Qanunvericilik › Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər

Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.0. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər aşağıdakılardan ibarətdir:

14.0.1. məişət zorakılığı ilə bağlı cinayət təqibinin həyata keçirilməsi;

14.0.2. məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi;

14.0.3. zərər çəkmiş şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırmanın aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi;

14.0.4. zərər çəkmiş şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi;

14.0.5. məişət zorakılığı ilə bağlı işlərə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi;

14.0.6. məişət zorakılığı ilə bağlı verilmiş xəbərdarlığın icrasına nəzarətin həyata keçirilməsi;

14.0.6-1. qısamüddətli və uzunmüddətli mühafizə orderlərinin icrasının həyata keçirilməsi;

14.0.7. məişət zorakılığı törətmiş şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması;

14.0.8. məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanması;

14.0.9. qanunvericiliklə müəyyən edilmiş qaydada məişət zorakılığı ilə bağlı məlumatların konfidensiallığının təmin edilməsi;

14.0.10. qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləmənin və həmin mərkəzlərin akkreditasiyasının həyata keçirilməsi.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver