Meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi ətraf mühitin vəziyyətini pisləşdirməməlidir.
Meliorasiya və irriqasiya tədbirləri Azərbaycan Respublikasının torpaq, su, meşə qanunvericiliyinin, habelə Azərbaycan Respublikasının təbiəti mühafizə, yerin təki, bitki və heyvanat aləmi haqqında qanunvericiliyinin tələblərinə riayət edilməklə həyata keçirilməlidir.