Qanunvericilik › Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 83

Maddə 83. Ali Məhkəmə sədrinin səlahiyyətləri

Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ali Məhkəmənin sədri:

Ali Məhkəmənin işinin təşkilinə və onun katibliyinin işinə rəhbərlik edir, Ali Məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir;

Ali Məhkəmə kollegiyalarının iclaslarına sədrlik edir, işlərin kollegiyalar arasında kargüzarlıq qaydasına uyğun bölüşdürülməsinə nəzarət edir, başqa vəzifələri bölüşdürür;

Ali Məhkəmənin hakimlərinin kollegiyalar üzrə müəyyən edilməsinə dair Ali Məhkəmənin Plenumuna təkliflər verir;

aidiyyətə dair mübahisələrə baxılması üçün Ali Məhkəmənin müvafiq kollegiyalarının hakimlərindən ibarət qarışıq tərkibləri müəyyən edir;

Ali Məhkəmə aparatının işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir;

Ali Məhkəmə aparatının strukturunu, ştat cədvəlini, xərc smetasını müəyyən edir;

Azərbaycan Respublikası hakimlərinin mükafatlandırılması barədə Məhkəmə-Hüquq Şurasına təklif verir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələri hakimlərinin intizam məsuliyyətinə cəlb edilməsi, habelə onların səlahiyyətlərinə xitam verilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edir;

məhkəmələrdən işləri tələb edir;

qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə qərarlarından Ali Məhkəmənin Plenumuna əlavə kassasiya qaydasında təqdimatlar verir;

qanunla müəyyən edilmiş hallarda və qaydada yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumuna təqdimatlar verir;

Ali Məhkəməni təmsil edir;

Ali Məhkəmənin Plenumunun iclaslarını çağırır, onun vaxtını, gündəliyini müəyyən edir və bu iclaslara sədrlik edir, Plenumun qərarlarını və iclas protokollarını imzalayır;

Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verir;

Ali Məhkəmənin hakimlərinin və aparatı işçilərinin ixtisasının artırılması işini təşkil edir;

məhkəmə statistikasının təhlili, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi işini təşkil edir;

qanunvericilik aktlarının düzgün tətbiq edilməsi üçün məhkəmələrə metodik kömək göstərir;

şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edir;

Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver