Qanunvericilik › Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 18

Maddə 18. Qanunun zamana görə tətbiqi

Məlumat toplularının hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

18.1. Bu Qanunla nəzərdə tutulan müəlliflik hüququna aid olan qorunma qanunvericilikdə məlumat toplularının müəlliflik hüququ ilə qorunmasına münasibətdə müəyyən edilən tələblərin təmin edilməsi şərti ilə bu Qanunun qüvvəyə mindiyi tarixədək yaradılan məlumat toplularına da aid edilir.

18.2. Bu Qanunla nəzərdə tutulan xüsusi qorunma bu Qanunun 6-cı maddəsinin tələblərinə cavab verən və hazırlanması (istehsalı) bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəlki 15 il müddətində tamamlanmış məlumat toplularına da şamil edilir.

18.3. Bu Qanunun 18.1 və 18.2-ci maddələrində nəzərdə tutulan qorunma bu maddələrdə göstərilən tarixə qədər bağlanmış əqdləri və əldə edilmiş hüquqları ləğv etmir.

18.4. Hazırlanması (istehsalı) bu Qanunun qüvvəyə mindiyi tarixdən əvvəlki 15 il müddətində tamamlanmış məlumat topluları üçün xüsusi qorunma həmin tarixdən sonrakı ilin əvvəlindən başlayaraq 15 il müddətində qüvvədə qalır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver