Qanunvericilik › “Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.06.2020) › Tam mətn

“Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.06.2020)

“Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 29.06.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 iyun 2020-ci il

1.1. Bu Qaydalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-4-cü maddəsinin ikinci hissəsinə əsasən hazırlanmışdır və Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin (bundan sonra – Dövlət Reyestri) aparılması, yeni metodların həmin Reyestrə daxil edilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydaların məqsədi məhkəmə ekspertizasının tədqiqat metodları (bundan sonra – tədqiqat metodu) barədə məlumatların əldə edilməsini təmin etməkdir.

2.1. Dövlət Reyestrinin aparılması və yeni tədqiqat metodunun həmin Reyestrə daxil edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən həyata keçirilir.

2.2. Dövlət Reyestri informasiya ehtiyatıdır. Dövlət Reyestrinin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı və mühafizəsi Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.

2.3. Dövlət Reyestrinin informasiya təminatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarələri (bundan sonra – məhkəmə ekspertizası idarəsi), həmçinin özəl məhkəmə ekspertləri tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hazırlanmış, sınaqdan keçirilmiş və tətbiq edilən tədqiqat metodu barədə məlumatların təqdim edilməsi yolu ilə həyata keçirilir.

2.4. Tədqiqat metodu məhkəmə ekspertizası idarəsi tərəfindən qərarla təsdiq olunur. Həmin qərarın qəbul edildiyi gündən 5 (beş) iş günü ərzində bu Qaydaların 2.9-cu bəndində göstərilmiş məlumatlar məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya onun müavininin imzalanmış müşayiət məktubu ilə təsdiqedici sənədlər əlavə edilməklə, kağız və elektron daşıyıcılarda Dövlət Reyestrinə təqdim olunur.

2.5. Özəl məhkəmə eksperti tədqiqat metodunu onun aid olduğu məhkəmə ekspertizası sahəsi üzrə məhkəmə ekspertizası idarəsi ilə razılaşdırmaqla, bu Qaydaların 2.9-cu bəndində göstərilən məlumatları imzalanmış müşayiət məktubuna təsdiqedici sənədləri əlavə etməklə, kağız və elektron daşıyıcılarda Dövlət Reyestrinə təqdim edir.

2.6. Tədqiqat metodu barədə məlumatlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 (bir) iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə Dövlət Reyestrinə daxil edilir.

2.7. Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə, o cümlədən məlumatların mətni üzərində hər hansı düzəliş olduqda və ya kağız daşıyıcı ilə elektron daşıyıcıda olan mətnlər arasında uyğunsuzluq aşkar olunduqda, bu barədə məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə müraciətin daxil olduğu gündən 3 (üç) iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar məhkəmə ekspertizası idarəsi və ya özəl məhkəmə eksperti tərəfindən bildirişin alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.

2.8. Çatışmazlıqlar məhkəmə ekspertizası idarəsi və ya özəl məhkəmə eksperti tərəfindən bu Qaydaların 2.7-ci bəndində göstərilən müddətdə aradan qaldırılmadıqda, Dövlət Reyestrinə daxil edilməsi üçün təqdim olunmuş məlumatlar müvafiq məktubla geri qaytarılır.

2.9. Dövlət Reyestrinə tədqiqat metodu barədə daxil edilən məlumatlar aşağıdakılardır:

2.9.1. tədqiqat metodunun adı;

2.9.2. tədqiqat metodunun aid olduğu məhkəmə ekspertizası sahəsi;

2.9.3. tədqiqat metodunu təqdim edən məhkəmə ekspertizası idarəsinin adı, hüquqi ünvanı, özəl məhkəmə ekspertinin adı, soyadı, atasının adı və fəaliyyət göstərdiyi ünvan;

2.9.4. tədqiqat metodunun pasportu (1 nömrəli əlavə);

2.9.5. tədqiqat metodunun Dövlət Reyestrinə daxil edildiyi tarix və qeydiyyat nömrəsi.

2.10. Dövlət Reyestrindəki məlumatlarda dəyişiklik və yeni tədqiqat metodunun Dövlət Reyestrinə daxil edilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.

2.11. Dövlət Reyestrinə daxil edilmiş məlumatlarda onların uyğunsuzluğuna səbəb olmuş texniki və digər səhvlər aşkar edildikdə, həmin səhvlər məhkəmə ekspertizası idarəsinin və ya özəl məhkəmə ekspertinin müraciəti əsasında və ya Ədliyyə Nazirliyinin təşəbbüsü ilə 1 (bir) iş günü ərzində aradan qaldırılır.

3.1. Dövlət Reyestri açıqdır, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.

3.2. Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra edilir.

3.3. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-4-cü maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə ekspertləri məhkəmə ekspertizasının aparılması zamanı Dövlət Reyestrinə daxil olan tədqiqat metodundan istifadə edirlər.

3.4. Məhkəmə eksperti Dövlət Reyestrinə daxil olmayan tədqiqat metodundan yalnız həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla istifadə edə bilər:

3.4.1. qanunda nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir;

3.4.2. elmi cəhətdən əsaslandırılmışdır;

3.4.3. insanların həyat və sağlamlığı və ətraf mühit üçün təhlükəsizdir.

2. Metodun müəllifi (müəllifləri) barədə məlumat

3. Metodun mahiyyəti:

3.1. Metodun həll etdiyi ekspert məsələləri

3.2. Tədqiqat obyektləri

3.3. Tədqiqat üsulları

3.4. Tədqiqat vasitələri

3.5. Metodun qısa mərhələli təsviri

4. Metodun təsdiq edilməsi, özəl məhkəmə eksperti tərəfindən təqdim edildikdə metodun razılaşdırılması barədə məlumatlar

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver