Hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilən xidməti vəsiqə verilir. Hakimə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilir. Hakimin xidməti vəsiqəsi onun statusunu və vəzifəsini təsdiq edən sənəddir.
Hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadə edir. Hakimin soyadı, adı, atasının adı, vəzifəsi dəyişdikdə və ya xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda, habelə xidməti vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yeni xidməti vəsiqə verilir.
Hakimin səlahiyyətlərinə xitam verildikdə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılır.
XVI fəsil
Hakİmlərİn təyİn edİlməsİ