Qanunvericilik › Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Müdafiə olunan şəxsi, onun mənzilini və əmlakını mühafizə etmə

Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Müdafiə olunan şəxslərin həyatına, sağlamlığına, mənzilinə və əmlakına qarşı qəsd ediləcəyi qorxusu üçün real əsaslar müəyyən edildikdə, həmin şəxslərin razılığı ilə təhlükəsizliyi təmin edən orqanlar tərəfindən onların şəxsi mühafizəsi, mənzilinin və əmlakının mühafizəsi üçün təhlükəsizlik tədbirləri tətbiq edilir.

Zəruri hallarda müdafiə olunan şəxslərin mənzili və əmlakı yanğın təhlükəsizliyinə qarşı vasitələr və mühafizə siqnalları ilə təchiz edilə bilər, onların istifadə etdikləri telefon nömrələri və nəqliyyat vasitələrinin dövlət qeydiyyatı nişanları dəyişdirilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver