Qanunvericilik › Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 8

Maddə 8. Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri

Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

8.0. Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri aşağıdakıların təmin edilməsindən ibarətdir:

8.0.1. məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etmək, qeydiyyatdan keçirmək, araşdırmanı mümkün qədər qısa müddətdə aparmaq, müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparmaq və tərəfləri ayrılıqda dinləmək;

8.0.2. məişət zorakılığı ilə bağlı daxil olmuş şikayətdə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat olduqda həmin şikayəti aidiyyəti üzrə göndərmək;

8.0.3. müraciət etmiş şəxsə onun hüquqlarını, zorakılığı törədən şəxsin məsuliyyətə cəlb edilməsi, habelə bu məsələ ilə bağlı məhkəməyə müraciət qaydasını izah etmək;

8.0.4. müraciətə səbəb olmuş hərəkətlərin təkrarlanmaması və məişət zorakılığının qarşısının alınması üçün tədbirlər görmək;

8.0.5. araşdırmanın aparıldığı müddət ərzində zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək;

8.0.6. zəruri hallarda zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək, onu dövlət yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə, tibbi və “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada psixoloji yardımla təmin etmək, təhsil alması, işlə təmin olunması, yeni peşələrə yiyələnməsi üçün, habelə sosial müdafiəsi ilə bağlı tədbirlər görmək;

8.0.7. məişət zorakılığından zərər çəkmiş yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, o cümlədən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda, uşağın valideynlərdən (onlardan birindən) və ya onu qəyyumluğa (himayəyə) götürmüş şəxslərdən təcili olaraq alınması ilə bağlı tədbirlər görmək;

8.0.8. tərəflərin münasibətlərinin normallaşmasına kömək göstərmək;

8.0.9. məişət zorakılığının təkrarlanmaması barədə zorakılıq törətmiş şəxsə xəbərdarlıq etmək və həmin xəbərdarlığın icrasına nəzarət etmək;

8.0.10. məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görmək;

8.0.11. zərər çəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görmək;

8.0.12. bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş tədbirləri təşkil etmək;.

8.0.12-1. məişət zorakılığının qarşısının alınması üzrə bu Qanunda nəzərdə tutulmuş tədbirlərin monitorinqini və əlaqələndirilməsini təmin etmək;

8.0.13. məlumatın konfidensiallığına dair qanunvericiliyin tələbləri nəzərə alınmaqla, məişət zorakılığı ilə bağlı məlumat bankını yaratmaq, statistik məlumatların toplanmasını təşkil etmək;

8.0.14. qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləməni və onların akkreditasiyasını həyata keçirmək;

8.0.15. məişət zorakılığının qarşısının alınması sahəsində beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver