Qanunvericilik › Məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması Qaydası (Ədliyyə Nazirliyi, 31.10.2003) › Tam mətn

Məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması Qaydası (Ədliyyə Nazirliyi, 31.10.2003)

Məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması Qaydası (Ədliyyə Nazirliyi, 31.10.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Bu qayda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 89-cu maddəsinə uyğun olaraq hazırlanmış və məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərə buraxılması qaydasını müəyyən edir.

2. Məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara, onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər. Bu zaman gedib-gəlmək üçün sərf olunan vaxt, iki gündən çox olmamaq şərti ilə nəzərə alınmır.

Cəzaçəkmə müəssisələrindəki uşaq evlərində uşaqları olan qadınlara öz məzuniyyətləri vaxtı övladlarını qohumlarının, himayəçilərinin yanına və ya uşaq evlərinə düzəltmək üçün cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) on beş günədək qısa müddətli səfərə getməsinə icazə verilə bilər.

İlk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş və ümumi rejimli cəzaçəkmə müəssisələrində və ya ümumi rejimli tərbiyə müəssisələrində Azərbaycan Respublikası cəzaların İcrası Məcəlləsinin 113.3-cü və 124.3-cü maddələrinə əsasən saxlanılma şəraiti yaxşılaşdırılan məhkumlara ildə bir dəfə məzuniyyətləri vaxtı cəzaçəkmə müəssisəsinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi günədək müddətə, yola sərf olunan iki günədək müddət nəzərə alınmamaqla, qısa müddətli səfər etməyə icazə verilə bilər.

3. Qısa müddətli səfərlərə icazənin verilməsi üçün əsaslar aşağıdakılardır:

- qaydanın 2-ci bəndinin 1-ci abzasında nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqındakı ərizəsi və müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən təqdim olunmuş sənədlər əsasında (yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulması barədə);

- qaydanın 2-ci bəndinin 2-ci abzasında nəzərdə tutulmuş hallarda məhkumun özünün, qohumlarının, uşağının himayəçisinin ərizəsinə əsasən;

- qaydanın 2-ci bəndinin 3-cü abzasında nəzərdə tutulmuş hallarda məhkumun qısa müddətli səfər haqqında ərizəsinə əsasən.

4. Yetkinlik yaşına çatmayan məhkumların tərbiyə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərlərə buraxılması yalnız məhkumun valideynlərinin və ya himayəçilərinin müşayiəti və yazılı öhdəçiliyi əsasında verilə bilər (əlavə N-1). Müstəsna hallarda (valideynləri və ya himayəçiləri olmadıqda və ya ağır xəstə olduqda) isə həmin məhkumların qısa müddətli səfəri müəssisə nümayəndələrinin müşayiəti ilə də həyata keçirilə bilər.

Məhkumun qısa müddətli səfər haqqındakı ərizəsinə təxirə salınmadan baxılmalıdır. Qısa müddətli səfərə icazəni cəzaçəkmə müəssisəsinin rəisi və ya onun vəzifəsini icra edən şəxs, Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisi (Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Naziri) ilə razılaşdıraraq məhkumun şəxsiyyətini və davranışını nəzərə almaqla təsdiq etdiyi qərara əsasən verir (əlavə N-2). Qısa müddətli səfərə buraxılmaması əsaslandırılmalıdır.

İstintaqın gedişi və məhkəmə baxışı zamanı zərərçəkmişlərin, şahidlərin və digər şəxslərin ünvanına məhkum tərəfindən hədə-qorxu gəlməsi barədə müəssisə rəhbərliyiinə məlumat daxil olarsa, məhkumun qısa müddətli səfərə buraxılması məsələsinə baxılarkən həmin məlumat nəzərə alınmalıdır.

5. Barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş, vərəm və digər infeksion xəstəliklərə tutulmuş və tam müalicə kursu keçməmiş məhkumların cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara qısa müddətli səfərlərə buraxılmasına icazə verilmir.

6. Məhkumun qısa müddətli səfərə buraxılması məsələsi müsbət həll olunduğu halda müəssisə müdiriyyəti (müəssisə rəisi və ya onun vəzifəsini icra edən şəxs) tərəfindən qəbul olunmuş qərara əsasən məhkuma möhürlə təsdiq olunmuş vəsiqə təqdim olunur (əlavə N-3).

Səfərə getməmişdən əvvəl məhkum təlimatlandırılır və cəza çəkməkdən boyun qaçıracağı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilir və ondan yazılı iltizam alınır (əlavə N-4).

Qısa müddətli səfərlə əlaqədar toplanmış sənədlər məhkumun şəxsi işində saxlanılır.

7. Qısa müddətli səfər müddətində məhkum qeydiyyatdan çıxarılmır, onun müəssisəyə qayıtmasına müəssisənin xüsusi şöbəsi nəzarət edir. Məhkumun müəssisənin hüdudlarından kənarda olduğu vaxt cəzanın icrası müddətinə hesablanır. Səfərdə olduğu vaxt ərzində ona əmək haqqı verilmir.

