Qanunvericilik › Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30-8

Maddə 30-8. Səslərin bölüşdürülməsi

Meliorasiya və irriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Ümumi yığıncaqda hər bir nümayəndə bir səsə malikdir.

Nümayəndələrin seçkisində və ya nümayəndələr seçilmirsə, ümumi yığıncaqda üzvlərin arasında səslər nizamnamədə müəyyən edilən aşağıdakı qaydalardan biri əsasında bölüşdürülür:

bir üzvün torpağın sahəsinin ölçüsündən asılı olmayaraq bir səsi var;

bir üzvün torpağın sahəsinin ölçüsünə mütənasib olaraq səsləri var;

bir üzvün keçən ildə ödədiyi su haqqının məbləğinə mütənasib olaraq səsləri var.

Hər bir üzv azı bir səsə və ən çox bütün səslərin dörddə birinə malik ola bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver