Canlı şəxslər barəsində məhkəmə ekspertizası aparıldıqda aşağıdakıları etmək qadağandır:
məlumat almaq məqsədi ilə onun hüquqlarını məhdudlaşdırmaq, aldatmaq, hədə-qorxu gəlmək, zor və digər qanunsuz tədbirlər tətbiq etmək;
üzərində yeni dərman vasitələrini və dərman maddələrini, diaqnostik metodları, xəstəliklərin profilaktikasını və müalicəsini sınaqdan keçirmək, həmçinin şəxsdən obyekt kimi istifadə olunmaqla biotibbi eksperimental tədqiqatlar aparmaq.
Barəsində məhkəmə ekspertizası aparılan şəxs ekspertə həmin məhkəmə ekspertizasının predmetinə aid olan izahatlar verə bilər.
Tibbi stasionarda yerləşdirilmiş şəxslə onun müdafiəçisinin, qanuni nümayəndəsinin və ya işdə iştirak etmək üçün buraxılmış digər nümayəndələrinin görüşü, üçüncü şəxslər tərəfindən informasiya əldə olunmasını istisna edən şəraitdə təşkil edilir.
Şikayət, ərizə və vəsatət vermək üçün tibbi stasionarda yerləşdirilmiş şəxsə real imkanlar yaradılmalıdır. Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilmiş şikayət senzuradan keçirilmir və iyirmi dörd saat ərzində aidiyyatı üzrə göndərilir.