Qanunvericilik › Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi

Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Məcburi köçkünlərin məşğulluğu dövlət proqramına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən təmin edilir. Dövlət məcburi köçkünlərin müstəqil olaraq işə düzəlmələri, onların kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün zəruri şərait yaradır.

Məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi dövlət idarə, müəssisə və təşkilatlarında kvota müəyyən edilməsi, yeni iş yerlərinin açılması və digər tədbirlərin görülməsi ilə həyata keçirilir.

Məcburi köçkünləri daimi işlə təmin etmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanları onların müvəqqəti və mövsümi işlərə cəlb edilməsini təşkil edirlər.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda məcburi köçkünlərin işə qəbulu zamanı əmək kitabçasının təqdim edilməsi məcburi deyil. İdarə, müəssisə və təşkilatlarda ştatların və işçilərin sayının ixtisarı zamanı məcburi köçkünlər işdə saxlanmaq üçün üstünlük hüququna malikdirlər.

Kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bank kreditləri verilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver