22.1. Audiovizual yayımçılar öz proqramlarını 3 (üç) ay müddətində saxlamalıdırlar.
22.2. Seçkiqabağı və referendumqabağı təşviqata aid audiovizual proqramların audio və (və ya) videoyazısı aparılır, həmin yazılar yayımlandığı gündən 12 (on iki) ay müddətində müvafiq audiovizual yayımçı tərəfindən saxlanılır. Audiovizual yayımçı ödənişli və ödənişsiz efir vaxtının ayrılmasına dair hesabat sənədlərini səsvermə günündən başlayaraq 5 (beş) il müddətində saxlamalıdır.