Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, qida və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Hüquqi və fiziki şəxslər, beynəlxalq təşkilatlar məcburi köçkünlərə maddi və digər humanitar yardımların göstərilməsində müstəqildirlər. Bu şəxslərin humanitar fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlaqələndirilir.