4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır:
4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək;
4-1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;
4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək;
4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq.
4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır:
4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək;
4-1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklər barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək.
4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4-1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir.