Qanunvericilik › Media haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 66

Maddə 66. Xarici çap mediası məhsullarının gətirilməsinə və yayımına qadağa qoyulması

Media haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

66.1. Bu Qanunun 14.1.1-ci, 14.1.2-ci, 14.1.4-cü, 14.1.5-ci, 14.1.7-ci, 14.1.9-cu, 14.1.10-cu, 14.1.13-cü, 14.1.13-1-ci və 14.1.14-cü maddələrinin tələblərinə cavab verməyən informasiyalar dərc edilən xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.

66.2. Məhkəmə bu Qanunun 66.1-ci maddəsinin tələblərinə zidd olaraq xarici çap mediasının artıq paylanmış məhsulunu satışdan yığışdırmaq barədə qərar qəbul edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver