Qanunvericilik › Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Dövlət icbari şəxsi sığortanın aparılması qaydası

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Sığortaolunanların dövlət icbari şəxsi sığortası hər il dövlət büdcəsinin vəsaiti hesabına aparılır.

6.2. Sığortalılar sığortaolunanların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün sığorta haqlarının məbləğini hər il rüblər üzrə bu Qanunun 4-4-cü maddəsində nəzərdə tutulmuş qaydada sığortaçıya ödəyir.

6.3. Sığorta haqqı sığortalı tərəfindən hər il üçün hər bir sığortaolunana görə ödənilir.

6.4. Sığortaolunanlar müvafiq olaraq qulluğa qəbul və ya vəzifəyə təyin olunduqları tarixdən bu Qanunla müəyyən edilmiş qaydada sığortalı tərəfindən sığorta olunurlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver