38.1. Proqramın müəllifi həmin proqramın yayımlanması hüququnu yayım üsulunun və şərtlərinin göstərildiyi müqavilə əsasında bir neçə və ya müstəsna olaraq bir audiovizual yayımçıya verə bilər. Həmin müqavilələrin surəti audiovizual yayımçı tərəfindən Şuraya təqdim edilməlidir.
38.2. Proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır.
38.3. Müstəsna yayım hüququ ilə yayımlanan əhəmiyyətli tədbir digər audiovizual yayımçılar tərəfindən 60 (altmış) saniyədən artıq olmamaq və mənbəyini bildirmək şərti ilə ödənişsiz yayımlana bilər.
38.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) xarici audiovizual yayımçının proqramlarının yayımlanmasına razılıq verilməsi üçün Şuraya müraciət etməlidir.