Məhkumun cəzaçəkmə müəssisəsindən qısa müddətli səfərə buraxılacağı barədə onun gedəcəyi yaşayış yerində yerləşən polis orqanına teleqrafla məlumat göndərilir.

8. Qısa müddətli səfər zamanı gedəcəyi yerin iqliminə uyğun olaraq məhkum şəxsi paltar və ayaqqabısından istifadə edir.

Məhkuma məxsus şəxsi geyim olmadıqda və ya cəzaçəkmə müəssisəsində ona verilmiş paltar, ayaqqabı yararsız vəziyyətdə olduqda, məhkum şəxsi hesabına təzə paltarla təmin edilir.

9. Məhkumun yol xərcini şəxsən özü və ya qohumları ödəyir. Yol biletlərini məhkum özü müstəqil əldə edir. Zəruri hallarda müdiriyyət bu məsələdə ona köməklik edir.

10. Məhkum yaşayış məntəqəsinə gəlməsinin məqsədi, müddəti və yaşadığı ünvan barədə bir sutkadan gec olmayaraq ərazi polis orqanının növbətçi hissəsinə məlumat verməyə borcludur.

Polis orqanlarının növbətçisi məhkumun vəsiqəsində gəlmə vaxtı barədə qeydlər aparır. Məhkumun gəlməsi haqqında polis orqanının rəisinə məruzə olunur. Polis orqanının rəisi onun davranışına nəzarəti təşkil edir və vaxtında qayıtmasını təmin etmək üçün tədbir görür.

Səfər vaxtının qurtarmasının axırıncı günü məhkum yaşayış məntəqəsindən getməsi barədə qeydlər aparılması üçün polis orqanının növbətçi hissəsinə gəlir.

Səfərdən qayıtma iş günü sayılmayan günlərə düşərsə, qeydlər bir gün əvvəl aparılır. Gəlmə və getmə vaxtları möhürlə təsdiqlənir.

11. Üzürlü səbəblərdən gecikmə hallarına yol verilərsə məhkum bu barədə teleqrafla dərhal müəssisə müdiriyyətinə (rəisə və ya onun vəzifəsini icra edən şəxsə) məlumat verməlidir. Gecikmənin səbəblərini göstərən bildiriş və digər sənədlər yerli polis orqanları tərəfindən möhürlə təsdiq olunmalıdır. Polis orqanı məhkumun müəssisəyə qayıtması üçün tədbir görür, müəssisəyə qayıdandan sonra məhkum polis orqanları tərəfindən təsdiq edilmiş gecikmənin səbəbini əks etdirən sənədləri təqdim edir.

12. Qısa müddətli səfər zamanı məhkum xəstələnərsə və bu halda onun cəzaçəkmə müəssisəsinə qayıtması qeyri-mümkün olarsa, həmin məhkum polis orqanının təşəbbüsü ilə yaxınlıqda yerləşən, azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisəsinə, belə müəssisə olmadıqda isə dövlət tibb müəssisəsinə yerləşdirilir. Polis orqanı bu barədə cəzaçəkmə müəssisəsinin müdiriyyətinə məlumat verir və müalicədən sonra məhkumun vaxtında cəzaçəkmə müəssisəsinə qayıtmasına nəzarət edir.

Məhkumun cəzaçəkmə müddəti dövlət tibb müəssisəsində olduğu dövrdə qurtararsa, müalicədən sonra o, müvafiq sənədləri almaq üçün cəzaçəkmə müəssisəsinə getməlidir.

13. Məhkumun polis orqanında qeydiyyata düşməsi üçün gəlməməsi müəyyən edilən hallarda, polis orqanının rəisi bunun səbəblərini və onun yerinin müəyyən edilməsi üçün tədbir görür. Məhkumun cəza çəkməkdən yayınması müəyyən edildikdə, müvafiq polis orqanı onun tutulması üçün tədbir görür. Bu barədə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə teleqrafla məlumat verilir.

14. Qısa müddətli səfərlərin müddəti sutkalarla hesablanır. Qayıtma vaxtına nəzarət edilən zaman, müddətin qurtarması vəsiqədə göstərilən axırıncı günün saat 24:00 kimi hesab edilməlidir.

15. Qısa müddətli səfərə getmiş məhkumların cəzaçəkmə müəssisələrinə üzürsüz səbəbdən vaxtında qayıtmaması qadağandır. Qısa müddətli səfərdən qayıtmayan məhkumların axtarışı qanunla müəyyən edilmiş qaydada təşkil olunur.

16. Məhkumun cəzaçəkmə müddəti qısa müddətli səfər zamanı başa çatarsa, onunla bütün hesablaşmalar aparılır, sənədləri, pulları, şəxsi və qiymətli əşyaları özünə verilir. Onun cəza çəkməkdən azad olunması barədə arayışı isə yaşayış yeri üzrə polis orqanına göndərilir. Cəzaçəkmə müddətinin qurtardığı gün polis orqanı həmin arayışı məhkuma təqdim edir. Göstərilən hallarda müəssisənin müdiriyyəti məhkumla bu barədə söhbət edir, arayışı cəza çəkmə müddətinin qurtaracağı gün yaşayış yeri üzrə polis orqanından alacağını onun nəzərinə çatdırır və göstərilənlər haqqında şəxsi işində qeydlər aparır.

17. Bu qayda Azərbaycan Respublikası cəzaların İcrası Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun istintaq təcridxanasında, müalicə müəssisəsində və ya həbsxanada təsərrüfat və məişət xidməti işi üçün saxlanılan məhkumlara da şamil edilir.

Mən,___________________________________________________________________

məhkum __________________________________________________________________

tərbiyə müəssisəsinin hüdudlarından kənara qısa müddətli səfərə apararaq, aşağıdakı öhdəlikləri götürürəm:

- müəyyən edilmiş tarixlərdə onun daxili işlər orqanlarında qeydiyyatdan keçməsini təmin etməyi;

- qısa müddətli səfər zamanı məhkumun yalnız müəyyənləşdirilmiş ünvanda olmasını;

- qısa müddətli səfər zamanı məhkumun davranışına nəzarət etməyi;

- müəyyən edilmiş tarixdə məhkumu tərbiyə müəssisəsinə gətirməyi.

Öhdəlik götürən şəxs ______________

Şəxsiyyəti təsdiq edən sənədin

seriyası və nömrəsi ______________

“___”_____________200__il.

_______________________________

_______________________________

“___”_____________200__il.

Məhkuma qısa müddətli səfər etməyə icazə verilməsi barədə

Mən, ______________ cəzaçəkmə müəssisəsinin (İT) rəisi _____________

(müəssisənin adı) (rütbə,

____________________________ məhkum________________________________

_____________________________________, ona qısa müddətli səfərin təqdim edilməsi

barədə ərizəsinə baxaraq,

____________________________________________________________________________________

____________________________________________________________________________________

Yuxarıda qeyd olunanları nəzərə alaraq və AR CİM-in 89-cu maddəsini rəhbər tutaraq,

Məhkum __________________________________________________________________________

__________________________________________________________________________________

________ gün yol üçün müəyyən edilməklə, __________ gün müddətinə qısa müddətli səfər etməyə icazə verilsin.

cəzaçəkmə müəssisəsinin (İT) rəisi __________________________________________________

“____” __________ 200 il

VƏSİQƏNİN KÖTÜYÜ N _______

Cəzaçəkmə müəssisəsi (İT) rəisinin ______ tarixli qərarına əsasən, məhkum ____________

_______________________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

_______________________________________________________________________________

____ gün yol üçün müəyyən edilməklə, ____ gün müddətinə qısa müddətli səfər etməyə icazə verilmişdir.

Vəsiqə “___” _______200 il tarixində verilib.__________

Gedib “___” _________ 200 il (məhkumun imzası)

Qayıdıb “___” _________ 200 il Xüsusi hissənin rəisi ____________________

Vəsiqə _________ təvəllüdlü, ______________________________________ anadan olmuş

məhkum__________________________________________________________ verilib.

O, AR CM-nin ____________________, ____________ maddəsi (ləri) ilə məhkum edilmişdir.

Cəza müddətinin əvvəli ______________________, sonu _____________________________.

Ona____________________________________________________________________ əlaqədar

________________________________________________________________________________

____ gün yol üçün müəyyən edilməklə, ____ gün müddətinə qısa müddətli səfər etməyə icazə verilmişdir.

O, “___” __________ 200 il tarixində _____________________________________________

ünvanda yerləşən _________________ cəzaçəkmə müəssisəsinə (İT) qayıtmağa borcludur.

cəzaçəkmə müəssisəsinin (İT)

telefon nömrəsi ______________________

faks nömrəsi ______________________

“____” ___________ 200 il

Məhkumun gəlməsi və getməsi

barədə daxili işlər orqanı rəisinin qeydi:

(gerbli möhür üçün yer)

Gəlib:_________________________

(tarix, imza, gerbli möhür)

______________________ Gedib:_________________________

(məhkumun imzası) (tarix, imza, gerbli möhür)

Mən, aşağıda imza edən məhkum___________________________________________________

_________________________________________________________________________________

bu iltizamı ona görə verirəm ki, mənə cəzaçəkmə müəssisəsinin (İT) hüdudlarından kənara qısa müddətli səfərdə olma qaydası izah olunub.

Mən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 305-ci maddəsi üzrə cəza çəkməkdən boyun qaçırmaya görə məsuliyyət barədə xəbərdar edilmişəm.

“____”___________ 200 il _________________________

İltizamı götürdü_________________________

(vəzifə, rütbə, soyad)

_________________________

“____”___________ 200 il

1. 19 iyun 2007-ci il tarixli 3310 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 05-06)

2. 30 sentyabr 2021-ci il tarixli 10-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109300010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 sentyabr 2021-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver