31.1. Sifarişli yayım xidməti provayderi lisenziya əsasında fəaliyyət göstərir.
31.2. Sifarişli yayım xidməti provayderi proqram kataloqunu platforma operatorunun yayım üsulları və ya birbaşa internet vasitəsilə, o cümlədən mobil tətbiqlər vasitəsilə təqdim edir.
31.3. Sifarişli yayım xidməti provayderi proqram kataloquna daxil etdiyi bütün proqramlar barədə məlumatı və həmin proqramların yayımı üçün əldə etdiyi yayım hüquqlarına dair müqavilələri Şuraya təqdim etməlidir.
31.4. Sifarişli yayım xidmətinin proqram kataloquna daxil edilmiş bütün proqramlar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaş kateqoriyaları üzrə təsnifatlandırılmalıdır.