Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 12

Maddə 12. Loqotip (emblem)

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

12.1. Media subyekti redaksiyasının loqotipi (emblemi) olmalıdır. Media subyektinin redaksiyası yalnız bir loqotipdən (emblemdən) istifadə edə bilər.

12.2. Loqotip (emblem) Şura tərəfindən aparılan Media Reyestrinə daxil edilir.

12.3. Media subyektinin redaksiyasının loqotipində (emblemində) irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyi, terrorçuluq, zorakılıq və qəddarlığı təbliğ edən, əxlaqa zidd olan simvollar və (və ya) onların kombinasiyasından (sözlər, hərflər, rəqəmlər, qrafik elementlər və s.), habelə digər media subyektinin redaksiyasının loqotipi (emblemi) ilə eyni və ya ona oxşar loqotipdən (emblemdən) istifadə olunması qadağandır.

12.4. Media subyektinin redaksiyası fəaliyyət müddəti ərzində loqotipinə (embleminə) dəyişiklik etmək hüququna malikdir. Bu halda o, həmin loqotipdən (emblemdən) bu barədə dəyişiklik Media Reyestrinə daxil edildikdən sonra istifadə edə bilər.

12.5. Media Reyestrinə daxil edilmiş media subyektinin redaksiyasının loqotipinin (embleminin) dəyişdirilməsinə bu Qanunun 12.3-cü maddəsi ilə nəzərdə tutulmuş tələblər nəzərə alınmaqla Şuranın razılığı ilə yol verilir.

12.7. Televiziya yayımında audiovizual media subyektinin redaksiyasının loqotipi (emblemi) reklamların yayımlandığı vaxtlar istisna olmaqla, ekranda fasiləsiz şəkildə nümayiş olunmalıdır.

12.8. Media subyektinin redaksiyasının loqotipi (emblemi) ilə bağlı mübahisələr “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver