Qanunvericilik › Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 4

Maddə 4. Mədəni bitkilərin genetik ehtiyatlarının obyektləri

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.0. Mədəni bitkilərin genetik ehtiyatlarının obyektlərinə aşağıdakılar aiddir:

4.0.1. mədəni bitkilərin yabanı əcdadları və onların yaxın növləri və növdaxili müxtəlifliyi;

4.0.2. qida, bəzək və dərman təyinatlı yabanı bitki materialları;

4.0.3. yerli xalq seleksiyası sortları;

4.0.4. becərilən, istifadədən çıxarılmış və ya tövsiyə olunan sortların Milli kataloquna daxil edilməmiş elmi seleksiya sortları;

4.0.5. seleksiya xətləri, təsərrüfat əhəmiyyətli əlamətlərin mənbəyi və donorları;

4.0.6. məxsusi genetik materiallar (mutantlar, hibridlər, nişanlanmış xətlər, biotexnologiya üsulları ilə yaradılmış bitki formaları);

4.0.7. genetik məlumatın əsas daşıyıcıları olan nuklein turşuları (DNT və RNT);

4.0.8. mədəni bitkilərin genetik ehtiyatlarından istifadə hüquqları.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver