Qanunvericilik › “Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.06.2024) › Tam mətn

“Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.06.2024)

“Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 12.06.2024) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının 8.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Meliorasiya və irriqasiya sistemlərinin kadastrının aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 12 iyun 2024-cü il

1.1. Bu Qayda “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasına uyğun olaraq hazırlanmışdır, meliorasiya və irriqasiya sistemlərinin kadastrının formalaşdırılması və aparılması qaydasını müəyyən edir.

1.2. Meliorasiya və irriqasiya sistemlərinin kadastrının formalaşdırılması, aparılması, idarə olunması və təkmilləşdirilməsi ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti və qanunla müəyyən olunan digər mənbələr hesabına maliyyələşdirilir.

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. meliorasiya və irriqasiya sistemlərinin kadastrı - meliorasiya və irriqasiya sistemlərinin yerləşmə, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, ilkin və yenilənən məlumatların qeydə alınmasıdır;

2.1.2. meliorasiya sistemləri - meliorasiya olunmuş torpaqlarda su, duz, hava, istilik və qida rejimini tənzimləmək üçün istifadə olunan qarşılıqlı əlaqəli hidrotexniki və digər qurğular və tikililər kompleksi (meliorasiya olunmuş torpaqlarda yerləşən kanallar, kollektorlar, boru kəmərləri, su anbarları, bəndlər, nasos stansiyaları, sugötürücülər və digər qurğular, tikililər), habelə qoruyucu meşə əkinləridir;

2.1.3. irriqasiya (suvarma) sistemləri - suların su obyektlərindən götürülməsini, nəql edilməsini, paylanmasını və bitkilərin suvarılmasını təmin edən hidrotexniki və digər qurğular, tikililər kompleksi, habelə qoruyucu meşə əkinləridir.

2.2. Bu Qaydanın məqsədləri üçün istifadə olunan digər anlayışlar “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulan mənaları ifadə edir.

3.1. Meliorasiya və irriqasiya sistemlərinin kadastrına aşağıdakı məlumatlar daxil edilir:

3.1.1. meliorasiya və irriqasiya sistemlərinin mülkiyyətçisi (balanssaxlayıcısı) olan hüquqi şəxsin (idarənin, təşkilatın) adı, hüquqi ünvanı və fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi;

3.1.2. meliorasiya və irriqasiya sistemlərinin təyinatından və istifadə rejimindən asılı olaraq adı və növü;

3.1.3. meliorasiya və irriqasiya sistemlərinin texniki göstəriciləri;

3.1.4. meliorasiya və irriqasiya sistemlərinin üzərindəki qurğuların adı və növü;

3.1.5. meliorasiya və irriqasiya sistemlərinin yerləşdiyi ərazi vahidinin adı, xidmət etdiyi ərazi və onların iqtisadi qiymətləndirilməsini əhatə edən digər məlumatlar;

3.1.6. meliorasiya və irriqasiya sistemlərinin texniki vəziyyəti və balans dəyəri;

3.1.7. meliorasiya və irriqasiya sistemlərinin aşınma dəyəri;

3.1.8. meliorasiya və irriqasiya sistemləri kadastrının məlumat bazasında toplanmış informasiyaya uyğun olaraq rəqəmsal xəritələr, planlar və sxemlər.

4.1. Meliorasiya və irriqasiya sistemlərinin kadastrı aşağıdakı məqsədlər üçün aparılır:

4.1.1. meliorasiya və irriqasiya sistemləri və onlara aid olan hidrotexniki və digər qurğular, tikililər kompleksləri üzərində dövri və ardıcıl müşahidələr aparmaqla istismar müddətində baş vermiş dəyişikliklərin müəyyən edilməsi;

4.1.2. meliorasiya və irriqasiya sistemlərinin kəmiyyət və keyfiyyət göstəriciləri, növü, yerləşdiyi ərazi və onlar barədə digər məlumatların toplanması ilə qeydiyyata alınması;

4.1.3. meliorasiya və irriqasiya sistemlərinin səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması;

4.1.4. meliorasiya və irriqasiya sistemlərinin mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması.

4.2. Meliorasiya və irriqasiya sistemlərinin kadastrı elektron formada və Azərbaycan Respublikasının dövlət dilində aparılır.

4.3. Meliorasiya və irriqasiya sistemlərinin kadastr məlumatlarından həmin sistemlərin istismarının yaxşılaşdırılması ilə bağlı təkliflərin, sahənin perspektiv inkişafı proqramlarının hazırlanmasında, onların təmir-bərpası və yenidən qurulması tədbirlərinin müəyyənləşdirilməsində istifadə edilir.

4.4. Meliorasiya və irriqasiya sistemlərinin kadastrı bu Qaydaya əlavə edilmiş formalar üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (bundan sonra – Xidmət) tərəfindən aparılır.

4.5. Balansında meliorasiya və irriqasiya sistemləri olan Agentliyin tabeliyində Regional Su Meliorasiya Xidməti publik hüquqi şəxsin tabeliyindəki qurumlar (idarə, hüquqi şəxs) hər il birinci rübün sonunda bu Qaydanın 1-11 nömrəli əlavələri ilə müəyyən edilmiş formalara uyğun olaraq meliorasiya və irriqasiya sistemlərinin kadastrı sənədlərini kağız və elektron qaydada tərtib edir, onları aprel ayının 30-dək Xidmətin yerli bölmələri ilə razılaşdırır və may ayının 15-dək Xidmətə təqdim edir.

* (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 273 nömrəli Qərarı ilə 4.5-ci bəndə edilmiş dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.)

4.6. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan meliorasiya və irriqasiya sistemləri barədə məlumatlar müvafiq bələdiyyələr, hüquqi və ya fiziki şəxslər tərəfindən bu Qaydanın 1-11 nömrəli əlavələri ilə müəyyən edilmiş formalara uyğun olaraq kağız və elektron qaydada tərtib edilərək hər il aprel ayının 30-dək Xidmətin yerli bölmələri ilə razılaşdırılır və may ayının 15-dək Xidmətə təqdim edilir.

4.7. Xidmət toplanılmış kadastr sənədlərini formalaşdırır və ölkə üzrə meliorasiya və irriqasiya sistemlərinin kadastrına dair yekun məlumatları hər il iyun ayının 15-dək təsdiq edərək kağız və elektron qaydada Agentliyə təqdim edir.

4.8. Agentlik meliorasiya və irriqasiya sistemlərinin kadastrına aid toplanmış məlumatlar əsasında:

4.8.1. meliorasiya və irriqasiya sistemlərinin uçotunu, onların iqtisadi, kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsini, mövcud vəziyyəti üzərində operativ müşahidələri aparır, habelə həmin sistemlərin müfəssəl siyahısını tərtib edir;

4.8.2. meliorasiya və irriqasiya sistemlərinin mövcud vəziyyəti barədə uzunmüddətli və operativ məlumatlara olan tələb və ehtiyacın sistematik öyrənilməsini həyata keçirir, kadastrın daimi təkmilləşdirilməsi üçün tədbirlər görür;

4.8.3. meliorasiya və irriqasiya sistemləri haqqında məlumatların sistemləşdirilməsini, saxlanılmasını, habelə onların kadastr materiallarının nəşrini təmin edir.

4.9. Meliorasiya və irriqasiya sistemlərinin kadastrı barədə məlumatlar Agentliyin elektron məlumat bazasında yerləşdirilir və həmin məlumatlar “Torpaqların elektron kadastr uçotu informasiya sistemi”nə (TEKUİS) inteqrasiya edilməsi üçün elektron variantda (CİS) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilir.

________________ ________________________ __________

(vəzifəsi) (adı və soyadı) (imza)

M.Y. Razılaşdırılmışdır:

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin

______________________________________________ yerli bölməsinin

________________ ________________________ __________

(vəzifəsi) (adı və soyadı) (imza)

“____” __________________20____ il

(hüquqi şəxsin (idarənin, təşkilatın) və fiziki şəxsin adı)

Su içmə məntəqələri (suvat)

Kəhrizlər, bulaqlar və digər kaptaj edilmiş quyular

Qazma quyuları (subartezian və artezian)

________________ ________________________ __________

(vəzifəsi) (adı və soyadı) (imza)

M.Y. Razılaşdırılmışdır:

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin

______________________________________________ yerli bölməsinin

________________ ________________________ __________

(vəzifəsi) (adı və soyadı) (imza)

“____” __________________20____ il

8 sentyabr 2026-cı il tarixli 273 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 9 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 15 sentyabr 2026-cı il, № 167) (Bu Qərar “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 600 nömrəli Fərmanının 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulmuş qapalı səhmdar cəmiyyətləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları gündən qüvvəyə minir.)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver