Qanunvericilik › Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi Qaydası (Ədliyyə Nazirliyi, 10.04.2002) › Tam mətn

Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi Qaydası (Ədliyyə Nazirliyi, 10.04.2002)

Məhkumların eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi Qaydası (Ədliyyə Nazirliyi, 10.04.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət qeydiyyatına alınıb”

Azərbaycan Respublikasının

Nazir __________F.F. Məmmədov

Nazir ___________F.F. Məmmədov

1. Bu qayda Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 73.2- ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə və ya bir həbsxanadan digərinə keçirilmə qaydasını müəyyən edir.

2. Məhkumun cəzanın çəkilməmiş hissəsini çəkmək üçün bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə və ya bir həbsxanadan digərinə keçirilməsinə məhkumun xəstəliyi ilə əlaqədar və ya onun təhlükəsizliyini təmin etmək üçün, cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi, həmçinin məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda yol verilir.

3. Məhkumların həyatı və sağlamlığı üçün təhlükə yaradan müxtəlif iğtişaşlar, həmçinin təbii fəlakət və ya digər fövqəladə hadisə baş verdikdə, habelə cəzaçəkmə müəssisəsinin yenidən təşkili və ya ləğv edilməsi ilə əlaqədar olaraq məhkumlar eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə Penitensiar xidmətin təqdimatı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyinin qərarı (əmri) ilə keçirilir.

4. Məhkum aşağıdakı hallarda bir cəzaçəkmə müəssisəsindən eyni növlü başqa cəzaçəkmə müəssisəsinə, bir həbsxanadan digərinə keçirmə Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilmiş qərara (əlavə -1) və həmin qərara müvafiq olaraq tərtib edilmiş fərdi naryada əsasən həyata keçirilir:

a) məhkumun xəstəliyi ilə əlaqədar;

b) məhkumun təhlükəsizliyi ilə əlaqədar (həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar tərəfindən və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa):

c) aşağıdakı müstəsna hallarda:

• Bir cinayət işi üzrə gedən təqsirləndirilən şəxs, şahid və ya zərərçəkmiş şəxsləri, həmçinin cinayətin iştirakçılarını bir - birindən ayırmaq məcburiyyəti olduqda;

• Əməliyyat - axtarış, rejim və profilaktika tədbirlərini keçirdikdə;

• İstehsalatla əlaqədar, təsərrüfat və məişət xidməti işi ilə əlaqədar məhkumların başqa iş sahəsinə və ya başqa yerlərə göndərilməsi zərurəti olduğu hallarda;

• məhkumun bu cəzaçəkmə müəssisəsində qalmasına mane olan digər müstəsna hallarda.

5. Qaydanın 4-cü bəndində göstərilən hallarda keçirilmə məsələsinə aşağıdakı əsaslarla baxılır:

• Məhkumların və onların qohumlarının ərizəsinə və ya şifahi müraciətinə əsasən;

• Cəzaçəkmə müəssisələrinin tibbi - sanitariya hissəsinin təşəbbüsü ilə;

• Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşəbbüsü ilə;

• Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin təşəbbüsü ilə və əsaslandırılmış qərarı əsasında;

• Cəzaçəkmə müəssisəsinin əməliyyat hissəsinin təşəbbüsü ilə;

• Cəzaçəkmə müəssisəsinin rəisinin təşəbbüsü ilə və əsaslandırılmış qərarı əsasında.

6. Keçirmə məsələsinə baxılan zaman məhkumun qohumluq əlaqələri, yaşadığı yer, ailə vəziyyəti, səhhətti, habelə əməyə münasibəti və islah olunmasına mənfi təsir edəcək hallar nəzərə alınmalıdır.

7. Ərizənin (vəsatətin) baxılma nəticələri barədə təşəbbüskara məlumat verilir.

8. Ölüm və ağır xəstəlik hallarında, ciddi nəticələrlə müşayiət edilən bədbəxt hadisələr zamanı və ya məhkumun psixi xəstəliklər üçün müəssisəyə keçirdikdə, onun arvadına və ya ərinə, yaxın qohumuna və ya məhkumun əvvəl göstərdiyi hər hansı bir şəxsə cəzaçəkmə müəssisəsinin rəisi (rəis olmadıqda onu əvəz edən məsul şəxs) tərəfindən təcili məlumat verilir.

9. Hər bir məhkumun başqa müəssisəyə keçirilməsi haqqında ailəsinə məlumat verilir.

10. Məhkumlar bir azadlıqdan məhrum etmə yerlərindən digərinə keçirilmə zamanı, imkan daxilində kənar şəxslərin diqqətindən uzaqlaşdırılmalı və onların hər hansı bir təhqirdən, maraqdan və aşkarlıqdan qorunmasından ötrü lazımi tədbirlər görülməlidir.

11. Məhkumların cəzaçəkmə müəssisələrinə keçirilməsi xüsusi nəqliyyat vasitələri və qarovulun müşayiəti ilə həyata keçirilir.

12. Məhkumları fiziki cəhətdən artıq əziyyətə sala bilən və alçaldıcı şəraitli, havası pis dəyişilən və yaxşı işıqlandırılmayan nəqliyyat vasitələri ilə daşımaq qadağandır.

Azərbaycan Respublikası

Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi

____________________________________

“___”___________20 ____-ci il

_________saylı CM-də cəza çəkən

məhkum _________________________

___________________________________

____________________________________

____________________________________

digər CM-nə keçirilməsinə dair

_________________________________________ müəssisədə cəza çəkən

məhkum _________________________________________________________________________

şəxsi işini və onun barəsində toplanmış sənədləri nəzərdən keçirib,

Məhkum_________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________________________________________________________________________________

_________ AR CİM-nin 73.2-ci maddəsinin tələblərini rəhbər tutaraq,

1. Məhkum________________________________________ cəzasının qalan

hissəsini çəkmək üçün eyni rejimli_____________ saylı CM-nə keçirilsin.

2. Qərarın surəti məhkum________________________________ şəxsi işinə tikilsin.

3. Qərar ƏN Penitensiar xidmətin arxivinə verilsin.

Azərbaycan Respublikası ƏN

Penitensiar xidmətin ___saylı CM-nin rəisi

______________________________

“_____”________________20 _____-ci il

Azərbaycan Respublikası ƏN

Penitensiar xidmətin rəis müavini

______________________________

“_____”_________________ 20______ -ci il

1. 18 iyun 2007-ci il tarixli 3306 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Orqanı (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2007-ci il, № 05-06)

2. 30 sentyabr 2021-ci il tarixli 10-N nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiya Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202109300010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 sentyabr 2021-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver