Qanunvericilik › Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 57

Maddə 57. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin səlahiyyətləri

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edir;

Məhkəmə kollegiyalarının tərkiblərinin təşkil edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinə təkliflər verir;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən edir;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və onun ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və onun ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsini təmsil edir;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti iclaslarını çağırır, onun vaxtını və gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Rəyasət Heyətinin qərarlarını və iclas protokollarını imzalayır;

Ali Məhkəmənin Plenumunda iştirak edir, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrində və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir;

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;

məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrindən işləri tələb edir;

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver