Həmin aktlar rayon icra hakimiyyətləri aparatının müvafiq şöbəsində saxlanılır.

1.4. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən ərazisi işğal olunmuş rayon icra hakimiyyəti başçısı tam məsuliyyət daşıyırlar.

1.5. Dövlətqaçqınkom əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən hər ayın 20-dək məcburi köçkünlərin sayına dair rəsmi təsdiq edilmiş arayışa uyğun olaraq, tələb olunan aylıq müavinətin məbləğini müəyyənləşdirir və vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edir.

1.6. Azərbaycan Respublikası Maliyyə Nazirliyi yemək xərclərinin ayrılmasına dair təqdim olunmuş sifariş əsasında vəsaiti əraziləri işğal olunmuş rayon icra hakimiyyətlərinin xəzinə hesabına köçürür.

1.7. Əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri 1-2 gün müddətində daxil olunmuş vəsaitin BUS Bankın filiallarına köçürülməsini təmin edir və bu barədə Dövlətqaçqınkoma rəsmi məlumat verir.

2.1. Məcburi köçkünlərə müavinət əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən onların müvəqqəti məskunlaşdıqları ərazilər üzrə ayrı-ayrılıqda BUS Bankın idarə və filiallarına (sonradan filial adlanacaq) 2 №-li forma əsasında (forma əlavə olunur) təsdiq olunmuş adlı siyahılar əsasında ödənilir. Təqdim olunmuş siyahılar artma və azalmadan asılı olaraq hər ay dəqiqləşdirilir. Artma və azalmadan asılı olaraq təqdim olunmuş siyahılar icra hakimiyyətləri tərəfindən təsdiq olunur. BUS Bankın filialları müavinətin ödənilməsi üçün daxil olmuş vəsaiti məcburi köçkünlərin məskunlaşma yeri üzrə 3 saylı yemək xərci (bundan sonra YX) forması əsasında ödəyir. (forma əlavə olunur)

2.2. Müavinətin ödənilməsi üçün sənədləri qəbul edən bank filialının məsul işçisi siyahıların düzgün rəsmiləşdirilməsini, siyahılarda vəzifəli şəxslərin imzalarının və gerbli möhürün olmasını, saya uyğun hesablanmış məbləğin düzgünlüyünü yoxlayır.

2.3. Bankların filial və kassalarında ödənilən tapşırıqlar bankın filialında saxlanılır.

2.4. Ödəniş üçün kassalara verilən YX formasının uçotu (alınıb, geri qaytarılması) müvafiq jurnalda aparılır.

2.5. Bank filiallarında YX forması üzrə aparılan ödənişlərin harada (evdə və ya bankda) aparılmasından asılı olmayaraq həmin forma xüsusi kortotekalarda saxlanılır.

2.6. Müavinətlərin ödənişi bank filialının hesabına vəsait daxil olduqdan bir gün sonra aparılır.

2.7. Bankın nəzarətçisi YX formasındakı müvafiq qrafada ailə tərkibinin müvafiq sayını, məbləği, ödəmə tarixini qeyd edib ailə başçısına müvafiq qrafada imza etdirir. Sonra nəzarətçi həmin imzanı imza nümunəsi ilə üzləşdirir, öz imzası ilə əməliyyatı təsdiq edir və məbləği (pulu) vətəndaşa verir.

Ailə tərkibindən istənilən həddi-buluğa çatmış şəxs yemək xərclərini ayrıca YX forması əsasında müvafiq qaydada ala bilər. Bank tərəfindən həmin şəxs ailənin tərkibindən çıxarılır və aidiyyəti üzrə İcra hakimiyyətinə rəsmi məlumat verilir. İcra hakimiyyətləri növbəti ayın siyahısında həmin şəxsləri ailənin tərkibindən çıxararaq, siyahıdan çıxarılmış şəxslərə ayrılıqda siyahı təqdim edir. Əgər məcburi köçkünə ödəniş birinci dəfə etibarnamə əsasında verilirsə, onda YX formasında etibar edən məcburi köçkünün imza nümunəsi müavinətin həmin şəxsin özünə ödənilməsi zamanı alınır.

Yetkinlik yaşına çatan ailə üzvlərinə çatacaq yemək xərci üçün müavinətlər, yalnız onların təqdim etdikləri vəkalətnamələr əsasında ailə başçısına verilə bilər.

BUS Bankın filialları müavinət pulunu almaq üçün bankın filiallarına gələ bilməyən əlil, xəstə və kimsəsiz məcburi köçkünlərin yemək xərcləri üçün müavinətlərini yalnız onların vəkalətnamələri əsasında digər şəxslərə verir və ya müavinətlərin birbaşa onlara çatdırılması üçün müvafiq tədbirlər görür.

2.8. Ödəniş aparılmış YX formaları ardıcıl nömrələrlə tərtib edilmiş reyestrə yazılır.

2.9. Cari ay üçün ödənişdən başqa, keçmiş aylar üzrə ödəniş aparıldığı hallarda reyestrlərdə yazılış ayrı-ayrılıqda aylar üzrə göstərilir.

2.10. Nəzarətçi-mühasib mühasibatlığa daxil olmuş reyestrləri, YX formasındakı məxaric əməliyyatlarını və imza nümunələrini üzləşdirir, YX formasında müvafiq qrafada imza edir və reyestrin düzgünlüyünü öz imzası ilə təsdiq edir.

2.11. Cari ayın əvvəlində bank filialının məsul işçisi müavinətlərini almayan məcburi köçkünlərin soyadı, adı və atasının adı, YX forma nömrəsi və ödənilməmiş müavinətin məbləği göstərilməklə iki nüsxədən ibarət siyahı tərtib edib rəsmiləşdirir. Ödənilməmiş müavinətlərin siyahısının bir nüsxəsi ayda bir dəfə BUS Bankın filialları tərəfindən müvafiq rayonların icra hakimiyyəti başçılarına göndərilir.

2.12. Müavinət alan hər bir ailə başçısı və ailənin tərkibindən çıxarılmış hər bir həddi-buluğa çatmış vətəndaşların istəyindən asılı olaraq, onlara çatacaq müavinəti bankda əmanət hesabına köçürə bilər.

Bunun üçün YX formasının müvafiq ərizə qrafasında həmin şəxs tərəfindən bankdakı şəxsi əmanət hesabının nömrəsi yazılır və imza edilir.

3.1. Müavinət üçün bank filialına köçürülmüş vəsaitin ödənişi və hesablarda qalan vəsait barədə BUS Bank ayda 1 dəfə Dövlətqaçqınkoma və əraziləri işğal olunmuş rayon icra hakimiyyəti orqanlarına rəsmi məlumat verir.

3.2. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri müavinət üçün ayrılmış vəsaitin filiallarda ödənişinin düzgünlüyünü BUS Bankın müvafiq strukturları ilə birgə rübdə 1 dəfə üzləşdirilməsini aparırlar.

Təsdiq edilib ödəniş üçün verilmiş siyahılar əsasında müavinətin vaxtında və təyinatı üzrə məcburi köçkünlərə ödənilməsinə BUS Bank və onun filialları məsuliyyət daşıyırlar.

4.1. "Məcburi köçkün" statusuna malik olub respublika ərazisində olan şəxslərə;

4.2. Valideynlərindən hər ikisi "məcburi köçkün" statusuna malik olan uşaqlara;

4.3. Valideynlərindən atası (ailə başçısı) "məcburi köçkün" statusuna malik olan uşaqlara;

4.4. Ər və ya arvaddan biri "məcburi köçkün" statusuna malik olmuş ailələrdə nikahın pozulması zamanı məhkəmə qaydasında "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində qalan uşaqlara;

4.5. Ər və ya arvaddan birinin "məcburi köçkün" statusuna malik olduğu ailələrdə onlardan birinin vəfat etməsindən sonra "məcburi köçkün" statusuna malik olan şəxsin himayəsində olan uşaqlara;

4.6. Faktiki nikahdan doğulmuş, "məcburi köçkün" statusuna malik olan şəxsin (kişi və ya qadının) himayəsində olan uşaqlara (onlara digər müavinətlər verilmədikdə);

4.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara;

4.8. "Məcburi köçkün" statusu olan hər iki valideynini itirmiş uşaqlara (belə uşaqların adından yalnız onların qəyyumları və himayəçiləri çıxış edirlər);

5.1. Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla);

5.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına;

5.3. Müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə;

5.4. Həbsdə olan məcburi köçkünlərə;

5.5. "Məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə;

5.6. "Məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir);

5.7. Pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslərə;

5.8. Səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə.

Bu təlimat Dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.

______________ rayon (şəhər) İcra

Rayonun işğalından əvvəl yaşadığı ünvanı

_________________ rayon (şəhər) İcra Hakimiyyəti

başçısının _________ kənd (şəhər) üzrə nümayəndəsi

_________________ soyadı, adı və atasının adı

____________________ rayon (şəhər) İcra

______________ soyadı, adı və atasının adı

tarixə ____________ yemək xərci üçün müavinət alan məcburi köçkünlərin

İmza: ____________________ ____________________

____________________ ____________________

__________ ____________________

____________________________ ________________________________________

(köçkün rayonun adı) (nümayəndəliyin və ya məntəqənin adı)

Şəxsi vərəqə № ______________ ________________________________________

Ünvan: _____________________ ________________________________________

pasport nömrəsi, doğulduğu il, mənşəyi

Təyin edilən məbləğ _____________________________________________

(rəqəm və yazı ilə) tarix

Əlavə məbləğlə _____________________________________________

(rəqəm və yazı ilə) tarix

Əlavə məbləğlə _____________________________________________

(rəqəm və yazı ilə) tarix

İmza nümunəsi _________________

Ərizə: Xahiş edirəm mənə çatası məbləği

______________ saylı əmanət hesabına keçirəsiniz

______________ ________________________ İmza

Nəzarətçi - mühasibin imzası

___________________________________________

adi, soyadı atasının adı

İmza nümunəsi ____________________________

Pasport ___________________________________

Etibarnamənin müddəti _____________________

Etibarnamənin verildiyi tarix ________________

___________________________________________

___________________________________________

adı, soyadı, atasının adı

İmza nümunəsi ____________________________

Pasport ___________________________________

Etibarnamənin müddəti _____________________

Etibarnamənin verildiyi tarix ________________

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver