Azərbaycan Respublikası Prezidentinin “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.4-1.8-ci bəndlərinin, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-2.1.7-ci, 2.1.9-cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili Qaydaları” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin və onların areallarının Siyahısı” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi Qaydası” təsdiq edilsin (4 nömrəli əlavə).
5. “Ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması Qaydası” təsdiq edilsin (5 nömrəli əlavə).
6. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri” təsdiq edilsin (6 nömrəli əlavə).
7. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın Əsasnaməsi” təsdiq edilsin (7 nömrəli əlavə).
8. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının Əsasnaməsi” təsdiq edilsin (8 nömrəli əlavə),
9. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının Əsasnaməsi” təsdiq edilsin (9 nömrəli əlavə).
10. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri” təsdiq edilsin (10 nömrəli əlavə).
11. “Azərbaycan Respublikasının Milli Genbankının Əsasnaməsi” təsdiq edilsin (11 nömrəli əlavə).
12. “Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı Qaydası” təsdiq edilsin (12 nömrəli əlavə).
13. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin iştirakı ilə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi Texniki Şura yaradılsın.
14. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu Milli Əlaqələndirici İnstitut müəyyən edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 13 noyabr 2012-ci il
1.1. Bu Qaydalar “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 273-lVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalarını müəyyən edir.
1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyaları (bundan sonra - MBGEMK) Elmi-Texniki Şura tərəfindən qeydiyyata alınır və dövlət mülkiyyəti hesab edilir.
1.3. MBGEMK-nın yaradılması və ya qeydiyyatı üzrə müraciətlərə Elmi-Texniki Şura tərəfindən 1 (bir) ay müddətində baxılır və müvafiq qərar qəbul edilir.
1.4. MBGEMK-nın yaradılması və ya qeydiyyatı üzrə müraciətə verilən imtina qərarından 1 (bir) ay müddətində yuxarı orqana və məhkəməyə şikayət edilə bilər.
2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. deskriptor - hər hansı sistematik obyekti təsvir edən məlumatların (verilənlərin) məcmusu. Hərfi tərcüməsi “təsvir edən” deməkdir. Bitkiçilikdə pasport deskriptorları (məsələn, nümunənin identifikatorları, elmi adı, toplandığı yer və bu yerin coğrafi koordinatları, toplanma və kolleksiyaya daxiledilmə ili, bioloji statusu və s.), xarakteristika deskriptorları (bitkinin ölçüləri, yarpağının forması, kollanma tipi, ilk budağın yerləşmə hündürlüyü, sünbüldə və ya paxlada dən sayı və s.), qiymətləndirmə deskriptorları (biokimyəvi, texnoloji, fizioloji parametrlər, keyfiyyət göstəriciləri, stress amillərinin təsirinə davamlılıq dərəcələri və s.) və digər deskriptorlar mövcuddur. Deskriptorları qeydə almaq üçün müxtəlif kodlaşdırma sistemlərindən istifadə edilir;
2.1.2. ex situ mühafizə - bitki müxtəlifliyinin təbii həyat mühitindən (yabanı növlərin təbii areallarından, sortların isə səciyyəvi xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı yerlərdən) kənarda nəzarət edilən şəraitdə mühafizəsi və idarə olunması;
2.1.3. identifikator - təyinedici, ad və ya qeydiyyat nömrəsi. Hər bir nümunənin müxtəlif identifikatorları ola bilər. Lakin milli kolleksiyalara ilk dəfə daxil olarkən verilən milli identifikator unikal olmalıdır (yəni yalnız bir nümunəni təyin etməlidir);
2.1.4. in situ mühafizə - yabanı bitki müxtəlifliyinin təbii areallarında, becərilən sort və digər nümunələrin səciyyəvi xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı mühitdə mühafizəsi və idarə olunması;
2.1.5. in vitro (latın dilində - şüşədə) - bərpa, çoxaldılma, toxuma kulturası üzrə tədqiqatların sınaq şüşəsində təcrübə qoyulmaqla aparılması;
2.1.6. Material Mübadiləsi Sazişi - bitki genetik ehtiyatları nümunələrinin sahibləri, istifadəçiləri və digər əlaqədar yerli və xarici hüquqi və fiziki şəxslər arasında bu ehtiyatların mübadiləsi ilə bağlı məsələləri əhatə edən ikitərəfli və ya çoxtərəfli saziş (müqavilə);
2.1.7. on-farm mühafizə - becərilən xalq seleksiyası sortlarının və formalarının səciyyəvi xüsusiyyətlərini və adaptiv xassələrini qazandığı ərazilərdə yerləşən fərdi, xüsusi, kollektiv və s. fermer təsərrüfatlarında, həyətyanı sahələrdə mühafizəsi və idarə olunması;
2.1.8. sedimentasiya - 2 faizli sirkə turşusu məhlulunda un dənəciklərinin şişməsini göstərir. Bu göstərici nə qədər yüksək olarsa, çörəkbişirmə keyfiyyəti bir o qədər yüksək olar;
2.1.9. taksonomik təsnifat - oxşar xüsusiyyətlərinə və əlamətlərinə görə fərqlənən fərdlərin müəyyən təsnifat qrupunda (məsələn, bitki sistematikasında fəsilə, cins, növ, növmüxtəlifliyi və s. taksonlar mövcuddur) birləşdirilməsi. Bitki növünün takson adı (elmi adı) ümumi qəbul edilmiş qaydaya əsasən, cins və növ adından ibarət olur. Məsələn, Triticum aestivum taksonu: burada Triticum buğda cinsinin, T.aestivum isə çörək buğdası (yumşaq buğda) növünün elmi adıdır.
3.1. MBGEMK-nın formalaşdırılması və ya kolleksiyalara milli kolleksiya statusunun verilməsi aşağıdakı prinsiplərə əsasən həyata keçirilir:
3.1.1. kolleksiyaların yaradılmasında və formalaşdırılmasında ekoloji, iqtisadi və sosial maraqlar uzlaşdıqda;
3.1.2. mənşə etibarilə əsasən yerli materiallardan təşkil olunduqda;
3.1.3. kolleksiya nümunələrinin saxlanmaya hazırlanması, saxlanması, daimi monitorinqi, nümunələrin artırılması və hərtərəfli öyrənilməsi üçün elmi və texniki tələblərə uyğun şərait olduqda;
3.1.4. Azərbaycan üçün prioritet sayılan bitkilərin müxtəlifliyini, həmçinin endem, nadir, itmək təhlükəsi olan bitki növlərini və növdaxili müxtəlifliyini, yerli xalq seleksiyası sortlarını, seleksiya proqramları üçün mühüm əhəmiyyət daşıyan və digər qiymətli genetik materialları əhatə etdikdə;
3.1.5. mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra -MBGE) nümunələri və onlara aid informasiyaların əldə edilməsi mümkün olduqda;
3.1.6. MBGE-nin toplanılması və saxlanması sahəsində elmi tədqiqatlar aparıldıqda.
4.1. MBGEMK Genbankda saxlanan toxum, tozcuq, spor, DNT və RNT, in vitro, sahə kolleksiyaları şəklində mövcud ola bilər,
4.2. Mühafizə və istifadə funksiyalarına görə MBGEMK-nın tərkibi aşağıdakı qruplara bölünür:
4.2.1. baza kolleksiyaları;
4.2.2. aktiv işlək kolleksiyalar;
4.2.3. əvəzedici (dublikat) kolleksiyalar;
4.2.4. genetik kolleksiyalar;
4.2.5. özək kolleksiyalar,
4.2.6. herbari kolleksiyaları;
4.2.7. DNT və RNT kolleksiyaları.
4.3. MBGEMK-nın sahibləri tərəfindən milli kolleksiyanın təyinatı dəyişdirildikdə və ya belə bir niyyət olduqda, bu barədə Elmi-Texniki Şuraya və Milli Əlaqələndirici İnstituta yazılı məlumat verilir.
5.1. Nümunələr ümumi qəbul edilmiş metodlara əsasən elmi ekspedisiyalar yolu ilə toplanılır.
5.2. Nümunələrin toplanmasından əvvəl herbari fondu öyrənilir, kolleksiyalarda boşluqlar, mövcud nümunələrin yaşam qabiliyyəti, başqa genbanklardan əldəetmə imkanları aşağıdakı sxem üzrə araşdırılır:
5.3. Ekspedisiya tədqiqatları və nümunə toplanışı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, xarici təşkilatların müraciəti və Elmi-Texniki Şuranın razılığı ilə də həyata keçirilir.
5.4. Beynəlxalq statuslu ekspedisiyalarda toplanmış nümunələr müqaviləyə uyğun olaraq bərabər bölünməlidir.
5.5. Hər bir nümunə toplandıqdan və ya bərpa edildikdən sonra Milli Genbanka verilir.
5.6. Toplanma toxumların yetişmə dövrünə mümkün qədər yaxın vaxtda və onların təbii dağılması başlayana qədər həyata keçirilir.
5.7. Toxumun yığılması ilə qurutma mühitinə keçirilməsi arasında optimal vaxt 3-5 gün olmalıdır.
5.8. Yeni toplanmış toxumlar yaxşı ventilyasiya olunan konteynerlərə yerləşdirilməlidir. Burada temperatur 30°C-ni və nisbi rütubət (RH) 85 faizi keçməməlidir.
5.9. Yığım zamanı nümunənin ilkin taksonomik təsnifatı, yığım sahəsinin üçölçülü (coğrafi enlik, uzunluq, hündürlük) koordinatları, toplanmış bitkilərin arealının təsviri, toplanmış bitkilərin miqdarı ilə bağlı məlumatlara, həmçinin düzgün saxlanma üçün zəruri olan digər məlumatlara dair formalar, o cümlədən bitkilərin pasport identifikatorları tətbiq edilməlidir (1, 2 və 3 nömrəli əlavələr).
5.10. Toxum nümunələrinin minimum ölçüsü allellərin 95 faiz saxlanması və ya nümunələr götürülən populyasiyanın faktiki ölçüsü üçün yetərli olmalıdır.
5.11. Toplanmış hər bir nümunə qəbul edilmiş standarta uyğun olaraq nömrələnir.
6.1. Milli kolleksiyalara bütün toxum nümunələri müvafiq sənədləşmə əsasında daxil edilir (4 və 5 nömrəli əlavələr).
6.2. Ölkə daxilində aparılmış ekspedisiya nəticəsində toplanmış nümunələr müvafiq qaydada qəbul edilir və təmizlənmədən sonra genbankda saxlanmaq üçün soyuducu kameraya yerləşdirilir və ya bərpaya göndərilir.
6.3. Azərbaycan Respublikasının hüdudlarından kənarda toplanmış MBGE nümunələrinin mübadiləsi Elmi-Texniki Şura tərəfindən təsdiq edilmiş nümunəyə uyğun hazırlanmış Material Mübadiləsi Sazişi əsasında aparılır.
6.4. Nümunələr kolleksiyaya daxil edilməzdən əvvəl fitosanitar nəzarətindən keçirilir və fumiqasiya edilir.
6.5. MBGE nümunələri toxumçuluq şirkəti, tədqiqat proqramı və ya digər kolleksiya sahibləri tərəfindən kolleksiyaya bağışlandığı halda, toxumlarla birgə nümunələrin pasport məlumatları, taksonomik təsnifatı, milli adı və donorun identifikasiya nömrəsi də verilməlidir.
6.6. MBGEMK nümunələrinə Elmi-Texniki Şura tərəfindən təsdiq edilmiş formada milli unikal identifikasiya nömrəsi verilir.
6.7. Nümunələrlə eyni populyasiyadan herbarilər götürülür.
6.8. Pasport məlumatları olmayan MBGE nümunələri milli kolleksiyaya qəbul edilmir. Onlar genbanka müvəqqəti saxlanmaya qoyulur, milli kolleksiyanın məlumat bazasında müvafiq qeyd aparılır və ona müvəqqəti nömrə verilir.
7.1. Növündən asılı olaraq, bütün toxum nümunələri saxlanmadan öncə +5°C-dən +20°C-yə qədər temperaturda və 10 faiz nisbi rütubətli mühitdə qurudulur.
7.2. Qısamüddətli saxlanmada toxumlar ətraf mühit temperaturunda qurudulmalıdır.
7.3. Qurutmadan sonra uzunmüddətli saxlanma üçün bütün toxum nümunələri münasib gennetik konteynerlərə yığılaraq möhürlənir. Lakin nümunəyə tez-tez müraciət etməyə ehtiyac olduqda, toxumları gennetik olmayan konteynerlərdə saxlamaq da mümkündür. Toxumların saxlanması üçün müxtəlif konteynerlərdən, o cümlədən şüşə, tənəkə, plastik konteynerlərdən və laminasiyalı alüminium folqadan istifadə edilir.
7.4. Saxlanma zamanı müntəzəm olaraq toxumlarda nəmliyin miqdarı ölçülməlidir.
7.5. Əsas kolleksiyalar uzunmüddətli şəraitdə -18±3°C temperaturda və 15±3 faiz nisbi rütubətdə saxlanılır.
7.6. Toxumları uzunmüddətli saxlanma kamerasından nadir hallarda, o cümlədən ortamüddətli saxlanma kamerasında toxum qurtardıqda çıxarmaq olar.
7.7. Saxlanma yerində kifayət qədər enerji ehtiyatına malik qəza generatorları olmalıdır.
7.8. Nümunələrin ortamüddətli saxlanma şəraiti üçün (aktiv kolleksiyalar) otaqda havanın temperaturu +5°C-dən +10°C-dək və nisbi rütubət 15±3 faiz olmalıdır.
8.1. Toxumların yaşama qabiliyyətinin ilk yoxlanması yeni daxil olan toxumların təmizlənməsi və qurudulmasından dərhal sonra və ya genbank tərəfindən nümunələrin alınmasından sonra 12 (on iki) aydan gec olmayaraq həyata keçirilir.
8.2. Kənd təsərrüfatı bitki növlərinin toxumlarının əksəriyyəti üçün cücərmə qabiliyyətinin ilkin göstəricisi 85 faizdən az olmamalıdır.
8.3. Yaşama qabiliyyətinin yoxlanılması müntəzəm olaraq həyata keçirilməlidir. Əgər nümunələr - 18°C temperaturda uzun müddətə möhürlənmiş germetik konteynerlərdə saxlanırsa, yoxlamalar arasındakı interval yüksək dayanıqlı növlər üçün 10 (on) il, aşağı dayanıqlı növlər üçün isə 5 (beş) il və ya daha az olmalıdır.
8.4. Milli Genbanka daxil olan toxum nümunələrinin yaşama qabiliyyətinin və nəmliyinin yoxlanılması zamanı alınan bütün məlumatlar sənədləşmə sistemində qeyd edilməli və saxlanma üçün yararsız nümunələr müəyyənləşdirilməlidir (6 və 7 nömrəli əlavələr).
9.1. Toxumların yaşama qabiliyyəti ilkin yaşama qabiliyyətinin 85 faizindən aşağı düşdükdə və ya nümunənin qalan toxumu üç reprezentativ populyasiyasının əkini üçün az olduqda, müvafiq bərpa işləri aparılmalıdır (8 nömrəli əlavə).
10.1. Müxtəlif qrup bitkilər üçün kolleksiya nümunələrinin biomorfoloji və aqronomik, karioloji, immunoloji, fitopatoloji, fizioloji, biokimyəvi, texnoloji əlamətlər və molekulyar markörlər üzrə səciyyələndirilməsi, qiymətləndirilməsi və identifikasiyası aşağıdakı meyarlar əsasında aparılır:
Biomorfobioloji və aqrononomik
immunoloji, fitopatoloji
qurağlığa və duzluluğa davamlılıq
çörəkbişirmə keyfiyyəti
10.2. Bütün fəaliyyətlər aşağıdakı təsviri modelə uyğun ümumiləşdirilməlidir.
11.1. MBGE-nin davamlı istifadəsi müvafiq elmi tədqiqat institutları, laboratoriyalar, özəl şirkətlər, fərdi tədqiqatçılar tərəfindən nəzəri və praktiki tədqiqatlar, seleksiya və biotexnologiya proqramları vasitəsilə həyata keçirilir.
11.2. Biotexnologiyanın tətbiqi ilə MBGE-dən istifadə etməklə bir sıra mədəni bitkilərin yeni yüksəkməhsuldar, keyfiyyətli, stress amillərinin təsirinə davamlı, yerli şəraitə uyğun sort və formaları yaradılır və ya mövcud sortlarda hər hansı bir əlamətin yaxşılaşdırılması həyata keçirilir.
11.3. Qorunub-saxlanan və qiymətləndirilən MBGE-dən lazımi strategiyalar vasitəsilə təlim və təhsil, rekreasiya və şəhər yaşıllaşdırılması proqramlarında da istifadə olunur.
11.4. İstifadə üçün götürülmüş nümunələrlə bağlı aparılmış hər hansı fəaliyyət barədə məlumatlar MBGEMK-nın məlumat bazasına daxil edilməlidir.
11.5. İstifadə ilə bağlı hər hansı gəlir (məsələn, sort yaradılması ilə bağlı) formalaşarsa, onun müqavilədə nəzərdə tutulmuş hissəsi MBGEMK-ya təqdim edilməlidir.
11.6. İstifadənin ümumi təşkili aşağıdakı təsviri modelə uyğun ümumiləşdirilməlidir:
Yüksəkməhsuldar, keyfiyyətli, biotik və abiotik amillərin mənfi təsirinə davamlı, yerli aqroekoloji və becərmə şəraitlərinə uyğun sort, forma, hibrid
Dərmanlar və digər dərman vasitələri, ərzaq, geyim, aşılayıcı, boyaq və digər sənaye məhsulları, tikinti və digər təsərrüfat vasitələri
12.1. Nümunələrin formalaşdırılması, idarə olunması və hərəkəti haqqında məlumatlar yayılan materiallara əlavə olunmalıdır. Hər bir nümunənin pasport məlumatları olmalıdır.
12.2. Nümunələrin pasport məlumatları bitkilərin pasport deskriptorlarının köməyi ilə sənədləşdirilir.
12.3. Azərbaycanın mədəni bitkilərinin genetik ehtiyatlarının milli kataloqu respublika ərazisində MBGEMK-da mövcud olan nümunələr haqqında məlumatlardan ibarətdir.
12.4. Kataloqa pasport məlumatları ilə yanaşı, xarakteristika və səciyyələndirmə məlumatları da daxil edilir.
12.5. Kataloqda biotexnologiya, genomika, proteomika və bioinformatika elmləri sayəsində əldə edilən molekulyar məlumatlar da qeyd olunur.
12.6 Materialın saxlanması və istifadə olunması ilə bağlı bütün məlumatlar MBGEMK-nın məlumat bazasına daxil edilir. Bu zaman pasport deskriptorlarından istifadə olunur. Pasport deskriptorlarının siyahısı beynəlxalq təşkilatlarla razılaşdırılmaqla Elmi-Texniki Şura tərəfindən vaxtaşırı təsdiq edilir.
12.7. Məlumat bazalarının istifadəçilər üçün əlçatan olması təmin edilməlidir. Məlumat bazasının hansı hissəsinin ümumi istifadə üçün açıq olması məsələsinə Elmi-Texniki Şurada baxılır və qərar qəbul edilir.
12.8. MBGEMK-nm məlumat bazasının hansı hissəsinin beynəlxalq sistemlərə inteqrasiya üçün açıq olması məsələsinə Elmi-Texniki Şurada baxılır və müvafiq qərar qəbul edilir.
13.1. Toxumlar milli qanunvericiliyə, müvafiq beynəlxalq müqavilə və konvensiyalara uyğun olaraq mübadilə edilir və ya paylanılır.
13.2. Mübadilə saziş bağlamaqla həyata keçirilir.
13.3. Toxumların paylanması və mübadiləsi üçün tələb olunan xərclər tərəflər arasında razılaşdırılmadıqda, bu xərclər istifadəçi tərəfindən ödənilməlidir.
13.4. Ehtiyatlar tükəndikdə, istifadəçilərin tələbini təmin etmək üçün genbankdan nümunələr çoxaldılmaq üçün müvafiq laboratoriyalara təhvil verilməlidir (8 nömrəli əlavə).
14.1. MBGEMK-da başqa hadisələrlə yanaşı, elektrik enerjisinin kəsilməsi, yanğın, subasma və zəlzələ hallar üçün risklərin idarə edilməsi strategiyası hazırlanmalıdır.
14.2. Genbank əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində mövcud tələblərə cavab verməlidir.
14.3. Saxlanma yerinin ərazisində qoruyucu paltarlardan istifadə olunmalıdır. Genbankda siqnalizasiya, qurutma kameraları və soyuducuların qapılarının içəridən də açılması üçün qurğular daxil olmaqla, xüsusi avadanlıqlar quraşdırılmalıdır.
14.4. Genbankda əsas elektrik təchizat şəbəkəsi kəsildikdə, avtomatik işə düşən qəza generatoru olmalıdır.
14.5. Qurudulma və saxlanma yerində faktiki parametrlərin izlənməsi üçün temperatura nəzarət sayğacları quraşdırılmalıdır.
14.6. Genbankda yanğın siqnalizasiyası və yanğınsöndürmə avadanlıqları olmalıdır. Tez-tez ildırım çaxması baş verən rayonlarda genbank ildırım keçiricisi ilə təchiz edilməlidir.
15.1. MBGEMK-nın toplanması, saxlanması və bərpasının təşkili üzrə fəaliyyətlər aşağıdakı sxem üzrə həyata keçirilir:
Toplanma yerinin №-si____________ Kolleksiya №-si____________ Foto №-si______
Cinsi ___________________________ Növü _____________________________________
Yarımnöv / variasiya ________________________________________ Yerli adı __________________
Çiçəklənmə H/Y Barvermə H / Y Suvarılan / Dəmyə Təmizlənmiş H / Y
Çiçəyin rəngi Populyasiya tipi Nümunənin statusu Sıxlıq %
Toxum neçə bitkidən yığılır __________ İnkişaf tipi Herbari H/Y
Qeydlər ______________________________________________________________________________
Toplanma yerinin №-si____________ Kolleksiya №-si____________ Foto №-si______
Cinsi ___________________________ Növü _____________________________________
Yarımnöv / variasiya ________________________________________ Yerli adı __________________
Çiçəklənmə H/Y Barvermə H / Y Suvarılan / Dəmyə Təmizlənmiş H / Y
Çiçəyin rəngi Populyasiya tipi Nümunənin statusu Sıxlıq %
Toxum neçə bitkidən yığılır __________ İnkişaf tipi Herbari H/Y
Qeydlər _______________________________________________________________________________
LA - qədim, ənənəvi sort
RM - seleksiya materialı
UC - rayonlaşmamış sort
1 - <1%, çox az, nadir
4 - >25%, yüksək dərəcədə örtülmüş
SG - seqreqasiya populyasiyası
SP - bir bitkinin nəsli
SE - kütləvi seleksiya
Yığıldığı yerin kodu ______ Kolleksiya №-si ______
Elmi adı ___________________________________________________________________
Yerli adı ______________________________________
Bitki qrupu Ekoloji mərtəbəlik Fitosenoz.
Coğrafi areal tipi (vətəni) ___________________ Dominanlıq ___________________
Qeydlər ____________________________________________________________________
Yığıldığı yerin kodu _____ Kolleksiya №-si _____
Elmi adı _________________________________________________________________
Yerli adı ____________________________________
Bitki qrupu Ekoloji mərtəbəlik Fitosenoz.
Coğrafi areal tipi (vətəni) ___________________ Dominanlıq _____________________
Qeydlər _____________________________________________________________________
Yığıldığı yerin kodu ______ Kolleksiya №-si ______
Elmi adı ____________________________________________________________________
Yerli adı ______________________________________
Bitki qrupu Ekoloji mərtəbəlik Fitosenoz.
Coğrafi areal tipi (vətəni) ___________________ Dominanlıq _____________________
Qeydlər _____________________________________________________________________
Ekspedisiyanın kodu ___________ Toplanma yerinin nömrəsi __________ Tarix _______
Kollektorlar __________________________________________________________________
En dairəsi______ Uzunluq dairəsi_____ Hündürlük ____m Yağıntının miqdarı ____mm
Ölkə___________________ Rayon_____________________ Kənd______________________
Yerləşdiyi ərazi________________________________________________________________
Foto___________ Torpağın rəngi______________
Sərbəst-quraq -drenaj
Torpağın mexaniki tərkibi
Meşə zolağı və ya kənarı
Bazalt (vulkanik süxur)
Torpağın HCL-ə reaksiyası
Əlaqədar növlər ______________________________________________________________
Dominant növlər _____________________________________________________________
Digərləri ____________________________________________________________________
Qeydlər _____________________________________________________________________
_____________________________________________________________________________
Qəbul edən ___________________________________________________________
___________________________________________________________
Təhvilverən ___________________________________________________________
____________________________________________________________
____________________________________________________________
Nümunələr: ümumi sayı
(siyahı əlavə olunur)
Qəbuletmə tarixi “____” ______________ _______
Biz, Genbankın əməkdaşları imzamızla təsdiq edirik ki, Genbanka təhvil verilmiş toxum nümunələrindən aşağıda adıçəkilənlər saxlanma üçün yararsızdır.
Məsul şəxslərin imzası:
Təhvilverən___________________________________________________________
___________________________________________________________
Qəbul edən ___________________________________________________________
____________________________________________________________
____________________________________________________________
Nümunələr: ümumi sayı –
(siyahı əlavə olunur)
Təhvilvermə tarixi “____” ___________ _________
1.1. Bu Qaydalar “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili qaydalarını müəyyən edir.
1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra - MBGE) mühafizəsi və səmərəli istifadəsinə dövlət nəzarəti MBGE nümunələrinin toplanması, öyrənilməsi, sənədləşdirilməsi, qorunub saxlanması, mübadiləsi, paylanması və istifadəsi mərhələlərində keçirilir.
2.1. Dövlət nəzarətinin təşkilinin məqsədi MBGE-nin müəyyən edilmiş formalarda etibarlı mühafizəsinin, hərtərəfli öyrənilməsinin və səmərəli istifadəsinin təmin edilməsi, nadir və itmək təhlükəsində olan bitki növləri və sortlarının ölkədən icazəsiz ixracının, insanların həyatı, sağlamlığı və ətraf mühit üçün təhlükə törədə biləcək, xüsusilə genetik modifikasiya olunmuş bitkilərin ölkəyə idxalının və istifadəsinin qarşısının alınması, respublikada müvafiq sahələrdə aparılan fəaliyyətlərə, o cümlədən dövlət elmi tədqiqat və seleksiya proqramlarının icrasına şərait yaradılması tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
2.2. Mədəni bitkilərin və onların yabanı əcdadlarının genetik ehtiyatlarının öyrənilməsi, toplanması, xüsusi şəraitdə qorunub saxlanması, elmi tədqiqat, seleksiya, təhsil və digər məqsədlərlə daxili və xarici mübadiləsi əməliyyatları MBGE üzrə fəaliyyət hesab edilir.
2.3. MBGE üzrə fəaliyyətlərə dövlət nəzarətini həyata keçirən orqanlar bu ehtiyatların tələblərə uyğun inventarlaşdırılması, toplanması, saxlanması, dublikatlaşdırılması, genbanklarda qablaşdırılması, etiketləşdirilməsi və mübadiləsi şərtlərini müəyyən edən texniki, ekoloji və fitosanitar norma və qaydalara riayət edilməsinə nəzarəti təmin edirlər.
2.4. MBGE-nin mühafizəsi və səmərəli istifadəsinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarəti funksiyalarının həyata keçirilməsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki müvafiq qurumlarının iştirakı nəzərdə tutulur.
2.5. MBGE-nin toplanması, daxili və xarici mübadiləsi, mühafizəsi, tədqiqi, paylanması və istifadəsi zamanı aşağıdakı tələblərə riayət edilməlidir:
2.5.1. müvafiq normalara və qaydalara istinad edilməklə, təhlükəsizlik texnikasına və əmək gigiyenasına;
2.5.2. bitki nümunələrinin genetik tamlığını və həyat qabiliyyətini təmin edən metroloji qaydalara və normalara;
2.5.3. bitki nümunələrinin təbiətdən toplanması zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq kodeks, konvensiya və sazişlərin tələblərinə.
2.6. MBGE-nin mübadiləsi, genbanka daxil edilməsi və oradan xaric olunması, nümunələrin sənədləşdirilməsi, etiketləşdirilməsi zamanı aşağıdakılara əməl edilməlidir:
2.6.1. xaricə göndərilən nümunələrin qablarının üzərində onların kataloq nömrəsi, latınca elmi adları (eyni zamanda, digər deskriptorlar da yazıla bilər) göstərilməlidir;
2.6.2. MBGE kolleksiyalarının sahibləri bu kolleksiyaları beynəlxalq standartlara uyğun pasport deskriptorları əsasında sənədləşdirməli və onların kompyuter məlumat bazalarını yaratmalıdırlar;
2.6.3. nümunələr genbankda saxlanma, mübadilə, paylanma və digər məqsədlərlə qablaşdırılan zaman nümunələrin qabları üzərindəki etiketlərdə nümunənin əsas identifikatoru (milli nömrəsi), latınca elmi adı, genbanka qoyulma və ya reproduksiya ili və mənşə ölkəsi qeyd edilməlidir. Etiketdə qeyd edilən bu məlumatlar həmin nümunə haqqında məlumat bazasında olan məlumatlarla eyni olmalıdır.
2.7. Ölkədə mövcud olan və müvafiq şəkildə qeydiyyatdan keçmiş kolleksiyaların məlumat bazaları Milli Əlaqələndirici İnstitutun nəzdində fəaliyyət göstərən Mərkəzi Məlumat Bazasına inteqrasiya edilməlidir.
2.8. MBGE-nin mübadiləsi, tədqiqat, təlim, seleksiya və digər məqsədlərlə paylanması zamanı lazım olan sənəd və formalar Azərbaycan dilində olmalıdır.
2.9. MBGE-nin xaricdən idxalı zamanı nümunələr aşağıdakı sənədlərlə müşayiət olunmalıdır:
2.9.1. nümunələrin gətirildiyi ölkənin müvafiq orqanları tərəfindən verilmiş fitosanitar sertifikatı;
2.9.2. nümunələrin genetik modifikasiya olunmadığını təsdiq edən sənəd;
2.9.3. nümunənin mənşəyini göstərən sənəd;
2.9.4. nümunələrin kommersiya dəyəri haqda sənəd;
2.9.6. idxal edilən nümunələrin siyahısı.
2.10. Xarici ölkələrdə yerləşən genbanklarda saxlanılan Azərbaycan mənşəli nümunələrin ölkəyə idxalı zamanı bu Qaydaların 2.9.2-ci, 2.9.3-cü, 2.9.4-cü və 2.9.5-ci yarımbəndlərində sadalanan sənədlər tələb edilmir.
2.11. MBGE-nin ixracına Elmi-Texniki Şura tərəfindən verilmiş icazə sənədi Milli Əlaqələndirici İnstitutun rəsmi blankında çap edilir, Elmi-Texniki Şuranın sədri tərəfindən imzalanır. İcazə sənədinə Milli Əlaqələndirici İnstitutun möhürü vurulur.
2.12. MBGE-nin xaricə ixrac edilən nümunələri Elmi-Texniki Şuranın icazə sənədi ilə (həmçinin, qəbul edən ölkənin tələblərinə uyğun sənədlərlə) müşayiət olunur.
3.1. Dövlət nəzarətinin təşkili və keçirilmə formaları “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun həyata keçirilir.
3.2. Kolleksiyaların elmi rəhbərləri kolleksiyada aparılan elmi tədqiqat işləri, nümunələrin hərəkəti və mövcud vəziyyəti, məlumat bazasında toplanmış informasiya və digər məsələlər üzrə yarımillik və illik elmi-texniki hesabatları hazırlayaraq Milli Əlaqələndirici İnstituta təqdim etməlidirlər.
3.3. Milli Əlaqələndirici İnstitut kolleksiyaların saxlanma vəziyyətinə, MBGE-nin toplanması, paylanması və MBGE üzrə digər fəaliyyətlərin həyata keçirilməsinə tam nəzarət etmək üçün monitorinqlər keçirir.
3.4. Müvafiq nəzarət və monitorinq funksiyalarını icra etmək üçün Milli Əlaqələndirici İnstitut tərəfindən səlahiyyətli şəxs təyin edilir.
3.5. Səlahiyyətli şəxs aşağıdakı hüquqlara malikdir.
3.5.1. Milli Genbank istisna olmaqla, MBGE üzrə fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin, genbankların və kolleksiyaların (bundan sonra - MBGE subyektləri) rəhbərliyini və ya sahiblərini 3 (üç) iş günü əvvəl məlumatlandırmaqla, monitorinq aparmaq üçün onların ərazilərinə sərbəst daxil olmaq;
3.5.2. onlardan nəzarət üçün tələb edilən məlumatları və sənədləri almaq, məlumat bazalarını araşdırmaq;
3.5.3. mühafizə edilən nümunələrdən monitorinq məqsədi ilə seçib götürmək.
3.6. MBGE subyektlərinin rəhbərləri dövlət nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaratmalıdırlar.
3.7. Dövlət nəzarətinin nəticələri aktla (arayışla və ya inzibati protokolla) rəsmiləşdirilir. Aktda nəzarətçinin soyadı, adı, atasının adı və vəzifəsi göstərilir. Aktın bir nüsxəsi MBGE subyektinin rəhbərinə təqdim edilir. Aktda aşağıdakı məlumatlar göstərilir:
3.7.1. hüquqi və ya fiziki şəxslər haqqında (müəssisənin ünvanı, müəssisə rəhbərinin soyadı, adı və atasının adı) və nəzarəti aparan səlahiyyətli şəxslər barədə məlumatlar (vəzifəsi, soyadı, adı, atasının adı);
3.7.2. nəzarətin aparılmasının səbəbləri və müddəti;
3.7.3. araşdırma haqqında məlumatlar, sınaq üçün götürülən nümunələr və sınaq protokolu;
3.7.4. araşdırmanın nəticələri.
3.8. Dövlət nəzarətinin nəticələri barədə akt, arayış və protokol inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənədlərdir.
3.9. Yoxlamaların nəticələri Elmi-Texniki Şurada müzakirə edilir və yuxarı orqanlar qarşısında vəsatət qaldırılır.
4.1. Dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxs aşkar olunmuş pozuntular barədə MBGE subyektinin rəhbərinə xəbərdarlıq edir.
4.2. Azərbaycan Respublikasında MBGE üzrə fəaliyyət formalarının biri və ya bir neçəsi aşağıdakı hallarda dayandırılır:
4.2.1. MBGE nümunələrinin toplanması qanunvericilikdə nəzərdə tutulmuş və ya Elmi-Texniki Şura tərəfindən təsdiq edilmiş tələblərə uyğun aparılmadıqda;
4.2.2. kolleksiyaların saxlanma şəraİti lazımi normativlərə uyğun olmadıqda;
4.2.3. MBGE nümunələrinin sənədsiz, qüvvədə olma müddəti bitmiş normativ sənədlə və ya müəyyən olunmuş qaydada tanınmamış sənədlə idxal və ya ixracına cəhd göstərildikdə;
4.2.4. MBGE üzrə fəaliyyətin (kolleksiyaların inventarlaşdırılması, nümunələrin hər hansı hərəkətinin qeydiyyatı və s.) sənədləşdirilməsi tələblərə uyğun aparılmadıqda;
4.2.5. ölkədən çıxarılması və ya ölkəyə gətirilməsi qadağan edilmiş bitki nümunələrinin ixracına və idxalına cəhd göstərildikdə;
4.2.6. MBGE kolleksiyaları və onlarda olan nümunələr haqqında Milli Əlaqələndirici İnstituta və ya Elmi-Texniki Şuraya tələb olunan informasiyaları verməkdən imtina edildikdə;
4.2.7. Milli Genbankın əsasnaməsinə və MBGE-nin milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalarına əməl olunmadıqda.
4.3. MBGE-nin etibarlı mühafizəsinin və səmərəli istifadəsinin pozulmasında təqsirkar olan şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Gədəbəy, Tovuz rayonları
Gədəbəy, Tovuz rayonları
Gədəbəy, Tovuz rayonları
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Astara, Masallı rayonları
Naxçıvan Muxtar Respublikası
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Naxçıvan Muxtar Respublikası
Quba, Xaçmaz, Qusar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Quba, Qusar, Xaçmaz rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Astara, Masallı rayonları
Naxçıvan Muxtar Respublikası
Gəncə bölgəsi, Qazax, Tovuz rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Naxçıvan Muxtar Respublikası
Quba, Xaçmaz, Qusar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Naxçıvan Muxtar Respublikası
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Quba, Xaçmaz, Qusar rayonları
Gəncə bölgəsi, Qazax, Tovuz rayonları
Gəncə bölgəsi, Qazax, Tovuz rayonları
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası, Şəki, Qəbələ, Oğuz rayonları
Lənkəran, Astara, Masallı rayonları
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Astara, Masallı rayonları
Naxçıvan Muxtar Respublikası
Quba, Xaçmaz, Qusar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Naxçıvan Muxtar Respublikası
Gəncə bölgəsi, Qazax, Tovuz rayonları
İmişli, Saatlı, Sabirabad rayonları
Zəngilan, Qubadlı rayonları
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Cəlilabad, Biləsuvar rayonları
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Cəlilabad, Biləsuvar rayonları
Quba, Xaçmaz, Qusar rayonları
Naxçıvan süfrə çuğunduru
Naxçıvan Muxtar Respublikası
Lənkəran süfrə çuğunduru
Lənkəran, Astara, Masallı rayonları
Xaçmaz süfrə çuğunduru
Quba, Xaçmaz, Qusar rayonları
Naxçıvan Muxtar Respublikası
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Abşeron, Gədəbəy rayonları, Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Quba, Xaçmaz, Qusar rayonları
Naxçıvan Muxtar Respublikası
Böyük və Kiçik Qafqazın suvarılan düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Quba, Xaçmaz, Qusar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Abşeron, Quba, Xaçmaz rayonları
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Cəlilabad, Biləsuvar rayonları
Quba, Xaçmaz, Qusar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Cəlilabad, Biləsuvar rayonları
Quba, Xaçmaz, Qusar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Cəlilabad, Biləsuvar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran zonası
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Cəlilabad, Biləsuvar rayonları
Quba, Xaçmaz, Qusar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Cəlilabad, Biləsuvar rayonları
Quba. Xaçmaz, Qusar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Cəlilabad, Biləsuvar rayonları
Quba, Xaçmaz, Qusar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Ağcabədi, Beyləqan, İmişli, Saatlı rayonları
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Astara və Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran zonası
Gəncə bölgəsi, Qazax, Tovuz rayonları
Gəncə bölgəsi, Qazax, Tovuz rayonları
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Astara və Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran zonası
Lənkəran, Cəlilabad, Biləsuvar rayonları
Quba, Xaçmaz, Qusar rayonları
Lənkəran, Astara, Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran zonası
Quba, Xaçmaz, Qusar rayonları
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Astara, Masallı rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran suvarılan ovalıq zonası
Lənkəran, Cəlilabad, Biləsuvar rayonları
Quba, Xaçmaz, Qusar rayonları
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası, Gəncə bölgəsi
Lənkəran, Masallı, Astara rayonları
Lənkəran, Masallı, Astara rayonları
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Lənkəran, Masallı, Astara rayonları
Lənkəran, Masallı, Astara rayonları
Böyük və Kiçik Qafqazın suvarılan dağətəyi-düzən zonası, Samur-Şabran ovalıq zonası
Sabirabad, Saatlı rayonları
Sabirabad, Saatlı rayonları
Sabirabad, Saatlı rayonları
Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası
Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası
Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası
Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası
Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası
Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası
Çaylı yemişi (Dadaştumu)
Gəncə və Qarabağ bölgələri
Şəki-Zaqatala, Qəbələ-İsmayıllı rayonları
Göyçay, Ağdaş rayonları
Qusar rayonu, Cibir kəndi
Ordubad rayonu, Dırnıs kəndi
Zaqatala və Balakən rayonları
Zaqatala və Balakən rayonları
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Quba, Şəki-Zaqatala bölgələri
Ağdaş rayonu, Ağalı kəndi
Ağdaş rayonu, Cardam kəndi
Qara heyva (Camış heyva)
Göyçay rayonu, Qaraman kəndi
Şəki və Qax rayonları
Naxçıvan, Ordubad rayonu, Şirvan bölgəsi
Ordubad və Qarabağ rayonları
Naxçıvan, Ordubad rayonu
Naxçıvan, Ordubad rayonu
Naxçıvan, Ordubad rayonu
Naxçıvan, Ordubad rayonu
Naxçıvan, Ordubad rayonu
Naxçıvan, Ordubad rayonu
Naxçıvan, Ordubad rayonu
Ağdaş, Göyçay rayonları
Naxçıvan Muxtar Respublikası
Ağ Təbərzə (Balyarım)
Azərbaycanın cənub bölgəsi və Naxçıvan Muxtar Respublikası
Azərbaycanın cənub bölgəsi və Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası və Cənubi Azərbaycan
Naxçıvan Muxtar Respublikası
Gəncə bölgəsi, Şəki rayonu
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala, Gəncə bölgələri
Şəki-Zaqatala, Gəncə bölgələri
Şəki-Zaqatala, Gəncə bölgələri
Şəki-Zaqatala, Gəncə bölgələri
Ordubad rayonu, Əylis kəndi
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan, Vələvir kəndi
Zaqatala rayonu, Car kəndi
Ordubad rayonu, Disar kəndi
Şəki-Zaqatala bölgəsi, Qəbələ rayonu, Vəndam kəndi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Zaqatala rayonu, Pərzivan kəndi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Şəki-Zaqatala bölgəsi
Zaqatala rayonu, Car kəndi
Zaqatala rayonu, Car kəndi
Qax rayonunun Qum kəndi, Qəbələ rayonunun Vəndam kəndi
Abşeron, Bülbülə kəndi
Abşeron, Əmircan kəndi
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Gəncə-Qazax, Şirvan bölgələri
Gəncə-Qazax, Şirvan bölgələri
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan qırmızı şanısı
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Muxtar Respublikası
Gəncə-Qazax, Qarabağ, Şirvan bölgələri
Gəncəətrafı, Şirvan bölgəsi
Bərdə, Tərtər rayonları
Xaçmaz, Siyəzən rayonları, Xəzər sahili boyu
Abşeron yarımadası, Gəncə bölgəsi, Ağsu, Göyçay, Ağdaş, Tərtər, Ağdam, Şəmkir, Qazax rayonları
Abşeron yarımadası, Gəncə bölgəsi, Ağsu, Göyçay, Ağdaş, Tərtər, Ağdam, Şəmkir, Qazax, Şəki, Balakən rayonları
Tərtər, Ağdam rayonları
Ağsu, Göyçay, Ağdaş rayonları
Ağsu, Göyçay, Ağdaş rayonları
Ağsu, Göyçay, Ağdaş rayonları
Abşeron yarımadası, Gəncə bölgəsi, Ağsu, Göyçay, Ağdaş, Tərtər, Ağdam, Şəmkir, Qazax, Şəki, Balakən rayonları
Abşeron yarımadası, Gəncə bölgəsi, Şəmkir, Qazax rayonları
Ağsu, Göyçay, Ağdaş rayonları
Astara, Masallı rayonları
Ağsu, Göyçay, Ağdaş, Tərtər, Ağdam, Astara, Masallı rayonları
Abşeron yarımadası, Ağsu, Göyçay, Ağdaş rayonları
Ağsu, Göyçay, Ağdaş, Tərtər, Ağdam, Astara, Masallı rayonları
Ağsu, Göyçay, Ağdaş rayonları
Ağsu, Göyçay, Ağdaş rayonları
Göyçay, Ağdaş rayonları
Göyçay, Ağdaş rayonları
Göyçay, Ağdaş rayonları
Göyçay, Ağdaş rayonları
Şirvan bölgəsi, Abşeron yarımadası
Naxçıvan Muxtar Respublikası
Abşeron yarımadası, Şirvan bölgəsi
Qarabağ, Abşeron bölgələri
1.1. Bu Qayda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin (bundan sonra - brend bitkilər) yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi qaydasını müəyyən edir.
1.2. Azərbaycan Respublikasına məxsus mədəni brend bitkilər Azərbaycan xalqının milli sərvətidir. Onlar müsbət bioloji təsərrüfat və qida xüsusiyyətləri, keyfiyyəti, xəstəlik və zərərvericilərə davamlılığı ilə seçilməklə, uzun dövr ərzində xalq seleksiyası yolu ilə yaradılmışdır.
1.3. Bu Qaydanın əsas məqsədi brend bitkilərin məhv olmaq təhlükəsindən qorunması, onların mənşə bölgələrində becərilməsini davam etdirməklə əkin sahələrinin genişləndirilməsi, onların üzərində Azərbaycan Respublikasının sahiblik və müəlliflik hüququnun təsdiqinin və bu hüquqların qorunmasının təmin edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyətlərin iş mexanizmini tənzimləməkdən ibarətdir.
2.1. Azərbaycan Respublikasının ərazisində mövcud olan qədim brend bitki nümunələrinin aşkar edilməsini, bərpasını, artırılmasını və səmərəli istifadəsini təmin etmək məqsədi ilə aşağıda qeyd olunan tədbirlər həyata keçirilməlidir:
2.1.1. 2014-cü ilin 1 oktyabr tarixinə kimi mərhələ-mərhələ brend bitkilərin yayılma ərazilərinin müəyyənləşdirilməsi, areallarının koordinatlarının təyin edilməsi və xəritələrinin hazırlanması;
2.1.2. brend bitkilərin areallarında monitorinq və inventarizasiya işlərinin aparılması, təbii yayılma qanunauyğunluqlarının və xüsusiyyətlərinin müəyyənləşdirilməsi;
2.1.3 müsbət bioloji təsərrüfat göstəricilərinə malik brend bitkilərin elmi ekspedisiya axtarışları ilə aşkarlanması, identifikasiyası və toplanması;
2.1.4. ekspedisiyalar zamanı əldə edilən brend bitkilərin kolleksiyalarının (ex situ) yaradılması və onların bu kolleksiyalarda qorunub saxlanmasının təmin edilməsi;
2.1.5. brend bitkilərin qeydiyyata alınması.
2.2. Brend bitkilərin siyahısı və onların ənənəvi yayılma əraziləri haqqında təkliflər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarının, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən mədəni bitkilərin genetik ehtiyatları üzrə Elmi-Texniki Şuraya təqdim edilir. Brend bitkilərin siyahısında və onların ənənəvi yayılma ərazilərində dəyişikliklər tələb olunduqda, Elmi-Texniki Şura müvafiq təkliflər hazırlayır.
2.3. Brend bitkilərin aşkarlanmasını, identifikasiyasını və toplanmasını Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarının, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri həyata keçirirlər.
2.4. Brend bitkilərin müvafiq kolleksiyalarının (işçi, elit anaclıqlar və toxumçuluq təsərrüfatları) yaradılmasını Milli Əlaqələndirici İnstitut Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən institutların, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə həyata keçirir. Sahibləri tərəfindən bu kolleksiyalar Elmi-Texniki Şuranın təsdiq etdiyi pasport deskriptorları əsasında sənədləşdirilir və onların kompyuter məlumat bazaları yaradılır.
2.5. Ekspedisiyalar nəticəsində aşkar edilərək toplanmış brend bitkilərin nümunələrinin əlamət və xüsusiyyətlərinin təsvirini, təsərrüfat göstəricilərinin qiymətləndirilməsini Milli Əlaqələndirici İnstitut Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən institutların, meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə həyata keçirir.
2.6. Brend bitkilərin perspektiv nümunələrinin seleksiyası aşağıdakıları əhatə edir:
2.6.1. mədəni brend bitkilərin bu sorta məxsus biomorfoloji əlamət və xüsusiyyətlərinə malik olan nümunələrinin, həmçinin daha yüksək bioloji təsərrüfat göstəricilərinə malik perspektiv formalarının seçilməsini;
2.6.2. reproduksiya məqsədli və ixtisaslaşdırılmış tingliklərdə, çoxaldılma bloklarında nümunələrin artırılmasını;
2.6.3. tingliklərin və toxumçuluq təsərrüfatlarının qeydiyyatını;
2.6.4. tingliklərin və toxumların keyfiyyətinə nəzarəti;
2.6.5. tingliklərin və toxumların sertifikatlaşdırılmasını.
2.7. Brend bitkilərin əkin materiallarının müasir və xalq arasında mövcud olan ənənəvi (yabanı toxmacar, yerində calaq və s.) becərilmə texnologiyası sistemlərinin elmi əsaslarının işlənib hazırlanmasını, onun xüsusiyyətlərinin öyrənilməsini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən institutların. meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri həyata keçirirlər.
2.8. İnstitutların müvafiq kolleksiyalarında toplanmış, qiymətləndirilmiş, yüksək bioloji təsərrüfat və iqtisadi göstəricilərə malik brend bitki nümunələri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən institutların və meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən reproduksiya məqsədli və ixtisaslaşdırılmış tingliklərdə, çoxaldılma bloklarında və toxumçuluq təsərrüfatlarında artırılaraq kəndlilər və fermerlər arasında yayılır.
3.1. Brend bitkilərin mühafizəsi və əkin sahələrinin genişləndirilməsi məqsədi ilə aşağıdakı tədbirlər həyata keçirilməlidir:
3.1.1. ədəbiyyat məlumatlarının, yaşlı fermerlərin ifadələrinin, herbari materiallarının təhlil edilməsi;
3.1.2. milli kolleksiyalarda, elmi institutlarda və onların regional bazalarında mühafizə edilən xalq seleksiyası sortlarının tam inventarlaşdırılması;
3.1.3. əldə edilmiş məlumatlar əsasında əksər regionları əhatə edən ekspedisiyaların təşkil olunması;
3.1.4. yerli mədəni bitkilərin genetik ehtiyatlarının qeydiyyatına, inventarlaşdırılmasına, toxum və əkin materiallarının toplanmasına yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən yardım göstərilməsi;
3.1.5. toplanaraq bərpa edilmiş xalq seleksiyası sortlarının elmi tədqiqat institutlarının regional bazalarında çoxaldılması və reintroduksiya işlərinin aparılması;
3.1.6. brend bitkiləri qoruyub saxlayan və becərən fermerlərin, fərdi bağ sahiblərinin dövlət tərəfindən stimullaşdırılması;
3.1.7. brend bitkilər üzrə ümumrespublika və beynəlxalq elmi-praktiki konfransların təşkil edilməsi;
3.1.8. brend bitkilərin kataloqlarının dərc edilməsi.
3.2. Göstərilən fəaliyyətlər və tədbirlər kompleksi Milli Əlaqələndirici İnstitut tərəfindən əlaqələndirilir.
1.1. Bu Qayda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 273-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 576 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin (bundan sonra -GMOB) mövcudluğunun və yayılma zonasının aşkarlanması qaydasını müəyyən edir.
2.1. Mədəni bitkilərin genetik, o cümlədən reproduktiv və vegetativ-çoxalma materialları da daxil olmaqla, özündə irsiyyətin funksional vahidlərini saxlayan bitki mənşəli materialların siyahısı mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura tərəfindən təsdiq edilir və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim olunur.
2.2. GMOB-nin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır.
2.3. Ölkə daxilində GMOB-nin mövcudluğu və yayılma zonası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən ekspedisiyalar, nümunə götürülməsi və laboratoriya sınaqları vasitəsilə müəyyən edilir.
2.4. GMOB-nin mövcudluğunun və yayılma zonasının aşkarlanmasına, o cümlədən ekspedisiyaların keçiriləcəyi zonalarda və müddətlərdə nümunələrin götürülməsinə, laborator analizlərin keçirilməsinə, tələb olunan maliyyə vəsaitinin müəyyən edilməsinə və digər məsələlərə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutu tərəfindən hazırlanmış və Elmi-Texniki Şura ilə razılaşdırılmış, bu sahə üzrə həyata keçiriləcək tədbirləri əks etdirən illik iş planı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
2.5. GMOB aşkarlandıqda, ekspedisiyanın iştirakçıları tərəfindən akt tərtib edilir və 3 (üç) iş günü müddətində Elmi-Texniki Şura bu aktı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birinci şəxslərinə və GMOB-nin sahibinə rəsmi qaydada təqdim edir.
2.6. GMOB aşkarlandıqda onlar Elmi-Texniki Şuranın qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumları tərəfindən 5 (beş) iş günü müddətində məhv edilir. Bu barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir və bir nüsxəsi GMOB-nin sahibinə verilir, ikinci nüsxəsi isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində saxlanılır.
2.7. Aşkar edilmiş GMOB-nin məhv edilməsi GMOB-nin sahiblərinin hesabına həyata keçirilir.
2.8. GMOB-nin məhv edilməsi ilə bağlı tərtib edilmiş aktda aşağıdakılar göstərilir:
2.8.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrinin soyadı, adı, atasının adı, tutduğu vəzifə;
2.8.2. GMOB-nin sahibinin soyadı, adı, atasının adı, ünvanı (hüquqi şəxslər üçün - təşkilatın adı və hüquqi ünvanı);
2.8.3. GMOB-nin mənbəyi;
2.8.4. məhv edilən GMOB-nin miqdarı.
2.9. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr analiz üçün materialların maneəsiz götürülməsində və GMOB-nin məhv edilməsində aidiyyəti orqanlara hərtərəfli yardım göstərirlər.
2.10. Azərbaycan Respublikasının ərazisində mədəni bitkilərin genetik modifikasiya olunmuş analoqlarının mövcudluğu aşkarlandıqda və ya idxal olunmuş bitkinin genetik modifikasiyaya məruz qalması təsdiq olunduqda, təqsirkar şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
2.11. Bu Qayda ilə müəyyən edilən tələblər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi ilə müəyyən edilmiş genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına şamil edilmir.
1. “Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri” (bundan sonra - Qayda) “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması qaydası və şərtlərini müəyyən edir.
2. Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilər və onların genetik ehtiyat nümunələri (bundan sonra - MBGE) - mədəni bitkilərin yerli xalq və elmi seleksiya sort, forma və xətləri, seleksiya materialları, həmçinin ölkə ərazisinin təbii məskənlərində bitən, onlara yaxın yabanı bitki növləridir.
3. MBGE Azərbaycan Respublikasından bioaraşdırma, mübadilə, öyrənilmə, elmi tədqiqat, seleksiya, təhsil və digər fəaliyyətdə istifadə edilmək, habelə MBGE-nin milli kolleksiyalarının xarici ölkələrdə yerləşən beynəlxalq genbanklarda dublikatlaşdırılaraq etibarlı mühafizəsini həyata keçirmək məqsədləri ilə ixrac edilir.
4. MBGE-nin bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş növlərinin Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına nəzarət edilir.
5. MBGE-nin Azərbaycan Respublikasından ixrac edilməsini planlaşdıran şəxs (bundan sonra - ixracatçı) nəzərdə tutulmuş ixrac əməliyyatı ilə bağlı mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuraya yazılı, elektron poçtla və ya rabitə şöbəsi vasitəsilə müraciət edir.
6. Müraciətdə MBGE-nin ixracının məqsədləri, ixrac edilən genetik materialın ümumi miqdarı (kütlə və ya say), qəbul edən təşkilat və ya şəxs haqqında məlumatlar (adı, fəaliyyət növü, ünvanı) göstərilməlidir.
7. Müraciətə ixrac edilən genetik materialın siyahısı əlavə edilməlidir. Siyahıda nümunələrin kataloq nömrəsi, bitkinin elmi (latın), həmçinin Azərbaycan və ingilis dillərində adı, nümunələrin adı (əgər varsa, sortların və formaların adları) göstərilir.
8. BGE-nin ixracı ilə bağlı müraciətə Elmi-Texniki Şuranın rəhbərliyi tərəfindən 5 (beş) iş günü müddətində baxılır və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada Milli Əlaqələndirici İnstitutun rəsmi blankında çap edilmiş icazə sənədi verilir.
9. BGE-nin ixracına verilmiş icazə sənədinin surəti Elmi-Texniki Şura tərəfləri 2 (iki) iş günü müddətində şəxsən və ya elektron poçt vasitəsilə ixracatçıya və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim edilir.
10. MBGE-nin ixracına icazə verilmədiyi halda bunun səbəbləri barədə ixracatçıya yazılı məlumat verilir.
11. MBGE-nin ixracına verilən imtina qərarından 1 (bir) ay müddətində yuxarı orqana və ya məhkəməyə şikayət edilə bilər.
12. İxrac edilən MBGE Milli Əlaqələndirici İnstitutun blankında çap edilmiş və bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən icazə sənədi, həmçinin, qəbul edən ölkənin tələblərinə uyğun sənədlərlə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı ilə müşayiət olunur.
13. Xaricə göndərilən MBGE-nin qablarının üzərində onların kataloq nömrəsi, latınca elmi adları göstərilməlidir.
14. Elmi-Texniki Şuranın icazə sənədi ilə müşayiət olunan MBGE-nin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada həyata keçirilir.
15. Elmi-Texniki Şuranın icazə sənədi ilə müşayiət olunmayan MBGE nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması qadağandır.
16. Hər növbəti ilin yanvar ayının 3-cü ongünlüyündə MBGE-nin siyahısına Elmi-Texniki Şurada baxılır və dəyişikliklər tələb olunduğu təqdirdə təkliflər hazırlanır.
Bütün buğda növləri, toxumluq
1001110000 1001912000 1001990000 1001911000
Qarğıdalı toxumluq hibridlər:
ikiqat hibrid və topçarpaz hibridləri
Qarğıdalı toxumluq qeyri-hibridlər
1005101300 1005101500 1005101900 1005109000
Düyü (çəltik) səpin üçün
1006101001 1006101009
Adi lobya, səpin üçün
Göy noxud, səpin üçün
0713101001 0713101009
İnək noxudu, səpin üçün
Lərgə növləri, səpin üçün
0713500001 0713500009
Alma, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, şabalıd, tut, qoz çiliyi və tingi
Malus, Pyrus, Prunus cinsinin növləri, Amygdalis, Castanea, Morus, Juglans
Nar, zeytun, fındıq, moruq, böyürtkən, qarağat çiliyi, tingi, tumurcuğu
Punica, Olea, Corellus, Rubus, Ribes
Üzüm çiliyi, tingi, tumurcuğu
0602101000 0602201000 0602904900
Çiyələk tumurcuğu, toxumu, bığcığı, köklü materialı
Pomidor, badımcan, bibər, quşüzümü şitili, toxumu
Solanum lycopersicum, Solanum melongena, Capsicum annuum, Solanum
Qarpız şitili, toxumu
Qabaq, xiyar, kələm, bamiyə şitili, toxumu
Cucurbita moschata, Cucumis sativus, Brassica capitata, Hibiscus esculantus
Yerkökü, turp, turpça (qırmızı turp), mətbəx çuğunduru, cəfəri, kərəviz, şalğam şitili, toxumu, yeraltı zoğları
Daucus carota, Raphanus sativus, Raphanus sativus var. radicula, Beta vulgaris, Petroselinum sativum, Apium graveolens, Brassica napus
Soğan şitili, toxumu, soğanaqları
Tərxun, nanə, rozmarin, barəng, əvəlik, adi quzuqulağı, uzunyarpaq quzuqulağı, qulançar, xardal, ispanaq, kahı, şüyüd, keşniş, cirə, acıtərə, su tərəsi, reyhan, mərzə şitili və toxumu
Artemisia dracunculus, Mentha piperitta, Rozmarinus officinalis, Rumex domesticus, Rumex acetosa, Asparagus offisinalis, Sinapis, Spinacia oleracea, Anethum, Coreandrum sativum, Lactuca sativa, Pimpinella anisum, Lepidum graveolens, Nasturtium officinale, Osimum basilicum, Origanum
Üçyarpaq yonca toxumu
Beta vulgaris subsp. vulgaris var. crassa
Şəkər çuğundurunun toxumu, meyvəkökü
“Mədəni bitkilərin milli genefonduna aid edilən bitkilərin və onların genetik ehtiyat nümunələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən çıxarılması Qaydası və Şərtləri”nə
Mədəni bitkilərin aşağıda verilmiş və siyahısı sənədə əlavə edilən genetik ehtiyat nümunələrinin________________________________________________________________
göndərilməsi (ixracı) ilə bağlı____________________________________________________
tərəfindən 201__il “____”_______________tarixində edilmiş müraciətə Elmi-Texniki Şurada baxılmış və ixraca icazə verilmişdir.
İcazənin qüvvədə olma müddəti ______________________________ tarixinə kimidir.
İxrac edilməsi planlaşdırılan bitkinin latınca və Azərbaycan dilində adı (adları) və ümumi miqdarı: _____________________________________________________________
İxrac edilməsi planlaşdırılan MBGE-nin siyahısı və miqdarı əlavə edilir (cəmi____səhifə).
İxrac edilməsi planlaşdırılan MBGE-nin ixracı nəzərdə tutulan gömrük
sərhəd buraxılış məntəqəsi ______________________________________
Elmi-Texniki Şuranın sədri ______________________________________
1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın fəaliyyətini müəyyən edir.
1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra - MBGE) mühafizəsi və səmərəli istifadəsi sahəsində elmi tədqiqat və elmi-təşkilati fəaliyyətləri istiqamətləndirmək və ümumi rəhbərliyi təmin etmək, müasir elmi nailiyyətlərin tətbiqinə dair təklif və tövsiyələr hazırlamaq, MBGE-nin toplanması, qorunub-saxlanması, bərpası, mübadiləsi, öyrənilməsi və səmərəli istifadəsi (bundan sonra - MBGE üzrə fəaliyyətlər) işinin idarə olunmasını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bitki genetik ehtiyatları sahəsində fəaliyyət göstərən alim və yüksəkixtisaslı mütəxəssislərindən ibarət olmaqla, mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura (bundan sonra - Elmi-Texniki Şura) yaradılır.
1.3. Elmi-Texniki Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.
1.4. Elmi-Texniki Şura MBGE-nin milli kolleksiyalarına elmi-metodiki rəhbərliyi həyata keçirir.
1.5. Elmi-Texniki Şura mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan ixtisaslaşdırılmış ekspert şuralarının (bundan sonra - ekspert şuraları) və prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının (bundan sonra - işçi qrupları) fəaliyyətinə rəhbərlik edir, onların rəyləri əsasında qərarlar qəbul edir.
1.6. Elmi-Texniki Şura MBGE fəaliyyətləri üzrə Milli Proqramın hazırlanması, təkmilləşdirilməsi və icrası üzrə məsul orqandır.
1.7. Elmi-Texniki Şuranın qərargahı Milli Əlaqələndirici İnstitutda yerləşir.
1.8. Elmi-Texniki Şuranın iclasları arasındakı müddətdə onun funksiyalarını Şuranın sədri, Şuranın elmi katibi və Milli Əlaqələndirici İnstitut həyata keçirir.
2.1. Elmi-Texniki Şuranın yaradılmasının məqsədləri aşağıdakılardır:
2.1.1. MBGE üzrə Azərbaycan Respublikasında aparılan fəaliyyətlərin vahid mərkəzdən idarə olunmasını təmin etmək;
2.1.2. MBGE üzrə fəaliyyətlər sahəsində Milli Əlaqələndirici İnstitutun funksiyalarının icrasına kömək göstərmək;
2.1.3. ekspert şuraları və işçi qrupları yaratmaq və onların fəaliyyətini tənzimləmək;
2.1.4. MBGE üzrə fəaliyyətlər sahəsində elmi tədqiqatların müasir beynəlxalq standartlar səviyyəsində layihələndirilməsinə və aparılmasına köməklik etmək;
2.1.5. MBGE üzrə fəaliyyətlər sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına köməklik etmək.
3.1. Elmi-Texniki Şura sədr, sədrin müavini, elmi katib, daimi və müvəqqəti üzvlərdən ibarətdir.
3.2. MBGE üzrə ekspert şuralarının və işçi qruplarının rəhbərləri Elmi-Texniki Şuranın tərkibinə daxil olurlar.
3.3. Elmi-Texniki Şuranın digər üzvləri MBGE sahəsində tanınmış alim və mütəxəssislər, milli kolleksiyaların elmi rəhbərləri, MBGE-nin milli inventarlaşdırılması və istifadəsi üzrə məsul şəxslər sırasından seçilir.
3.4. Elmi-Texniki Şuranın tərkibinə namizədlər Elmi-Texniki Şuranın sədri, ekspert şuraları və işçi qrupları, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bu nazirliklərin elmi tədqiqat institutları, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən irəli sürülür.
4.1. Elmi-Texniki Şura öz səlahiyyətləri çərçivəsində aşağıdakı funksiyaları icra edir:
4.1.1. MBGE üzrə fəaliyyətlər sahəsində Azərbaycan Respublikası üzrə elmi tədqiqatların mövzu planlarını müzakirə edir, rəy və tövsiyələr verir;
4.1.2. MBGE-nin milli kolleksiyalarına elmi-metodiki kömək göstərir;
4.1.3. ekspert şuralarının və işçi qruplarının iş planlarını təsdiq edir və onların fəaliyyətlərini əlaqələndirir;
4.1.4. MBGE-nin milli kolleksiyalarını təsdiq edir, qeydiyyata alır və bunun üçün lazım olan sənədlərin siyahısını müəyyən edir;
4.1.5. MBGE üzrə fəaliyyətlər sahəsində müvəqqəti və daimi məqsədli tədqiqat, təlim və texniki işçi qrupları yaradır, onlara tapşırıqlar verir;
4.1.6. MBGE-nin toplanmasının hüquqi, texniki və elmi-təşkilati aspektlərini əhatə edən qaydaları təsdiq edir və yayır;
4.1.7. MBGE-ni toplamaq barədə hüquqi və ya fiziki şəxslərin rəsmi müraciətlərini 1 (bir) ay müddətində müzakirə edir və qərar qəbul edir;
4.1.8. Azərbaycan Respublikası ərazisində MBGE-nin toplanması üzrə beynəlxalq ekspedisiyaların keçirilməsi üzrə təkliflərə baxır və qərar qəbul edir;
4.1.9. MBGE-nin milli kolleksiyalarından tədqiqat, təlim və digər məqsədlərlə nümunələrin götürülməsi, MBGE-nin ixracı ilə bağlı müraciətlərə baxır, müvafiq qərar qəbul edir;
4.1.10. MBGE üzrə fəaliyyətlər sahəsinə aid hazırlanmış təlimatları, qaydaları, tövsiyələri və digər sənədləri təsdiq edir, çap etdirir və yayır;
4.1.11. MBGE-nin inventarlaşdırılması, qeydiyyatı, identifikasiyası, xarakteristikası, səciyyələndirilməsi üzrə standartları, deskriptor siyahılarını təsdiq edir, onları çap etdirir və yayır;
4.1.12. nümunələrin saxlanması, mübadiləsi, tədqiqat, təlim, seleksiya və digər məqsədlərlə paylanması üçün tələb olunan sənədlərin siyahısını təsdiq edir;
4.1.13. MBGE üzrə fəaliyyətlər sahəsində elmi, texniki və kadr təminatının planlaşdırılmasına məsələlərə dair rəy və təkliflər verir;
4.1.14. MBGE üzrə fəaliyyətlər sahəsində Azərbaycan Respublikasının elmi tədqiqat institutları, universitetləri və digər təşkilatları tərəfindən bağlanmış beynəlxalq əməkdaşlıq müqavilə və sazişlərinə baxır, rəy və tövsiyələr verir, onları qeydə alır;
4.1.15. MBGE-nin mübadiləsində istifadə edilən Material Mübadiləsi Sazişinin nümunəvi formasını təsdiq edir;
4.1.16. MBGE nümunələrinə verilən milli unikal identifikasiya nömrələrinin ümumi formasını təsdiq edir;
4.1.17. genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədi ilə Azərbaycan Respublikasına idxalı ilə bağlı müraciətlərə baxır və qərar qəbul edir;
4.1.18. aşkarlanmış genetik modifikasiya olunmuş bitkilərin məhv edilməsi barədə qərar qəbul edir;
4.1.19. öz səlahiyyətləri çərçivəsində digər məsələləri həll edir.
4.2. MBGE-nin ixracına, mübadiləsinə, paylanmasına Elmi-Texniki Şura tərəfindən verilmiş və Şuranın sədri tərəfindən imzalanmış sənədlər Milli Əlaqələndirici İnstitutun rəsmi blankında çap olunur və Milli Əlaqələndirici İnstitutun möhürü vurulur.
4.3. İdxal edilmiş MBGE haqqında məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən Elmi-Texniki Şuraya hər ilin 15 yanvar tarixinə kimi təqdim edilir.
5.1. Elmi-Texniki Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir. Elmi-Texniki Şura bu iclaslarda səlahiyyətləri çərçivəsində məsələlərə, daxil olmuş müraciətlərə baxır, rəy, tövsiyə və qərarlar qəbul edir.
5.2. Sədrin və şura üzvlərinin təklifi ilə Elmi-Texniki Şuranın növbədənkənar iclasları keçirilə bilər.
5.3. Elmi-Texniki Şuranın iclasları Milli Əlaqələndirici İnstitutda keçirilir. Xüsusi hallarda səyyar iclaslar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində, Azərbaycan Respublikası, Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarında (Aqrar İnnovasiya Mərkəzi və elmi tədqiqat institutları), Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarında keçirilir.
5.4. Elmi-Texniki Şuranın iclaslarını onun sədri aparır. Sədr iştirak etmədikdə onun müavini, o da iştirak etmədikdə üzvlərdən biri sədrlik edir.
5.5. Elmi-Texniki Şuranın iclaslarında üzvlərin üçdən birinin iştirak etməsi yetərsay hesab edilir.
5.6. Elmi-Texniki Şurada qərarlar sadə səs çoxluğu və açıq səsvennə ilə qəbul edilir.
5.7. Elmi-Texniki Şuranın iclasları Milli Əlaqələndirici İnstitutun Elmi Şurası ilə birgə keçirib bilər.
6.1. Milli Əlaqələndirici İnstitutun Direktoru Elmi-Texniki Şuranın sədridir.
6.2. Elmi-Texniki Şuranın sədrinin funksiyaları aşağıdakılardan ibarətdir:
6.2.1. bütün ölkə təşkilatlarında, yerli orqanlarda Elmi-Texniki Şuranı təmsil etmək;
6.2.2. Elmi-Texniki Şuranın iclaslarını keçirmək;
6.2.3. Elmi-Texniki Şuranın sənədlərini imzalamaq;
6.2.4. Ekspert şuraları və işçi qruplarının İclaslarında iştirak etmək;
6.2.5. Elmi-Texniki Şuranın adından çıxış etmək;
6.2.6. Elmi-Texniki Şuranın növbəti və növbədənkənar iclaslarını çağırmaq.
6.3. Elmi-Texniki Şuranın sədri MBGE üzrə fəaliyyətlər sahəsində Azərbaycan Respublikasını müvafiq beynəlxalq təşkilatlarda, şəbəkə və proqramlarda təmsil edir.
6.4. Elmi-Texniki Şuranın sədr müavini və elmi katibi Elmi-Texniki Şuranın sədrinin təklifi ilə seçilir və azad edilir.
6.5. Elmi-Texniki Şuranın sədr müavininin funksiyaları aşağıdakılardan ibarətdir:
6.5.1. Sədr iştirak etmədikdə iclasları keçirir;
6.5.2. Sədrin olmadığı hallarda Elmi-Texniki Şuranın sənədlərini imzalayır.
6.6. Elmi-Texniki Şuranın elmi katibinin funksiyaları aşağıdakılardan ibarətdir:
6.6.1. Elmi-Texniki Şuranın iclaslarını hazırlayır;
6.6.2. iclaslarda baxılacaq sənədlərin, rəy, tövsiyə və qərarların hazırlanmasını və müzakirəsini təmin edir:
6.6.3. ekspert şuraları və işçi qruplarının fəaliyyətinə nəzarət edir.
6.7. Elmi-Texniki Şuranın üzvləri MBGE üzrə fəaliyyətlər sahəsində tanınmış alim və mütəxəssislər sırasından seçilir.
6.8. Elmi-Texniki Şuranın üzvləri Elmi-Texniki Şuranın, eləcə də müvafiq ekspert şuralarının və işçi qruplarının iclaslarında, müzakirələrində və səsvermələrində iştirak edirlər.
1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatları üzrə ixtisaslaşdırılmış ekspert şuralarının fəaliyyətini müəyyən edir.
1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra - MBGE) mühafizəsi və səmərəli istifadəsi sahəsində elmi tədqiqat və elmi-təşkilati fəaliyyətləri ölkə səviyyəsində gücləndirmək və əlaqələndirmək, müasir elmi nailiyyətlərin öyrənilməsi və tətbiqi işini sürətləndirmək, müəyyən elmi istiqamətlər üzrə ölkənin aparıcı ekspertlərini səfərbər etmək, MBGE-nin toplanması, qorunub-saxlanması, bərpası, mübadiləsi, öyrənilməsi və səmərəli istifadəsi (bundan sonra - MBGE fəaliyyətləri) işinin daha səmərəli idarə olunmasına kömək etmək məqsədi ilə MBGE üzrə Elmi-Texniki Şuranın (bundan sonra - Elmi-Texniki Şura) nəzdində MBGE-nin öyrənilməsinin müəyyən istiqamətləri üzrə alim və yüksəkixtisaslı mütəxəssislərdən ibarət ixtisaslaşdırılmış ekspert şuraları (bundan sonra-ekspert şuraları) yaradılır.
1.3. Ekspert şuraları MBGE üzrə ümumi tədqiqat istiqamətləri və müəyyən məqsədlər (məsələn, biotexnoloji tədqiqatlar, mədəni bitkilərin yabanı əcdadları (MBYƏ), MBGE-nin fermer təsərrüfatları ilə birgə (on-farm) mühafizəsi və tədqiqi, MBGE-nin inventarlaşdırılması və sənədləşdirilməsi və s.) üzrə yaradılır.
1.4. Ekspert şuralarının üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər.
1.5. Ekspert şuralarının toplantıları Milli Əlaqələndirici İnstitut tərəfindən təşkil edilir.
1.6. Ekspert şuralarının fəaliyyətinə Elmi-Texniki Şura rəhbərlik və nəzarət edir.
1.7. Ekspert şuraları öz fəaliyyətlərini bu Əsasnaməyə. Elmi-Texniki Şuranın müəyyən etdiyi istiqamətlərə və tapşırıqlara uyğun olaraq qurur.
2.1. Ekspert şuraları öz iclaslarında aşağıdakı məsələlərə baxır:
2.1.1. MBGE-nin elmi tədqiqat istiqamətləri üzrə başlıca milli prioritetlərin müəyyənləşdirilməsi, iş planlarının hazırlanması;
2.1.2. səlahiyyətlərinə uyğun sahələrdə elmi tədqiqat işlərinin nəticələrinin ümumiləşdirilməsi;
2.1.3. MBGE-nin mühafizə strategiyalarının hazırlanması, in situ (həmçinin, on-farm) şəraitində mövcud vəziyyətin qiymətləndirilməsi, ex situ və in situ inventarlaşdırma və sənədləşdirmənin aparılması;
2.1.4. MBGE-nin milli genefondunun, xüsusilə nadir və itmək təhlükəsində olan növlərin qorunması, tədqiqi və məlumat bazalarının yaradılması üzrə layihələrin və fəaliyyət planlarının hazırlanması, müzakirəsi və təqdim edilməsi;
2.1.5. MBGE üzrə tədqiqat işlərinə, layihə və proqramlara rəy verilməsi, tövsiyə və hesabatların hazırlanması;
2.1.6. MBGE üzrə elmi-metodiki vəsaitlərin, kitabların çapa hazırlanması və ya təklif edilməsi.
2.2. Ekspert şuraları elmi tədqiqat və təhsil müəssisələrinin, dövlət qurumlarının MBGE üzrə qaldırdığı problemləri müzakirəyə qəbul edir, rəy və təkliflər hazırlayır.
2.3. Ekspert şuraları MBGE üzrə elmi tədqiqatların nəticələrini ümumiləşdirərək dərc etdirir.
3.1. Ekspert şuralarının tərkibi Elmi-Texniki Şura tərəfindən müvafiq elmi tədqiqat istiqamətlərində fəaliyyət göstərən aparıcı alim və mütəxəssislər arasından seçilir.
3.2. Ekspert şuralarının rəhbərləri və onların müavinləri şuraların iclaslarında sadə səs çoxluğu ilə 2 (iki) il müddətinə seçilir.
3.3. Ekspert şuralarının rəhbərləri müvafiq şuraların adından çıxış edir, Elmi-Texniki Şura qarşısında illik hesabat verirlər.
4.1. Ekspert şuralarının iş qrafiki Elmi-Texniki Şurada müzakirə və qəbul edilir.
4.2. Ekspert şuralarının daxili reqlamenti müvafiq şuraların iclaslarında müəyyən edilir.
1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qruplarının fəaliyyətini müəyyən edir.
1.2. Mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra - MBGE) mühafizəsi və səmərəli istifadəsi sahəsində elmi tədqiqat və elmi-təşkilati fəaliyyətləri ölkə səviyyəsində gücləndirmək və əlaqələndirmək, müasir elmi nailiyyətlərin öyrənilməsi və tətbiqi işini sürətləndirmək, müəyyən bitkilər və bitki qrupları üzrə ölkənin aparıcı alim potensialını səfərbər etmək, MBGE-nin toplanması, qorunub-saxlanması, bərpası, mübadiləsi, öyrənilməsi və səmərəli istifadəsi (bundan sonra - MBGE fəaliyyətləri) işinin daha səmərəli idarə olunmasına kömək etmək məqsədi ilə MBGE-nin mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şura (bundan sonra - Elmi-Texniki Şura) nəzdində, prioritet bitkilər və bitki qrupları üzrə alim və yüksəkixtisaslı mütəxəssislərdən ibarət olmaqla, MBGE-nin mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan prioritet fəaliyyət istiqamətləri üzrə işçi qrupları (bundan sonra - işçi qrupları) yaradılır.
1.3. İşçi qrupları prioritet mədəni bitkilər və bitki qrupları üzrə yaradılır.
1.4. İşçi qruplarının üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.
1.5. İşçi qruplarının toplantıları Milli Əlaqələndirici İnstitutda, digər elmi tədqiqat institutlarında və s. keçirilir.
1.6. MBGE sahəsində fəaliyyət göstərən işçi qruplarının fəaliyyətinə Elmi-Texniki Şura və Milli Əlaqələndirici İnstitut rəhbərlik və nəzarət edir.
2.1. İşçi qrupları öz iclaslarında aşağıdakı məsələlərə baxır:
2.1.1. mədəni bitkilərin və bitki qruplarının toplanması, qorunub-saxlanması və istifadəsi üzrə başlıca milli prioritetlərin və tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi;
2.1.2. MBGE-nin ex situ və in situ şəraitlərdə mövcud vəziyyətinin qiymətləndirilməsi, inventarlaşdırmanın aparılması və hesabatların hazırlanması;
2.1.3. MBGE üzrə milli kolleksiyaların, məlumat bazalarının yaradılması üzrə təkliflərin hazırlanması və müzakirəsi;
2.1.4. milli kolleksiyaların zənginləşdirilməsi, nadir və itmək təhlükəsində olan MBGE-nin mühafizəsi üzrə fəaliyyətlərin müzakirəsi və tövsiyələrin verilməsi;
2.1.5. kolleksiyalarda, kataloqlarda, məlumat bazalarında boşluqların müəyyənləşdirilməsi və doldurulması üzrə tövsiyələrin verilməsi;
2.1.6. özək kolleksiya siyasətinin hazırlanması, müzakirəsi və həyata keçirilməsi;
2.1.7. müvafiq elmi tədqiqatların koordinasiyası, tədqiqat işlərinə, layihə və proqramlara rəy verilməsi;
2.1.8. müvafiq bitkilərin və bitki qruplarının milli və regional statusunun, sosial-mədəni və iqtisadi dəyərinin müəyyənləşdirilməsi;
2.1.9. MBGE üzrə milli kataloqların, deskriptor siyahılarının, elmi-metodiki vəsaitlərin, kitabların çapa hazırlanması və ya təklif edilməsi;
2.1.10. MBGE üzrə layihələrin hazırlanması və təqdim edilməsi.
3.1. İşçi qruplarının tərkibi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Milli Əlaqələndirici İnstitut, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar qurumlar. Elmi-Texniki Şura tərəfindən irəli sürülmüş namizədlər arasından seçilir.
3.2. İşçi qruplarının tərkibi Elmi-Texniki Şura tərəfindən təsdiq edilir.
3.3. İşçi qruplarının rəhbərləri və onların müavinləri qrupların iclaslarında sadə səsvermə yolu ilə 2 (iki) il müddətinə seçilir.
3.4. İşçi qruplarının rəhbərləri qrupların adından çıxış edir, Elmi-Texniki Şura qarşısında illik hesabat verirlər.
4.1. İşçi qruplarının ümumi iş qrafiki Elmi-Texniki Şurada təsdiq edilir.
4.2. İşçi qruplarının daxili reqlamenti qrupun iclasında müəyyən edilir.
1.1. “Mədəni bitkilərin genetik ehtiyatları banklarının hüquq və vəzifələri” “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və mədəni bitkilərin genetik ehtiyatlan (bundan sonra - MBGE) banklarının hüquq və vəzifələrini müəyyən edir.
2.1. MBGE bankları (bundan sonra - genbanklar) aşağıdakı istiqamətlər üzrə yaradıla bilər:
2.1.1. müəyyən tədqiqat, təlim, seleksiya proqramlarında istifadə və qanunvericiliklə qadağan edilməmiş digər məqsədlərlə kolleksiya sahibləri tərəfindən öz vəsaitləri hesabına yaradılan genbanklar;
2.1.2. məqsədli layihələr əsasında elmi tədqiqat müəssisələri tərəfindən yaradılan genbanklar;
2.1.3. müvafiq elmi tədqiqat müəssisələrinin, seleksiya mərkəzlərinin, mülkiyyət formasından asılı olmayaraq toxumçuluq və bitkiçilik sahəsində fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrində qanunvericilikdə nəzərdə tutulan maliyyə mənbələri hesabına yaradılan ixtisaslaşdırılmış genbanklar.
3.1. Genbanklar “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məsələlər də daxil olmaqla aşağıdakı vəzifələri daşıyır;
3.1.1. mədəni bitkilərin kolleksiyalarında təyinatına görə boşluqların müəyyən edilməsi, nəzarətdə saxlanılması, toplanma üzrə prioritetlərin müəyyənləşdirilməsi;
3.1.2. mədəni bitkilərin genefondunun zənginləşdirilməsi istiqamətində fəaliyyət planına malik olmaq və zənginləşdirilmə üçün qanunvericilikdə nəzərdə tutulan üsullardan istifadə edilməsi;
3.1.3. MBGE-nin hüceyrə plazması nümunələrinin baza, aktiv (işlək), əvəzedici (dublikat), özək, DNT və RNT kolleksiyalarının xüsusi orta və uzunmüddətli saxlanma şəraitində davamlı və təhlükəsiz mühafizəsinin və bunun üçün standartlara uyğun saxlanma şəraitinin təmin edilməsi;
3.1.4. MBGE-nin hüceyrə plazması nümunələrinin mövcud vəziyyətinin mütəmadi monitorinqinin aparılması, təhlükə altında olan nümunələrin müvafiq standartlar əsasında bərpası və çoxaldılması;
3.1.5. MBGE kolleksiyalarının kompyuterləşdirilmiş inventarlaşdırılması və daimi qeydiyyatının aparılması;
3.1.6. mədəni bitkilərin Genbankının tərkibinin və orada mühafizə edilən hüceyrə plazması nümunələrinin hər hansı hərəkətinin əks olunduğu məlumat bazalarının yaradılması, daim yeniləşdirilməsi, ölkədaxili və beynəlxalq şəbəkələrə qoşulması;
3.1.7. mədəni bitkilərin Genbankında saxlanılan nümunələrin dublikatlarının və onlara aid bütün məlumatların Milli Genbanka verilməsi;
3.1.8. mədəni bitkilərin genetik ehtiyatlarının səciyyələndirilməsi, qiymətləndirilməsi, istifadə üçün tövsiyələrin verilməsi;
3.1.9. hüceyrə plazması nümunələri ilə mübadilə;
3.1.10. kolleksiyalarda saxlanılan nümunələrin mühafizə şərtlərini pozmadan istifadəçilər tərəfindən əldə edilməsini təmin etmək;
3.1.11. MBGE-nin təbliği.
4.1. Mədəni bitkilərin genbanklarının “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məsələlər də daxil olmaqla aşağıdakı hüquqları vardır:
4.1.1. MBGE-nin hüceyrə plazması nümunələrinin xüsusi təyinatlı kolleksiyalar üzrə toplanması, həmçinin elmi mübadilə və introduksiya yolu ilə bitki genefondunun zənginləşdirilməsi;
4.1.2. MBGE üzrə Elmi-Texniki Şuradan, ekspert və işçi qruplarından, Milli Əlaqələndirici İnstitutdan, Milli Genbankdan elmi-metodiki kömək istəmək;
4.1.3. etibarlı saxlanması üçün lazım olan həcmdən az toxum və digər əkin materialına malik bitki nümunələrinin bərpasından və artırılmasından başqa hər hansı digər məqsədlərlə genbankdan çıxarılmasından imtina edilməsi;
4.1.4. ölkə daxilində və ya xaricdə olan digər genbank və ya təşkilatla səlahiyyətləri çərçivəsində müqavilələrin bağlanması, birgə layihələr üzrə tədqiqat işlərinin aparılması, təlimlərin keçirilməsi;
4.1.5. xüsusi təyinatlı kolleksiyalardakı boşluqları doldurmaq və ya hər hansı digər məqsədlərlə digər yerli və xarici genbanklardan bitki nümunələrinin müqavilə əsasında sifariş verilməsi;
4.1.6. hər hansı digər genbank və ya təşkilatla birgə ekspedisiya yolu ilə toplanmış bitki nümunələrinin iştirakçılar arasında bərabər miqdarda bölünməsi;
4.1.7. MBGE üzrə beynəlxalq əməkdaşlıqda milli və beynəlxalq layihələrdə təşkilat statusu ilə və ya əməkdaşlarla iştirak;
4.1.8. əməkdaşlarının beynəlxalq təşkilatlar, eləcə də mədəni bitkilərin genetik ehtiyatları üzrə Milli Əlaqələndirici İnstitut tərəfindən təşkil edilən beynəlxalq və ümumrespublika təlim kurslarında və seminarlarda iştirakı;
4.1.9. genbank nümunələrinin kataloqlarının və digər çap materiallarının dərc etdirilməsi;
4.1.10. mədəni bitkilərin genbank fəaliyyətlərindən mövcud qanunvericilik çərçivəsində qazanc əldə edilməsi;
4.1.11. mədəni bitkilərin genetik ehtiyatlarının hüceyrə plazması nümunələrinin istifadəsindən əldə edilən gəlirdən mövcud qanunvericilik çərçivəsində royalti tələb edilməsi;
4.1.12. əldə edilən büdcədənkənar vəsaitin daxili ehtiyaclar üçün, işçilərin mükafatlandırılması da daxil olmaqla, mövcud qanunvericilik çərçivəsində xərclənməsi.
5.1. Azərbaycan Respublikasında MBGE banklarının hüquq və vəzifələri nəbatat bağları və dendroloji parklara da şamil edilir.
6.1. Azərbaycan Respublikasının Milli Genbankının hüquq və vəzifələri “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Milli Genbankın Əsasnaməsi, genbankların hüquq və vəzifələri və digər müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
1.1. Bu Əsasnamə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasının mədəni bitki genefondunun mühafizə edildiyi Milli Genbankın yaradılması və fəaliyyəti prosesində yaranan hüquqi, təşkilati və iqtisadi münasibətlərin əsaslarını müəyyən edir.
1.2. Azərbaycan Respublikasının Milli Genbankı (bundan sonra-Milli Genbank) Azərbaycan Respublikasının milli sərvətidir və bütün infrastrukturu ilə birlikdə xüsusi mühafizə olunan dövlət təbiət obyekti statusuna malikdir.
1.3. Milli Genbankın əsas vəzifəsi ümummilli dəyərə malik mədəni bitkilərin və onların yabanı əcdadlarının hüceyrə plazması nümunələrinin sənədləşdirilərək milli kolleksiyalara cəlb edilməsindən, onların etibarlı qorunub-saxlanılmasından, bərpasından, artırılmasından, hərtərəfli öyrənilməsindən, elmi və digər məqsədlər üçün yayılmasından, məlumat bazasının yaradılmasından və səmərəli istifadəsinin təşkilindən ibarətdir.
1.4. Milli Genbankda xüsusilə genetik eroziya və nəsli kəsilmək təhlükəsində olan növlər, növmüxtəliflikləri, formalar, xalq və elmi seleksiya sortları, seleksiya proqramları üçün əhəmiyyət daşıyan hüceyrə plazması nümunələri, sabit seleksiya xətləri, qiymətli əlamətlərin daşıyıcıları olan tədqiqat materialları toplanılır və mühafizə edilir.
1.5. Milli Genbank Milli Əlaqələndirici İnstitutun struktur vahidi və mədəni bitkilərin milli kolleksiyalarına malik elmi tədqiqat müəssisəsidir.
2.1. Milli Genbankın vəzifələri aşağıdakılardan ibarətdir:
2.1.1. mədəni bitkilərin milli kolleksiyalarında təyinatına görə boşluqların müəyyən edilməsi, toplanma üzrə prioritetlərin və ehtiyacların müəyyənləşdirilməsi və nəzarətdə saxlanılması;
2.1.2. mədəni bitkilərin milli genefondunun zənginləşdirilməsi istiqamətində fəaliyyət planının qəbul edilməsi və bu planın yerinə yetirilməsi üçün qanuni üsullardan (o cümlədən, toplama, elmi mübadilə və introduksiya) istifadə edilməsi;
2.1.3. mədəni bitkilərin genetik ehtiyatlarının (bundan sonra -MBGE) hüceyrə plazması nümunələrinin milli baza, aktiv (işlək), əvəzedici (dublikat), özək, DNT və RNT kolleksiyalarının xüsusi ortamüddətli və uzunmüddətli saxlanma şəraitində davamlı və təhlükəsiz mühafizəsinin və bunun üçün standartlara uyğun saxlanma şəraitinin təmin edilməsi;
2.1.4. ölkədə mövcud olan bütün genbank və digər kolleksiyalarla əlaqələrin yaradılması və onların fəaliyyətinə elmi-metodiki kömək göstərilməsi;
2.1.5. MBGE-nin kolleksiyalarda mühafizəyə qoyulmuş hüceyrə plazması nümunələrinin mövcud vəziyyətinin (genetik tamlığının, cücərmə faizinin) və saxlanma şəraitinin mütəmadi monitorinqinin aparılması, təhlükə altında olan nümunələrin müvafiq standartlar əsasında bərpası və çoxaldılmasının təmin edilməsi;
2.1.6. MBGE-nin bütün ölkə üzrə kolleksiyalarının qeydiyyatının aparılması və onların kompyuter məlumat bazasına daxil edilməsi;
2.1.7. mədəni bitkilərin Milli Genbankının tərkibini və orada mühafizə edilən hüceyrə plazması nümunələrinin bütün hərəkətlərini əks etdirən lokal məlumat bazasının, eləcə də ölkədə mövcud olan bütün kolleksiyaları əhatə edən Mərkəzi Məlumat Bazasının yaradılması, idarə olunması, daim yeniləşdirilməsi, beynəlxalq şəbəkələrlə inteqrasiyası;
2.1.8. Milli Genbankda saxlanılan prioritet kolleksiyalara aid nümunələrin dublikatlarının beynəlxalq genbanklarda mühafizəsinin təşkili;
2.1.9. xarici genbanklarda saxlanılan Azərbaycan mənşəli nümunələrin geri alınaraq bərpası və milli kolleksiyalara daxil edilməsi;
2.1.10. MBGE sahəsində elmi tədqiqatların aparılması, mədəni bitki müxtəlifliyinin genetik identifikasiyası və pasportlaşdırılması, istifadə üçün tövsiyələrin verilməsi;
2.1.11. milli kolleksiyalarda saxlanılan nümunələrin mühafizə şərtlərini pozmadan istifadəçilər tərəfindən (sifariş verilməklə) əldə edilməsinə kömək göstərilməsi;
2.1.12. milli genefondun, MBGE-nin təbliği, sərgilərin təşkili, təlim, tövsiyə, təşviqat, metodiki xarakterli materialların çapı və yayılması;
2.1.13. milli seminarların, təlim kurslarının təşkili, mədəni bitki genetik ehtiyatlarının mühafizəsi sahəsində elmi kadrların və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək verilməsi.
3.1. Milli Genbankın “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məsələlər də daxil olmaqla aşağıdakı hüquqları vardır:
3.1.1. MBGE-nin hüceyrə plazması nümunələrini xüsusi təyinatlı milli kolleksiyalar üzrə mərkəzləşdirilmiş şəkildə toplamaq, bitki genefondunu elmi mübadilə və introduksiya yolu ilə zənginləşdirmək;
3.1.2. MBGE üzrə beynəlxalq təşkilat, şəbəkə və genbanklardan, Elmi-Texniki Şuradan, ekspert və işçi qruplarından elmi-metodiki kömək əldə etmək;
3.1.3. MBGE-nin Milli Genbankda mühafizə edilən hüceyrə plazması nümunələrinin sifarişlərinə mühafizə edilən toxum və digər əkin materialının həcmini nəzərə almaqla, müsbət və ya mənfi cavab vermək;
3.1.4. Milli Əlaqələndirici institutun ölkə daxilində və ya xaricdə olan digər genbanklarla və ya təşkilatlarla birgə həyata keçirdiyi layihələr üzrə tədqiqat işlərini aparmaq, əməkdaşlarının yerli və xarici təlimlərdə iştirakını təmin etmək;
3.1.5. kolleksiyalardakı boşluqları doldurmaq, seleksiya proqramlarının ehtiyaclarını ödəmək və ya hər hansı digər məqsədlərlə beynəlxalq genbanklardan və xarici ölkə genbanklarından bitki nümunələrini müqavilə əsasında sifariş vermək;
3.1.6. Milli Genbankda olmayan və ya burada miqdarı məhdud olan nümunələrin dublikatlarını həmin nümunələrin saxlandığı kolleksiyaların sahiblərindən əvəzsiz almaq;
3.1.7. Azərbaycan Respublikasında keçirilən hər hansı daxili və ya beynəlxalq ekspedisiyalarda toplanmış bitki nümunələrinin ya ekspedisiyadan dərhal sonra, ya da bərpa və artırılmadan sonra Milli Genbanka verilməsini tələb etmək;
3.1.8. MBGE üzrə beynəlxalq və ümumrespublika təlim kurslarında və seminarlarda iştirak etmək;
3.1.9. Milli Genbankın kolleksiyalarını əks etdirən kataloqları və digər çap materiallarını, elmi əsərləri dərc etdirmək;
3.1.10. MBGE üzrə genbank fəaliyyətlərindən mövcud qanunvericilik çərçivəsində qazanc əldə etmək;
3.1.11. MBGE-nin Milli Genbankda saxlanılan hüceyrə plazması nümunələrinin istifadəsindən əldə edilən gəlirlərdən mövcud qanunvericilik çərçivəsində royalti (alınan qazancın müəyyən hissəsi) tələb etmək;
3.1.12. əldə edilən büdcədənkənar vəsaiti daxili ehtiyaclar üçün, işçilərin mükafatlandırılması da daxil olmaqla, mövcud qanunvericilik çərçivəsində xərcləmək.
4.1. Milli Genbankın elmi tədqiqat fəaliyyəti kompleks tədqiqatların təşkili yolu ilə, beynəlxalq standartlara müvafiq olaraq həyata keçirilir və milli mədəni bitki genefondunun qorunub saxlanması, bərpası və səmərəli istifadəsi məqsədi ilə təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilir.
4.2. Milli Genbankın elmi tədqiqat mövzuları Milli Əlaqələndirici İnstitut tərəfindən müəyyən edilir.
4.3. Milli Genbank elmi tədqiqat işlərinin təşkili və aparılması məqsədi ilə elmi işçi ştatları ilə təmin edilir.
4.4. Milli Genbankda herbari fondu yaradılır.
5.1. Milli Genbank dövlət vəsaiti, fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, genbank nümunələrinin istifadəsi və paylanılması, göstərdiyi xidmətlər müqabilində əldə edilən gəlirlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşir.
5.2. Əldə edilən büdcədənkənar vəsait mövcud qanunvericilik çərçivəsində Milli Əlaqələndirici İnstitutun rəhbərliyi tərəfindən Milli Genbankın daxili ehtiyacları üçün (işçilərin mükafatlandırılması da daxil olmaqla) xərclənir.
6.1. Milli Genbankın qorunması Milli Əlaqələndirici İnstitutun mühafizə xidməti tərəfindən həyata keçirilir və bu işə Milli Genbankın və Milli Əlaqələndirici İnstitutun rəhbərliyi məsuliyyət daşıyır.
6.2. Milli Genbankm qorunması MBGE-nin milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi Qaydalarına uyğun olaraq həyata keçirilir.
6.3. Milli Genbankın mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarına yol vermiş təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
1. Bu Qayda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli Fərmanının 2.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasına idxalı qaydasını müəyyən edir.
2. Genetik modifikasiya olunmuş bitkilər, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları (bundan sonra - GMOB) - genomunda müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə dəyişikliklər edilmiş, hər hansı geni və ya gen fraqmenti dəyişdirilmiş (başqası ilə əvəz edilmiş) bitkilər, o cümlədən onların toxumları, tingləri, şitilləri, kök materiallarıdır.
3. GMOB-ni elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasına idxal edilməsini planlaşdıran elmi tədqiqat müəssisəsi və ya dövlət orqanı (bandan sonra - idxalatçı) nəzərdə tutulmuş idxal əməliyyatı ilə bağlı mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuraya (bundan sonra - Elmi-Texniki Şura) rəsmi yazılı müraciət edir.
4. Müraciətdə idxalı nəzərdə tutulan GMOB-ni göndərən ölkənin adı, GMOB-ni göndərən və qəbul edən təşkilatların adları, tabeçilikləri, fəaliyyət növləri, ünvanları, idxal edilməsi nəzərdə tutulan bitkinin latın dilində adı, hansı hissəsinin gətirilməsi, miqdarı (kütlə və ya sayı) və qablaşdırılma forması göstərilməlidir.
5. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:
5.1. nümunələrin gətirilməsi nəzərdə tutulan ölkənin müvafiq orqanları tərəfindən verilmiş fitosanitar sertifikatı;
5.2. göndərən və qəbul edən tərəflər arasında bağlanmış müqavilənin surəti;
5.3. idxal edilən nümunələrin siyahısı. Siyahıda minimum deskriptor məlumatları cədvəl şəklində göstərilməlidir: nümunənin kataloq nömrəsi, bitkinin elmi (latın) adı, nümunənin (sortun, formanın, seleksiya xəttinin və s.) adı;
5.4. nümunələrin kommersiya dəyəri haqqında sənəd;
5.5. elmi tədqiqat müəssisəsi və ya dövlət orqanı tərəfindən hazırlanmış elmi-texniki əsaslandırma. Bu sənəddə planlaşdırılan idxalın elmi və ictimai əhəmiyyəti əsaslandırılmalı və mümkün nəticələri göstərilməlidir;
5.6. GMOB-ni göndərən ölkənin dövlət orqanlarında qeydiyyatdan keçmiş rəsmi qurum tərəfindən verilmiş və GMOB üzərində aparılmış genetik dəyişikliklər barədə məlumatları əks etdirən qeydiyyat sertifikatı.
6. GMOB-nin idxalı ilə bağlı müraciətə Elmi-Texniki Şurada 10 (on) iş günü müddətində idxalatçı da cəlb edilməklə baxılır və bu Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formada Milli Əlaqələndirici İnstitutun rəsmi blankında çap edilmiş qərar qəbul edilir.
7. GMOB-nin idxalı ilə bağlı Elmi-Texniki Şurada qəbul edilmiş qərarın surəti 5 (beş) iş günü müddətində idxalatçıya təqdim edilir.
8. GMOB-nin idxalı ilə bağlı müraciətə müsbət rəy olduqda Elmi-Texniki Şuranın qərarı idxalatçının müraciətinin və ona əlavə edilən sənədlərin surətləri ilə birgə 5 (beş) iş günü müddətində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilir.
9. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi-Texniki Şuranın qərarına əsaslanaraq, 10 (on) iş günü müddətində GMOB-nin idxalına Nazirliyin rəsmi blankında nazirin və ya onu əvəz edən şəxsin imzası ilə bu Qaydanın 2 nömrəli əlavəsində göstərilmiş formada rəsmi icazə verir.
10. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi GMOB-nin idxalına verilmiş rəsmi icazəni və idxalatçının Elmi-Texniki Şuraya müraciətinə əlavə edilən sənədlərin surətlərini, GMOB Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir.
11. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin GMOB-nin idxalına verilmiş rəsmi icazə sənədinin surəti 5 (beş) iş günü müddətində idxalatçıya təqdim edilir.
12. İdxalına rəsmi icazə verilməmiş GMOB-nin Azərbaycan Respublikasına idxal edilməsi qəti qadağandır.
13. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən bitki nümunələri bu Qaydanın 3 nömrəli əlavəsində göstərilmiş GMOB-nin beynəlxalq miqyasda tanınan siyahısı ilə tutuşdurulur. Həmin siyahıda olmayan nümunələrin GMOB ola biləcəyi ilə bağlı şübhə yaranarsa, nümunələr gömrük laboratoriyaları vasitəsilə yoxlanılır.
14. Hər növbəti ilin yanvar ayının 3-cü ongünlüyündə GMOB-nin beynəlxalq miqyasda tanınan siyahısına Elmi-Texniki Şurada baxılır və dəyişikliklər tələb olunduğu təqdirdə təkliflər hazırlanır.
15. İdxalatçı idxal edilən GMOB-ni təyinatı üzrə istifadə edir və onun Azərbaycan Respublikası ərazisində yayılması ilə bağlı hər hansı təhlükəyə görə məsuliyyət daşıyır.
16. İdxalına icazə verilməmiş GMOB-nin Azərbaycan Respublikasına idxal edilməsinə cəhd göstərildikdə, həmin bitki nümunələri gətirildiyi ölkəyə idxalatçının hesabına geri qaytarılır. İdxalına icazə verilməmiş GMOB-ni Azərbaycan Respublikasına idxal etməyə cəhd göstərən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
17. Bu Qayda ilə müəyyən edilən tələblər “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsi ilə müəyyən edilmiş genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına şamil edilmir.
Siyahısı hazırkı qərara əlavə edilən genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının (GMOB) ______________________________________
_________________________________________________________________________
gətirilməsi (idxalı) ilə bağlı_________________________________________________
________________________________________________________________________
tərəfindən “___” ____________ 201 _______il tarixində edilmiş müraciətə Elmi-Texniki Şurada baxılmış və müvafiq qərar qəbul edilmişdir.
Qərar: Elmi-Texniki Şura müvafiq sənədləri araşdıraraq, hazırkı qərara əlavə edilmiş siyahıda göstərilən GMOB-nin Azərbaycan Respublikasına idxalına _________________________________________________________________________.
İdxal edilməsi planlaşdırılan GMOB-nin siyahısı əlavə edilir (cəmi ____ səhifə). Siyahıda idxal edilməsi planlaşdırılan bitkilərin latın və Azərbaycan dillərində adı (adları), bitkinin hansı hissəsinin gətirilməsi (meyvə, toxum, şitil, ting və s.) və miqdarı göstərilməlidir.
Elmi-Texniki Şuranın sədri:___________________________________________
Siyahısı bu sənədə əlavə edilmiş genetik modifikasiya olunmuş bitkilərin (GMOB) __________________________________________________________________məqsədi ilə
____________________________________________________________________________
____________________________________________________________________________
tərəfindən Azərbaycan Respublikasına gətirilməsinə (idxalına) icazə verilir.
Əsas: Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan Elmi-Texniki Şuranın “___” _______ 201__ il tarixli qərarı.
İdxal edilməsi planlaşdırılan GMOB-nin siyahısı əlavə edilir (cəmi ____səhifə).
Siyahıda idxal edilməsi planlaşdırılan bitkilərin latın və Azərbaycan dillərində adı (adları), bitkinin hansı hissəsinin gətirilməsi (meyvə, toxum, şitil, ting və s.) və miqdarı göstərilməlidir.
İcazənin qüvvədə olma müddəti _________________________ tarixinə kimidir.
Araxis (Arachis hypogaea L.)
Argentina rapsı (Brassica napus L.)
Pioneer Hi-Bred İnternational
Pioneer Hi-Bred İnternational
Pioneer Hi-Bred İnternational
Pioneer Hi-Bred İnternational
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Pioneer Hi-Bred İnternational
Pioneer Hi-Bred İnternational
Pioneer Hi-Bred İnternational
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Badımcan (Solanum melongena L.)
Balqabaq, boranı (Cucurbita pepo L.)
Asgrow (USA); Siminis Vegetable İnc. (Canada)
Upjohn (USA); Siminis Vegetable İnc. (Canada)
Buğda (Triticum aestivum L.)
BW255-2, BW238-3 MUTANT
Cyanamid Crop Protection
Çəltik - düyü (Oryza sativa L.)
BCS-OSOO3-7 (LLRICE601)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
LibertyLink RİCE601 (LLRİCE601)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
RiseTek (ABŞ) (yoxlanmalıdır)
Gavalı (Prunus domestica L.)
United States Department of Agriculture - Agricultural Research Service
Günəbaxan (Helianthus annuus L.)
Hibrid X81359 (CLEARFİELD)
Kartof (Solanum tuberosum L.)
BPS-25271-9(EH92-527-1)
RBMTl5-101, SEMT15-02, SEMT15-15
RBMT21-129, RBMT21-350, RBMT22-082
Russet Burbank Newleaf
Biomühəndislik Mərkəzi, Rusiya
Biomühəndislik Mərkəzi, Rusiya
BASF Plant Science/Amylogen HB
Avebe/BASF Plant Science
Kasnı (Cichorium intybusL.)
Kətan (Linum usitatissimum L.)
University of Saskatchewan
University of Saskatchewan
Qarayonca (Medicago sativa L.)
Monsanto Company/Forage Genetics
Monsanto Company/Forage Genetics
Qarğıdalı (Zea mays L.)
Pioneer / Dow AgroScience
Dow AgroSciences / Pioneer Hi-Bred
Mycogen Seeds (Dow AgroScience)
Pioneer Hi-Bred / Mycogen Seeds
Pioneer Hi-Bred / Mycogen Seeds
Pioneer / Myogen Seeds
Pioneer Hi-Bred / Mycogen
Pioneer Hi-Bred İnternational
Pioneer Hi-Bred İnternational
Pioneer Hi-Bred İnternational
Pioneer Hi-Bred İnternational
BAYER CROPSCIENCE (AVENTIS CROPSCIENCE(AGREVO)
ACS-ZMOO2-1/ACS-ZMOO3-2 (T14, T25)
BAYER CROPSCIENCE (AVENTIS CROPSCIENCE(AGREVO)
ACS-ZMOO3-2, MON-OO81O-6 (T25XMON810)
BAYER CROPSCIENCE (AVENTIS CROPSCIENCE(AGREVO)
ACS-ZMOO4-3 (CBH-351)
BAYER CROPSCIENCE (AVENTIS CROPSCIENCE(AGREVO)
BAYER CROPSCIENCE (AVENTIS CROPSCIENCE(AGREVO)
B16(DLL25)(DKB-8979O-5)
Dekalb Genetics Corporation
BT11 (X4334CBR, X4734CBR)
BT11xMİR162xMİR604x GA21
BT11xMİR162xTC1507xG A21
Pioneer Hi-Bred İnternational
DOW AgroSciences LLC/Pioneer Hi-Bred İnternational
DAS-59122-7,DAS-O15O7-1, MON-OO6O3-6 (DAS-59122-7XTC1507 X NK603)
DOW AgroSciences LLC/Pioneer Hi-Bred İnternational
DOW AgroSciences LLC/Pioneer Hi-Bred İnternational
DAS-59122-7xTC1507xNK603
Pioneer Hi-Bred İnternational
DAS-59122-7xTC1507xNK603
DOW AgroSciences LLC/Pioneer Hi-Bred İnternational
MYCOGEN (C/O DOW Agrosciences); Pioneer (C/O Dupont)
DAS-O15O7-1 XMON-OO6O3-6(TC1507X NK603)
DAS-O15O7-1,DAS-59122-7 (TC1507XDAS-59122-7)
DOW AGROSCIENCES LLC AND PIONEER Hl-BRED INTERNATIONAL INC.
Dekalb Genetics Corporation
DEKALB GENETICS CORPORATION
DP-09814O-6(EVENT 98140)
Pioneer Hi-Bred İnternational
Glyphosate-Tolerant Corn
DOW AgroSciences LLC/Pioneer Hi-Bred İnternational
Pioneer Hi-Bred İnternational
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Renessen LLC, Monsanto Company
MON-00603-6 X ACS-ZM003-2 (NK603 X T25)
Pioneer Hi-Bred Intemational
MON-87460-4 (MON87460)
MON-88017-3 (MON88017)
MON-88017-3, MON-OO81O-6(MON810X MON88017)
MON89034x1507xMON88 017x59122
DOW AgroSciences LLC/Monsanto Company
MON89034xTC1507x MON88017xDAS-59122-7
MON-89O4-3 X DAS-O15O7-1 X MON-88O17-3XDAS-59122-7 (MON89034 X TC1507 X MON88017 X DAS-59122-7)
MONSANTO COMPANY AND MYCOGEN SEEDS C/O DOW AGROSCIENCES LLC
MON-89034-3, MON-88O17-3(MON89034 X MON88017)
MON-89O34-3, MON-OO6O3-6 (MON89034 X NK603)
MON-OO603-6, MON- OO81O-6(NK603X MON810)
MON-OO863-5, MON-OO81O-6, MON-OO6O3-6 (MON863XMON810X NK603)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
REN-OOO38-3, MON-OO81O-6(MON810X LY038)
SYN-BTO11-1(BT11 (X4334CBR, X4734CBR)
SYN-BTO11-1, MON-OOO21-9(BT11 XGA21)
SYN-BTO11-1,SYN-IR162-4(BT11 X MIR162)
SYN-BTO11-l, SYN-IR162-4, SYN-IR604-5 (BT11 X MIR162 X MIR604)
SYN-BTO11-1,SYN-IR162-4, SYN-IR604-5, MON-OOO21-9(BT11 X MIR162 X MIR604 X GA21)
SYN-BTO11-1,SYN-IR6O4-5 (BT11 X MIR604)
SYN-BTOll-l.SYN-IR604-5,MON-OOO21-9 (BTl 1 X MIR604 X GA21)
SYN-IR604-5, MON-OOO21-9(MIR604X GA21)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Micogen (c/o DOW AgroSciences); Pioneer (c/o Dupont)
DOW AgroSciences LLC/Pioneer Hi-Bred İnternational
DOW AgroSciences LLC/Pioneer Hi-Bred İnternational
YieldGard Plus & Roundup Ready Com
YieldGard Plus Corn Monsanto
YieldGard Rootworm-Protected Corn
Qərənfil (Dianthus caryophyllus L.)
Moonshadow 11363 (indense mauve violet)
Moonlite 123.2.38(violet)
Moonshade 123.2.2 (blueish purple)
Applause (göy rəngli) və ya Blue Rose Applause
Suntory Flowers Limited (Yaponiya)
Mərci (Lens culinaris L.)
Pambıq (Gossypium hirsutum L.)
DuPont Canada Agricultral Products
281-24-236x3006-210-23
281-24-236x3006-210-23 x MON88913
Mycogen Seeds/Dow AgroScience
281-24-236x3006-210-23
281-24-236x3006-210-23xMON88913
Mycogen Seeds/ DOW AgroSciences LLC
ACS-GHOO1-3 (LLCOTTON25)
ACS-GHOO1-3, MON-15985-7 (LLCOTTON25 X MON15985)
DuPont Canada Agricultural Products
DAS-24236-5 (281-24-236)
DAS-21O23-5 (3006-210-23)
DAS-21O23-5 (3006-210-23)
DAS-21Ø23-5xDAS-24236-5 (WideStrike)
DAS-21Ø23-5xDAS-24236-5xMON-Ø1445-2 (WideStrike/Roundup Ready)
DAS-21Ø23-5xDAS-24236-5xMON88913
JK Agri Genetics Ltd (İndia)
Bayer CropScience USA LP
Bayer CropSciene (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
MON15985-7x MONØ1445-2
MON-ØØ531-6xMON-Ø1445-2
Polşa rapsı (Brassica rapa L.)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Soya (Glycine max L.)
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo
Bayer CropScience (Aventis CropScience (AgrEvo
Pioneer Hi-Bred İnternational İnc.
DP-305423-1 (DP-305423)
Pioneer Hi-Bred İnternational İnc.
Pioneer Hi-Bred İnternational İnc.
DD-O26OO5-3 (G94-1, G94-19, G168)
DuPont Canada Agricultural Products
DuPont Canada Agricultural Products
DuPont Canada Agricultural Products
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Agriculture & Agri-Food Canada
Bayer CropScience (Aventis CropScience (AgrEvo)
Bayer CropScience (Aventis CropScience (AgrEvo
Roundup Ready Soybeans
MON-89788-1 (MON89788)
MON-O4O32-6 (GTS 40-3-2)
Pioneer Hi-Bred international İnc.
DP-356O43-5 (DP356043)
Pioneer Hi-Bred International İnc.
DuPont Canada Agricultural Products
MON-877O1-2, MON-89788-1 (MON87701 X MON89788)
ACS-GMOOl-8, ACS-GMOO2-9 (W62, W98)
Bayer CropScience (Aventis CropScience (AgrEvo
Bayer CropScience (Aventis CropScience (AgrEvo
ACS-GMOO5-3 (A2704-12, A2704-21, A5547-35)
Bayer CropScience (Aventis CropScience (AgrEvo
ACS-GMOO6-4 (A5547-127)
Bayer CropScience (Aventis CropScience (AgrEvo
Bayer CropScience (Aventis CropScience (AgrEvo
Şəkər çuğunduru (Beta vulgaris L.)
Novartis Seeds; Monsanto Company
Danisco Seeds/DLF Trifolium
Bayer Cropscience (Aventis Cropscience(Agrevo)
Novartis Seeds; Monsanto Company
Bayer CropScience (Aventis) CropScience (AgrEvo)
Pomidor (Lycopersicon esculentum L.)
DNA Plant Technology Corporation
CGN-89564-2 (FLAVR SAVR)
Tütün (Nicotiana tabacum L.)
Societe National d'Exploitation des Tabacs et Allumettes
Yemiş (Cucumis melo L.)
1. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)
2. 28 dekabr 2019-cu il tarixli 510 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2019-cu il, № 292, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2091)
3. 7 may 2021-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 may 2021-ci il, № 100, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 513)
4. 5 avqust 2023-cü il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1259)
5. 1 aprel 2024-cü il tarixli 184 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 4 aprel 2024-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 437)
6. 25 iyun 2024-cü il tarixli 317 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 26 iyun 2024-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, II kitab, maddə 736)
7. 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, № 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1106)
8. 16 sentyabr 2025-ci il tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 17 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 18 sentyabr 2025-ci il, № 199, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 868)
9. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)
10. 30 dekabr 2025-ci il tarixli 417 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 31 dekabr 2025-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1262)