Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

3.1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycan Respublikasında filial və nümayəndəliklərinə (bundan sonra – Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinə), redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.

3.2. Bu Qanunun müddəaları aşağıdakılara şamil edilmir:

3.2.1. media subyekti hesab edilməyən şəxslər (jurnalistlər istisna olmaqla) tərəfindən yayımlanan informasiyaya;

3.2.2. kütləvi informasiyanın yayılması istisna olmaqla, informasiya texnologiyalarından istifadə etməklə istifadəçilərin bir-birinə göndərdiyi yazışmalara (korrespondensiyaya).

3.3. Media subyektlərinin seçkiqabağı və referendumqabağı təşviqatla bağlı fəaliyyətinin xüsusiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver